24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində Avropa kompüter səviyyəölçmə sertifikatı Azərbaycan milli operator və test mərkəzləri layihəsi çərçivəsində görüş keçirilib.
Qafqaz Universitetinin layihə ofisinin rəhbəri Üzeyir Bağırov çıxış edərək bildirib ki, dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində Avropanın Kompüterdən İstifadə Lisenziyası (ECDL) daha geniş yayılıb. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı informasiya texnologiyalarının əsas konsepsiyalarının mənimsənilməsini, fərdi kompüterlərdən və əsas tətbiqi proqramlardan istifadə biliyini təsdiq edir. Layihənin əsas məqsədi Azərbaycanda kompüter biliklərinin standartlarını müəyyənəşdirməkdir. Muxtar respublikada müxtəlif ixtisaslar üzrə ali təhsil alan şəxslər Naxçıvan Özəl Universitetində təməl, orta və ali səviyyəyə uyğun müəyyənləşdirilmiş qruplar şəklində hazırlıq kursu keçəcək, seçdikləri modul üzrə imtahan verdikdən sonra ECDL sertifikatı əldə edəcəklər. Orta səviyyə sertifikatı alan və 3 ali səviyyə imtahanından müvəfəqiyyət qazananlar ECDL ekspert səviyyə setifikatı alacaq.

Qeyd olunub ki, ECDL 24 mindən çox təlim və imtahan mərkəzində 43 dildə tədris və imtahan aparır. Bu tədris prosesinin indiyədək dünyada 13 milyondan çox iştirakçısı olub. ECDL-in təqdim etdiyi sertifikat 149 ölkədə tanınır. Üzeyir Bağırov müxtəlif təlim modullarında tədris olunacaq mövzular, imtahanların onlayn şəkildə keçirilməsi və qiymətləndirmə, əldə olunan kompüter biliklərinin tətbiq sferaları barədə də məlumat verib.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxışında qeyd edib ki, bu ali təhsil ocağında elektron universitet yaradılması, distant təhsilin tətbiqi ilə bağlı mühüm işlər görülüb. Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, elektron kitabxana və müxtəlif internet mərkəzlərinin fəaliyyətləri, virtual əməkdaşlığın inkişafı məqsədilə onlayn bağlantılar, beynəlxalq videokonfrans və simpoziumların təşkili buna bariz nümunədir.
Tədris işləri üzrə prorektor Surə Seyid keçiləcək təlimdə iştirakın tələbələrin müasir dövrün tələbləri səviyyəsində ixtisaslaşmış kadr kimi formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR