22 Dekabr 2024, Bazar

 

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda akademik Yusif Məmmədəliyevin 115illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev görkəmli aliminhəyat və fəaliyyətinə qısa nəzər salıb. Bildirib ki, alim öz uzaqgörənliyi ilə dövrümüzdə tədqiqinə başlanan bir çox məsələlər haqqındaəvvəlcədən elmi mülahizələr və hipotezlər verib, bu istiqamətlərin gələcək perspektivlərini illər öncə müəyyənləşdirə bilib. Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olmuş Yusif Məmmədəliyevinözündən sonra qoyduğu zəngin irs və ideyalar onu daim yaşadacaqdır.

 

Sonra Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayevanın“Akademik  Yusif Məmmədəliyevin həyatı” mövzusundaməruzəsi dinlənilib. Alimin həyatının müxtəlif dövrlərindən bəhs edən məruzəçi qeyd edib ki, onun elmi məqalələri nəzəri əhəmiyyəti ilə yanaşı, praktik tələbata uyğun olaraq nəzəriyyə ilə təcrübə arasında canlı körpüdür.

Alimin təşəbbüsü və şəxsi iştirakı ilə bir sıra müəssisə və elm-təhsil ocaqları, o cümlədən Dərin Neft və Qaz Yataqlarının İşlənilməsi İnstitutu, Genetika və Seleksiya İnstitutu, Su Problemləri İnstitutu, Kliniki və Eksperimental Tibb İnstitutu, Şərqşünaslıq İnstitutu, Hesablama Mərkəzi, İqtisadiyyat İnstitutu yaradılıb. O, Azərbaycanda Astrofizika Rəsədxanasının təşkilində müstəsna rol oynayıb.Akademik Y.Məmmədəliyev əsl vətənpərvər kimi hələ o dövrdə Azərbaycanda Əlyazmalar Fondunun yaradılmasına, Qobustan abidələrinin qorunub saxlanılmasına, qədim Azərbaycan eposu “Kitabi-Dədə Qorqud” dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqinə, “Nizamişünaslıq” elminin əsasının qoyulmasına nail olub. Bununla yanaşı, alim sovet hakimiyyəti dövründə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və geniş istifadəsi üçünbütün qüvvəsi ilə çalışıb.

 Misilsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

“Akademik  Yusif Məmmədəliyevin neft kimyasında rolu” mövzusunda məruzə edən İnstitutun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova tanınmış kimyaçı alimin çoxsahəli elmi fəaliyyətinin bütün istiqamətləri üzrə təhlillər aparmış, onun kimya elminə verdiyi töhfələri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədqiqatçı söyləyib ki, 1935-ci ildən Y.Məmmədəliyevsistemli olaraq neft qazlarının xlorlaşması,  bromlaşması, ftorlaşması, onların elmdə, texnikada, sənayedə, tibbdə və başqa sahələrdə istifadəsinə nail olunması istiqamətində araşdırmalar aparmışdır. O, təbii və neft qazlarının tərkibinin təyini, etilendən etil spirtinin alınması, süni kauçukun, hidrogenin alınması və onun yanacaq kimi istifadəsi ilə bağlı fundamental tədqiqatların müəllifidir.Akademiktəkcə qazların deyil, aromatik karbohidrogenlərin də xlorlaşmasında mühüm nəticələrə imza atan ilk alimlərdəndir. Həmçinin aviasiya və raketlər üçün yüksən oktanlı müxtəlif növ yanacaqların yaradılması, tankəleyhinə maddələrin alınması da məhz onun adı ilə bağlıdır.

Daha sonra çıxış edən kiçik elmi işçi Huseyn İmanov akademik haqqında bir çox elm adamlarının, tanınmış şəxsiyyətlərin söylədiyi fikirlər, onun dünya elmindəki yeri ilə bağlı məruzə edib.

Sonda “Həyat formulu” adlı videoçarx nümayiş etdirilib. 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR