24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində keçirilən növbəti təlim kursu başa çatıb. UNİCHECK Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən və “Su ehtiyatlarının inteqrasiyalı idarə olunması” mövzusuna həsr olunan təlim kursunda kəhrizlərin yararlı hala salınması və mühafizəsi, qlobal  iqlim  dəyişmələri və su ehtiyatlarının inteqrasiyalı idarə olunması ilə, həmçinin su sistemlərinin idarə olunmasında icma təşəbbüsləri, su və gender bərabərliyi, ekoloji axım, su obyektlərinin çirklənməsinin qarşısının alınması və digər məsələlərlə bağlı mühazirələr oxunub, slaydlar təqdim olunub.
Yekun tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək növbəti təlim kursunun uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib. Qeyd olunub ki, regionun bütün dövlət strukturlarının əməkdaşlarını əhatə edən bu təlim kurslarında universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrinin də iştirak etməsi təqdir­olunası haldır və bu, onların peşəkar mütəxəssis kimi formalaşmalarında mühüm rol oynayır.
Ekspertlər adından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əkbər Əsgərov təlimin keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edib.
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR