24 Dekabr 2024, Çərşənbə axşamı

Ötən il avqust ayının 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə də təhsil müəssisələrinin payız-qış mövsümündə fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı konkret tapşırıqlar verilib.  

Qeyd edək ki, 2014-2015-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 8 rayon (şəhər) Təhsil Şöbəsi, 215 ümumtəhsil məktəbi, 44 məktəbdənkənar müəssisə, 2 orta ixtisas məktəbi, 1 peşə liseyi və 4 texniki-peşə məktəbi fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ümumilikdə, muxtar respublikada istilik sistemi quraşdırılmayan 68 təhsil müəssisəsinə fasiləsiz iş prosesinin təmin edilməsi məqsədilə payız-qış mövsümündə kifayət qədər yanacaq, soba, soba borusu, dirsək, şüşə, şifer, polietilen örtük və sair mal-material verilib. Verilən mal-material və yanacaq mərkəzləşdirilmiş qaydada rayonlar üzrə bölünüb, onların səmərəli istifadə olunması nəzarətə götürülüb, mal-materialın təyinatı üzrə düzgün istifadə edilməsi, məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün reydlər keçirilib. Nəticədə, 2014-2015-ci tədris ilində ümumtəhsil məktəbləri və digər təhsil müəssisələrinin iş qrafiki pozulmadan tədris prosesi və təlim-tərbiyə işi fasiləsiz olaraq həyata keçirilir.

Gələcək perspektiv nəzərə alınaraq həyata keçirilən məktəb tikintiləri müasir istilik sistemlərinə qoşulan təhsil müəssisələrinin sayının sürətlə artmasına şərait yaradır. 2014-cü ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra muxtar respublikamızda daha 19 təhsil müəssisəsi payız-qış mövsümündə müasir istilik sisteminə qoşulub. Nəticədə, cari tədris ilində 275 təhsil müəssisəsindən rayon (şəhər) Təhsil şöbələri də daxil olmaqla, müasir istilik sistemləri ilə işləyən müəssisələrimizin sayı 207 olub.
Yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Belə ki, 2014-2015-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən 215 ümumtəhsil məktəbindən 203-ü 5 günlük iş həftəsi ilə, 12-si isə 6 günlük iş həftəsi ilə işləyir. Bu da, öz növbəsində, tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verməkdədir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR