24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ekoloji seminar keçirilmişdir. Seminarı məktəbin direktoru Aynur Mustafayeva açmışdır.
Tədbirdə “Naxçıvan Muxtar Respublikasının dünəni və bu günü” və “Naxçıvanın təbiəti” adlı slaydlar nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımov “Naxçıvan təbiətinin bu günü” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlığın qorunub saxlanılması bütün dövrlərdə aktual olsa da, ötən əsrin sonlarında, xüsusilə müstəqilliyimizin ilk illərində bu sahədə vəziyyət ürəkaçan olmamışdır. Blokada vəziyyətində mövcudluğunu davam etdirən muxtar respublikada məlum səbəblər üzündən yaşıllıqlar məhv edilmiş, ağaclar kəsilmiş, meşə sahələri bərbad vəziyyətə düşmüşdür. Ancaq bu vəziyyət uzun sürmə­miş, bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır.

Son 18 ildə davamlı olaraq həyata keçirilən ekoloji tədbirlər nəticəsində muxtar respublikada yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır. Görülən işlər çərçivəsində ətraf mühitin mühafizəsi, təmiz ekoloji mühitin yaradılması diqqət mərkəzində saxlanılmış, bu iş ümumxalq işinə çevrilmişdir.
Qeyd olunmuşdur ki, əlverişli mühitin yaradılmasında ən mühüm amillərdən biri də meşə ehtiyatlarının qorunması, bərpası və artırılmasıdır. Təqdirolunası haldır ki, görülən işlər təkcə əkinəyararlı və münbit ərazilərdə deyil, eroziyaya uğramış, şoranlaşmış və digər səbəblərdən yararsız vəziyyətə düşmüş torpaqlarda da davam etdirilir. Bunun nəticəsidir ki, regionda fauna və flora növlərinın də sayı artmışdır. Bu gün cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biri ətraf mühiti qorumaq və ondan səmərəli istifadə etməkdir. Hər kəs bu işə öz töhfəsini verməli, təbiətə sevgi ilə yanaşmağı özünün mənəvi borcu hesab etməlidir.
Sonra Şahbuz Dövlət Təbiət Qoruğunun direktoru Mürsəl Seyidov, Naxçıvan Şəhər Ekoloji Tərbiyə Mərkəzinin müəllimi Maral Həsənova çıxış etmişlər.
Sonda məktəbdə təşkil edilmiş ekoloji sərgiyə baxış olmuşdur.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR