23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoyub. Komitə aidiyyəti təşkilatlarla birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə rübdə bir dəfə kurslar təşkil edir.
Komitədə təşkil olunan növbəti tədbiri şöbə müdiri Rəşad Kərimov açıb.
Naxçıvan Müəllimlər İnstitutunun Psixoloji xidmət bölməsinin rəhbəri Mənsim Tarverdiyev çıxış edərək bildirib ki, nitq qüsuru olan uşaqlar həmyaşıdları ilə ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla ünsiyyətdən çəkinir, tək qalmağı xoşlayır, qapalı böyüyür. Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilər bu məsələlərə xüsusi diqqət etməli, belə uşaqları daim nəzarətdə saxlamalı, onların cəmiyyətə inteqrasiyası üçün digər uşaqlarla daha çox ünsiyyət qurmalarını təmin etməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara mövzu ilə bağlı elektron material paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR