24 Dekabr 2024, Çərşənbə axşamı

Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü Şahlar Əsgərov ilə Naxçıvan Dövlət Universitetində görüş keçirilib.
Qeyd edək ki, professorun hələ 40 il öncə əldə etdiyi nəticələrdən bu gün NASA və Amerika Aeronavika və Astronavika İnstitutu öz tədqiqatlarında, həmçinin kosmik tədqiqatlarda geniş istifadə edirlər. Bu isə onu göstərir ki, Şahlar müəllimin elmi işləri uzunömürlüdür. XX əsrdə raketlər kimyəvi yanacaqla işləyirdisə, XXI əsrdə onları ion mühərrikləri əvəz edəcək. Hal-hazırda kosmosa aparatların çıxarılmasında bu mühərriklərin rolu getdikcə artır. Bu mühərriklərin ömrünü uzatmaq üçün Ş.Əsgərovun elmi işləri müstəsna əhəmiyyət daşıyır. Bu elmi araşdırmaları ilə Şahlar Əsgərov dünya üzrə ən qabaqcıl alimlər sırasında layiqli yer tutub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Azərbaycanın öncül ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universiteti milli kadr hazırlığı prosesinə sanballı töhfələr verməklə yanaşı, dəqiq elmlər sahəsində qazandığı nailiyyətlərlə də nüfuzunu qoruyur. Mövcud olduğu dövr ərzində yüz minlərlə insanın taleyində mühüm rol oynamış, ayrı-ayrı dövlət qurumları üçün layiqli mütəxəssislər hazırlamış universitetin digər sahələrdə olduğu kimi, fizika və riyaziyyat sahələrində də yetirmələri olmuşdur. Rektor professor Şahlar Əsgərovun “Kamilləşən düşüncə” kitabında təhsillə əlaqədar qaldırdığı problemləri müzakirə etmək üçün universitetdə görüşlər keçirəcəyini, mühazirələr söyləyəcəyini bildirib.
Professor Şahlar Əsgərov muxtar respublika haqqında, həmçinin tanış olduğu universitet kampusu ilə bağı yüksək təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Sonra professorun “Təhsil problemləri” mövzusunda mühazirəsi dinlənilib. Qeyd edək ki, professor Şahlar Əsgərov “Kamilləşən düşüncə” kitabında irəli sürdüyü “Dəyərlərin qiymətləndirilməsinin elmi əsası”, “Biliyin qiymətləndirilməsi”, “Düzgün qərarların qəbulu”, “İnsan potensialının inkişaf indeksi”, “Mənafelərin mübarizəsi” və digər mövzularda ali təhsil ocağında mühazirələr söyləyəcək.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR