Azərbaycan Respublikası Nazirlər Kabinetinin16 iyun 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq, AMEA Naxçıvan Bölməsində 47 elmi işçinin attestasiyası keçirilib. Bu barədə AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti 4 mart 2014-cü il tarixdə qərar verib. Qərara əsasən, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Tariyel Talıbovun sədrliyi ilə komissiya yaradılıb. Sədr, katib və 11 üzvdən ibarət olan komissiya attestasiyadan keçəcək işçilərin rəy, xasiyyətnamə və digər sənədləri ilə tanış olub.
Aprelin 28-də bölmə tərkibində fəaliyyət göstərən iki elmi-tədqiqat institutunun – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçiləri attestasiyadan keçirilib. Təbii Ehtiyatlar və Bioresurslar institutlarının işçilərinin attestasiyası aprelin 29-da, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondunun elmi işçilərinin attestasiyası isə aprelin 30-da keçiriləcək.
Xəbərlər şöbəsi