23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 avqust tarixli sərəncamı ilə bu ali təhsil müəssisəsi müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır.
Ötən 11 ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti genişləndirilmiş, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin edilmiş, ali təhsil ocağının binası yenidən qurulmuş, lazımi tədris şəraiti yaradılmış, maddi-texniki bazası gücləndirilmiş, yeni ixtisaslar açılmışdır. 2003-cü ilə qədər Naxçıvan Müəllimlər İnstitutunda “ibtidai təhsil pedaqogikası və metodikası” və “məktəbəqədər tərbiyənin pedaqogikası və metodikası” ixtisaslarında təhsil verilirdisə, bu gün “ibtidai sinif müəllimliyi”, “riyaziyyat və informatika müəllimliyi”, “təsviri incəsənət müəllimliyi”, “məktəbəqədər təlim və tərbiyə”, “təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə bakalavr, “ibtidai sinif müəllimliyi”, “təhsildə sosial-psixoloji xidmət”, “ibtidai təhsilin pedaqogikası və metodikası” və “pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasları üzrə isə magistr kadrları hazırlanır.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil almaq hər bir Azərbaycan gənci üçün qürurvericidir. Heydər Əliyev adına tam orta məktəb yaradıldığı ilk gündən keçən 10 il ərzində ulu öndərin adına layiq fəaliyyəti ilə təkcə Naxçıvan Muxtar Respublikasının deyil, ölkəmizin təhsil sistemində öz qabaqcıl yerini tutmaqdadır. Builki qəbul imtahanlarında məktəbi bitirən məzunlardan 43-ü ali məktəblərin, 3-ü isə orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülmüşdür. Onlardan 14 nəfər 500-700 intervalında bal toplamışdır. Həmin gənclərin bir neçəsini oxucularımızla tanış edirik:
Gültac ZEYNALZADƏ: – Bu gün muxtar respublikamızda geniş quruculuq işləri həyata keçirilir. Bu quruculuq işlərinin önündə isə təhsil quruculuğu dayanır. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir informasiya texnologiyaları ilə təmin edilməsi şagirdlərin daha yaxşı oxumaları üçün stimuldur. Bizim məktəbdə şagirdlərin hərtərəfli biliyə yiyələnməsi üçün hər cür şərait yaradılıb. Təbii ki, yaradılan bu şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Təhsil aldığım müddətdə bir çox uğurlar qazanmışam. 2013-2014-cü tədris ilində “fizika” fənni üzrə fənn olimpiadasında üçüncü yerə layiq görülmüşəm. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan bir məktəbin məzunu olmaqdan qürur duyuram.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında müasir standartlara cavab verən, informasiya texnologiyaları ilə təmin olunan məktəblər şagirdlərin rahat və keyfiyyətli təhsil almalarına geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə edən gənclər isə ali məktəblərə qəbul imtahanlarında göstərilən etimadı doğruldurlar. Bunu son illərdə yüksək bal toplayanların sayının artmasında da görmək mümkündür.
III ixtisas qrupu üzrə yüksək bal toplayan Samirə Əliyeva onlardan biridir. O, 682 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “politologiya” ixtisasına qəbul olunub.
Samirə bizimlə söhbətində bildirdi ki, muxtar respublikamızda təhsil quruculuğu sahəsində aparılan islahatlar gənc­lərin savadlı, dünyagörüşlü və fiziki cəhətdən sağlam böyümələrinə imkan verir.

Ardını oxu...

Ali məktəb müəllimləri gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardır. Pedaqoji fəaliyyətdə əsas simalardan olan müəllim əgər ünsiyyətin yaradılması mexanizminə yiyələnməyi bacarıbsa, onda o, ali məktəblərdə təhsil alan tələbələrdə təlim-tərbiyə prosesinin səmərəliliyini artırmağa nail ola biləcəkdir. Ona görə ki, pedaqoji fəaliyyət tələbatdan yaranır, tələbatların ödənilməsi ilə təşəkkül tapır. Məhz bu zaman pedaqoji fəaliyyət prosesində müəllim şəxsiyyəti formalaşır. Burada pedaqoji fəaliyyət dedikdə ali məktəblərdə tələbələrin təlim-tərbiyəsi prosesinə yönələn fəaliyyət başa düşülür. 

Ardını oxu...

Hər il olduğu kimi, builki qəbul imtahanlarında da yüksək nəticə göstərən gənclərimiz çoxluq təşkil edir. Onlardan ikisini sizinlə tanış etmək istərdim: Bənövşə Qasımova 667 balla Naxçıvan Dövlət Universitetinə qəbul olunub; digəri – Nurlanə İbrahimli isə 657 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasının tələbəsi adını qazanıb.
Bənövşə QASIMOVA: – 1996-cı ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşam. Bu il Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbi “Qızıl” medalla bitirmişəm. Qardaşımla uşaqlıqdan ən böyük arzumuz həkim olmaq olub. Arzumuza çatmaq üçün var gücümüzlə çalışdıq. Nəticədə, ikimiz də Naxçıvan Dövlət Universitetinin “müalicə işi” ixtisasına qəbul olunduq. Ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Onu da deməyi özümə borc bilirəm ki, məzunu olduğum tam orta məktəbdə yaradılan şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Ümumilikdə isə muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi şagirdləri daha yaxşı oxumağa həvəsləndirir. İndi bir arzum da var: tələbəsi olduğum ali məktəbdə mükəmməl təhsil alıb, yaxşı həkim kimi ən şirin nemət olan cansağlığının keşikçisi olmaq, insanların xidmətində durmaq.

Ardını oxu...

Haqqında söhbət açacağım Fatimə Əliyeva öz məqsədinə çatmaq üçün heç bir zaman oxumaqdan, öyrənməkdən çəkinməyib, sonda uğur onun qapısını döyüb. O, 1998-ci ildə Babək rayonunun Bulqan kəndində ziyalı ailəsində anadan olub. Fatimə elm və bilik dünyasına ilk kövrək addımlarını Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə atıb. Yaxşı oxumasına, davranışına, nizam-intizamına görə müəllimlərin təqdirini qazanıb. Məktəbdə keçirilən hər bir test imtahanı onun üçün uğura doğru gedən yolda bir mərhələ rolunu oynayıb. Dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilib. Orta məktəbi yüksək nəticələrlə bitirib, qazandığı bilikləri 3-cü ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında sınayıb. Nəticə ürəkaçan olub. Fatimə bu imtahanda 626 ballıq yüksək göstəri­ci ilə yaxınlarını, ona bu yolda işıq tutan, doğru yolu göstərən müəl­limlə­ri­ni sevindirib. Onun dediklərindən:

Ardını oxu...

Qəzetimizin ötən sayında yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunan gənclərimizi oxucularımızla tanış etdik. Bu dəfə isə gələcəyin hüquqşünasları haqqında məlumat verəcəyik. Həmin gənclər builki qəbul imtahanında yüksək bal toplayaraq Naxçıvan Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisasına qəbul olunublar. Həmin gəncləri redaksiyamıza dəvət etdik, təəssüratlarını öyrəndik.

Ardını oxu...

Sağlam cəmiyyətdə sağlam övladlar yetişir. Bugünkü gəncliyin xoşbəxtliyi ondadır ki, onlar məhz belə bir cəmiyyətdə böyüyür, formalaşır, təhsil alırlar. Bir neçə ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə test üsulu ilə keçirilən qəbul imtahanları özünün yüksək səmərəsini verir. Belə ki, gənclərimiz bu şəraitdə onlara göstərilən etimadı doğrultmağa çalışır və buna nail olurlar. Savadlı, bilikli və intellektli gənclərə ali məktəblərin qapıları açıqdır. Bu il də qəbul imtahanları şəffaf və obyektiv şəkildə aparılıb, məzunların məktəblərdə qazandıqları bilik özünün müsbət nəticəsini göstərib. Budur, uğur qazanan dörd gəncin tərcümeyi-halı və təhsildə qazandıqları uğurlar. Onları sizinlə tanış etmək istəyirəm. Öncə bir məqamı qeyd edim ki, bu gəncləri birləşdirən bir neçə ortaq cəhət var. Culfa rayonundan olan bu dörd gəncin hər biri builki qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasına qəbul olunub. Həmin gənclərlə həmsöhbət oldum, təəssüratlarını öyrəndim.

Süleyman ƏLƏKBƏROV: – Mən 1997-ci ildə Culfa şəhərində anadan olmuşam. Culfa şəhər 3 nömrəli tam orta məktəbi “Qızıl” medalla bitirmişəm. Tələbə adını qazanmaq hər bir insanın arzusudur. Amma mən ən çox ona görə sevinirəm ki, arzuladığım ixtisasa qəbul olunmuşam. Çəkdiyim zəhmət hədər getmədi. Ali məktəb auditoriyasına qədəm qoyacaq bir tələbə kimi onu da yaxşı dərk edirəm ki, üzərimə böyük məsuliyyət düşür. Çünki biz – bugünkü tələbələr ölkəmizin sabahına cavabdeh olan mütəxəssislər olmalıyıq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün hərtərəfli biliyə malik kadrlar kimi yetişməliyik. Ulu öndər Heydər Əliyevin bizə əmanəti olan müstəqil dövlətimizi qorumaq və Vətəninə layiqli övlad olmaq hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsi olmalıdır.


Ardını oxu...

Dünən Naxçıvan Dövlət Texniki Kollecində Boloniya təhsil sisteminə uyğun orta ixtisas təhsili müəssisələrində kredit sisteminə keçidlə əlaqədar seminar keçirilib. Seminarı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məhəmməd Qəribov açıb. Bildirilib ki, son dövrlərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı nəticəsində təhsildə dünya standartlarına uyğun yeni metod və qaydaların tətbiqi uğurla icra olunur. Bu metodlardan biri də Boloniya təhsil sisteminə uyğun ali və orta ixtisas təhsili müəssisələrində yeni kredit sisteminin tətbiq olunmasıdır. Qeyd olunub ki, muxtar respublikada təhsil müəssisələrinin hərtərəfli inkişafı bu yeni metodların da tətbiqində mühüm rol oynayacaq.

Ardını oxu...

Faiq Həşimlinin tərcümeyi-halı, təhsildə qazandığı uğurlar, imtahanda əldə etdiyi nəticə­lər qarşımdadır. O, 1997-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. Bu il Yaycı kənd 1 nömrəli tam orta məktəbini bitirib. Sınaq imtahanlarında, fənn olimpiadalarında uğurlu nəticələr əldə edib. Ən böyük arzusu iqtisadçı olmaq olub. Bu arzusuna çatmaq üçün gecəsini gündüzünə qatan Faiq II ixtisas qrupu üzrə qəbul imtahanı verərək 674 bal toplayıb. Ali təhsil almaq üçün “ADA” Universitetinin “biznesin idarə edilməsi” ixtisasını seçib.
Faiq qəbul olunduğu ali təhsil ocağında qeydiyyatdan keçmək üçün Bakı şəhərinə gedib. Onunla telefon əlaqəsi saxladıq, təəssüratlarını öyrəndik:
– Son sınaq imtahanlarında, adətən, 600-dən yuxarı bal toplayırdım. Amma qarşıma məqsəd qoymuşdum ki, qəbul imtahanında bundan yüksək bal toplayım. Valideynlərim, müəllimlərim – hamı mənə inanırdı. Sevinirəm ki, bu inamı doğrulda bildim. Uğur qazanmağımın başlıca səbəblərindən biri muxtar respublikada təhsilə göstərilən qayğıdır. Hər ay sınaq imtahanlarında iştirak edirdim. Qəbul imtahanında heç həyəcanlanmadım; sanki yenə sınaq imtahanı idi. Qəbul imtahanından belə yüksək nəticə əldə edəcəyimi bilirdim. İmtahanın gedişi də göstərdi ki, özünəinamım əbəs deyilmiş. Qardaşım da yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunub və hazırda oranın tələbəsidir. Mən də bir daha bu sevinci valideynlərimə yaşatdım.
Faiq Həşimli onu da əlavə edir:
– Ən sevincli günlərimdən biri isə avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü oldu. Ali Məclis Sədrinin tələbə-gənclərin hərtərəfli inkişafına göstərdiyi qayğıkeş münasibətini həmin tədbirdə bir daha gördük. Biz bundan sonra da yaxşı oxumaqla göstərilən etimadı doğruldacağımıza söz verdik.
Azərbaycanın gələcəyi yüksək savada, intellektə və dünyagörüşünə malik vətənpərvər gənclərin əlindədir. İnanırıq ki, Faiq, özünün də dediyi kimi, gələcəkdə bacarıqlı mütəxəssis olmaqla, dövlətinə layiqli xidmət edəcək.
Bu yolda ona uğurlar arzulayırıq!

 Sara ƏZİMOVA

Sürətlə inkişaf edən muxtar respublikamızın təhsil ocaqlarının göstəriciləri ölkə miqyasında seçilməkdə, ali məktəblərə qəbulun səviyyəsi ilbəil artmaqdadır. Nailiyyətlərin təməlində isə, heç şübhəsiz ki, təhsilə göstərilən dövlət qayğısı, təhsil ocaqları üçün yeni-yeni binaların inşa olunması, məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsi, bu işdə böyük fədakarlıq göstərən müəllimlərimizin əməyinin layiqincə qiymətləndirilməsi dayanır. Son 10 ildə muxtar respublikada 56 min 926 şagird yerlik 142 məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Ümumtəhsil məktəblərinə 3409 kompüter dəsti verilib, hər 12 şagird bir kompüterlə təmin olunub. Təhsil müəssisələrindəki kompüterlərin 84 faizi internetə qoşulub, 600-ə yaxın elektron lövhə quraşdırılıb. Bütün bunların nəticəsidir ki, təhsildə keyfiyyət göstəricisi ilbəil artır.
Ali məktəblərə qəbulun təhlilindən görürük ki, yüksək bal toplayanların sayı bu il də artıb. Əgər 2013-cü ildə tələbə adını qazananların 312-si 500-dən yuxarı bal toplamışdısa, 2014-cü ildə 347 abituriyent 500-700 intervalında yüksək nəticə göstərib. Builki qəbul imtahanlarında ən yüksək bal toplayan gənclərdən biri də Amil Qasımovdur. O, IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 677 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin “müalicə işi” ixtisasına qəbul olunub. Bu istedadlı gənclə görüşdük və onunla qəbul imtahanında qazandığı uğurun sevincini bölüşdük.

Ardını oxu...

Gənc nəslin inkişaf etdirilməsində, onların bacarıq və istedadlarının aşkara çıxarılmasında məktəbdənkənar təhsil müəssisələrinin böyük rolu vardır. Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların asudə vaxtlarının səmərəli təşkilini təmin edir. Belə məktəbdənkənar müəssisələr sırasında texniki yaradıcılıq mərkəzlərinin də öz yeri var. Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi də belə ünvanlardan biridir.

Ardını oxu...

Son dövrlər Naxçıvan Muxtar Respublikası ərazisində beynəlxalq səviyyəli arxeoloji qazıntıların aparılması sayəsində uğurlu elmi nəticələr əldə olunmuşdur. Naxçıvanın qədim tarixinin öyrənilməsində ərazidəki antik, orta əsr və müasir dövr arxeoloji nümunələrin, tarixi və təbiət abidələrinin, ilk insanların yaşadığı mağaraların, istifadə etdikləri müxtəlif mənşəli alətlərin, qədim yaşayış sahələrinin, möhtəşəm qalaların, türbələrin, əhalinin etnogenezinin, epiqrafik və etnoqrafik nümunələrin sistemli şəkildə elmi araşdırmalara cəlb olunması mühüm rol oynamışdır.
Qeyd edək ki, regiondakı aborigen türk tayfalarının tarixinin öyrənilməsində paleontoloji dəlillərin toplanılması və elmi araşdırılması ərazidə insan cəmiyyətinin yaranmasını, birgəyaşayış qaydalarının təkamülünü, əkinçilik mədəniyyətinin və insan şüurunun formalaşmasının inkişafını izləməyə imkan verər. Bu baxımdan Naxçıvan ərazisində arxeoloji qazıntılar nəticəsində müxtəlif bitki mənşəli qalıqların tapılması, fitopaleontoloji dəlillərin toplanılması və öyrənilməsi qədim tariximizin araşdırılması üçün çox əhəmiyyətlidir.
Cənubi Qafqazda ən qədim əkinçilik mədəniyyətinin öyrənilməsi məhz Naxçıvandakı I Kültəpədən başlanmışdır. Erkən Tunc dövründə Naxçıvanda Kür-Araz mədəniyyəti ilə yanaşı, əkinçilik mədəniyyəti də formalaşmışdır.

Ardını oxu...

Filologiya elmləri doktoru, əməkdar elm xadimi Hüseyn Həşimli iyirminci əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mətbuatı­nın unudulmuş səhifələri barədə çoxsaylı kitab və məqalələrin müəllifidir. Onun bu istiqamətdəki tədqiqatları sırasında doğma Naxçıvanımızın yetirməsi olan bir sıra ədiblərin yaradıcılığının ilk dəfə sistemli şəkildə araşdırılması da özünəməxsus yer tutur. Alimin bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çap olunmuş iki yeni kitabı onun həmin sahədəki səmərəli tədqiqatlarının davamı və uğurlu bəhrəsi kimi maraq doğurur.

Kitablardan biri “Məmmədəli Sidqi və “Şeypur” jurnalı” adlanır. Adıçəkilən Məmmədəli Sidqi (1888-1956) məşhur maarifçi, həmyerlimiz Məhəmməd Tağı Sidqinin oğludur. Ötən əsrin birinci yarısında Azərbaycanda maarif, ədəbiyyat, mətbuat, teatr və sair sahələrdə ciddi, mühüm xidmətlər göstərmiş Məmmədəli Sidqinin çoxşaxəli fəaliyyəti, təəssüf ki, indiyədək öyrənilməmiş, yalnız tək-tək müəlliflər onun haqqında qısa fikirlər söyləmişlər. Hüseyn Həşimli görkəmli həmyerlimiz haqqında uzun müddət araşdırma aparmış, onun həyat və yaradıcılığı barədə bitkin təsəvvür yaradan kitab yazmışdır. Kitabın “Məmmədəli Sidqinin ömür yolu və fəaliyyətinin əsas yönləri” adlı ilk fəslində tədqiqatçı ötən əsrin ilk onilliklərinə aid çoxsaylı dövri mətbuat və arxiv materialları əsasında bu istedadlı ziyalının həyat və yaradıcılığının başlıca mərhələ və istiqamətlərini incələmiş, onun Naxçıvan, Bakı və Aşqabaddakı pedaqoji fəaliyyəti, ötən əsrin ilk onilliklərində “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “İqbal”, “Sovqat”, “Bəsirət”, “Tazə xəbər”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “Həqiqət”, “Babayi-Əmir”, “Azərbaycan”, “Zənbur” kimi digər qəzet və jurnallarda “Zadə”, “Rizə”, “Əfi”, “Bekar”, “Qəmiş”, “Bir naxoş”, “Kabla Kövsər”, “Kərtənkələ”, “Kəzbi”, “Lavaş” və digər imzalarla dərc etdirdiyi çoxsaylı bədii və publisistik yazıların əsas məğzinə, ideya-bədii məziyyətlərinə nəzər salmış, onların bir qismini ilk dəfə təhlilə cəlb etmişdir.

Ardını oxu...

Bu gün bir çox cəhətdən dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanan Azərbaycanda elmin inkişafına daha çox ehtiyac duyulur. On bir iqlim qurşağının doqquzu bizim məmləkətdədir, zəngin yeraltı-yerüstü sərvətlərimiz var. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da zəngin təbii ehtiyatlara malikdir. Deməli, burada elmin meydanı daha genişdir. AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun fəaliyyəti ilə maraqlanmağımızın səbəbi məhz muxtar respublikada bu istiqamətdə aparılan elmi-tədqiqat işləri ilə bağlı oxucularımızı bilgiləndirməkdir. İnstitutun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasovla görüşüb həmsöhbət olduq. Müsahibim muxtar respublikanın zəngin ehtiyatlara malik mineral sərvətlərindən və bu sərvətlərin öyrənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərindən danışdı. Əvvəlcə Əliəddin müəllimi Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilməsi münasibətilə təbrik etdik, yeni yaradıcılıq uğurları arzuladıq:

Ardını oxu...

Muxtar respublikamızda ən üstün istiqamət verilən sahələrdən biri təhsildir. Bu sahənin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır, hər il yeni məktəb binaları inşa olunur, təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirilir. Bütün bunlar öz bəhrələrini verir. Ali məktəblərə builki qəbul imtahanlarında 500-700 intervalında bal toplayan naxçıvanlı abituriyentlərin sayı bir qədər də artaraq 347 nəfərə çatıb. Müqayisə üçün bildirək ki, bu rəqəm 2012-ci ildə 267, ötən il isə 312 nəfər olmuşdu. Builki qəbulun nəticələrinə görə, 231 nəfər 500-600, 88 nəfər 600-650, 28 nəfər 650-700 intervalında bal toplayıb.
Yüksək bal toplayan abituriyentlər sırasında 33 ucqar dağ kənd məktəbinin məzunları var. Bu da onunla bağlıdır ki, son illər muxtar respublikamızda geniş vüsət almış tikinti-quruculuq işlərinin tərkib hissəsi olan yeni məktəb binalarının tikintisi belə ünvanlarda daha çox aparılır.

Xəbərlər şöbəsi

 

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması haqqında imzaladığı sərəncamdan on iki il keçir. Düz on iki il bundan əvvəl – 2002-ci il avqustun 7-də ulu öndərimizin xeyir-duası ilə akademiyanın Naxçıvan bölməsi yaradılmışdır. Naxçıvan bölməsinin yaradılması zəruriliyindən bəhs edən ümummilli liderimiz demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikamızın indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.

Ardını oxu...

Dünən Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat və Sənaye nazirliklərinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. 18 iyul 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində təşkil olunan tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov və təhsil naziri Piri Nağıyev çıxış ediblər. Bildirilib ki, muxtar respublikamızın təhsil müəssisələrində müəllim, tələbə və şagirdlərin vahid geyim formaları ilə təmin edilməsi, tədris ləvazimatlarının keyfiyyətinə və təhsil ocaqlarında yerləşən ictimai-iaşə obyektlərinin fəaliyyətinə nəzarət edilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. Qeyd olunub ki, ümumtəhsil məktəblərində 2025-i kişi, 4955-i qadın olmaqla, cəmi 6980 müəllim fəaliyyət göstərir. Müəllimlərin vahid geyim formasına olan illik tələbatı 10 min 471 dəst, məktəb daxilində geyilən yüngül ayaqqabıya olan illik tələbatı isə 7 min 25 cüt təşkil edir. Ümumtəhsil məktəblərində 21 min 441-i oğlan, 22 min 676-sı qız olmaqla, cəmi 44 min 117 şagird təhsil alır.

Ardını oxu...

İyulun 27-də Naxçıvan Dövlət Universitetində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2014-2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçirilib. Naxçıvan şəhərində keçirilən imtahanda 26 namizəd iştirak edib. Saat 1100-də başlanan imtahanda namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib.
Qeyd edək ki, namizədlərə ixtisas fənləri üzrə hər bir test tapşırığının cavabı 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub; səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı bal 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.
Qeyd edək ki, rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 29-dan 31-dək aparılır. Namizədlər müəyyən olunmuş müddət ərzində internet üzərindən elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.
Rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi 30 mart 2014-cü il tarixdə keçirilib və müsabiqə şərtini ödəyənlər (ən azı 40 bal toplayanlar) imtahanın II mərhələsinə buraxılıblar.
Məlumat üçün bildirək ki, həmin gün Heydər Əliyev adına Hərbi Liseyə də qəbul imtahanı keçirilib.

Səbuhi HƏSƏNOV

Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən tarix və mədəniyyət abidələrinin tədqiqi Naxçıvan Muxtar Respublikasında elm adamlarının qarşısına qoyulan əsas vəzifələrdəndir. Hər il tarixi abidələrimiz tədqiq edilərək tariximizin qaranlıq səhifələrinə işıq salınır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası zamanı muxtar respublika ərazisində qeydə alınıb pasportlaşdırılan abidələrin tədqiqi bu il də davam etdirilməkdədir. Belə abidələrdən biri də Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Qızqala abidəsidir.

Ardını oxu...

Tanınmış travmatoloq, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Adil Məmmədovun Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Naxçıvan cərrahiyyəsinin inkişaf tarixi” adlı kitabı işıq üzü görüb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının qərarı ilə çap olunmuş kitabın məsləhətçisi Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, rəyçisi Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Çərkəz Cəfərov, elmi redaktoru isə tibb üzrə fəlsəfə doktoru Sabir Novruzovdur. 12 fəsildən ibarət monoqrafiya Naxçıvanda cərrahiyyənin yaranma və inkişaf tarixinin öyrənilməsinə imkan verir.
Adil Məmmədovun 320 səhifəlik monoqrafiyası tematik xarakter daşıyır. Əsərdə müəllif yalnız cərrahiyyə sahəsindən, muxtar respublika ərazisinin müxtəlif bölgələrində onun təşəkkülü və inkişaf mərhələlərindən, bu işdə rolu olan bütün cərrahi peşə sahiblərinin fəaliyyətindən bəhs edir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının fransız dili müəllimləri üçün beşgünlük pedaqoji staj keçilir.
Pedaqoji staj başlamazdan əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə dünya təhsilinə inteqrasiya istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, dünyanın 80-dən çox tanınmış universitetləri ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə 300-dən çox xarici vətəndaş təhsil alır. Müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil olunan universitetdə Avropa dillərinin, eləcə də fransız dilinin, ədəbiyyatının tədrisinə xüsusi əhəmiyyət verilir. Hər il keçirilən ənənəvi Frankofoniya bayramı vasitəsilə tələbələrdə fransız dilinə, tarixinə və mədəniyyətinə maraq yaradılır. Rektor Fransanın Azərbaycandakı səfirliyinin ali məktəblər arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək ölkələrarası əlaqələrin inkişafında elm və təhsil sahəsindəki tərəfdaşlığın rolundan bəhs edib. Qeyd olunub ki, Naxçıvanda ilk dəfə tanınmış mütəxəssislərin iştirakı ilə keçiləcək pedaqoji staj fransız dilinin mənimsənilməsi və tədrisi baxımından faydalı olacaq.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Almaniya Akademik Mübadilə Xidmətinin təşkilatçılığı ilə alman dilində təlim kursu keçilib. “Almaniyanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti” mövzusuna həsr olunmuş təlim kursunda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək bu ali təhsil ocağında təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialı, yerli mütəxəssis hazır­lığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətindən bəhs edib, Almaniyanın təhsil imkanları haqqında məlumat verib.

Ardını oxu...

İyulun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 54 binada təşkil olunmuşdur. Qeyd edək ki, ən yaşlı abituriyent 1990, ən gənc abituriyent isə 1997-ci il təvəllüdlüdür.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-də başlanmış və 3 saat davam etmişdir. Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1821 abituriyent iştirak etmişdir. İmtahana 174 nəzarətçi-müəllim, 15 imtahan rəhbəri cəlb olunmuşdur. Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan aparılan yerlərdə normal şərait yaradılmışdır.

Ardını oxu...

Naxçıvanın XIX əsr tarixinin öyrənilməsində rusdilli mənbələr əhəmiyyətli rol oynayır. Bu günlərdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun yeni çapdan çıxmış kitabı məhz XIX əsr rus mənbələrində Naxçıvan mövzusuna həsr olunub. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarına əsasən çap olunan kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri isə tarix elmləri doktoru Cəfər Cəfərov və tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəylidir.

Monoqrafiyada XIX əsrə aid rus mənbələrinin geniş təhlili verilmiş, regionun siyasi, sosial-iqtisadi, mədəni mənzərəsi, hərbi-siyasi əlaqələri və digər aktual məsələlər haqqında geniş məlumatlar öz əksini tapmışdır. Müəllif rus tədqiqatçılarının və hərbçilərinin məlumat və məktublarına əsaslanmaqla Naxçıvanın rus qoşunları tərəfindən tutulmasını, general Yermolovun İrana səfəri zamanı onun Naxçıvanda olmasını, Kalbalı xanla görüşməsini tarixi faktlara əsaslanmaqla şərh edir.

Ardını oxu...

İyulun 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 52 binada təşkil olunmuşdur. Qeyd edək ki, ən yaşlı abituriyent 1988, ən gənc abituriyent isə 1997-ci il təvəllüdlüdür.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-də başlanmış və 3 saat davam etmişdir. Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1469 abituriyent iştirak etmişdir. İmtahana 143 nəzarətçi-müəllim, 13 imtahan rəhbəri cəlb olunmuşdur. Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan aparılan yerlərdə normal imtahan şəraiti yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələrə və cari ilin birinci yarımilində AMEA Naxçıvan Bölməsində görülən işlərə dair tədbir keçirilmişdir.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2014-cü ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2014-cü ilin birinci yarısında AMEA Naxçıvan Bölməsində Naxçıvanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, təbii sərvətlərinin öyrənilməsi, qrant layihələrinin icrası, beynəlxalq və respublika səviyyəli elmi, elmi-texniki kоnfrans və seminarların keçirilməsi, eyni zamanda kadr potensialının artırılması, maddi-texniki bazanın möh­kəmləndirilmə­si yönündə elmi və elmi-təşkilati işlərin uğurlu həllinə çalışılmışdır.

Ardını oxu...

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva və La Plata Milli Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun departament koordinatoru, professor Paulo Botta Naxçıvan Dövlət Universitetində olmuşlar.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, dünya təhsilinə inteqrasiya yolu tutan, 50 ilə yaxın tarixi inkişaf yolu keçən universitetin beynəlxalq əlaqələri genişlənməkdədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəb bir çox beynəlxalq layihədə də uğurla təmsil olunur. Universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük əhəmiyyət verilir.

Ardını oxu...

2012-ci ildə Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi üçün hərtərəfli tədris şəraitinə və maddi-texniki təchizata malik olan kompleksin istifadəyə verilməsi ixtisaslı kadrların hazırlanması istiqamətində görülən tədbirlərin miqyasını daha da genişləndirmişdir. Hazırda məktəbdə yürüyüş təlimlərinin keçilməsi üçün 8 avtomobil, minik və yük avtomobillərinin bazasında yığılmış 2 avtotəlim maşını vardır. Məktəbdə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrinin idarəetmə məsələləri üzrə təcrübi təlimlər keçilir. Təlim kursu başa çatdıqdan sonra müdavimlər bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücülük hazırlıqlarının səviyyəsini müəyyən etmək üçün imtahan verirlər.
2014-cü ilin ikinci rübündə məktəb öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur. Bu müddətdə məktəbdə 30 qrup açılmışdır ki, onlardan da 2-si qadın qrupu olmuşdur. Ötən 3 ayda məktəbdə təhsili başa vuran 891 müdavimə şəhadətnamə verilmişdir. Həmin müdavimlərdən 60-ı qadınlar, 180-i isə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən gənclər olmuşdur. Davamiyyəti və mənimsəmə qabiliyyəti aşağı olduğuna görə 9 müdavim məktəbdən xaric edilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Texniki-Peşə və Sürücülük Məktəbi peşəkar sürücülərin və ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyətini davam etdirir.

“Şərq qapısı”

AMEA-ya seçilmiş həqiqi və müxbir üzvlərlə iyulun 8-də görüş keçirilib.
Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev son dövrlərdə AMEA-da aparılan islahatlardan danışdı. Akademik qeyd etdi ki, bu il mart ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncamın imzalanmasından sonra bu islahatlar daha da genişlənib.

Ardını oxu...

İyul ayının 4-də plenar iclasla başlayan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusundakı Beynəlxalq Konfrans iyulun 5-də öz işini bölmə iclasları ilə davam etdirib.
Ağbulaq kənd məktəbində müxtəlif sahələrə uyğun olaraq, 5 bölmə üzrə keçirilən iclaslarda muxtar respublikanın tarixinə, coğrafiyasına dair məruzələr dinlənilib, ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrdə əldə olunan nailiyyətlər, muxtariyyətin əldə edilməsi zərurəti, onun qorunub saxlanması əhəmiyyəti barədə müzakirələr aparılıb.
Qeyd edək ki, bölmə iclaslarına AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbib­bəyli, AMEA-nın müxbir üzvləri, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Qadir Qədirzadə, Qədim dövr arxeologiyası şöbəsinin müdiri Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin professoru Asif Şirəliyev sədrlik ediblər.
Bölmə iclasları başa çatdıqdan sonra konfrans iştirakçıları AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı ilə tanış olublar. Qonaqlara burada qorunub saxlanan Naxçıvan florasının qiymətli nümunələri, o cümlədən müxtəlif iqlim şəraitlərinə xas olan nadir bitkilər barədə ətraflı məlumat verilib.

Ardını oxu...

– “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” Beynəlxalq Konfransı artıq Naxçıvanda ənənə halını alan beynəlxalq səviyyəli elmi tədbirlərin növbətisidir. Belə elmi tədbirlərin keçirilməsi üçün isə elmi potensialın mövcudluğu əsas şərtdir. Siz Azərbaycanda elmin inkişafına cavabdeh olan şəxs kimi Naxçıvanda elmin bugünkü inkişafını necə qiymətləndirirsiniz?
– Naxçıvanın 90 illik yubileyi ilə bağlı beynəlxalq konfransın keçirildiyi bu günlər Naxçıvanda həm də böyük bir elm bayramına çevrilib. Dünyanın müxtəlif ölkələrindən – ABŞ-dan, Rusiyadan, Türkiyədən gələn alimlər bizim elm adamları ilə birlikdə burada Naxçıvanın muxtariyyətinin tarixi əhəmiyyətini müzakirə etdilər. Bu konfrans Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün böyük bir tarixi hadisədir. Bu həm də burada elmin inkişafının göstəricisidir. Qeyd etmək lazımdır ki, ümumilikdə, Azərbaycan Milli Elmlər Akademiyası sistemində aparılan islahatlar Naxçıvanda elmin inkişafına öz təsirini göstərir. Naxçıvanda elmin inkişafının əsas göstəricisi nədir? Burada elmin inkişafının nəticəsidir ki, bu gün Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyasının iki həqiqi və 8 müxbir üzvü çalışır. Əminliklə deyə bilərəm ki, bu gün Naxçıvanda nəinki elm inkişaf edir, həm də elmi məktəblər yaranmaqdadır. Bu, böyük əlamətdar bir hadisədir. Çünki elmi məktəblər olmasa, elmi mühit olmasa, elm inkişaf edə bilməz. Naxçıvanda isə belə bir elmi mühit formalaşıb və elmi məktəblər yaranmaqdadır. Bu, özü bir göstəricidir.

Ardını oxu...

Dünən “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı Beynəlxalq Konfransın plenar iclası başa çatdıqdan sonra konfrans öz işini 5 bölmədə davam etdirmişdir.
“Muxtariyyət ərəfəsində Naxçıvan diyarında ictimai-siyasi vəziyyət” adlanan və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin sədrliyi ilə keçirilən bölmə iclasında AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin, həmin institutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, institutun şöbə müdiri, dosent Emin Şıxəliyevin, Naxçıvan Özəl Universitetinin dosentləri El­brus İsayevin, İbrahim Kazımbəylinin, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quli­yevin və başqalarının “Muxtariyyət ərəfəsində tarixi Naxçıvan ərazisində etnik, sosial-siyasi mənzərə”, “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, “Muxtariyyət ərəfəsində İngiltərə və Rusiyanın geosiyasi maraqlarında Naxçıvan”, “İngiltərənin Qafqaz siyasətində Naxçıvan”, “Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi prosesi, tarixi yanlışlıq: Naxçıvan məsələsi siya­si-diplomatik hədəflərdə”, “Naxçıvan Muxtar Respublikasının qurucularından biri – Nəcəfqulu Nəcəfov” və digər mövzularda elmi məruzələri dinlənilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan – 9: informasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Əvvəlcə simpozium iştirakçıları elektronika, memarlıq və rəsm sərgilərinə baxmışlar.
Beynəlxalq simpoziumu giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə regionda bu sahədə qazanılan uğurlar barədə danışmışdır. Vurğulanmışdır ki, Naxçıvan Dövlət Universitetində elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmməd­ovanın ABŞ-da nəşr olunan nüfuzlu “Şüşənin fizikası və kimyası” (Glass physics and chemistry) jurnalında elmi məqaləsi çap edilib. Adıçəkilən jurnal Springer jurnalları siyahısına daxil olmaqla kimya və fizika sahəsində dünyanın ən nüfuzlu dərgilərindən biri sayılır. Naxçıvanlı alimin “Təbii qallazit-obsidian sistemində natrolittipli seolitin hidrotermal sintezi” adlanan elmi məqaləsi rus dilində jurnalda çap edildik­dən sonra redaksiya heyəti məqalənin əhəmiyyətini nəzərə alaraq onu ingilis dilinə çevirərək yenidən nəşr edib.
Qeyd edək ki, bir müddət öncə – 28 May – Respublika Günü ilə əlaqədar keçirilən gənc alimlər üçün AMEA Rəyasət Heyətinin qrant müsabiqəsində kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova son üç ildə apardığı tədqiqat işlərinin nəticələrinə əsasən, 2000 manat həcmində qrant mükafatı qazanıb. Məlumat üçün deyək ki, qrant müsabiqəsində gənc alimlərin son üçillik fəaliyyəti qiymətləndirilib.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali məktəblərdə “Ümumi təhsil kurikulumunun əsasları” mövzusuna həsr olunmuş təlim kursuna start verilib.
Təlim kursunun açılış mərasimində Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid muxtar respublika rəhbərinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması, yerli mütəxəssis hazırlığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu Y.Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyində elmi konfrans keçirib. Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov açıb. O qeyd edib ki, Yusif Məmmədəliyev nəinki Azərbaycanda, ümumilikdə, keçmiş SSRİ-də kimya elmi sahəsində tanınmış məşhur alimlərdən biri olub. Bildirilib ki, Məmməd­əliyev Yusif Heydər oğlu Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1926-cı ildə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirib, 1942-ci ildə kimya elmləri doktoru, professor elmi dərəcəsi və adı alıb, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Y.Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti vəzifəsində çalışıb.

Ardını oxu...

2014-cü il iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilmişdir. Seçkilər nəticəsində Naxçıvan Muxtar Respublikasından namizədliyini verən aşağıdakı şəxslər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri seçilmişlər:

Həqiqi üzv

Talıbov Tariyel Hüseynəli oğlu – botanika ixtisası üzrə

Müxbir üzvlər

Məhərrəmov Saleh Heydər oğlu – biologiya ixtisası üzrə

Səfərli Hacıfəxrəddin Yəhya oğlu – tarix ixtisası üzrə

Şahverdiyev Zəhmət Əbülfət oğlu – tarix ixtisası üzrə

Abbasov Əliəddin Dəyyan oğlu – kimya ixtisası üzrə

Bağırov Adil Nəsib oğlu – dilçilik ixtisası üzrə

İyunun 29-da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasından məzun olan əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.
Naxçıvan Muxtar Respublikasında imtahan 14 nömrəli tam orta məktəbdə təşkil edilib. İmtahanların keçirilməsi üçün 41 otaq ayrılıb. TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin rəhbəri Sabir Məmmədovun verdiyi məlumata görə, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərlə yanaşı, eksternat qaydada təhsil sənədi almaq istəyənlər də imtahan veriblər. İmtahanlarda iştirak etmək üçün, ümumilikdə, 908 nəfər müraciət edib.
İmtahanın keçirilməsinə 3 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından, 5 nəfər isə komissiyanın Naxçıvandakı regional bölməsindən olmaqla, ümumilikdə, 8 imtahan rəhbəri cəlb edilib. 77 imtahan nəzarətçisinin hamısı muxtar respublikanı təmsil edib. TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin üç nəfər əməkdaşı isə imtahana ümumi rəhbərliyi həyata keçirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu, müxtəlif və məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan insanlar tərəfindən bir sıra təsərrüfat sahələrinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Bu təsərrüfat sahələrindən biri də xalqımızın məişət həyatında əsas yerlərdən birini tutmuş arıçılıqdır.
Arıçılıq hal-hazırda təkcə insan üçün bal verən bir təsərrüfat sahəsi deyildir. Elmin və təbabətin inkişafı arıların bir sıra tibbi və təsərrüfat əhəmiyyətli məhsullar hazırladığını müəyyən etmiş və arıçılıq farmakologiya sənayesini xammalla təmin edən bir sahəyə çevrilmişdir. Təbiətin möcüzəsi olan bu kiçik varlıqlar bal, mum, güləm, arı südü, arı zəhəri kimi çox dəyərli məhsullar hazırlamaqla yanaşı, entomofil bitkiləri tozlandırmaqla da məhsuldarlığın artmasında mühüm rola malikdirlər. Bu baxımdan arıçılığın inkişafı diqqət mərkəzindədir və Naxçıvanda arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmış, yerli şəraitdə arı ailələrinin və onlardan əldə olunan əmtəəlik məhsulların miqdarı artaraq bütün dövrlərlə müqayisədə ən yüksək həddə çatdırılmışdır.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, metodistləri, tərbiyəçi-müəllimləri üçün təşkil olunmuş 10 günlük ixtisas­artırma kursu başa çatmışdır. Kurs iştirakçılarına sertifikatların verilməsi münasibətilə keçirilən tədbiri institutun rektoru, professor Oruc Həsənli açmışdır. Bildirilmişdir ki, bu gün Azərbaycan təhsil sistemində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət uğurla davam etdirilir. Bu təhsil sistemində məktəbəqədəryaşlı uşaqların orta təhsilə hazırlığı məsələləri də öz əksini tapmışdır.
Oruc Həsənli onu da vurğulamışdır ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının bütün bölgələri kimi, Gilançay vadisi də arxeoloji abidələrlə zəngindir. Gilançayın sağ və sol sahilindəki ərazilərdə olan  Tunc, Dəmir, Antik və orta əsrlər dövrünə aid abidələr maddi və mənəvi mədəniyyətimizin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Gilançay vadisindəki arxeoloji abidələr içərisində Plovdağın ətəyində olan Tunc dövrü yaşayış yerləri və nekropollar nəinki Azərbaycan, həmçinin dünya arxeologiyasında mühüm yeri olan unikal abidədir. Plovdağ yaşayış yerindəki tikili qalıqlarından, nekropollardakı kurqanaltı daş qutu və torpaqtipli qəbirlərdən əldə olunmuş arxeoloji materialları gözdən keçirərkən  hər bir  insan Tunc dövrünə ekskursiya edir, bu dövr haqqında müəyyən təsəvvürlərə sahib olur. 

Ardını oxu...

Milli sərvət – o təkcə ölkələrin sahib olduğu iqtisadi resurslar, təbii ehtiyatlar, geostrateji mövqe deyil; milli sərvət həm də bir millətin sahib olduğu milli və mənəvi dəyərlər, o millətin istedadlı nümayəndələri, ölkənin istedadlı vətəndaşlarıdır. Bunlar həm də elə sərvətlərdir ki, onlar olmadan bir millətə təbii sərvətlərin heç bir yararı yoxdur. Elə bu səbəbdəndir ki, dünyada çox az təbii sərvətə sahib olub, əhalisinin istedadı və əməksevərliyi nəticəsində yüksək rifah səviyyəsinə malik Yaponiya ilə yanaşı, sonsuz təbii sərvətlər sahibi olan, əhalisi çox aşağı səviyyədə yaşayan Hindistan kimi ölkələr də var. Deməli, ən böyük sərvət də, ən böyük kapital da insandır, o insanın istedadıdır. Millətlər o zaman inkişaf edir, milli təfəkkür o zaman iti zəkaya çevrilir ki, hər şey təbii sərvətlərin qorunmasına deyil, insanın qorunmasına yönəldilir. O insanın istedadı, bacarığı isə təbii resurslardan düzgün istifadə etməklə, bütövlükdə, ölkəni qoruyur; həm də gələcək milli sərvətin – uşaqların və gənclərin normal böyüməsini təmin edir. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində tibb sahəsi üzrə kadr hazırlığının 15-ci, Tibb fakültəsindən məzunolmanın 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Aparıcı tədbiri açıq elan etdikdən sonra Tibb fakültəsində təhsilin səviyyəsindən, fundamental tədris bazasından, göstərilən diqqət və qayğıdan danışaraq muxtar respublika rəhbərinə məzunlar adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kollektivinə ünvanladığı təbriki oxuyub.

Ardını oxu...

Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Məhz buna görə dili ictimai hadisə adlandırırlar. İnsan ətraf aləmdə hər şeyi öyrənməkdə, təlim-tərbiyə almaqda əsas olaraq sözdən istifadə edir. Ona görə də dil özünü təlim-tərbiyə prosesində mühüm vasitə kimi göstərir.
Peşəkar tənqidçi, ədəbiyyatşünas, Ana dilinin saflığı və inkişafı uğrunda mübarizə aparan Firudin bəy Köçərli belə yazırdı: “Hər millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatın mayeyi-mənziləsidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 14 iyun tarixli Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Liseyin iki müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, bir nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir. Həmin müəllimləri oxucularımızla daha yaxından tanış etmək üçün onları redaksiyamıza dəvət edib sevinclərini bölüşdük:
Zərifə SEYİDOVA – Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi: – Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişəm. Kimya ixtisası üzrə ali təhsil almışam. İlk müəllimlik fəaliyyətinə məzun olduğum orta məktəbdən başlamışam. 2006-cı ildən Heydər Əliyev adına Hərbi Liseydə müəllimlik peşəmi davam etdirirəm. Heydər Əliyev adına Hərbi Lisey! Bu ad insanda necə də qürur və fəxr hissi yaradır! Burada işləmək çox məsuliyyətli və şərəflidir. Hər bir qüdrətli dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısı onun güclü ordusudur. Bu gün Azərbaycan Respublikasının güclü ordusu var. Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ixtisaslı və peşəkar kadr təminatı istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bir müəllim kimi bununla fəxr edirəm.

Ardını oxu...

Dünən bu mövzuda Naxçıvan Dövlət Universitetində (NDU) elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəm­ov çıxışına ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə başlayıb: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Müstəqilliyin ilk illərində Azərbaycanda ekoloji problemlərin həllinin diqqətdən kənarda qaldığını vurğulayan rek­tor ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görüldüyünü, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradıldığını qeyd edib. Bildirilib ki, dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və ətraf mühiti qorumaq hüquqları haqqında maddələr öz əksini tapıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin iştirakçısı olduğu beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində növbəti tədbir Almaniyada keçirilmişdir.
9-14 iyun tarixlərində bu ölkənin Vorms şəhərində universitetin tərəfdaşı olduğu “SuToMa” (Dayanıqlı turizmin idarə olunması üzrə bakalavriat və magistrant hazırlığı modullarının yaradılması) layihəsinin növbəti konfransı keçirilmişdir. Konfransda universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev və Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi Əli Cabbarov iştirak etmişlər. Tədbirdə layihə çərçivəsində görülmüş işlər müzakirə edilmiş, modullar üzrə əldə olunmuş nəticələrin təqdimatları keçirilmişdir. Növbəti tədris ilində əldə olunmuş təcrübənin tərəfdaş olan Cənubi Qafqaz ölkələri universitetlərində tətbiq olunması üçün təlimlərə başlanılması nəzərdə tutulmuşdur.

Xəbərlər şöbəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevin “Naxçıvan Muxtar Respublikası torpaqlarının münbitlik modeli” adlı monoqrafiyası rus dilində Almaniyanın “LАМВЕРТ Academic Publishing” şirkəti tərəfindən çap edilmişdir. Monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 7 yanvar 2014-cü il tarixli qərarı ilə çapa məsləhət görülmüşdür.
Monoqrafiyada ilk dəfə olaraq muxtar respublikanın üzümçülük şəraitində torpaqlarından səmərəli istifadə olunması və tərtib olunan torpaq xəritəsi haqqında ətraflı məlumatlar dünya ictimaiyyətinə çatdırılmışdır.
Monoqrafiyanın birinci fəslində ilk dəfə olaraq müəllif tərəfindən aparılmış çoxillik tədqiqatlar nəticəsində muxtar respublikanın təbii və mədəni bitkilər altında torpaqların formalaşmasına təsir göstərən fiziki-coğrafi və antropogen amillərə aydınlıq gətirilmişdir.
Əsərin ikinci fəslində Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji qiymətləndirilməsinin nəzəri, metodik və metodoloji əsaslarına diqqət yetirilmişdir. Qeyd olunanlarla yanaşı, dünya miqyasında, keçmiş SSRİ və MDB ölkələrində bu sahəyə dair elmi baxışların inkişaf mərhələləri öyrənilərək təhlil olunmuş və onların nəticələri muxtar respublika ərazisindəki torpaqların bonitirovkası, ekoloji parametrlərin qiymətləndirilməsi və münbitlik modellərinin qurulması haqqında məlumatlar verilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Cənubi Koreyada səfərdə olub

Qloballaşma, texnologiya və sürətli tərəqqi əsri ilə ayaqlaşmağa çalışan Naxçıvan Dövlət Universitetində son 19 ildə dünyaya inteqrasiya, tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülmüşdür. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi bu prioritet vəzifələrin həllinə xidmət edir.

2012-ci ildə tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-Sukun başçılığı ilə koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetinə ezam olunmuşdur. Sistemin ilkin təqdimatı keçirilmiş, müzakirələr aparılmış, yerli mütəxəssislər məlumatlandırılmışlar. 2013-2015-ci illəri əhatə edən layihənin həyata keçirilməsinə KOICA tərəfindən 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR