24 Dekabr 2024, Çərşənbə axşamı

Dekabrın 25-də Babək Rayon Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi olub. Mərasimdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva çıxış edərək bildirib ki, muxtariyyət statusu qazandıqdan sonra muxtar respublikanın tarixində köklü dəyişik­liklər baş verib. 90 illik muxtariyyət dövrünün son 19 ili isə Naxçıvanın muxtariyyət tarixinin intibah dövrüdür. Blokadanın çətinliklərinə baxmayaraq, 1995-2014-cü illərdə muxtar respublikada böyük quruculuq pro­qramı gerçəkləşdirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub.
Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Babək Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, rayonun idarə və təşkilatlarında geniş tədbirlər keçirilib. Rayonumuzun ümumtəhsil məktəblərində yanvar ayından başlayaraq qrafik əsasında elmi-praktik konfranslar, şahmat, dama, bilik yarışları, inşa-yazı və şeir müsabiqələri təşkil olunub.

Ardını oxu...

AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə: Vətən, dövlət, millət ən böyük milli dəyərlərimizdir

Milli dəyərləri məxsus olduğu xalqın mənəvi kimliyi adlandıranlar səhv etmirlər. Bu dəyərlərin yaşadılması yüzilliklər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatmış ən qiymətli sərvətlərimizə böyük ehtiramın ifadəsidir. Çünki milli dəyərlərimizdə onları yaradan ulularımızın ruhu yaşayır; onlarda xalqın tarixi, adət-ənənələri yaşayır. Bu cəhətdən qürur hissi keçirməyə mənəvi haqqımız çatır ki, Naxçıvanda milli dəyərlərə ehtiram hissi yüksək səviyyədədir və dövlət tərəfindən onların tədqiqi, təbliği, gələcək nəsillərə olduğu kimi ötürülməsi istiqamətində kompleks tədbirlərə start verilib. Bütün bunlar barədə suallarımızı rubrikamızın bugünkü qonağı, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə cavablandırır.

Ardını oxu...

Mənbələrin  daş yaddaşı nə deyir?

Naxçıvanın toponimləri Naxçıvanın “tarix kitabı”, Azərbaycan dilinin söz varlığını qoruyub saxlayan bir xəzinədir. Bu xəzinə xalqımızın tarixi ilə bağlı yaranmış, milli mənəviyyatı ilə yoğurulmuş, Azərbaycançılıq, türkçülüklə möhürlənmiş, leksik-semantik və qrammatik xüsusiyyətləri ilə seçilən daş yaddaşımızdır. Min illərin yadigarı olan bu xəzinədə qədim tayfa və tayfa birləşmələrinin, nəsil və tirə başçılarının adları, ərazinin relyef quruluşunu, flora və faunasını əks etdirən xüsusi adlar mühüm yer tutur. Bu adlar yaşı min illərlə ölçülən tarixdən soraq verir, müxtəlif mənbələrdə, məxəzlərdə əksini tapır, Vətən torpağının hər qarışında, dağında, daşında yaşayır.

Mənbələrdən aydın olur ki, Naxçıvanda həyat burada ilk insanların məskunlaşdığı dövrlərdən mövcud olmuş, tarixin yaddaşı ərazinin toponimlərində qorunub saxlanılmışdır.

Ardını oxu...

Naxçıvanda keçirilmiş Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları dekabrın 20-də muxtar respublikada yerləşən tarixi abidələri ziyarət edib, bu qədim diyarın görməli yerləri ilə tanış olublar.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi ilə tanışlıq plenum iştirakçılarında qədim Naxçıvanın tarixinə böyük maraq yaradıb.
Qonaqlara məlumat verilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilib. Xalqın yaddaşında “Atabəy günbəzi” adı ilə də yaşayan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən və hazırda bərpa işləri aparılan Gülüstan türbəsini ziyarət edən qonaqlara bildirilib ki, bu abidə Möminə xatın türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilib. Gülüstan Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, dekabrın 18-də Naxçıvan şəhərində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin İkinci Plenumu keçirilmişdir. Plenumun Naxçıvanda keçirilməsi memarlar arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etməsinə stimul olmaqla yanaşı, həm də nümayəndə heyətinin üzvlərində muxtar respublika ilə bağlı xoş təəssüratların yaranmasına səbəb olmuşdur. Azərbaycanın tanınmış memarlarının bu təəssüratlarını oxuculara təqdim edirik:

Ardını oxu...

Ötən şənbə günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı iki hissəli lirik psixoloji dramı əsasında hazırlanmış tamaşaya ictimai baxış olub. Əsər müəllifin səhnəyə qoyulan ilk pyesidir. 

Dilqəm adı, “Dilqəmi” saz havası çoxlarına məlum olsa da, əksəriyyət Yəhya bəy Dilqəm adlı aşığın həyat və yaradıcılığı haqqında geniş məlumata malik deyil. Bu baxımdan tamaşa maraq doğururdu.

Ardını oxu...

Dekabrın 19-da Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “İstedadlar sorağında” adlı bədii özfəaliyyət kollektivlərinin muxtar respublika baxış-müsabiqəsinin yekun konserti olub. Tədbirin aparıcısı bildirib ki, 15 günə yaxın davam edən baxış-müsabiqə ictimaiyyət tərəfindən maraqla qarşılanıb, yeni istedadların üzə çıxarılması baxımından əhəmiyyətli olub.

Ardını oxu...

Dekabrın 18-də Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür kitab şöbəsinin təqdimatı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək demişdir ki, bu gün Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında muxtar respublika həyatında əlamətdar hadisə münasibətilə toplaşmışıq. Muxtar respublikamızda bütün sahələr kimi, kitabxanalar da qayğı ilə əhatə olunub. Kitabxanalar yeni kitablarla zənginləşdirilir, onların maddi-texniki bazaları yaxşılaşdırılır, yeni elektron kitabxanalar yaradılır.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Culfa Rayon Mədəniyyət Evində “İstedadlar sorağında” adlı bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsinə start verilib.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş müsabiqənin I turu 5-9 dekabr tarixlərində zonalar üzrə başa çatdıqdan sonra dekabrın 17-də Naxçıvan Dövlət Filarmoniyasında baxış-müsabiqənin II turu olub. İkinci turda I turda fərqlənmiş özfəaliyyət kollektivləri və tək ifaçılar öz istedadlarını nümayiş etdiriblər. Yaş məhdudiyyəti olmayan müsabiqədə ifa tərzi və səhnə mədəniyyəti ilə seçilən özfəaliyyət kollektivləri və tək ifaçıların çıxışları maraqla qarşılanıb.
Baxış-müsabiqənin diqqəti cəlb edən cəhətlərindən biri bədii özfəaliyyət kollektivlərinin və tək ifaçıların çıxışlarının rəngarəng olması idi. Müsabiqədə instrumental ifaçılıq, mahnı və muğam ifaçılığı üzrə çıxışlar başa çatdıqdan sonra səhnə folklor kollektivlərinə verildi.

Ardını oxu...

2009-cu ildən fəaliyyət göstərən Babək Rayon Xalq Teatrı ötən dövr ərzində bir sıra maraqlı səhnə əsərlərinə müraciət etmiş, bölgə sakinlərinin asudə vaxtlarının səmərəli keçməsinə öz töhfəsini vermişdir.
Kollektivin indiyədək tamaşaçılara təqdim etdiyi əsərlər uğurlu səhnə həlli ilə teatrsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Teatrın Xalq şairi Süleyman Rüstəmin “Durna” pyesi əsasında səhnələşdirdiyi musiqili komediyaya Babək Rayon Mədəniyyət Evində ictimai baxış olmuşdur. Səhnə əsərinin rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Səyyad Məmmədli, rəssamı Əli Səfərovdur. Rollarda Firdovsi Səfərov, Şölə Novruzbəyli, Vüsalə İsmayılova, Stella Babayeva, İsmayıl Qurbanov, Zeynəb Aslan və başqaları çıxış edirlər.

Ardını oxu...

İndi bu qalada həm də tariximizin yeni səhifəsi yazılır

Hərdən mənə elə gəlir ki, Əlincə qalası haqqında eşitməyən və ya məlumatı olmayan insan tapılmaz. Təbii ki, söhbət vətəndaşlarımızdan gedir. Ancaq məsələ burasındadır ki, qalada əvvəlki illərdə də üç dəfə olmuşdum, hər dəfə də orada olduğum zaman sanki ilk dəfə burada olurmuş kimi hislər keçirirdim. Adətən, insanı təəccüb və heyranlıq hislərinə qərq edən istənilən coğrafi məkanı təkrar görmək bu hisləri adiləşdirsə də, məncə, bunu Əlincə haqqında demək olmaz. Əlincə qalasının zirvəsində olmaq insana fərqli bir duyğu yaşadır. Bu duyğuda təəccüb də var, heyranlıq da, məğrurluq da...

Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar qalanı iki min il bundan əvvələ aid edirlər. Əsrlər boyu Azərbaycan ərazisində mövcud olmuş feodal dövlətlərin məhz Əlincəqalanı strateji ərazi kimi nəzarətdə saxlamağa çalışması təsadüfi deyildir. Bu qalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” əsərində də qeyd edir. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincəqaladakı xəzinədə toplanmışdır.

Ardını oxu...

Dekabrın 5-də Culfa Rayon Mədəniyyət Evində “İstedadlar sorağında” adlı bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsinə start verilib. Baxış-müsabiqənin keçirilməsində məqsəd rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin tabeliyində olan klub və mədəniyyət müəssisələrindəki özfəaliyyət kollektivlərində yaradıcı şəxslərin üzə çıxarılması, ənənəvi sənət növlərinin, həmçinin dekorativ-tətbiqi sənət və rəsm sahələrinin inkişaf etdirilməsi, xalq və bəstəkar mahnılarının, milli musiqi alətlərinin, ümumiyyətlə, xalqımızın mədəniyyət və incəsənətinin təbliğ edilməsidir.

Ardını oxu...

Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb etmiş, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin
160 illik yubileyinin keçirilməsi haqqında” 20 avqust 2014-cü il tarixli Sərəncamından


XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanda, eləcə də Naxçıvanda intişar tapan ədəbi-mədəni, maarifçi-realist mühitə xalq müəllimi kimi töhfələr verən Məhəmməd Tağı Sidqi 1854-cü il mart ayının 22-də qədim Naxçıvan diyarının səfalı bölgələrindən biri olan Ordubad şəhərində anadan olub.
İlk təhsilini Molla Məhəmməd Tağı adlı axundun məktəbində alan M.T.Sidqi Şah Hüseyn Soltan mədrəsəsində təhsilini davam etdirir, klassik Şərq poeziyasını və fəlsəfəsini dərindən mənimsəyir. Həyatını maarifçiliyə və bədii yaradıcılığa həsr edən M.T.Sidqi 1892-ci ildə Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubadda “Əxtər” adlı yeni üsullu məktəb açır.

Ardını oxu...

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda, eləcə də Naxçıvanda xalq maarifi və pedaqoji fikrin inkişafında yazıçı, şair və maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqi Səfərovun mühüm rolu olmuşdur.
İndiyədək Sidqinin bədii yaradıcılığından, ədəbi-ictimai və pedaqoji fəaliyyətindən bəhs edən xeyli tədqiqatlar aparılmış və bu araşdırmalar müxtəlif məqalə, oçerk, dissertasiya və monoqrafiyalarda öz əksini tapmışdır. Lakin bu, o demək deyil ki, Sidqinin çoxşaxəli fəaliyyəti, elmi-ədəbi, bədii və publisistik yaradıcılığı tam şəkildə tədqiq olunmuşdur. Araşdırmalar davam etdikcə bu böyük şəxsiyyət haqqında yeni-yeni faktlar və məlumatlar aşkara çıxmaqdadır. Biz bu məqalədə M.T.Sidqiyə, həmçinin onun Ordubadda açdığı “Əxtər” (1892), Naxçıvanda təsis etdiyi “Məktəbi-Tərbiyə”yə aid bir neçə yeni arxiv sənədləri haqqında bəhs edəcəyik.
Sidqinin ilk pedaqoji fəaliyyəti “Əxtər” məktəbindən başlamışdır. O, burada var qüvvəsini həmvətənlərinin maarif və mədəniyyətə yiyələnməsinə sərf etmişdir.
1892-1893-cü illərdə nəşr edilmiş quberniya mətbuat orqanlarının bir çoxunda “Əxtər” haqqında bir sıra yazılar dərc edilmişdir. Lakin təzadlar dolu həmin dövrdə həmməsləkləri və tərəfdarları vəfat etdikdən sonra Sidqinin həyat şəraiti pisləşməyə başlamışdır. Bir tərəfdən fanatik ruhani və cəhalətpərəstlərin təqibi, digər tərəfdən ailə vəziyyətinin ağırlaşması Sidqinin Ordubaddan köçməsinə səbəb olmuşdur.

Ardını oxu...

Muxtar respublikada 1995-2014-cü illərdə bütün sahələr kimi, mədəniyyət sahəsi də əsl intibaha qovuşub. Naxçıvan Muxtar Respublikasında 350-dən yuxarı mədəniyyət obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi regionda mədəniyyətin inkişafına real təminat yaradıb. Bunu region sakinləri ilə yanaşı, buraya ölkə paytaxtından, digər bölgələrdən, xarici ölkələrdən gələn qonaqlar da görür və yüksək dəyərləndirirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, mədəniyyətin belə sürətli inkişafı qədim diyara görkəmli sənət adamlarının, incəsənət ustalarının marağını xüsusilə artırıb. Hər il Bakı şəhərindən muxtar diyarımıza qonaq gələn, öz çıxışları ilə region sakinlərinə mədəni xidmət göstərən sənət adamları Naxçıvanın, onun mədəniyyətinin inkişafından ağızdolusu danışırlar. Ötən həftə Azərbaycanın bir qrup tanınmış müğənnisi muxtar respublikamızda olub, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib. Konsertdən sonra Azərbaycan Respublikasının Xalq artisti Aygün Bayramova ilə görüşüb həmsöhbət olduq. 

Ardını oxu...

Məhəmməd Tağı Sidqinin yaradıcılığı öz aktuallığı ilə bu gün də gənclərin təhsillənməsi, tərbiyələnməsi və psixoloji inkişafında böyük önəm kəsb edir. Onun “Nümuneyi-əxlaq” dərsliyindəki imla mətni kimi düşünülmüş bədii nümunələrdən pedaqoji mülahizə qatını ayırıb hekayə hissəsini ayrıca oxuduqda bunların bitkin və mənalı uşaq hekayələri olduğu nəzəri cəlb edir.
Dərsliyin müqəddiməsində Sidqi yazır: “Üsuli-cədid üzrə açılan məktəblərimizdə kütübi-tədrisəyə nəhayət dərəcədə ehtiyacımız olduğu üçün 1894-cü ildə Naxçıvan şəhərində güşad olunan “Məktəbi-Tərbiyə”nin şagirdlərinin birinci sinfinin ikinci şöbəsinə bir il müddətində həftədə iki dəfə imla təriqilə yazdırdığım əxlaqa dair dərsləri yığıb bir risalə şəklində cəm etdim və bu risalənin mündəricatı əbnayi-millətin (millət oğulları anlamında – L.A.), xüsusən tərbiyə və təhsilə alışan balaların təhzibi-əxlaq (əxlaq təlimi anlamında – L.A.) və tənviri-əfkarına (fikirlərin aydınlaşması – L.A.) müavinət edəcək ümidilə “Nümuneyi-əxlaq” namı ilə mövsüm qıldım...” Dərslikdə 40 imla mətni verilmişdir. Şagirdləri müsbət əxlaqi keyfiyyətlərə və vərdişlərə yiyələndirmək məqsədi güdən Sidqi əsərdə müxtəlif tərbiyəvi-didaktik süjetlərə müraciət edir və lazım gəldikdə öz fikirlərinin şərhində bədii nəsr nümunələrinə yer verir. Dərslikdə “Ədəbli və tərbiyəli uşaq”, “Doğruçul uşaq”, “Yalançı uşaq”, “Nəfsi salamat uşaq”, “Xəsis və paxıl uşaq”, “Ata-anasını və müəllimini sevən uşaq” və sair başlıqlar altında imla mətnləri verilir.

Ardını oxu...

Məhəmməd Tağı Sidqi Səfərov ömrünü Azərbaycan maarifinə həsr edən dahi bir şəxsiyyət, görkəmli maarifçi, nəhəng pedaqoq, dövrünün aparıcı simalarından biri idi. Bu fədakar, yorulmaz, millətcanlı şəxsiyyət hələ Ordubadda kasıblığın daşını atmaq üçün işlətdiyi çayxanada da maarifçilik amalına sədaqət göstərmiş, burada toplaşan insanların dünya hadisələri və digər məsələlərdən xəbərdar olması üçün mümkün vasitələrdən istifadə etmişdir. 

Ardını oxu...

M.T.Sidqi bədii yaradıcılığa ilk gənclik illərindən başlamışdır. O, rəhbərlik etdiyi “Əncüməni-şüəra” ədəbi məclisində Sədi, Hafiz, Xəyyam, Cami, Nəvai, Nizami və Füzuli kimi klassik şairlərin əsərlərinə nəzirə və bənzətmələr yazır, klassik Azərbaycan və Şərq şairlərinin ədəbi ənənələrini poeziyada davam etdirirdi. Bu ənənələr sonralar Sidqinin lirikasında maarifçilik ünsürləri ilə əvəz olunur. Bu isə onu sübut edir ki, Sidqi XIX əsr Ordubad ədəbi mühitində qəzəl janrını klassik fəlsəfi lirika ənənələrindən uzaqlaşdırmış, ona ictimai-realist və maarifçi məzmun vermişdir. Şairin maarifçi-realist üslubda yazılmış bir sıra qəzəllərində millət dərdi, vətən və xalq taleyi problemi əsas və aparıcı mövzuya çevrilir.

Ardını oxu...

Dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş rəsm sərgisi təşkil olunub.
Sərgidə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məhəmmədəli Ələkbərovun və Sabir Məmmədovun rəsm əsərləri nümayiş etdirilir.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirdi ki, bu gün muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Yeni nəsil rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, rəssamların yaradıcılıq imkanları artırılır, onlara diqqət və qayğı göstərilir. Son dörd il ərzində Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən 80-dək sərgidə 4 minə yaxın əsər sərgilənib. Bu gün iki fərqli üslub sahibləri Məhəmmədəli Ələkbərovun və Sabir Məmmədovun fərdi sərgilərinin nümayiş etdirilməsi rəssamlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu...

Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında muğam konserti olub. Konsertin aparıcısı muğam gecəsinin solistlərini tamaşaçılara təqdim edib.

Ardını oxu...

Çoxlarımıza məlum olduğu kimi, kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Bəzi regionlarımızda buna “çarqat” da deyirlər. Hələ qədimlərdən təmizliyin, halallığın və saflığın təcəssümü olan kəlağayı insanlar üçün hər zaman müqəddəs sayılmışdır. Kəlağayı onu örtənin başından üstdə dayanan, ağıldan, kamaldan, təsəvvürdən yuxarıda qərar tutan geyim kimi də müqəddəs hesab edilmişdir. Onu həmişə təmiz, səliqəli, toz qonmayan yerlərdə, boğçada, sandıqda saxlamışlar. Eyni zamanda bu qədim baş örtüyü qadının şərəf, namus, ismət rəmzi hesab olunmuşdur. Qadının başındakı kəlağayını çəkib almaq, tapdalamaq və ya oğurlamaq o ailənin namus-qeyrətinə toxunmağa bərabər sayılmışdır. Əgər qadın bir-biri ilə döyüşən kişilərin qarşısına baş örpəyini açıb atardısa, vuruşanlar o saat əl saxlar, döyüşü dayandırardılar. Kəlağayı qədim adətlərimizin də ayrılmaz tərkib hissəsi olmuş, öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynamışdır. Gəlin gətirilərkən başına ağ kəlağayı örtmək, gəlin arabasının qabağına ağ, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn, matəm günləri evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə kəlağayı pay vermək kimi adətlərimiz buna nümunədir.

Ardını oxu...

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Özəl Universiteti tələbələrinin naxçıvanlı şair və yazıçılarla görüşü keçirilib. Tədbiri kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova acaraq tədbirin mahiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan tarixində folkloru, elmi, incəsənəti, memarlığı, hərb sənəti, dövlətçiliyi və digər sahələri ilə seçilən qədim Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühiti də formalaşıb. Bu ədəbi mühitin müxtəlif dövrlərdəki nümayəndələrinin yaradıcılığında milli və mənəvi dəyərlərə hörmət, vətənpərvərlik hissinin təbliği, doğma el-obaya məhəbbət mövzuların əsas xəttini təşkil edib.
Bildirilib ki, müasir dövrdə də ədəbi qüvvələrimiz böyük bir ziyalı potensialı olmaqla müasir tariximizi ədəbiyyatda əks etdirmək funksiyasını yerinə yetirirlər. Xüsusilə muxtar respublikamızın bugünkü sürətli inkişafı, təbiətin bu diyara bəxş etdiyi təbii gözəlliklər şair və yazıçılarımızı bir daha bu gözəllikləri vəsf etməyə çağırır.
Tədbirdə poeziya nümayəndələri çıxış edərək öz şeirlərinin bir qismini bədii qiraət edib və oxucuları maraqlandıran sualları cavablandırıblar.
Sonda tələbələrin və kitabxana əməkdaşlarının təqdimatında şairlərin yaradıcılığından nümunələr səsləndirilib, “Naxçıvan ədəbi mühiti” adlı sərgiyə baxış olub.

 Sona MİRZƏYEVA

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərovun Əcəmi Nəşriyyat-Poli­qrafiya Birliyində nəfis şəkildə və yüksək poliqrafik səviyyədə işıq üzü görmüş “Aylı bir gecə” kitabı haqqında təəssüratlarımı qələmə almaq fikrimi qətiləşdirəndə yadıma həmin kitaba Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın yazdığı “Ön söz”ün başlığı düşdü: bu kitabı oxumağa dəyər.

Ədəbi proseslə, dövri mətbuatla maraqlananlar Asim Yadigarın qənaətinin mayasında nəyin durduğunu ilk anda hiss etməmiş olmazlar. Məsələ ondadır ki, çağdaş dövrümüzdə şair və ya yazıçılıq iddiasında olanların müxtəlif nəşriyyatlarda çap etdirdikləri kitabların böyük əksəriyyəti ədəbi kriteriyaların tələblərinə cavab verə bilmir və ən pisi də odur ki, həm onların, həm də həmin “əsərlərin” sayı yağışdan sonra bitən göbələklər kimi getdikcə artır. Belə “əsərlər” zövqümüzü korlamaq, qiymətli vaxtımızı almaqdan başqa heç nəyə yaramır. Bu barədə mətbuat orqanlarında, yüksəksəviyyəli ədəbi məclislərdə kifayət qədər bəhs olunduğundan gileyimizə buradaca nöqtə qoyuram. Haqqında bəhs etmək istədiyim kitabın isə özünə geniş oxucu auditoriyası toplayacağına və stolüstü kitaba çevriləcəyinə heç bir şübhəm yoxdur.

Ardını oxu...

Musa Mirzəyev Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri, Azərbaycan Respublikasının Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli, Prezident təqaüdçüsüdür. Ötən həftə Naxçıvan Muxtar Respublikasında olan Musa Mirzəyev diyarımızın bir sıra mədəniyyət müəssisələri, təhsil ocaqları ilə tanış olub, ustad dərsləri keçib.
Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında keçilən ustad dərsindən əvvəl çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Musa Mirzəyevin yaradıcılığı haqqında məlumat verib.

Ardını oxu...

Noyabrın 1-dən 5-nə kimi Bakı şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalın keçirilməsində məqsəd Azərbaycan bəstəkarlıq məktəbinin keçdiyi inkişaf yoluna bir daha nəzər salmaq, gənc bəstəkarlara yeni istiqamətlər müəyyən etmək, Azərbaycan musiqisinin zənginliyini beynəlxalq müstəviyə çıxarmaqdan ibarət olub.
Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan danışıb. Tanınmış musiqi xadimləri ittifaqın fəaliyyətinin musiqi mədəniyyətimizdəki əhəmiyyətindən söhbət açıblar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi münasibətilə Memarlıq və mühəndislik fakültəsi tələbələrinin əl işlərindən ibarət elektronika və memarlıq sərgiləri təşkil olunub. 

Sərginin açılışında universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək universitetdə nanotexnologiyaların tətbiqi, tələbələrdə elmi-texniki təfəkkürü inkişaf etdirmək və onlara praktik vərdişlər aşılamaq baxımından belə sərgilərin əhəmiyyətindən danışıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra sərgilərlə tanışlıq olub. Fakültə dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov elektronika sərgisində nümayiş olunan alqoritmlərin prinsipial sxemləri, istixanalar və əkin sahələri üçün nəzərdə tutulan kompüter suvarma sistemi, hidroprosessor üzərində qurulmuş multivibrator, Günəş batareyası ilə işləyən elektron işıqfor, 32 simvollu yaddaş qurğusu, morze aparatı, enerjinin avtomatik idarə edilməsi qurğusu, səs generatoru və digər əl işləri barədə məlumat verib.
Memarlıq sərgisində Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova qeyd ediblər ki, tələbələrin yeni memarlıq layihələrindən gələcəkdə müasir memarlıq nümunələrinin tikintisində, şəhərsalmada istifadə oluna bilər.
Burada sərgilənən 9 mərtəbəli mehmanxana və yaşayış evinin, spiralvari hökumət binasının, “Büllur saray”ın maketləri, yeni kompozisiyalar maraq doğurub.

Mehriban SULTAN

Maarifçi-şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi muxtar respublikamızda böyük hörmət və ehtiramla, yüksək təntənə ilə qeyd edilir.

Ana dilimizdə milli məktəblərin, dərslik və dərs vəsaitlərinin hazırlanması işində əvəzsiz xidmətlər göstərən M.T.Sidqinin dəyərli irsi bu gün həvəslə öyrənilir, tədqiq edilir və geniş şəkildə təbliğ olunur. Həyatını xalqının savadlanmasına, vətən övladlarının tərəqqisinə, onların bəşəri mədəniyyətə qovuşmasına sərf edən bu insan hələ sağ ikən ürəklərdə özünə bir heykəl ucaltmışdır.
Bütün həyatı boyu məktəb, maarif, mədəniyyət, tərəqqi carçısı olmuş Sidqi təlim və tərbiyəyə, ana dilimizə, ədəbi irsimizə çox dəyərli incilər, əvəzsiz töhfələr bəxş etmişdir.
Bu incilər, əsasən, 1892-ci ildə Ordubadda, 1894-cü ildə Naxçıvanda açdığı yenitipli “Əxtər” və “Tərbiyə” adlı məktəblərdə yaradılmışdır. Həyat və fəaliyyətini sırf məktəblə, maariflə bağlayan bu maarifçi-ziyalıdan bizə qalan irs bizim üçün çox doğma, çox gərəkli və çox əzizdir.

Ardını oxu...

10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi Naxçıvan Dövlət Universitetində maraqlı və yaddaqalan silsilə tədbirlərlə qeyd olunur. Həftə ərzində təşkil olunan idman yarışları, Azərbaycan filmlərinin nümayişi, keçirilən konfranslar tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensiallarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının foyesində keçirilən rəsm sərgisi də bu baxımdan xüsusi maraq doğurub.
Sərgidə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə dəfələrlə müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, bu ali təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd edib.
Ali təhsil ocağının IV kurs tələbəsi Turanə Hüseynova çıxış edərək muxtar respublikada gənc istedadların üzə çıxarılmasına, onların istedad və bacarıqlarının inkişafına göstərilən dəstək və qayğıdan bəhs edib.
Sonra sərgiyə baxış olub. Sərgidə universitetin tələbələrindən Nuray Rüstəmlinin “Müasir Naxçıvan”, Nailə Səfərovanın “Türk xalqları”, Güllü Məmmədovanın “Sülh”, Türkan Haşımovanın “Gülüstan türbəsi”, Könül Babayevanın “Dekorativ kompozisiya”, Əfsanə Mehdiyevanın “Gənc qızlar” və digər rəsm əsərləri nümayiş etdirilib.

Mina QASIMOVA

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Ulu yurdum – Naxçıvanım” müəllif mahnıları yaradıcılıq müsabiqəsinin yekun mərhələsi keçirilib.

Ardını oxu...

10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazır­cavablar klubları arasında dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində müsabiqə keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrinin 4 komandası mübarizə aparıb. Hər bir komanda bir-birindən maraqlı səhnəciklər nümayiş etdirib. Müsabiqəyə dəvət olunmuş münsiflər heyəti tərəfindən komandaların çıxışları diqqətlə izlənilib və qaliblər müəyyən olunub. Nəticəyə əsasən, Naxçıvan Müəllimlər İnstitutunun komandası birinci yerə layiq görülüb. Naxçıvan Dövlət Texniki Kollecinin komandası ikinci, Naxçıvan Tibb Kollecinin komandası isə üçüncü olub.
Qeyd edək ki, qaliblər ayın 17-də Gənclər Mərkəzində təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Müəllimlər İnstitutunda görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi münasibətilə “Azərbaycanın məktəb tarixində Məhəmməd Tağı Sidqinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə institutun müəllim və tələbə kollektivi Heydər Əliyev adına tam orta məktəbin kollektivi ilə birgə görkəmli pedaqoqun Naxçıvan şəhərindəki məzarını ziyarət ediblər.
Naxçıvan Müəllimlər İnstitutunun akt zalında davam etdirilən tədbiri ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açaraq ədibin həyat və yaradıcılığından danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camal­ov “Məhəmməd Tağı Sidqi yaradıcılığında mənəvi tərbiyə məsələləri” mövzusunda çıxış edərək bildirib ki, tanınmış maarifçi Məhəmməd Tağı Sidqi bütün həyatını maarifçiliyə və bədii yaradıcılığa həsr edib. Görkəmli pedaqoq Naxçıvanda ilk milli məktəblərdən olan “Məktəbi-tərbiyə”ni təsis etməklə bərabər, ədəbi yaradıcılıqla da məşğul olub,

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində şair Qafar Qəribin “Qədim-yeni Naxçıvanım” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq kitab haqqında təəssüratlarını bildirib və burada yer alan vətənpərvərlik hisslərini tərənnüm edən şeirləri yüksək qiymətləndirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın kitabın ədəbi-bədii təhlilindən ibarət məruzəsi dinlənilib. Bildirilib ki, gənc şair Qafar Qəribin “Qədim-yeni Naxçıvanım” adlı şeirlər kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə nəşr olunub. Bu kitab muxtar respublikamızın muxtariyyət qazanmasının 90 illik yubileyinə ən gözəl poetik hədiyyədir.

Tədbirdə filologiya elmləri doktoru, professor Hüseyn Həşimli “Möhtəşəm intibahın poetik ifadəsi” adlı məruzəsində Qafar Qəribin kitabında yer alan “Naxçıvan: dünən və bu gün”, “Müqəddəslər diyarı”, “Yeniləşən Naxçıvan”, “Bugünkü Naxçıvan nağılvaridir”, “Möcüzədir başdan-başa Naxçıvan”, “Naxçıvanın gecələri”, “Güllü şəhər” və sair kimi şeirlərində təsvir olunan sosial, iqtisadi, mədəni həyatın yüksəlişindən, Naxçıvanın keçdiyi uğurlu inkişaf yolundan bəhs edib.
Pedaqogika elmləri doktoru Elbəyi Maqsudovun “Qədim-yeni Naxçıvanım” kitabında vətənpərvərlik”, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynovun “Qədim-yeni Naxçıvanım” poemasında yurda bağlılıq və sevgi motivləri” adlı məruzələri dinlənilib.
Bildirilib ki, Naxçıvan ədəbi mühitində öz imzası ilə seçilən istedadlı şairlərimizdən olan gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qafar Qəribin “Qədim-yeni Naxçıvanım” kitabına 2 poema – “Qədim-yeni Naxçıvanım”, “Əlincə” və 31 şeir daxildir.
Şairin “Qədim-yeni Naxçıvanım” poemasında ulu diyarımızın gündən-günə dəyişən siması, qurub-yaradan insanların əzmi poetik bir dillə vəsf edilir. Poemanın “Baş meydanda düşüncələr” bölməsi ulu öndərimizə həsr olunub.
Sonda müəllif çıxış edərək kitabın nəşrinə və təqdimat mərasiminin keçirilməsinə görə minnətdarlığını bildirib.

 Nərgiz İSMAYILOVA

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası  A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası ilə birlikdə rayon  (şəhər) Mərkəzləşdirilmiş Kitabxana sistemlərində çalışanlara metodik köməklik məqsədilə seminar keçirib. 

Seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İman Alırzayev açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb.
Seminarda muxtar respublika kitabxanasının şöbə müdirləri Tamella Əsgər­ovanın, Südabə Heydərovanın, Minayə Nəbisoyun, Yeganə Rüstəmovanın və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının böyük kitabxanaçısı Səfa Orucovanın çıxışları olub. Çıxışlarda komplektləşdirmə üzrə görülən işlərdən bəhs edilib. Həmçinin kitabxana fondunda işin təşkili, kitabxanaya oxucu cəlbi və kütləvi tədbirlərin keçirilməsində yeni forma və metodlar haqqında seminar iştirakçılarına məlumatlar verilib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

 Sara ƏZİMOVA

Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Əkbər İbrahimov açaraq böyük ədibin həyat və fəaliyyətindən danışıb. O qeyd edib ki, maarifçi şair M.T.Sidqi tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır. Bununla belə, onun yaradıcılığında ədəbi-fəlsəfi məsələlər də öz əksini tapıb.
Bildirilib ki, Məhəmməd Tağı Sidqinin yaradıcılığında maarifçi şeirlərin xüsusi yeri vardır. Pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” sayan görkəmli maarif xadiminin poetik öyüdnamələrində də elm ilə dünyanın abad olunmasının mümkünlüyündən, dünya dillərini öyrənməyin faydalarından, kamil insan olmaq qayəsindən geniş bəhs olunur.

Ardını oxu...

Salyan rayonundakı Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınan Babazanlı ərazisində son illər aparılan araşdırmalar zamanı buradan 2800 il bundan əvvələ aid yaşayış məskənləri və maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 oktyabr 2013-cü il tarixdə “Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Salyan Rayon İcra Hakimiyyəti abidələrin 2800 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlamışdır. Tədbirlər planına əsasən, Salyan rayonunda milli tarixin Azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyəti olan Muğan Babazanlı abidələrinin 2800 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birlikdə rayon Mədəniyyət Evində Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə əlaqədar konfrans keçirib.
Tədbiri giriş sözü ilə Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdir əvəzi Niyaz İsmayılov açıb. Qeyd edilib ki, digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin də fəaliyyəti, yaratdığı əsərlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı öyrənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 20 avqust tarixli “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin sərəncam muxtar respublikanın ziyalıları tərəfindən görkəmli şəxsiyyətlərimizə, ədib və şairlərimizə, onların fəaliyyətinə və yaradıcı­lığına verilən qiymət kimi dəyərləndirilir.

Ardını oxu...

“Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası milli dövlətçilik tariximizin, elmi, ədəbi-mədəni irsimizin formalaşmasında, zənginləşməsində mühüm rol oynamışdır. Şəhərsalma mədəniyyətinin 5 min il yaşının faktlarla sübut edildiyi bu qədim oğuz yurdu bəşəriyyətin ilkin beşiklərindən hesab olunur. Buradakı Gəmiqaya təsvirləri, qədim duz mədənləri, I və II Kültəpələr, Xaraba Gilan, Ovçular təpəsi və digər tarixi məkanlardan tapılmış maddi-mədəniyyət yadigarları hər daşı tarix çağıran Azərbaycan elinin möhtəşəm keçmişindən soraq verir”. 

Ardını oxu...

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda sağlamlıq imkanları məhdud şəxslərin və ahılların rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə təşkil edilib. Sərgi-müsabiqə oktyabrın 31-dək davam edəcək.

Sərgi-müsabiqədə 53 müəllifin 137 adda əl işi və 34 adda müxtəlif janrlarda çəkdiyi rəsmlər nümayiş etdirilir. Rəsm və əl işlərində rəng­lərin, bədii tikmələrin, metal üzərində döymələrin dili ilə tarixi-memarlıq abidələrimiz, muxtar respublikamızın füsunkar təbiəti öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov sərginin açılış mərasimində çıxış edərək qeyd edib ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin və ahılların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hər il sağlamlıq imkanları məhdud şəxslərin və ahılların fərdi qabiliyyət və bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradıcılıq müsabiqələri, idman yarışları təşkil edilir. Bütün bu tədbirlərin həyata keçirilməsi istedadlı ahıl və sağlamlıq imkanları məhdud şəxslərə dövlətimizin göstərdiyi maddi və mənəvi dəstəyin ifadəsi olub, onların rifahının yüksəlməsinə xidmət edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
Dünən Hüseyn Cavid Poeziya Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət ediblər. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov Cavidlər məqbərəsinin yaradılması və Hüseyn Cavid Poeziya Günü haqqında məlumat verib.
Tədbir Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirilib. Giriş sözü ilə çıxış edən mədəniyyət və turizm naziri Sarvan İbrahimov böyük söz ustadının bəşəri ruhlu, həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından söhbət açıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası və Naxçıvan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bu mövzuda dünən seminar-treninq keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının iştirak etdikləri seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Fərasət Əsədullasoyun “Teleradiolarda Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması prioritet məsələdir”, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynovun “Mətbuat orqanlarında ədəbi dil normalarından istifadə”, Naxçıvan Müəllimlər İnstitutunun tərbiyə işləri üzrə prorektoru, professor Sədaqət Həsənovanın “Kütləvi informasiya vasitələrində ədəbi dilin normalarından istifadə qaydaları”, “Şərq qapısı” qəzetinin Baş redaktor müavini Səyyar Məmmədovun “Müasir ədəbi dilimizin tələbləri” mövzularında məruzələri dinlənilib.

Ardını oxu...

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 132 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Qüdrətli sənətkarımız Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olmuşdur. Onun əsərlərində canlanan həyat səhnələri və həqiqətləri, obraz və xarakterlərinin rəngarəngliyi, dolğunluğu və kamilliyi insanı vəcdə gətirir. Hüseyn Cavid yaradıcılığına müraciət edərkən insan mənən təmizlənir, saflaşır, böyük fikir mübarizələrinin həlledici məqamına çatanda isə özünü ucalıqda, ənginliklərdə hiss edir. Məhz buna görə də zaman keçdikcə, illər ötdükcə bu sənət təsir qüvvəsini itirmir, təzə-tər sənət dünyası ilə insanı düşündürür, həyata bağlayır. Cavid sənətinə dahiyanə əbədiliklə bərabər, fəlsəfi, əxlaqi konsepsiyaların mürəkkəbliyi və dərinliyi də xasdır.

Ardını oxu...

İlmələr vurulur, naxışlar yaranır

Xalqımızın həyat və məişətini əks etdirən xalq yaradıcılığının ən zəngin və orijinal nümunələrindən biri də xalçaçılıq sənətidir. Min illərdən üzübəri bu sənətin biliciləri ipək nənələr, ağbirçək analardır. Onların əlinin sığalı ilə yüzlərlə, minlərlə xalçalar ərsəyə gəlib ki, həmin xalçalar əvəzsiz sənət əsəri kimi bu gün muzeylərimizdə, evlərimizdə qorunub saxlanılmaqdadır. Minbir həvəslə toxunan həmin xalçalara baxanda gözümüz bir naxışda, bir rəngdə ilişib qalır. Çünki o naxışa, o boyaya heyran oluruq. Bu naxışlara baxanda həm də elə bilirsən ki, göy gurladı, gürşad oynadı, yağışlar yağdı, yeddi rəngin çələngində Fatma nənənin hanası uzandı. Elə bil ki, bir azdan Günəş buludların arasından boylanıb lalənin gözünün giləsində mürgüləyəcək. Başqa bir xalçada isə arılar iri güllərin tacından çıxıb sanki qanadlarını çırpır, qızılı toz ələnir otlara, çiçəklərə. Bir başqa xalıda isə igidlər qara zurnanın sədaları altında dövrə vurur. Hər biri bir dövrün tarixini özündə yaşadan bir yadigar kimi arzuların, niyyətlərin çiçək açdığı xalılar, xalçalar qızların, gəlinlərin barmaqlarının istisi, hərarəti ilə ilmə-ilmə toxunub, naxışlanıb və hasilə gəlib.

Ardını oxu...

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə əlaqədar Ordubad rayonunun Aza kənd tam orta məktəbində tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Təvəkkül Məmmədov açaraq qeyd edib ki, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən Məhəmməd Tağı Sidqi pedaqoji fikir tariximizdə özünəməxsus yer tutur. Onun yaradıcılığında Vətən, millət və dil anlayışları xüsusi əhəmiyyət kəsb edir. Qüdrətli pedaqoq, şair və publisist Naxçıvan maarifində elə bir xidmət göstərib ki, yaratdığı xariqələrin əks-sədası hələ sağlığında bütün Qafqaza yayılıb.
Məktəbin müəllimlərindən Ramiz Səfərov, İradə Həmzəyeva, uşaq birliyinin rəhbəri Şirin Mirzəyeva, kitabxanaçı Samirə Xəlilova Sidqinin həyat və yaradıcılığı, onun elmi-pedaqoji fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər.

Ardını oxu...

Oktyabrın 17-dən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı muxtar respublikanın rayon mərkəzlərinə qastrol səfərinə çıxmışdır.
Həmin gün teatr Şahbuz şəhərində böyük rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun (1860-1904) “Ayı” və “Təklif” vodevilləri əsasında səhnələşdirilmiş “Russayağı evlənmə” tamaşasını rayon ictimaiyyətinə təqdim etmişdir. Məlumat üçün bildirək ki, teatr adıçəkilən tamaşanı dünən babəkli teatrsevərlərə göstərmişdir. Bu gün Ordubad rayonunda təqdim ediləcək “Russayağı evlənmə” tamaşası oktyabrın 23-də Culfa, 27-də isə Şərur və Kəngərli rayonlarında göstəriləcəkdir.
Bu tamaşa XIX əsr Rusiya həyatının reallıqlarını yazıçıya məxsus kinayə və istehzalarla göstərən şən səhnə əsəri təsiri bağışlayır. Əsəri səhnələşdirən və ona quruluş verən rejissor hər iki vodevilin süjetlərini birləşdirməklə tamaşanın finalında maraqlı rejissor təfsirinə nail olmuşdur. Quruluşçu rəssam, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axund­ovun səhnə tərtibatı XIX əsr Rusiya həyatının reallıqlarını özündə əks etdirir.

Ardını oxu...

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, maarifçilik ideyalarının təbliğatçısı Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 avqust 2014-cü il tarixli Sərəncamı elm, təhsil və mədəniyyət müəssisələri qarşısında mədəni tədbirlərin keçirilməsi kimi mühüm vəzifələr qoymuşdur.

M.T.Sidqinin ailə üzvləri – 1933-cü il

Soldan yuxarıda: oğlu Rüfət (Paşa), gəlini Valya, qızı Dostuxanım, gəlini Məsumə, gəlini Gülçöhrə, naməlum.
Ortada: oğlu Məmmədəli, Məsumənin anası Tükəzban xanım, naməlum, oğlu Məmmədhəsən.
Aşağıda: Məmmədhəsənin qızı Təhminə, oğlu Sidqi, Məmmədəlinin qızı Sara, oğlanları Ağamusa və Ağarza.


Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində də sərəncama uyğun olaraq tədbirlər planı hazırlanmış, “Məhəmməd Tağı Sidqi guşəsi” yeni eksponatlarla daha da zənginləşdirilmişdir.
Guşədə Xalq rəssamı Hüseynqulu Əliyev tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş Sidqinin portreti, onun ailə üzvləri, oğlu Məmmədhəsən həyat yoldaşı Gülçöhrə xanımla, oğlu Məmmədəli Sidqi Səfərov, Ordubadda “Əxtər” məktəbinin binası, Məhəmməd Tağı Sidqinin məzarı və digər fotoşəkillər nümayiş olunur.

Ardını oxu...

Naxçıvan şəhərindəki Məhəmməd Tağı Sidqi adına 4 nömrəli tam orta məktəbdə görkəmli pedaqoq, maarifçi, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin müəllimi Lalə Kərimova açaraq M.T.Sidqinin həyat və ədəbi-pedaqoji fəaliyyəti haqqında danışıb.
Sonra məktəbin müəllimi Səadət Əsgərova çıxış edərək bildirib ki, maarifçi şair və yazıçı olmaqla yanaşı, M.T.Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünas idi. Bununla belə, onun elmi fəaliyyətində ədəbi-fəlsəfi məsələlərin də öz əksini tapdığını vurğulayan Səadət Əsgər­ova qeyd edib ki, Sidqinin “Heykəli-insana bir nəzər” əsəri nəsrlə yazılmış ədəbi-fəlsəfi traktatdır. Burada müəllifin həyat və cəmiyyət, ictimai-mədəni tərəqqi haqqındakı fikir və düşüncələri əks etdirilib. Sidqinin insanın formalaşması və bəşər cəmiyyətinin keçdiyi inkişaf mərhələləri barədəki elmi mülahizələri öz dövrü üçün yeni və cəlb­edici idi. XIX əsrin axırlarından etibarən cəmiyyət həyatında müşahidə olunan canlanma, dirçəliş, məktəbdarlıqla əlaqədar yiyələndiyi maarifçi ideyalar onun yaradıcılığına ictimai məzmun gətirib.

Ardını oxu...

 Vətən məhəbbəti, doğma torpağa hədsiz sevgi və bu sevginin insanlara təlqin edilməsi, təbiətə “Vətənimin gözəlliyi” deyə, məftunluq, pak, ülvi məhəbbətin bədii-fəlsəfi tərənnümü onun yaradıcılığının əsas qayəsi, şeirlərinin mayasıdır. İlk şeri mətbuatda 1952-ci ildə dərc olundu. “Yanın, işıqlarım” adlanan həmin ilk şerindən son şeirlərinə qədər Məmməd Araz yaradıcılığı elinə, obasına, Vətəninə bağlı vətəndaş duyğularının tərənnümündən ibarətdir.

Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) 1933-cü il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının saf təbiəti, mərcan gözlü bulaqları, məğrur qayaları, əsrlər qocaldan zirvələri ilə tanınan Şahbuz rayonunun Nursu kəndində anadan olub. Doğulduğu elin bu ecazkar gözəlliyindən ilham alıb Məmməd Araz. Vətən məhəbbətini, el-oba sevgisini ona həmin qayalar, can dərmanı olan bulaqlar aşılayıb.
Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan “Yanın, işıqlarım” adlı ilk şerilə başlayıb. “Vətən torpağı”, “Şerə gətir”, “Necə unudum səni?”, “Mən Araz şairiyəm” – “Məmməd İbrahim” imzası ilə nəşr etdirdiyi bu şeirlər hələ ənənəvi məhəbbət, vətən və təbiət lirikasının tanış nümunələri idilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik Mərkəzi Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birlikdə rayonun Kırna kənd mədəniyyət evində Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirib.
Tədbiri giriş sözü ilə Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli açıb. Qeyd edilib ki, bu il görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasından 160 il ötür. Ordubad rayonunda anadan olan M.T.Sidqi mədrəsə təhsili alıb, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənib. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən, “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kərbəlayi Nəsir” mənzum hekayətindən, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi traktatından və 20-dən çox hekayədən ibarətdir.

Ardını oxu...

Ən qədim sənətkarlıq sahələrimizdən birini sümükişləmə və toxuculuq təşkil edir. Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda aparılan arxeoloji tədqiqatlar zamanı bu sənətkarlıq sahələri ilə bağlı müxtəlif maddi-mədəniyyət nümunələri tapılmışdır.
Sümükişləmənin tarixinin Pale­olit dövründən başlandığı arxeoloji materiallar əsasında öz təsdiqini tapır. Aparılan tədqiqatlar onu göstərir ki, dünyanın bütün yerlərində olduğu kimi, Naxçıvanda da insanlar əməklə məşğul olduğu dövrdən etibarən bu sənətkarlıq sahəsində ilkin bacarıq və vərdişlərə sahib olmuşlar. Onlar ovladıqları heyvanların sümüyündən primitiv şəkildə silahlar, müxtəlif əmək alətləri düzəltmişlər. Onlar çapma, kəsmə, cilalama və düşmə üsulları ilə iri və xırdabuynuzlu heyvanların sümüklərindən düzəldilmişdir. Naxçıvanda ən qədim sümük məmulatları Orta Paleolit dövrünə aid Qazma mağarasından əldə olunmuşdur. Abidədən aşkar edilmiş sümük alətlərdən biri tam axıra kimi, digəri isə qismən deşilmişdir. Əldə olunmuş arxeoloji materialların hər ikisinin ceyranın aşıq sümüyündən düzəldildiyi, onlardan bəzək kimi boyundan asmaq üçün istifadə olunduğu tədqiqatçılar tərəfindən müəyyən olunmuşdur.

Ardını oxu...

Culfa rayonunun Saltaq kənd tam orta məktəbinin kitabxanasında görkəmli pedaqoq, maarifçi, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyinə həsr edilmiş oxucu konfransı keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevinc Mustafayeva açaraq M.T.Sidqinin həyat və fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, görkəmli maarifçi, böyük mütəfəkkir Məhəmməd Tağı Sidqi tanınmış qələm sahiblərindən olub. Maarifçilik ideyalarının həm elmi, həm təcrübi sahədə inkişafına təməl olan Sidqi yaradıcılığı xalqın dünya­görüşünün formalaşmasına təsir edən əsərlər məcmusudur. Naxçıvan torpağının yetirməsi olan Məhəmməd Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda mübarizə aparan ilk maarif fədailərindəndir. O, Vətənin ağır sınaqlara məruz qaldığı bir zamanda qorxmadan, çəkinmədən maarifçilik uğrunda mübarizə aparıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR