24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində “Tədris proqramının təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyaları imkanlarından istifadənin rolu” mövzusunda elmi konfrans keçirilmişdir. Universitetin rektoru, professor Saleh Məhərrəmov konfransı giriş sözü ilə açaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xidmət edən dövlət siyasətindən, müasir texnologiyaların elmdə və tədrisdə tətbiqinin əhəmiyyətindən danışmışdır. Rektor həmçinin universitetdə ənənəvi “Elektron Naxçıvan” və “Elektron universitet” layihələrinin həyata keçirilməsindən, müasir elektron kitabxananın yaradılmasından, distant təhsilə keçiddən, virtual əməkdaşlığın inkişafından, onlayn dərslərin təşkilindən, Cənubi Koreyanın KOİCA şirkəti ilə birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tətbiqindən bəhs etmişdir.

Elmi konfransda universitetin müəllimlərindən pedaqoji elmlər doktoru Elbəyi Maqsudov “Fonetikanın tədrisi prosesində informasiya texnologiyalarından istifadə”, iqtisad üzrə fəlsəfə doktoru, dosent Gülarə Rəhim­ova “Distant təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə: imkanlar və perspektivlər”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev “Müasir informasiya texnologiyaları: təlimdə yeni keyfiyyət dəyişikliklərinin əsası kimi”, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov “Çiçəkli bitkilərin təsnifatı” bəhsinin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə öyrədilməsi”, psixologiya üzrə fəlsəfə doktoru Salatın Hacıyeva “Təlimdə İKT-dən istifadənin psixoloji əsasları”, pedaqogika üzrə fəlsəfə doktoru Orxan Cəfərov “İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə elektron dərs hazırlamağın metodikası”, pedaqogika ixtisasının I kurs magistrantı Aygül İsayeva “Ağıllı lövhə”dən istifadə qaydalarının öyrədilməsi” mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycanda təhsil sisteminin modernləşdirilməsinin, informasiyalı cəmiyyət quruculuğunun, müasir texnologiyalardan istifadə etməklə yeni bilik və məlumatların mənimsədilməsinin əhəmiyyətindən bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, müxtəlif elm sahələrinin tədrisində informasiya-kommunikasiya texnologiyalarından istifadə, slayd, animasiya və videokadrların nümayişi tədrisdə əyanilik, informasiyanın qavranılması və mübadiləsi prosesini sürətləndirmək, vaxta qənaət, təfəkkürün inkişafı, bilik və təsəvvürlərin təkmilləşdirilməsi baxımından mühüm rol oynayır.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR