24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində Almaniya Akademik Mübadilə Xidmətinin təşkilatçılığı ilə alman dilində təlim kursu keçilib. “Almaniyanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti” mövzusuna həsr olunmuş təlim kursunda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək bu ali təhsil ocağında təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialı, yerli mütəxəssis hazır­lığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətindən bəhs edib, Almaniyanın təhsil imkanları haqqında məlumat verib.

Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə inte­qrasiya, ali təhsil sahəsində ümumavropa təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində mühüm işlər görüldüyünü bildirən prorektor belə təlim kurslarında universitetin ixtisaslı müəllim və tələbələrinin iştirak etmələrini onların peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynadığını nəzərə çatdırıb.
Təlimçi, Almaniya Universitetinin professoru, alman dili üzrə mütəxəssis xanım Annet Volf təlim zamanı slaydların müşayiəti ilə dərs dediyi universitet haqqında məlumat verib, mövzu barədə mühazirə oxuyub, mühazirədə interaktiv metodlardan istifadə etməklə dilin tədrisi, sürətli və səlis danışığın öyrənilməsi və dilin qrammatik quruluşunun mənimsənilməsi üsullarından danışıb.
Qeyd edək ki, keçilən təlim kursunda Naxçıvan Dövlət Universitetinin alman dili ixtisası üzrə müəllim və tələbələri iştirak ediblər. Yeddi gün davam edən təlim kursunun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR