24 Dekabr 2024, Çərşənbə axşamı

Babək Rayon Təhsil Şöbəsində “Şagirdlərin dərsə davamiyyətinə təsir göstərən amillər və məktəblərdə psixoloji xidmətin təşkili” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda təcrübəli pedaqoqlar, məktəb psixoloqları, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov açıb. Qeyd edilib ki, qış aylarında məktəblərin istilik sisteminin normal işləməməsi şagirdlərin dərsə davamiyyətinə mənfi təsir göstərən amillərdəndir. Son illər muxtar respublikada, eləcə də Babək rayonunda həyata keçirilən quruculuq tədbirləri sayəsində yeni məktəb binalarının istifadəyə verilməsi, lazimi tədris şəraitinin yaradılması bu cür problemləri tamamilə aradan qaldırıb.

Artıq şagirdlərin dərsdən yayınmaları üçün heç bir səbəb yoxdur. Şagirdlərin təhsilə davamiyyəti, ilk növbədə, valideyn məsuliyyəti və məktəblərdə davamiyyətə olan nəzarət işlərinin təşkili ilə birbaşa əlaqədardır. Uşaqların təhsildən yayınmasına şərait yaradan əsas amillər kimi valideynlərin uşaqların məktəbə davamiyyətinə az diqqət yetirməsini və məlumatsızlığını qeyd etmək olar. Bundan başqa, məktəblərdə davamiyyətlə bağlı qeydlərin aparılmasına da ciddi diqqət yetirilməli və bu işə nəzarət artırılmalıdır.
Rayon məktəblərində psixoloji xidmətin təşkili sahəsində ortaya çıxan çətinliklər haqqında da danışan Kamil Kazımov qeyd edib ki, günün aktual məsələlərindən biri də məktəbdə psixoloji xidmətin səviyyəsinin yüksəldilməsidir.
Vurğulanmışdır ki, məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün yaxşı tədqiqatçı olmaq, psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, müşahidə olunan çətinliklər və onların aradan qaldırılması yolları təhlil edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR