24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, metodistləri, tərbiyəçi-müəllimləri üçün təşkil olunmuş 10 günlük ixtisas­artırma kursu başa çatmışdır. Kurs iştirakçılarına sertifikatların verilməsi münasibətilə keçirilən tədbiri institutun rektoru, professor Oruc Həsənli açmışdır. Bildirilmişdir ki, bu gün Azərbaycan təhsil sistemində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət uğurla davam etdirilir. Bu təhsil sistemində məktəbəqədəryaşlı uşaqların orta təhsilə hazırlığı məsələləri də öz əksini tapmışdır.
Oruc Həsənli onu da vurğulamışdır ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.

Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov, institutun müəllimi Həsənəli Eyvazlı və Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasının müdiri Elnarə Seyidova çıxış edərək məktəbəqədər müəssisələrdə çalışan metodist və tərbiyəçi-müəllimlər üçün təşkil edilən belə kursların əhəmiyyətindən danışmışlar.
Sonda kursda iştirak edən 21 nəfərə sertifikat və elektron formada hazırlanmış metodik vəsait verilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR