21 Dekabr 2024, Şənbə

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi şagirdlərdə elmə marağın artırılması və onlarda ilkin tədqiqat aparmaq bacarığının formalaşdırılmasından ibarətdir. Bu qayə uğrunda səylə çalışan layihə iştirakçıları müxtəlifməzmunlu beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil edir, medallara, diplom və sertifikatlara layiq görülür, elmi məqalələr dərc etdirirlər.


Fəallığı ilə seçilən məktəblilərdən biri də Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi İnci Fərəcovadır. Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyovun rəhbərliyi ilə tədqiqat aparan məktəblinin “Naxçıvan Muxtar Respublikası ərazisində seysmik təhlükə səviyyəsinin və məktəbimdəki şagirdlərin seysmik dayanıqlılığının qiymətləndirilməsi” adlı məqaləsi Rusiyada nəşr edilən “Gənc alim” beynəlxalq elmi jurnalında ingilis dilində dərc olunub. Qeyd edək ki, jurnaleLIBRARY.RU elmi elektron kitabxanasına daxil olan nəşrlər sırasındadır.

Mövzu ilə əlaqədar Naxçıvan Qızlar Liseyində elektron lövhədə dərs təşkil olunub. Dərs zamanı şagirdlərə Naxçıvan Muxtar Respublikasının seysmikliyi, seysmik təhlükəlilik səviyyəsi ilə bağlı geniş məlumat verilib, zəlzələlər zamanı davranış qaydaları haqqında praktik vərdişlərə yiyələnməklə gələcəkdə baş verə biləcək təhlükələrdən qorunmağın yolları göstərilib.
Dərsin sonunda jurnalın redaksiya heyəti tərəfindən göndərilən sertifikat sabahın tədqiqatçısı İnci Fərəcovaya təqdim olunub.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR