24 Dekabr 2024, Çərşənbə axşamı

İyul ayının 4-də plenar iclasla başlayan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusundakı Beynəlxalq Konfrans iyulun 5-də öz işini bölmə iclasları ilə davam etdirib.
Ağbulaq kənd məktəbində müxtəlif sahələrə uyğun olaraq, 5 bölmə üzrə keçirilən iclaslarda muxtar respublikanın tarixinə, coğrafiyasına dair məruzələr dinlənilib, ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrdə əldə olunan nailiyyətlər, muxtariyyətin əldə edilməsi zərurəti, onun qorunub saxlanması əhəmiyyəti barədə müzakirələr aparılıb.
Qeyd edək ki, bölmə iclaslarına AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbib­bəyli, AMEA-nın müxbir üzvləri, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Qadir Qədirzadə, Qədim dövr arxeologiyası şöbəsinin müdiri Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin professoru Asif Şirəliyev sədrlik ediblər.
Bölmə iclasları başa çatdıqdan sonra konfrans iştirakçıları AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı ilə tanış olublar. Qonaqlara burada qorunub saxlanan Naxçıvan florasının qiymətli nümunələri, o cümlədən müxtəlif iqlim şəraitlərinə xas olan nadir bitkilər barədə ətraflı məlumat verilib.

Konfrans iştirakçıları Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Muzeydə ulu öndərin mənalı ömür yolunu, zəngin siyasi irsini özündə əks etdirən eksponatlar barədə elm adamlarına məlumat verilib.
Daha sonra səfər Naxçıvanın mədəni-tarixi abidələri və gəzməli yerləri ilə tanışlıqla davam etdirilib. Konfrans iştirakçıları “Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Naxçıvan Biznes Mərkəzi ilə tanış olublar. Biznes Mərkəzində Naxçıvanın son illərdə əldə etdiyi iqtisadi uğurlar barədə məlumat verilib. Naxçıvanda istehsal edilən müxtəlif sənaye, kənd təsərrüfatı məhsulları qonaqlara təqdim edilib.
Bununla da, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusundakı Beynəlxalq Konfrans başa çatıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR