23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikanın tam orta məktəblərinin müəllimlərinin cəlb edildiyi Smart Notebook proqramları və elektron lövhədən istifadə qaydaları üzrə təşkil edilən 60 saatlıq, ongünlük  ixtisasartırma kurslarını bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirilib.  

Tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində məktəblərimizdə müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqları quraşdırılır, həmin avadanlıqlar internet şəbəkəsinə qoşulur. Son illərdə təhsil ocaqlarının elektron lövhələrlə təchizatı da diqqətdə saxlanılaraq ümumtəhsil məktəbləri 600-dən çox elektron lövhə ilə təmin edilib. 

Qeyd olunub ki, dərsdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradır. 

Sonra kursu bitirən müəllimlərə sertifikatlar təqdim edilib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun informatika müəllimləri Səminə Rüstəmova və Kəmalə İbrahimova çıxış edərək elektron lövhənin üstünlüklərindən danışıblar.
Kursu başa vuran müəllimlərdən Günay Baxşəliyeva, Qurban Məmmədov, Təranə Quliyeva və Lamiyə Hacızadə çıxış edərək belə kursların təşkil edilməsinə görə minnətdarlıqlarını bildiriblər.
İxtisasartırma kursları davam edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR