Son illər məktəblilərin keyfiyyətli geyim və idman formaları, ayaqqabı, məktəbli ləvazimatları ilə təmin edilməsi məqsədilə Naxçıvan şəhərində təşkil edilən məktəbli yarmarkaları valideynlər tərəfindən yüksək dəyərləndirilir. Belə yarmarkalarda valideynlər övladlarına lazım olan ləvazimatları almaq üçün heç bir problemlə üzləşmirlər. Üstəlik, həmin ləvazimatların qiymətləri digər ticarət obyektlərində satılan ləvazimatların qiymətlərindən ucuz olur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, cari ilin məktəbli yarmarkası sentyabrın 1-dən təşkil olunaraq sentyabrın 15-dək davam edəcək. Yarmarka hər gün saat 900-dan 1400-dək əhaliyə xidmət göstərəcək.
Naxçıvan şəhərindəki Mərkəzi bazarda keçiriləcək yarmarkadan valideynlər öz övladlarına istədikləri ləvazimatları ala bilərlər.
Xəbərlər şöbəsi