23 Dekabr 2024, Bazar ertəsi

YUNESKO 2015-ci ili beynəlxalq “Naser Xosrov Ələvi ili” elan etmişdir. Bu il Yaxın Şərqin görkəmli söz ustasının anadan olmasının 1000-ci ildönümüdür.
Bu günlərdə bu münasibətlə İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki Şəhid Behişti Universitetində beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrini təmsil edən 150 qonaq iştirak etmişdir. Konfransda Naser Xosrov yaradıcı­lığının müxtəlif cəhətlərini işıqlandıran maraqlı mövzularda məruzələr dinlənilmişdir. Onu da qeyd edək ki, Naser Xosrov Azərbaycanda da maraqla oxunur. Onun “Səfərnamə” əsəri Tahir Məhərrəmli tərəfindən keçən əsrin 90-cı illərində dilimizə tərcümə edilib Bakıda nəşr olunmuşdur.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev təmsil etmişdir. Alimin “Naser Xosrov Ələvinin “Səfərnamə” əsəri və Xaqani Şirvaninin Məkkə ziyarəti mövzusunda yazdığı əsərlərin müqayisəli təhlili” mövzusunda məruzəsi maraqla qarşılanmışdır. O eyni zamanda bir iclasa sədrlik etmişdir. Konfransın materialları dərc olunmuşdur.
Qeyd edək ki, Əbülfəz Quliyev Tehran Milli Kitabxanasında Naxçıvan diyarının görkəmli şəxsiyyətlərindən dilçi-mütəfəkkir Hinduşah Naxçıvaninin “Sihahül-əcəm” əsəri (XIII əsr) ilə tanış olmuş, həmin əsərin fotosurətini əldə etmiş və onu AMEA Naxçıvan Bölməsinin Əlyazmalar fonduna təqdim etmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR