21 Dekabr 2024, Şənbə

2021-ci ilin sonuncu ayında da Dövlət İmtahan Mərkəzi tərəfindən yeni müsabiqələrin elan edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət, işə qəbul və attestasiya imtahanlarının keçirilməsi aidiyyəti üzrə davam etdirilib.


Dekabrın 1-də 50 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri Proqramı təqdim olunub. Slayd vasitəsilə Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları haqqında məlumat verilib. Yeni proqrama hesabatlar modulu əlavə edilib və axtarış modulu təkmilləşdirilərək 29 kateqoriya üzrə axtarış imkanı yaradılıb. Hesabatlar moduluna statistik məlumatlar, təsnifat üzrə, dövlət qulluqçularının sayı, dövlət orqanlarının siyahısı haqqında, habelə dövlət qulluqçularının stajı üzrə məlumatlar altbölmələri əlavə edilib. Reyestrin aparılmasına dair anket forması təkmilləşdirilib və yeniliklər əlavə olunub. Dövlət Qulluqçularının Reyestrində aparılan yenilənmələrə uyğun olaraq növbəti ixtisas dərəcələrinin verilməsi haqqında məlumatı əks etdirən bölmə, arayış və sənədlər altbölməsi yaradılıb. Sənədlər altbölməsi dövlət qulluqçusunun elektron sənədlərinin toplanması, istifadəsi və arxivləşdirilməsi üçün əlverişli imkan yaradır.
14-17 dekabr tarixlərdə müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş növbəti müsabiqənin test imtahanları keçirilib. Bu il də ənənəvi qaydada ikincisi keçirilən müsabiqəyə 160 vakant vəzifə çıxarılıb. 112 vəzifə üzrə 449 namizədin qeydiyyatdan keçdiyi müsabiqədə 433 namizəd iştirak edib. Ən sıx müsabiqə vəziyyətinin ingilis dili, ibtidai sinif və riyaziyyat müəllimliyi üzrə qeydə alındığı imtahanda 90 vəzifə üzrə 277 namizəd müvəffəqiyyət qazanıb.
Dekabrın 24-də Naxçıvan Muxtar Respublika Prokurorluğunun 11 əməkdaşının iştirakı ilə növbəti attestasiya imtahanı keçirilib. Dövlət orqanlarında çalışan əməkdaşların peşəkarlığının yoxlanılması məqsədilə keçirilən imtahanda 10 namizəd müvafiq keçid balını toplayıb.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqənin test mərhələsində uğur qazanmış namizədlərin müsahibə mərhələsinə sənəd qəbulu dekabrın 15-nə qədər davam edib. Test imtahanının nəticələrinə əsasən 267 namizədin uğur qazandığı müsabiqədə 253 namizəd müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini təqdim edərək qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 8 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub.
Dekabr ayı ərzində mərkəz tərəfindən növbəti müsabiqələrin elan olunması da diqqətdə saxlanılıb. Dekabrın 7-də müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, dekabrın 17-də Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbul, dekabrın 22-də isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə işə qəbul üçün müsabiqələr elan edilib. Dövlət musiqi təhsili müəssisələrinə sənəd qəbulu yanvarın 7-də başa çatıb. Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrə və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə işə qəbul üçün elan olunmuş müsabiqələrə sənəd qəbulu müvafiq olaraq 17 və 22 yanvar tarixlərinə qədər davam edəcək.
Dekabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş müəllimlərin sertifikasiya imtahanları üçün hazırlıq kurslarında 294, dövlət qulluğu imtahanlarının müsahibə mərhələsi üçün hazırlıq kursunda 54, müəllimlərin sertifikasiyası üçün keçirilən sınaq imtahanlarında isə 724 nəfər iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR