24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının innovativ inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş konfransın plenar iclasını giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
İqtisad üzrə elmlər doktoru, professor Asif Şirəliyev “İnnovativ inkişaf iqtisadiyyatın tərəqqisinin mühüm amili kimi” adlı məruzəsində qeyd edib ki, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti genişləndirilib.

İqtisad üzrə elmlər doktoru, professor Ağarza Rüstəmov “Azərbaycanda innovativ sahibkarlıq fəaliyyəti və Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf” adlı məruzəsində regionda bazar iqtisadiyyatının əsasını təşkil edən innovasiya sahibkarlığının inkişaf etdirilməsi və onun nəticələrindən bəhs edib.
Son illərdə təhsilin, səhiyyənin, yüngül sənayenin, kənd təsərrüfatının və yol-nəqliyyat infrastrukturunun inkişafından da danışan məruzəçi vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası bütünlükdə iqtisadiyyatın inkişafına güclü təkan verəcək.
İqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov “Muxtar respublikanın sosial-iqtisadi inkişaf vəziyyəti və ona təsir edən amillər” mövzusunda məruzə edərək hüquqi-normativ bazanın yaradılmasının, yeni təsərrüfat obyektlərinin işə salınmasının, sənayeləşmənin təşəkkülünün, yerli xammala əsaslanan istehsalın inkişafının, daxili tələbatın ödənilməsini təmin edəcək subyektlərin istifadəyə verilməsinin iqtisadi yüksəlişlə nəticələndiyini bildirib.
İqtisad üzrə fəlsəfə doktoru, dosent Asəf Qəribov isə “İqtisadi inkişaf və innovasiya fəaliyyətinin təşkili formaları” mövzusunda məruzə edərək uzunmüddətli elmi-texniki proqramların həyata keçirilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədilə məhsuldar qüvvələrin vəziyyətinə keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi, texnika və texnologiyanın prinsipcə yeni, qənaətcil növlərinin işlənib hazırlanması, yenilikçi məhsul və xidmətlərin tətbiqi və yayılması kimi innovasiya fəaliyyəti növləri barədə məlumat verib.
Sonra elmi-praktik konfrans bölmə iclaslarında öz işini davam etdirib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR