24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Dövlət Universiteti ilə birgə “Naxçıvan Muxtar Respublikasında baytarlığın inkişafı” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Məhəmməd Qəribov açaraq müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi, muxtar respublikada aparılan aqrar islahatlar barədə danışıb. Qeyd olunub ki, bu sahədə ixtisaslı yerli kadr potensialının hazır­lanmasında Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti, muxtar respublikadakı istehsal müəssisələri ilə əməkdaşlığın inkişafı, müştərək tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Konfransda Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyevin universitetdə baytarlıq ixtisası üzrə bakalavr, magistratura və doktorantura təhsil pillələri üzrə elmi-pedaqoji kadr hazır­lığının səviyyəsi, burada keçirilən beynəlxalq elmi konfranslar, regionda bu sahənin mütəxəssislərinə olan tələbat barədə məruzəsi dinlənilib. Bildirilib ki, universitetin baytarlıq ixtisasında təhsil alan tələbələr Türkiyə Respublikasının Qars Qafqaz, Ərzurum Atatürk, Van 100-cü İl, Fırat universitetlərində mütəmadi olaraq istehsalat təcrübəsi keçir, bu universitetlərdən dəvət olunan mütəxəssislərin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Elmi-Tədqiqat Baytarlıq Mərkəzində heyvanlar üzərində keçirilən cərrahi əməliyyatlarda iştirak edirlər.
Sonra universitetin magistratura üzrə dekanı, biologiya elmləri doktoru Etibar Məmmədovun, Baytarlıq kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmlinin, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirovun, biologiya üzrə fəlsəfə doktoru, dosent Mirmahmud Seyidlinin, Naxçıvan Dövlət Texniki Kollecinin tədris işləri üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanovun çıxışları olub. Çıxışlarda baytarlığın inkişafının prioritet istiqamətlərindən, ekoloji təhlükəsizlik, əhalinin ərzaq təminatı və sağlam qida təminatından danışılıb, kadr çatışmazlığının aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR