24 Dekabr 2024, Çərşənbə axşamı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 22-də 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul imtahanının birinci mərhələsini keçirib.
İmtahan respublikanın 6 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingə­çevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə, 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 1300-də başlanıb və 2 saat 30 dəqiqə davam edib.
Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetində keçirilən imtahana 43 nəzarətçi və 3 imtahan rəhbəri cəlb edilmişdi. 535 bakalavriatın iştirak etdiyi imtahan təlimata uyğun olaraq keçirilib, bakalavriatların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bu mərhələdə bakalavriatlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıqtipli), informatika üzrə 25 (5-i açıqtipli) və xarici dil üzrə 25 (5-i açıqtipli) test tapşırığı təqdim olunub. Hər bir test tapşırığına verilən düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR