Noyabr ayının 9-da “İstedad – XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikanın ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri arasında ümumi test-sınaq imtahanı keçirib.
Ənənəvi olaraq təşkil edilən belə imtahanlarda məqsəd şagirdlərin biliyinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanlar səhər saat 1000-da başlayıb və iki saat yarım davam edib. Sual kitabçasında şagirdlərə 8 fənn üzrə 100 sual təqdim olunub. Şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb.
Məlumat üçün bildirək ki, test-sınaq imtahanında şagirdlərə iş nömrəsi verilib və kodlaşma aparılıb. Həmin iş nömrəsi vasitəsilə şagirdlər imtahanın nəticələrini www.istedad21.com saytından öyrənə bilərlər.
Xəbərlər şöbəsi