24 Dekabr 2024, Çərşənbə axşamı

“2013-cü ildə Azərbaycan öz peykini orbitə göndərməklə dünyanın kosmik sənayeyə sahib olan ölkələrindən birinə çevrildi. Bu sahənin davamlı inkişafı isə alimlərin və mütəxəssislərin tədqiqatlarını stimullaşdırmaqla bərabər, elm adamlarının da üzərinə böyük vəzifələr qoyur. Batabat Astrofizika Rəsədxanasının imkanlarından istifadə etməklə bu sahədə tədqiqatlar aparan naxçıvanlı elm adamları da tədqiqatların genişləndirilməsinə xüsusi diqqət yetirməlidirlər”. “Günəş sisteminin dinamikasının tədqiqində son nailiyyətlər” adlı elmi konfransda bu fikirləri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev səsləndirib. O qeyd edib ki, göstərilən dövlət dəstəyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa diqqət və qayğısı ilə getdikcə texniki imkanların daha da genişlənməsi, maddi-texniki bazanın güclənməsi imkan verir ki, Naxçıvanda bu sahədə tədqiqat aparan elm adamları tədqiqatlarının nəticələri haqqında elmi konfranslar və seminarlarda elmi ictimaiyyətə daha geniş məlumat versinlər. Təşkil edilən bu konfrans da bu istiqamətdə atılan ilk addımlardan biri hesab edilə bilər.
Konfransda AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev “Günəş sisteminin ümumi xarakteristikası və dinamik xüsusiyyətləri”, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Məmmədli “Yuli tarixi və onun hesablanması alqoritmi haqqında”, rəsədxananın böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Əlövsət Dadaşov “Asteroid-komet” təhlükəsizliyi probleminə müasir baxışlar” mövzularında maraqlı elmi məruzələr edib, elektron lövhə vasitəsilə fotoslaydlarla mövzulara əyani şəkildə aydınlıq gətiriblər.
Məruzəçilər tərəfindən konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Elmi konfransın sonunda Günəş sisteminə aid videofilm nümayiş etdirilib.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR