Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsinin nəticələri elan olunub. Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatından verilən məlumata görə, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının müsabiqəyə təqdim etdiyi “Mən Azərbaycanı tanıyıram” tələbələrarası bilik olimpiadası” layihəsi də müsabiqədən uğurla keçib.
Xatırladaq ki, layihənin əsas məqsədi ölkə gəncliyinə yaradılan böyük imkanlardan yararlanaraq Naxçıvan Muxtar Respublikasında təhsil alan, fəaliyyət göstərən tələbə-gənclərin potensialını üzə çıxarmaq, daxili inteqrasiyanı gücləndirmək, sağlam rəqabəti formalaşdırmaq, tələbə-gəncliyi bir araya toplamaq, yüksək bilik və bacarığa malik olan gəncləri qiymətləndirmək, digər gənclərə də stimul yaratmaq, asudə vaxtlarını səmərəli keçirmək üçün onları tələbə-gənclər təşkilatları ilə əməkdaşlığa cəlb etməkdir.
Layihənin icrasına sosial şəbəkələrdə və təhsil müəssisələrində elanların verilməsi ilə başlanacaqdır. Olimpiadada iştirak etmək istəyən tələbələr təşkilat komitəsi tərəfindən yaradılacaq elektron ərizə formasını doldurduqdan sonra iki mərhələdən ibarət olan bilik olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.
Xəbərlər şöbəsi