Naxçıvan Müəllimlər İnstitutunda “Müasir təlim metodları və süni intellektin təhsildə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq konfransın əhəmiyyətini və mövzunun aktuallığını vurğulayıb, çıxışlar dinlənilib.
Fidan Əzizova “Ümumtəhsil məktəblərində elektron lövhə proqramlarından səmərəli istifadə yolları və tətbiq istiqamətləri” mövzusunda məruzə edərək elektron lövhə proqramlarından – Smart Notebook və Activinspire proqramlarının bəzi funksiyalarını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Məruzəçi yüksək təlim texnologiyalarının fəal interaktiv təlimin düzgün qurulmasında və mexanizmlərinin həyata keçirilməsində əhəmiyyətli rol oynadığını bildirib.
“Süni intellektin təhsildə rolu” mövzusunda çıxış edən Səriyə Qasımova süni intellekt və onun inkişaf tarixi haqqında ilkin məlumatlar verib. Məruzədə süni intellektin təhsildə rolu və tədris zamanı istifadə olunan süni intellekt tətbiqetmələr və bu tətbiqetmələrin üstün cəhətlərini diqqətə çatdırıb.
Sonda çıxışlar ətrafında geniş müzakirələr aparılıb.
Xəbərlər şöbəsi