24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Özəl Universitetində Qafqaz Universitetinin Layihələr şöbəsinin müdiri Üzeyir Bağırovun təqdimatında ENOTES TEMPUS proqramı çərçivəsində Avropa Kompüter İstifadəçi Sertifikatı (ECDL) layihəsinin tanışlıq mərasimi olmuşdur.
Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli ölkə­mizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən yüksək qayğıdan danışmış, Naxçıvan Özəl Universitetinin keçdiyi inkişaf yolu, eləcə də genişlənməkdə olan beynəlxalq əlaqələri barədə geniş məlumat vermişdir.

Qafqaz Universitetinin Layihələr şöbəsinin müdiri Üzeyir Bağırov çıxış edərək ENOTES TEMPUS layihəsi və ECDL təlim kursları haqqında danışmışdır. Qeyd olunmuşdur ki, ECDL (European Computer Driving Lisence) kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramıdır. TEMPUS pro­qramı tərəfindən maliyyələşdirilən və Qafqaz Universitetinin koordinatoru olduğu layihənin əsas məqsədi ECDL milli test mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir. Layihə vasitəsilə ölkənin ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya-kommunikasiya texnologiyaları biliklərində beynəlxalq standartların tətbiqi qarşıya məqsəd qoyulmuşdur. O da vurğulanmışdır ki, ENOTES layihəsi üç il ərzində ölkənin müxtəlif bölgələrindəki ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə edərək müasir təlim metodları ilə tədris aparılmasını, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmağı, ali məktəblərdə verilən xidmətlərin keyfiyyətini artırmağı, müasir metodlardan istifadə etməklə tədqiqatlara dəstək verməyi, universitetlərdə akademik və inzibati kadr potensialının yaxşılaşdırılmasını nəzərdə tutur.
Məlumat üçün qeyd edək ki, layihə ilə tanışlıq Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda da təşkil edilmişdir.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR