24 Dekabr 2024, Çərşənbə axşamı

AMEA-ya seçilmiş həqiqi və müxbir üzvlərlə iyulun 8-də görüş keçirilib.
Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev son dövrlərdə AMEA-da aparılan islahatlardan danışdı. Akademik qeyd etdi ki, bu il mart ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncamın imzalanmasından sonra bu islahatlar daha da genişlənib.

Daha sonra AMEA-ya həqiqi və müxbir üzvlərin seçimlərinin tarixinə qısa ekskurs edən İsmayıl Hacıyev Azərbaycan elmində naxçıvanlı alimlərin xüsusi rolu olduğunu vurğuladı. O, bu il iyun ayının 30-da keçirilən seçkilərdə Naxçıvandan AMEA-ya 1 nəfər həqiqi, 5 nəfər isə müxbir üzvün seçildiyini diqqətə çatdırdı. Naxçıvanda elmin inkişafından bəhs edən akademik İsmayıl Hacıyev bunun dövlət qayğısının nəticəsi olduğunu dedi və yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova elm ictimaiyyəti adından minnətdarlığını ifadə etdi.
Sonra keçirilən seçkilərdə uğur qazanan alimlər – AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırov çıxış edərək göstərilən etimada, elmin inkişafına yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, ölkə miqyasında elmi mühitin yenidən canlanması və elm sahəsinə diqqətin artırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat işlərinin inkişafında tarix və mədəniyyətimizə daim hörmət və ehtiramla yanaşan, bunu öz fəaliyyətində əsas istiqamətlərdən biri kimi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolu olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı bir sıra sərəncamlar, verdiyi tövsiyə və tapşırıqlar muxtar respublikada elmin, elmi-tədqiqat işlərinin inkişaf etdirilməsində əsas istiqamətverici dövlət sənədləri kimi mühüm əhəmiyyət kəsb edir.
Elm adamları seçimlərin onların məsuliyyətini daha da artırdığını ifadə edərək bundan sonra da səylə çalışacaqlarını bildirdilər.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR