23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıqtipli Cəzaçəkmə Müəssisəsində konsert proqramı təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədov belə tədbirlərin əhəmiyyəti, cəzaçəkmə müəssisəsində məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait barədə danışıb. Bildirilib ki, onların boş vaxtlarında hazırladıqları əl işlərindən ibarət sərgilərin təşkili, əl işlərinin satılmasına kömək göstərilməsi də diqqətdə saxlanılır.
Sonra musiqi kollektivinin səsləndirdiyi ifalar iştirakçılarda xoş ovqat yaradıb.

 Arzu Abdullayev

10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Dədə Qorqud” filmi nümayiş etdirilib. 1975-ci ildə ekranlaşdırılan “Dədə Qorqud” Azərbaycan tarixindən bəhs edən mükəmməl filmlər sırasındadır. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini özündə yaşadan “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında çəkilib.
Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Filmin baş qəhrə­manı Dədə Qorqud saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları vətəni sevməyə, dostluğa, qardaşlığa səsləyən el ağsaqqalıdır.
Filmə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 400-ə yaxın tələbə tamaşa edib.

Ceyhun Məmmədov

 Milli dəyərlərin yaşadılması Naxçıvanda strateji məsələ kimi qarşıya qoyulub 

Milli dəyərlərə konkret nəzəri tərif vermək mümkün olmasa da, bu dəyərlərin cəmiyyət üçün ən qiymətli miras olduğu danılmazdır. Bəşər mədəniyyətinin tarixi keçmişini araşdıran tədqiqatçılar sübut edirlər ki, istənilən cəmiyyətdə dəyərlərin yaradıcısı xalqdır. Təbii ki, hər bir xalqın tarixi və etnoqrafiyası, mədəniyyəti, cəmiyyətin inkişafına baxışı fərqli və yaxud qismən fərqli olsa da, bu, özlüyündə ümumi bir dəyərlər sistemi formalaşdırır. Məhz bu sistemdə onun dövlətçilik ənənələri formalaşır, həyata baxışı zənginləşir, gələcək inkişafının təməli qoyulur. Buna görə də milli dəyərlər məfhumunu dar çərçivədə düşünmək mümkünsüzdür. 

Dünya xalqlarının bir çoxunda müəyyən zamanlarda bu və ya digər dərəcədə dəyərlərin aşınması prosesi getmişdir. Və bu prosesdə yalnız milli və mənəvi dəyərlərə mental bağlılıq xilas yolu kimi seçilmişdir. Yadımıza salaq, ötən əsrin 90-cı illərində SSRİ-nin süqutundan sonra müstəqilliyini elan etmiş respublikaların, demək olar ki, hamısında, eləcə də Azərbaycanda kütləvi Qərb dəyərlərinin idxalına başlanılmışdı.

Ardını oxu...

 Naxçıvana səfər etmiş almaniyalı turistlərdən ibarət qrupun təəssüratları

19-20 sentyabr 2015-ci il tarixdə turist bələdçisi Həsən Paşalının müşayiəti ilə Stefan Jakob Wimmerin rəhbərlik etdiyi almaniyalı alimlərdən ibarət bir qrup Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Stefan Jakob Wimmer Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən “İbrahim Peyğəmbərin Dostları” cəmiyyətinin sədridir və onun rəhbərlik etdiyi alman turist qrupu Naxçıvanda olan əsas arxeoloji ərazilərdə olmuşdur. Naxçıvanda səfərdə olduğu müddətdə o, “Şərq qapısı” qəzetinə müsahibə də vermişdir. Stefan Jakob Wimmer ölkəsinə qayıtdıqdan sonra Naxçıvan Muxtar Respublikası, bu ərazinin zəngin tarixi, mədəniyyəti və arxeologiyası ilə bağlı təəssüratlarını yazmışdır.

Stefan Jakob Wimmerin təəssüratları:

“Gözlənilməz kəşf: Naxçıvan diyarı möhtəşəm mədəniyyət, dini memarlıq və ecazkar məqbərə qüllələri ilə zəngindir. 26 metr hündürlüyü olan və üzəri həndəsi naxışlarla bəzədilmiş Möminə xatın türbəsini gördükdə sanki yuxu görürdük. XII əsrdə yaşamış və burada dəfn edilmiş ana üçün inşa edilmiş bu məhəbbət abidəsi “Min bir gecə” nağıllarını canlandırır. Bütün bunlar dünya tarixi və bəşəriyyət üçün əvəzolunmaz dəyərlərdir.

Ardını oxu...

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Heydər Əliyev Sarayında təşkil olunan konsert proqramının aparıcıları bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ölkə başçısının bu sərəncamı dövlət rəmzlərinə hörmət və ehtiramın bariz ifadəsidir. 

Ardını oxu...

Paytaxt Bakı şəhərindən dəvət olunmuş istedadlı vokal ifaçıları Naxçıvan Dövlət Filarmoniyasında ustad dərsi keçiblər.
Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev çıxış edərək bildirib ki, artıq bir neçə aydır, muxtar respublikada müxtəlif sahələr üzrə ustad dərsləri keçilir. Bu dərslər gənclərin təhsil aldıqları sahələr üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsinə böyük töhfə olacaq. Elman Əliyev ustad dərsində iştirak edən tanınmış sənət adamları haqqında tədbir iştirakçılarına məlumat verib.
Xalq artisti Samir Cəfərov, Azərbaycan Respublikasının Əməkdar artistləri İlqar Muradov və Cahangir Qurbanov, “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə çıxış edərək Naxçıvan torpağının yetirmələri olduqlarını bildiriblər, burada mədəniyyətə, incəsənətə göstərilən qayğıdan danışıblar.

Ardını oxu...

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı fəaliyyətə başladığı gündən ciddi yaradıcılıq axtarışları nəticəsində repertuar zənginliyinə nail olub. Fəaliyyət göstərdiyi 50 ildən artıq bir dövrdə an­samblda istedadlı musiqiçilər – müğənnilər, rəqqaslar yetişib.
Muxtar respublikamızda musiqi sənətinin formalaşmasında ansamblın böyük xidmətləri olub. Bu gün böyük bir nəğməli kollektivi birləşdirən ansambl muxtar respublikanın mədəni həyatında fəal iştirak edir. Ansambl müxtəlif tədbirlərdə, bayram şənliklərində çıxışları ilə musiqisevərlərdə xoş ovqat yaradır. Tez-tez muxtar respublikanın rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində qastrolda olan ansambl öz zəngin repertuarı ilə milli musiqimizi və rəqslərimizi təbliğ edir.
Mahnı və Rəqs Ansamblı dünən Şərur Rayon Mədəniyyət Sarayında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvlərinin ifasında xalq və bəstəkar mahnıları, xalq rəqsləri tamaşaçılara təqdim olunub.
Ansamblın üzvlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyevin, Xatirə Səfərovanın, həmçinin Hüseyn Qasımovun, Samiddin Vəliyevin, Namiq Vəliyevin, Cəfər Tağıyevin, rəqqasə Fatimə Kazımovanın və ansamblın rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyini ziyarət ediblər.
Burada onlara məlumat verilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib.
Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilib.

Xəbərlər şöbəsi

Xəbər verdiyimiz kimi, noyabrın 4-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışı oldu.
Milli dəyərlərimizin qorunması və yaşadılmasında mühüm əhəmiyyəti olan tədbirin ikinci günü muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və müəllimləri, ümumtəhsil məktəblərinin şagirdləri, sahibkarlar, müxtəlif idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri sərgiyə böyük maraq göstərdilər.
37 el sənətkarı tərəfindən oyma, xəttatlıq, dulusçuluq, papaqçılıq, xalçaçılıq, misgərlik, toxuma, ağac üzərində yandırma, bədii tikmə və digər xalq sənətkarlığı sahələri üzrə 600-ə yaxın əl işi, rəsm əsərləri, məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagirdləri tərəfindən hazır­lanan 120 bədii tikmə və toxuma nümunələri, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların əl işlərinin çıxarıldığı sərginin ikinci günü gələnlərin ən çox diqqətini çəkən sağlamlıq imkanları məhdud şəxslərin əl işləri, müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri oldu. “Naxçıvan” Universitetinin tələbələri Təranə Əliyeva və Elnur Müseyibovla söhbətimiz də elə sağlamlıq imkanları məhdud şəxslərin əl işləri və rəsm əsərləri ilə tanışlıq əsnasında oldu. Müsahiblərim dedilər ki, onları burada nümayiş etdirilən nümunələr çox heyrətləndirib. Bəzən elə hallar olur ki, kiçik bir başağrısı üzündən insanlar öz işlərini təxirə salırlar. Ancaq burada nümayiş etdirilən əl işləri və rəsm əsərləri bir daha sübut edir ki, işləmək, nəsə yaratmaq üçün fiziki məhdudiyyət sərhəd, əngəl ola bilməz.

Ardını oxu...

“Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, hər kəlmənin dərin mənası var. Və bu mənanın arxasında tariximiz, mədəniyyətimiz, dəyərlərimiz durur. Oğuzlar üçün ən böyük dəyər Vətən, torpaq sevgisidir. Dastandakı torpağın qorunması, əkilib-becərilməsi ilə bağlı fikirlər yaşı qədimdən qədim olan Naxçıvanın sakinləri üçün keçmişdən bu günümüzədək yaşayan həyat fəlsəfəsi olub. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu ulu diyar tarix boyu bir çox çətinliklərlə qarşılaşıb, yağı düşmənlə mübarizə aparıb. Ancaq bütün dövrlərdə ayaqda durmağı bacararaq öz torpağını güzəştə getməyib.

Ardını oxu...

İlmələr vurulur, naxışlar yaranır

Xalqımızın həyat və məişətini əks etdirən xalq yaradıcılığının ən zəngin və orijinal nümunələrindən, eyni zamanda ən çətin sahələrindən biridir xalçaçılıq sənəti. Min illərdən üzübəri bu sənətin biliciləri – ağbirçək nənələrin, anaların əlinin sığalı ilə yüzlərlə, minlərlə xalçalar ərsəyə gəlib ki, həmin xalçalar bu gün əvəzsiz sənət əsərləridir.

Naxçıvanın tarixi nə qədər qədimdirsə, xalçalarının da tarixi bir o qədər qədimdir

Doğma diyarımız Naxçıvanda bir çox xalq yaradıcılığı, xalq sənətkarlığı sahələri kimi, xalçaçılıq sənəti də tarixən geniş yayılıb. Xalçalara vurulan hər ilmənin özü belə tarix yazıb. Ayrı-ayrı bölgələrimiz kimi, Şahbuz rayonunda da bu sənətə maraq yüksək olub. Şahbuz rayonunun kəndlərində, əsasən, payız, qış aylarında az qala hər bir evdə hana qurular, xalça toxunardı. Müsahibim Şahbuz rayonunun Kükü kənd sakini Gülxanım Quliyevadır.
Həmsöhbətim ömrünün yarıdan çoxunu xalça toxumaqla keçirib. Gülxanım nənə deyir ki, Şahbuz rayonu sənətkarlıq məktəbi kimi tanınıb. Sənətkarlıq növlərindən əksəriyyəti indi də var. Bunlardan biri də xalçaçılıqdır. Bizdə çox qədimdən xalçaçılıqla məşğul olublar. Nənəm özündən əvvəlkilərdən eşitdiklərini bizə danışar, anam nənəmdən öyrəndiklərini ilmələrə köçürər, bizsə o naxışlara heyran-heyran baxardıq. Bu sənətin sirlərini sonra mən öz qızlarıma öyrətdim.

Ardını oxu...

 Bu gün xalq yaradıcılığı nümunələri adlandırdığımız minillərin sınağına sinə gərmiş sənətlər və  bu  işlə məşğul olan sənətkarların yaratdıqları əcdadlarımızın bizə mirası, vəsiyyəti, öyüd-nəsihətidir. Təbii ki, bu mirasa sahib çıxmaq, vəsiyyətə əməl etmək, öyüd-nəsihətə qulaq asmaq bugünkü nəslin mənəvi borcudur. Xalqımız yaradıcı xalqdır. Bunu günümüzə gəlib çatmış, xalqın zəngin təfəkkürünün və təxəyyülünün məhsulu olan xalq yaradıcılığı nü­munələri, yazılı və şifahi xalq ədəbiyyatı inciləri sübut edir.

Naxçıvan qədim yaşayış məskənlərindən biridir.Müasir dövrümüzdə aparılan arxeoloji qazıntılar nəticəsində torpağın dərin qatlarından çıxarılan maddi-mədəniyyət nümunələri, Gəmiqaya təsvirləri, bənzərsiz tarixi abidələr bu torpağın insanlarının böyük yaradıcı zəkaya malik olduğundan, müxtəlif sənət növlərinin məhz bu torpaqda yarandığından xəbər verir. Məhz bu torpaqda insanlar torpağı şumlayıb əkəndə və məhsul götürə bilməyəndə bəhrəsiz gilli torpağı suyla yoğurub məişət əşyaları, uzaq məsafələrdən su gətirmək üçün novlar düzəldiblər. Beləcə dulusçuluq inkişaf etməyə başlayıb.

Ardını oxu...

Qədim diyarımız Naxçıvanda minilliklər boyu təşəkkül tapan adət-ənənələr, xalq yaradıcılığı örnəkləri, milli dəyərlər xalqımızın ən qiymətli milli sərvətidir. Naxçıvanlılar bu dəyərlərə həmişə böyük ehtiramla yanaşmış, onların qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu saymışlar.
Xalq yaradıcılığının yaşadılması, təbliği üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, müşa­virədə müxtəlif aidiyyəti qurumların bu sərəncamla bağlı fəaliyyət istiqamətləri göstərilmişdir.
Ötən dövr ərzində bu istiqamətdə görülən işlər sistemli xarakter almışdır. Hər il Novruz bayramında Xalq yaradıcılığı günlərinin keçirilməsi milli dəyərlərimizin, xalq sənətkarlığının təbliğinə və yaşadılmasına xidmət edir.

Ardını oxu...

Xalqımızın min illərdən bəri süzülüb gələn ən gözəl milli dəyərlərindən biri də xalq oyunlarıdır. Müasir dövrün yetkin nəslinin nümayəndələri bu oyunları, yəqin ki, çox yaxşı xatırlayırlar. Xalq oyunları bizə mehribanlığı, səmimiliyi, birliyi, cəsarəti, ən əsası isə əsl uşaq kimi böyüməyi öyrədib. İndi də o illərin xatirələri canlandıqca oyun zamanı saatların su kimi axıb keçməsi, həyət-bacanı başına alan şən səs-küy, cəmi bir neçə dəqiqə çəkən umu-küsülük, dəcəlliklər yada düşür.

Uşaqların hal-hazırda meyillərini saldıqları əksər kompüter oyunları onlarda bir çox zərərli keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu oyunlar, ilk növbədə, uşaqların milli dəyərlərdən uzaqlaşmasına səbəb olur. Digər bir tərəfdən isə elektron oyunlara meyillilik uşaqları sağlam mühitdən, öz həmyaşıdları ilə birgə əylənməkdən kənarlaşdırır. Onlar günün böyük bir hissəsini ya kompüter qarşısında, ya da onlar üçün o qədər də faydalı olmayan cizgi filmlərini izləməklə keçirirlər. Bu isə uşaqlarda istər fiziki, istərsə də mənəvi çatışmazlıqlar yaradır. Böyüdükcə eqoistləşən belə uşaqların mehriban, səmimi, cəsarətli, aktiv, zəkalı olmadıqlarının şahidi oluruq. Onlar hətta oynamaq üçün çölə çıxdıqda belə, zərərli kompüter oyunlarında gördüklərini təkrarlamağa çalışır, belə gərgin oyunların təsiri altında daha çox zor tətbiq etmək istəyir, həmyaşıdlarını incidir, oyun zamanı problemlər yaradırlar.

Ardını oxu...

Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsi, xalqımızın tarixi keçmişini, vətənpərvərliyini, qəhrəmanlığını, müdrikliyini, fəlsəfəsini, folklorunu, saz-söz sənətini, coğrafiyasını, dünyagörüşünü, mənəvi dəyərlərini, adət-ənənələrini, mədəniyyətini, toponimlərini özündə əks etdirən, yaranma tarixi daha əvvəlki dövrlərə təsadüf etsə də, XI yüzillikdə qələmə alınan “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanda keçən yüzilliyin 30-cu illərindən tədqiq olunmağa başlamışdır. Ancaq təəssüf ki, az sonra onun tədqiqinə yasaq qoyulmuşdur. 

Dastan Azərbaycan K(b)P-nin 1951-ci ilin may ayında keçirilən XVIII qurultayında şiddətli tənqid obyektinə çevrilmiş,“başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn Oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilmiş”, “millətçilik zəhəri ilə dolu”, “müsəlman olmayan başqa xalqlara, əsasən, gürcü və erməni xalqlarına qarşı yazılmış” kitab kimi xarakterizə edilmişdir. Bundan sonra tədqiqinə bir neçə il ciddi yasaq qoyulan, hətta oxunması belə, qadağan edilən dastan yalnız 1957-ci ildən sonra tədricən tədqiqat obyektinə çevrilmişdir. Həmin vaxtdan keçən müddət ərzində bu sahədə bir sıra uğurlu tədqiqatlar aparılmışdır.
Bu sahədə ən böyük addımlar keçən yüzilliyin 70-80-ci illərində atılmışdır. Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra mədəniyyətimizin bütün sahələri kimi, “Kitabi-Dədə Qorqud” dastanına, onun genişmiqyaslı, dərindən, hərtərəfli tədqiqinə də diqqət artırılmışdır. Nəticədə, “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif problemləri tədqiqata cəlb olunmuş, bununla əlaqədar Ş.Cəmşidovun, S.Əlizadənin, Ə.Sultanlının, M.Təhmasibin, E.Əlibəyzadənin, T.Hacıyevin və başqalarının əsərləri nəşr olunmuşdur. Bütün təzyiqlərə baxmayaraq, 1975-ci ildə Anarın ssenarisi əsasında ikiseriyalı “Dədə Qorqud” filmi çəkilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Xəlil Hüseynovla görüş keçirilib. Görüşdə ali təhsil ocağının İncəsənət fakültəsində təhsil alan tələbələr iştirak ediblər.
Universitetin İncəsənət fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı­nın səhnəsində 40 ildən artıq zəngin sənət yolu keçən, böyük tamaşaçı sevgisi qazanan Azərbaycan Respublikasının Əməkdar artisti Xəlil Hüseynovun İncəsənət fakültəsində, xüsusilə də Aktyorluq sənəti ixtisasında təhsil alan tələbələrlə görüşünü yüksək dəyərləndirib. Natiq aktyor olmaq üçün ilk addımlarını atan gənclərin tanınmış incəsənət adamları ilə görüşünün onların gələcək səhnə həyatına böyük fayda verəcəyini vurğulayıb.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə yaradılan Naxçıvan Musiqi Kollecinin muxtar respublikamızda ixtisaslı musiqiçi kadrların hazırlanmasında özünəməxsus rolu və böyük xidmətləri vardır. İstedadlı gənclərə musiqi təhsilinin verilməsində, xalqımıza məxsus musiqi alətlərinin yaşadılmasında, mahnılarımızın, eləcə də klassik musiqinin təbliği və öyrənilməsi sahəsində bu mədəniyyət və təhsil müəssisəsinin fəaliyyəti təqdirəlayiqdir. Odur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 29 mart 2015-ci il tarixdə “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncam Naxçıvan musiqiçilərinin sevincinə səbəb olmaqla, onların gələcək fəaliyyətinə böyük qayğının ifadəsi kimi dəyərləndirilib.    

Ardını oxu...

Azərbaycan xalqının yaşatdığı qədim sənət növləri içərisində xəttatlığın özünəməxsus yeri var. Tarixi mənbələrə əsasən X-XIII əsrlərdə formalaşan və daim inkişaf edən bu sənət İslam dünyasında geniş yayılıb. Təsadüfi deyil ki, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn bu yazı sənəti günümüzdə həm də İslamın simvolu kimi qəbul edilir.

“Qurani-Kərim”i ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətinin meydana gəlməsinə səbəb olub, buna bağlı olaraq təzhib, ebru və cild sənətləri yaranıb. Dekorativ-ornamental sənətlə qovuşan bu bədii yazı mədəniyyəti kitabları, sarayları, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəməyə başlayıb. Tədricən xəttatlıq müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə çevrilməklə savadlılıq dərəcəsinin göstəricisi kimi məşhurlaşıb. Görkəmli Azərbaycan xəttatlarından Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi və bu kimi digər istedadlı insanlar bu sənətin inkişafında xüsusi rol oynayıblar.
Xəttatların fəaliyyəti nəticəsində müxtəlif xətt növləri yaradılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eylazovla söhbətimizdə o, bizə xəttatlıq sənətinin qədim növlərindən olan və Naxçıvan Muxtar Respublikasının tarixi abidələri üzərində daha çox rast gəlinən kufi, nəsx, süls, şikəstə və nəstəliq xətləri haqqında məlumat verdi.

Ardını oxu...

Naxçıvan Musiqi Kolleci öz tarixinin ən gözəl günlərini yaşayır. Onun keçdiyi bu şərəfli illərə nəzər salarkən belə qənaətə gəlmək olar ki, Naxçıvan musiqi mədəniyyətini bu təhsil ocağından ayrı təsəvvür etmək qeyri-mümkündür.  Məhz bu təhsil ocağının hesabına muxtar respublikada onlarla uşaq musiqi məktəbinin açılması reallaşıb. Kollec olmasaydı, Naxçıvan Dövlət Universitetinin Konservatoriyasını yaratmaq da çətin olardı. Xüsusi vurğulanmalıdır ki, kollec muxtar respublikada musiqiçi kadrlar yetişdirməklə kifayətlənmir, eyni zamanda onlara müstəqil düşüncə tərzi, həyat hadisələrinə zamanın fövqündən baxmaq bacarığı da aşılayır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamda qeyd olunduğu kimi: “Ali musiqi məktəbləri üçün fundamental baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolu böyükdür. Bu təhsil ocağının yalnız musiqiçi kadrlar deyil, həm də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsində də xidmətləri vardır”.
Bəli, bu gün, demək olar ki, musiqi məktəblərinin pedaqoji kadrlara olan tələbatı Naxçıvan Musiqi Kollecinin istedadlı musiqiçi kadrları hesabına təmin olunub. Yubiley ərəfəsində kollecin məzunları ilə həmsöhbət olduq, təəssüratlarını bölüşdük.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Culfa Rayon Tarix -Diyarşünaslıq Muzeyində seminar-ekskursiya keçirilib.
Muzeylərdə çalışan bələdçilərin etik davranış qaydaları ilə bağlı maarifləndirici xarakter daşıyan tədbirdə Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşları iştirak ediblər. Seminar-ekskursiyanı giriş sözü ilə Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli açaraq belə seminarların əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva çıxış edib. O, muxtar respublikada muzeylərimizdə qorunan tarixi irsə göstərilən qayğıdan söz açıb. Bildirilib ki, bu irsin qorunmasında və təbliğində muzeylərin, muzey bələdçilərinin üzərinə mühüm vəzifələr düşür. Bələdçilər belə mədəniyyət müəssisələrinə üz tutan insanlarla səmimi ünsiyyət qurmağı, muzeylərdə qorunan və nümayiş etdirilən eksponatlar barədə dəqiq və ətraflı məlumat verməyi bacarmalıdırlar. Bunun üçün hazırlanmış metodik tövsiyələr mühüm əhəmiyyət daşıyır və bələdçilər həmin tövsiyələrdən istifadə edərək qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələ bilərlər.
Sonra Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına baxış olub. Muzeyin bələdçisi Nazilə Məmmədova buradakı eksponatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda keçirilən seminar-ekskursiyanın müzakirəsi olub, bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.
Muzeyin direktoru Gülər Əhməd­ova belə maarifləndirici tədbirin təşkili üçün muzey kollektivi adından minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz 1982-ci ildə ulu öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürülüb.
Bu fikirlər Hüseyn Cavid Poeziya Günü münasibətilə oktyabrın 24-də Naxçıvan şəhərində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə şairin məqbərəsini ziyarət ediblər.
Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabr ayının 24-ü Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavid Poeziya Günü kimi qeyd olunur. Bu, artıq ənənə halını alıb, görkəmli ədibin zəngin və möhtəşəm yaradıcılığını ədəbi-nəzəri fikrin diqqət mərkəzinə çəkməklə əsl poeziya bayramına çevrilib.

Ardını oxu...

Azərbaycan artıq 24 ildir ki, müstəqil dövlətdir. Bu illərin çətinliklərinə, ağır proseslərinə baxmayaraq, dövlətimiz bu yurdun  tarixi keçmişinin çox dəyərli səhifələrini qısa bir müddətdə açır, xalqa nümayiş etdirir. Bütün bunlar həm də ona görə edilir ki, hər bir insan və xüsusən gənc nəsil mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən dərk etsin. Elə bütün oğuz-türk xalqlarının ulusu olan Dədə Qorqudun öyrənilməsi, onun adıyla adlanan dastanın hər kəs tərəfindən sevilib dünyaya çatdırılması kimi.

“Kitabi-Dədə Qorqud” bizim hamımızda böyük iftixar hissi yaradır. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə, Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz “Kitabi-Dədə Qorqud”un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik. Bu gün bayram mərasimləri ən zirvə nöqtəsinə çatdı. Amma bizim “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliğ, tədqiq olunması işimiz bununla bitmir. Bu, bizim işimizin ancaq başlanğıcıdır. Son üç ildə görülən işləri mən çox yüksək qiymətləndirirəm və bu münasibətlə yaranmış dövlət komissiyasının üzvlərinə və “Kitabi-Dədə Qorqud” yubileyinin hazırlanması dövründə fəaliyyət göstərmiş hər bir vətəndaşımıza, alimlərimizə, ziyalılarımıza, yazıçılarımıza, incəsənət, mədəniyyət xadimlərimizə dərin təşəkkürümü bildirirəm”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Hüseyn Cavid 1882-ci il ok­tyabrın 24-də Naxçıvan şəhərin­də anadan olmuşdur. İbtidai təhsilini Naxçıvan­da M.T.Sidqinin “Məktəbi-tərbi­yə”sində alan Cavid ilk təhsil illərində “Gülçin” və “Salik” təxəllüsləri ilə şeirlər, qəzəllər yazmışdır. Sidqi Cavidin şairlik istedadını görəndən sonra onun gələcəyinə böyük ümidlər bəsləyərək demişdir: “Mən atan molla Abdullanın yerinə olsaydım və Gülçin kimi bir şair oğlum olsaydı, rövzəxanlığı buraxıb, xanəndəlik edərdim və həmişə Racinin yox, öz oğlumun şeirlərini oxuyardım”. 1898-ci ildə “Məktəbi-tərbiyə”ni bitirən Hüseyn Cavid təhsilini davam etdirmək istəsə də, xəstəliyi buna mane olmuşdur. O, müalicə üçün 5 il Təbrizdə yaşayan qardaşı Məhəmməd Rasizadənin yanında qalmışdır. 1905-ci ildən isə gənc Cavidin İstanbul darülfünunda təhsil illəri başlayır. O, 1909-cu ildə təhsilini bitirərək vətənə qayıtmış və müxtəlif dövrlərdə Naxçıvanda, Gəncədə və Tiflisdə yaşayıb fəaliyyət göstərmişdir. Bu illərdə onun Tiflisdə “Ana” pyesi və “Keçmiş günlər” adlı kitabları çap olunmuşdur. 1917-ci ildə isə şairin “Bahar şəbnəmləri” adlı şeirlər kitabı işıq üzü görmüşdür.

Ardını oxu...

“Kitabi-Dədə Qorqud” dastanları qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli-mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir.
Bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda səsləndirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Oruc Həsənli açaraq bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş Sovetlər Birliyi dönəmində məhz ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, 1975-ci ildə “Dədə Qorqud” bədii filmi çəkilib.

Ardını oxu...

Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsi, qəhrəmanlıq dastanı, yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuş “Kitabi-Dədə Qorqud” dastanı ilk dəfə alman alimi Fridrix fon Dits tərəfindən elmi dövriyyəyə daxil edilmişdir.
Drezden Kral Kitabxanasında dastanla tanış olduqdan sonra o, “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə çevirmiş və 1815-ci ildə nəşr etdirmişdir. Bununla da, “Kitabi-Dədə Qorqud” dastanı elmi dövriyyəyə daxil edilmiş və tədqiqat obyektinə çevrilmişdir. Bu il həmin hadisənin 200 ili tamam olur. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 fevral 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır.
Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 25 iyul 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.

Ardını oxu...

Qədim və zəngin tarixə malik Naxçıvan Azərbay­canın ayrılmaz tərkib hissəsidir. Bu torpaq Azərbaycanın çoxəsrlik mədəniyyət ocaqlarından biri olmuşdur. Burada yaranan ədəbi mühit Azərbaycan ədəbiyyatına həmişə layiqli töhfələr bəxş etmiş və həmin proses bu gün də davam edir.
Akademik İsa Həbibbəyli yazır: “...Naxçıvan Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, həm də ilk mədəniyyət mərkəzlərindəndir. Burada zamana müvafiq maarifçi ideyalar geniş intişar tapmış, qiymətli ədəbiyyat, memarlıq, musiqi əsərləri yaradılmış, elmin müxtəlif sahələri təşəkkül etmişdir”.
Nəcməddin Əhməd Naxçıvani, Hinduşah Naxçıvani, Nəsirəddin Tusi, Heyran xanım, Qönçəbəyim, M.T.Sidqi və başqaları bu diyara şöhrət qazandırmışlar. Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid kimi tanınmış söz ustaları, fenomen bilik sahibi, diplomat Məhəmməd ağa Şahtaxtlı, rəssam Bəhruz Kəngərli və başqa tanınmış şəxsiyyətlər Naxçıvan mədəni mühitinin görkəmli yetirmələridir.
XX əsrin əvvəllərində ədəbi mühitdə sözünü deyən ziyalılardan biri də Əziz Şərifdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi 20 oktyabr – Beynəlxalq Kulinariya Gününə həsr edilmiş tədbir keçirib. Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Gülbuta Babayeva giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi gündən milli kimliyinin qorunması istiqamətində bir sıra mühüm addımlar atmaqdadır. Atılan ilk addımlardan biri də milli mətbəxin qorunmasıdır. 1991-ci il aprelin 23-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan mətbəxinin öyrənilməsi, təbliği üçün Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılıb. 1992-ci ildə Azərbaycan türk dövlətləri və keçmiş SSRİ respublikaları içərisində Ümumdünya Kulinariya Təşkilatı Birliyinə (ÜKTB) ilk qəbul edilən ölkədir. AMKM-nin müstəsna himayədarlığı ilə sonralar Rusiya (1994), Ukrayna və Özbəkistan (2002), Belarus, Serbiya (2006), Türkiyə, Qazaxıstan, Moldova (2008) ÜKTB-yə üzv qəbul ediliblər. Hazır­da AMKM bu sahədə Gürcüstana yardım edir. Bu gün Azərbaycan həm də Dünya Ənənəvi Qida Komitəsinə sədrlik edir. 25 il ərzində AMKM-nin güclü təbliğatı sayəsində işğalçı Ermənistan kulinariya sahəsində heç bir tədbirə dəvət edilmir və bu sahə üzrə heç bir dünya təşkilatına üzv qəbul olunmur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada fəaliyyət göstərən muzeyləri kollektiv ziyarətlər davam etdirilir.
Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin və struktur qurumlarının kollektivləri Cəlil Məmməd­quluzadənin Naxçıvan şəhərindəki ev-muzeyini ziyarət ediblər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində olublar. Muzeydə bildirilib ki, görkəmli rəssam Bəhruz Kəngərli Azərbaycan realist rəssamlığının banisi və əvəzolunmaz nümayəndəsi, istedadlı fırça ustası kimi xatırlanır. Onun çəkdiyi qiymətli rəsm əsərləri Azərbaycan incəsənətinə yeni iz gətirərək realist rəssamlığın əsasını qoyub. Rəssam ömrü boyu doğma Vətəninin gözəlliklərini öz əsərlərində tərənnüm edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Dırnıs kəndində xalq yaradıcılığı günü keçirilib.
Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Məmmədov açaraq muxtar respublikada keçirilən xalq yaradıcılığı günlərinin əhəmiyyətindən danışıb.Diqqətə çatdırılıb ki, bir neçə ildir keçirilən belə tədbirlər milli-mənəvi dəyərlərimizin gənclərimizə dərindən aşılanmasında mühüm rol oynayır.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
Qeyd olunub ki, xalq yaradıcılı­ğının, əsrlərboyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində muxtar respublikamızda xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülüb, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilib, onlar milli geyim dəstləri ilə təmin ediliblər.
Sonra Ordubad Rayon Mədəniyyət Evinin, Vənənd, Dırnıs, Vələver və digər kənd mədəniyyət evlərinin və klublarının folklor ansambllarının ifasında qədim xalq rəqsləri, xalq oyun və tamaşaları tədbir iştirakçılarına təqdim edilib, qədim milli musiqi alətlərimiz olan balabanda, zurnada, tütəkdə, sazda musiqi nömrələri səsləndirilib.

 Arzu Abdullayev

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Gənc Vətənpərvərlər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Xatirə Muzeyinin baş fond müdiri Aynur Məhərrəmova açaraq muzeyin yaranma tarixi haqqında məlumat verib. O bildirib ki, muzey Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Muzeydə soyqırımı faktlarını əks etdirən sənədlər, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid digər materiallardan ibarət 5000-ə yaxın eksponat nümayiş etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası ərazisində qədim və orta əsrlər dövründə yaradılmış çoxlu maddi-mədəniyyət nümunələri, o cümlədən memarlıq abidələri vardır. Bu abidələrin bir hissəsi yarandığı vaxtdan keçən müddət ərzində baş verən təbii fəlakətlər, müharibələr zamanı dağılmış, bir qismi isə zəmanəmizədək aşınmış, yarıuçuq vəziyyətdə gəlib çatmışdır.

Son iyirmi ildə bu abidələrdən, təxminən, altmışı bərpa olunmuş, bəzilərində isə hazırda abadlıq-bərpa işləri aparılmaqdadır. Belə abidələrdən biri də Azərbaycan memarlığının möhtəşəm nümunələrindən olan, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, Culfa şəhərinin yaxınlığında qırmızı tuf daşından inşa edilən Gülüstan türbəsidir. Orta əsr mənbələrində bəzən “Kəsik günbəz” kimi xatırlanan, memarlıq-kon­struktiv quruluşuna görə Naxçıvanın, bütövlükdə Azərbaycanın türbətipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur.

Ardını oxu...

Beynəlxalq muğam festivalının qalibi, istedadlı muğam ifaçısı Eytiram Hüseyinov ötən şənbə günü Naxçıvan şəhərində olub. O, Naxçıvan Dövlət Filarmoniyasında ustad dərsi keçib.
Dərsdə muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin muğam siniflərində, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində müvafiq ixtisas üzrə təhsil alan şagirdlər və tələbələr, Naxçıvan Dövlət Filarmoniyasının solistləri iştirak ediblər.
Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin əvəz­edilməz tərkib hissəsi olan muğamın inkişafına ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında böyük diqqət göstərilir. Muğam müsabiqələrinin keçirilməsi, muğamın təbliği istiqamətində görülən işlər davamlı xarakter aldığındandır ki, son illərdə gənc­lərin muğam sənətinə marağı xeyli artıb. Belə tədbirlərin keçirilməsində məqsəd istedadlı muğam ifaçılarını üzə çıxarmaqdır.
Sonra Eytiram Hüseyin­ov “Mahur” muğamını ifa edib, iştirakçıların suallarını cavablandırıb.
Axşam Heydər Əliyev Sarayında muğam ifaçısının konserti təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Malik Mansurovun (tar), Elşən Mansurovun (kamança), Kamran Əkbərovun (nağara) müşayiət etdikləri konsertdə Eytiram Hüseyinov bir neçə muğamı naxçıvanlı muğamsevərlərə təqdim edib.
Qeyd edək ki, muğam sənətinin inkişafındakı fəaliyyətinə görə Eytiram Hüseyin­ov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 oktyabr tarixli Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Xəbərlər şöbəsi

 Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür

Salam, a zirvələr, salam, a dağlar
Yenə bir qayada göyərdin məni.
Salam, a zirvələr, salam, a dağlar
Yenə bir nəğməlik kövrəldin məni.
O zirvələrin, dağların ətəyində Məmməd Araz nəfəsi göyərib. Mamır olub bitmək istədiyi, enib daşdan-daşa düşüb, lal dilini anlamağa çalışdığı qayaların qoynunda bir muzey var. Xalq şairi Məmməd Arazın ev-muzeyi. Gündoğandan günbatana məskən tutub, dünyaya sözün qüdrətilə yeni dünya – “Məmməd Araz dünyası” gətirən, ancaq hər zamankı sadəliyi ilə “bir qaya dibində yerim olardı” deyib pıçıldayan şairin muzeyi.

Ardını oxu...

Oktyabrın 9-da Heydər Əliyev Sarayında “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov bildirmişdir ki, “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, “Kitabi-Dədə Qorqud” dastanlarına münasibət 1970-ci illərə qədər birmənalı olmamışdır. Keçmiş Sovetlər Birliyinə xas elmi və siyasi mühitdə bu dastanların təbliği və öyrənilməsinə qadağalar qoyulmuşdur. Dastan xalqdan gizlədilir, xalqın yaddaşından silinməsinə cəhd­lər göstərilirdi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra “Kitabi-Dədə Qorqud” dastanlarının sistemli şəkildə tədqiqi və təbliği istiqamətində mühüm işlər görülmüşdür. 1975-ci ildə ümummilli liderin tapşırığına əsasən “Dədə Qorqud” bədii filmi çəkilmiş, 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərman, 2000-ci ildə isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı Sərəncam imzalanmış, dastanın Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırılması, eləcə də Dədə Qorqudun adının Azərbaycanda əbədiləşdirilməsi sahəsində mühüm addımlar atılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi sentyabr ayında öz fəaliyyətini iş planına uyğun qurmuşdur. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası vaxtlı-vaxtında həyata keçirilmişdir.

Ardını oxu...

Nadir geoloji quruluş, qədim dini memarlıq abidələri Naxçıvan Muxtar Respublikasında həyat və mədəniyyətin başlanğıcı haqqında məlumat verir. Azərbaycanın qərb regionu olan Naxçıvanda təbii gözəlliklər və dərin kökləri olan vətənpərvərlik mövcuddur.
Sədərək kəndinin şimalında qayalığın içərisində Əjdahan mağarası arxeoloji abidəsi aşkarlanmışdır. Mağaranın uzunluğu 12, eni 3-3,5, hündürlüyü isə 2-2,5 metrdir. Mağaranın üzərinə top mərmisi düşdüyündən onun tavanının bir qismi dağılaraq giriş hissəni tutmuşdur. Tavanı isə ocaq yanmasından qaralmışdır. Mağaranın ön tərəfi kiçik meydan şəklindədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Memarlıq ixtisası tələbələrinin “Əlincəqala” tarixi abidəsinə gəzintisi təşkil olunub.
Əvvəlcə tələbələr “Əlincəqala” tarixi abidəsində görülən bərpa işləri ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Hicran Rüstəmov bildirib ki, 2014-cü il fevralın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar olaraq hazırda “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir. Gəzintinin təşkil olunmasında məqsəd tələbələrin Əlincəqalada aparılan bərpa işləri ilə əyani şəkildə yaxından tanış olmalarına şərait yaratmaqdır.

Ardını oxu...

18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər tam orta məktəblərinin bir qrup şagirdi Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğundakı tarixi xidmətlərindən danışıb.
Daha sonra Heydər Əliyev Muzeyinin bələdçisi Hicran Bədəlova şagirdlərə muzeyin yaranma tarixi, buradakı eksponatlar haqqında geniş məlumat verib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənclərin tarixi abidələrlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinə gəzintisi təşkil olunub.
Muzeyin baş elmi işçisi Naibə Mirzəyeva tələbələrə muzey haqqında ətraflı məlumat verib. O bildirib ki, ev-muzeyi romantik Azərbaycan ədəbiyyatının banisi, görkəmli dramaturq Hüseyn Cavidin 100 illiyi ilə əlaqədar 1982-ci ildə onun yaşadığı evdə yaradılıb. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və pro­qramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol və qızı Turan xanımın əsərləri, Hüseyn Cavidin həyat və fəaliyyəti haqqında müxtəlif dövrlərdə çıxmış monoqrafiyalardan ibarət 9 minə yaxın eksponat qorunub saxlanılır.
Tələbələr muzey eksponatları ilə yaxından tanış olduqdan sonra xatirə kompleksini ziyarət ediblər.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsində, onların mənəvi-estetik tərbiyəsinin formalaşmasında böyük rol oynayan mədəniyyət müəssisələrindən biri də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrıdır. Repertuarının daim zənginləşdirilməsi qayğısına qalınan teatrda klassik yazıçı və şairlərlə yanaşı, müasir ədiblərin də yaradıcılığına yer ayrılır, yerli yazarların ədəbi nümunələri uğurla səhnələşdirilir. Hazırda teatrın kollektivi Zaur Vedilinin Azərbaycan nağılları əsasında qələmə aldığı “Çalıb-çağıran ağac” pyesini tamaşaya hazır­layır. Qəhrəmanlıq mövzusunda olan tamaşanın son məşqləri gedir. Tamaşa yadelli işğalçıların ölkəyə daxil olmasını əvvəlcədən xəbər verən ağacdan bəhs edir. Bu ağacın timsalında uşaqlara vətəni qorumağın ən böyük və şərəfli vəzifə olduğu ideyası aşılanır.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Murad Babayev, bəstəkarı isə Əli Məmmədovdur.
Əsas rolları Arzu Səfərov, İbad Nəbiyev, Süleyman Süleymanov, İlham və İlqar Babayevlər, Vəsmə Quliyeva, Ulduz Süleymanova, Əfqanə Ələsgərova və başqaları ifa edəcəklər.
Tamaşa oktyabrın sonunda balaca teatr­sevərlərə təqdim olunacaq.

Xəbərlər şöbəsi

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə milli mədəniyyətin, ədəbiyyatın, xalq yaradıcı­lığının, milli-mənəvi dəyərlərin, adət və ənənələrin qorunmasına daim diqqət və qayğı ilə yanaşmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra böyüməkdə olan gənc nəslin milli-mənəvi tərbiyəsində “Kitabi-Dədə Qorqud” dastanlarının rolunu və əhəmiyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi haqqında” 20 aprel 1997-ci il tarixli Fərman imzalamışdır. “Kitabi-Dədə Qorqud”un dünya qorqudşünaslarının iştirakı ilə Bakıda 1300 illik yubileyi keçirilmiş, bu abidənin ölkədə və ölkə hüdudlarından kənarda tanıdılması, adının əbədiləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür.
“Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində əsası ulu öndər tərəfindən qoyulmuş ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqındakı 20 fevral 2015-ci il tarixli Sərəncamı və “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Çalxanqala kəndində xalq yaradıcılığı günü keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov çıxış edərək Azərbaycan mədəniyyətinin inkişafında və təşəkkül tapmasında müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin böyük xidmətlər göstərdiyini, xalqımızın malik olduğu milli-mənəvi dəyərlərə daim həssaslıqla yanaşdığını bildirdi.
Qeyd edildi ki, ulu öndərin bu istiqamətdə həyata keçirdiyi siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət və turizm sahələrinə dair 250-dən çox fərman və sərəncamların imzalanması bunun bariz göstəricisidir.
Həsən Kərimov bu gün Kəngərli rayonunda da mədəniyyətin və incəsənətin inkişafına diqqət və qayğı göstərildiyini bildirdi.

Ardını oxu...

Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin Bəstəkarlıq kafedrasının müəllimi Rüxsarə Hüseynovanın müəllifi olduğu “Musiqinin elementar nəzəriyyəsi” adlı dərslik çapdan çıxmışdır.
Təqdim olunan dərslik musiqi təhsili sahəsində təməl dərsliklərdən biridir. On dörd fəsildən ibarət olan dərslik tələb olunan bütün mövzuları əhatə edir. Hər mövzunun sonunda həmin mövzu ilə bağlı müvafiq suallar, şifahi və yazılı tapşırıqlar, fortepianoda ifa üçün not nümunələri təqdim olunur ki, bu da nəzəri biliklərin praktik şəkildə mənimsənilməsi vasitəsilə daha da möhkəmlənməsinə, daha yaxşı qavranılmasına kömək edir.
Müəllif bu dərslikdə bundan öncə yazılmış xarici və yerli musiqişünasların nəzəri fikirlərinə əsaslansa da, o, burada öz bilik və təcrübələrini ortaya qoyaraq əvvəlki dərsliklərdə olmayan bir sıra əlavələr də etmişdir. Bu, xüsusilə interval və akkordlara aid fəsillərdə, tərtib olunan cədvəllərdə, musiqi terminlərinin müfəssəl şərhində özünü göstərir. Ladlar bölməsində Azərbaycan ladlarının ayrıca paraqrafda verilməsi xüsusi olaraq müsbət cəhət kimi qiymətləndirilməlidir. Şagird və tələbələrə milli ladların öyrədilməsi onlarda milli musiqi ilə bağlı biliklərin yaranmasına təkan verir və gələcəkdə onların Azərbaycan xalq musiqi nümunələrini daha da yaxşı mənimsəmələrinə imkan yaradır.
Dərslik səlis, aydın dili ilə seçilir. Müəllifin uzun illər ərzində bu sahədə uğurla çalışması, zəngin iş təcrübəsi mətnlərin ifadə dilində, tapşırıq və sualların sanballı, əhatəli tərtib olunmasında özünü büruzə verir.
Azərbaycanın bütün musiqi məktəblərində istifadə olunacaq bu dərsliyin həmyerlimiz tərəfindən yazılması Naxçıvanda musiqi təhsilinə göstərilən qayğının daha bir bariz nümunəsidir.

Günay MƏMMƏDOVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru

Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yurdçu və Qarabağlar kənd filalının birgə təşkilatçılığı ilə görkəmli yazıçı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” adlı kitabının müzakirəsi keçirilib. Kitab müzakirəsində rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyov çıxış edərək keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb.
Yurdçu kənd kitabxana filialının müdiri Şəbnəm Məmmədova çıxış edərək qeyd edib ki, Elçinin “Əsli və Kərəm” dastanı üzərində köklənmiş “Mahmud və Məryəm” əsəri sanballı nəsr əsərlərindən biridir. Bu əsərin süjet və obrazları “Əsli və Kərəm” dastanının süjet və obrazlarıyla üst-üstə düşsə də, burada sənətkar təxəyyülünün ortaya çıxartdığı yeni bir əvəzsiz sənət nümunəsini görürük.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Dünən Babək Rayon Şıxmahmud Kənd Uşaq musiqi məktəbinin kollektivi rayonun Didivar Kənd Mərkəzində konsert proqramı ilə sakinlər qarşısında çıxış edib.
Konsertdə adıçəkilən musiqi məktəbinin şagirdləri tərəfindən muğamlarımız, xalq mahnıları, milli rəqs musiqiləri səsləndirilib. Bundan başqa, şagirdlər tərəfindən dünya və Azərbaycan klassiklərinin bəstələdiyi musiqilərin ustalıqla ifası da konsert proqramına xüsusi ab-hava qatıb. Məktəbin şagirdlərindən Ələsgər Məmmədovun, Fuad Rəhimovun, Firuzə və Səma Şahverdiyevaların, Amil Məmməd­ovun ifaları xüsusilə yaddaqalan olub, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, həmin gün Naxçıvan Şəhər Qaraçuq Kənd Uşaq musiqi məktəbinin şagirdləri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində, Ordubad Rayon Vənənd Kənd Uşaq musiqi məktəbinin şagirdləri Gənzə kəndində, Kəngərli Rayon Çalxanqala Kənd Uşaq musiqi məktəbinin kollektivi isə həmin kənddə konsert proqramı ilə çıxış ediblər. Hər üç kollektivin repertuarının zənginliyi konsert pro­qramlarına tamaşaçı marağını artırıb.

Ceyhun Məmmədov

Bu gün arxivlərdə qorunan sənədlər bir zamanlar qələmə alınaraq bu günümüzə ötürülüb. Vaxtilə yazılan memuarlar, xatirələr, gündəliklər, tarixi romanlar, siyasətnamələr, təzkirələr və sair bu kimi bir çox mənbə bizə kömək edir ki, keçmişimizi, kimliyimizi öyrənək, araşdıraq. Bu baxımdan muzeylər, kitabxanalar və arxivlər xüsusi əhəmiyyət kəsb edir. Arxivlərin insanların həyatında rolu danılmazdır. Onlar bizə kömək edir ki, özümüzü öyrənək. Arxivlərdə işləyərkən insan özünü sirli dünyada sanır. Buranın aurası insanda bağlılıq yaradır. Daha çox öyrənməyə meyillilik yaranır.

Ümummilli liderimiz Heydər Əliyev arxivlərin əhəmiyyətini nəzərə alaraq ölkəmizdə arxiv işinin inkişafına xüsusi qayğı göstərmiş və bu barədə demişdir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Ardını oxu...

Naxçıvan toponimiyasında Dədə Qorqud yadigarı kimi tanınan Qaraçuq kəndi Araz çayı boyunca uzanan qədim karvan yolunun kənarında yerləşib və əsrlərboyu öz adını qoruyub saxlayıb. Ancaq 1963-cü ildə Araz su qovşağının tikintisi ilə əlaqədar keçmiş SSRİ ilə İran arasında bağlanan müqaviləyə əsasən, kənd indiki əraziyə köçürülmüş, 1970-ci ildə kəndin adı dəyişdirilərək böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin şərəfinə Cavidabad adlandırılmış, 1999-cu ildə isə kəndin Qaraçuq adı yenidən bərpa olunmuşdur.

2009-cu ilə qədər Babək rayonunun tərkibində olmuş Qaraçuq kəndi həmin il “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.
Tarixi bir kənd olan Qaraçuğun bina olunması və adının mənşəyi haqqında əlimizdə dəqiq məlumat yoxdur. Bu ada ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlirik. Dastandan üzü bəri 1590-cı ildən sonrakı sənədlərdə kəndin adı Qaraçuq şəklində qeyd olunmuşdur. Mənbələrdə yazılır ki, “Qaraçuğ Naxçıvanda kənddir. 1755-ci ildə bütün əmlakı ilə bir şəxsdən başqa şəxsə satılması barəsində olan qəbalədə bu kəndin adı eynən “Qaraçuğ” şəklində qeydə alınmışdır”.

Ardını oxu...

Bir çox Avropa Birliyi təsisatları və digər beynəlxalq mədəniyyət təşkilatları Avropanın kənarında yerləşən, bəşəriyyətin beşiyi hesab olunan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının arxeoloji, tarixi və mədəni irsi barədə məlumatlar yaymasalar da, Naxçıvan memarlıq məktəbi, qalalarının tarixi, təbii abidələri və qanunun aliliyinin təmin olunduğu stabil demokratik dövlətçiliyi ilə alimləri və arxeoloqları valeh etməyə davam edir.

Naxçıvan 1700-cü ildə yaşamış Hacı Məhəmməd Nəqinin doğulduğu torpaqdır. O, Ordubad rayonunun Dəstə kəndinin şərq tərəfində Tub Basar kövşənindən axan Vənəndçay üzərində hazırda qalıqları qalan Hacı Nəqi körpüsünü inşa etmişdir. Naxçıvan XII əsrdə Eldənizlərin sarayında yaşamış və Əcəmi memarlıq məktəbinin tələbəsi olmuş memar Əmirəddin Məsud Naxçıvaninin vətənidir. Əmirəddin Məsud Azərbaycanın dini memarlığının inkişafında mühüm rol oynamışdır.
Naxçıvanda, Araz çayından 200 metr məsafədə 0,8 hektarlıq ərazini əhatə edən qədim yaşayış məskənlərindən olan Ərəbyengicə kəndi yerləşir. Yerli arxeoloqlar tərəfindən toplanmış materiallar burada Eneolit və Kür-Araz mədəni təbəqələrinin mövcudluğunu təsdiq edir. Gildən hazırlanmış Eneolit keramika nümunələrindən gündəlik həyatda istifadə edilmişdir. Bu keramika nümunələri I Kültəpə nümunələrinə oxşayır. Naxçıvanın görkəmli tarixçisi N.H.Əliyevə görə, kənddə tapılmış digər arxeoloji nümunələr bu kəndin tarixinin bizim eradan əvvəl IV-III minilliyə aid olmasını təsdiq edir.

Ardını oxu...

Dünən Şahbuz rayonundakı Kolanı Kənd Uşaq musiqi məktəbinin kollektivi rayonun Gömür kəndində konsert proqramı ilə çıxış edib.
Konsert proqramında musiqi məktəbinin solo ifaçıları tərəfindən müxtəlif əsərlər, Azərbaycan xalq mahnı və musiqiləri, muğam və təsnifləri, bəstəkar mahnıları səsləndirilib. Sazçalanlar bir neçə aşıq havası ifa etməklə xalqımıza məxsus bu milli musiqinin ecazkarlığını bir daha izhar ediblər. Gömür kənd ziyalılarının, ictimaiyyət nümayəndələrinin qarşısında çıxış edən musiqi məktəbi kollektivinin üzvləri tədbir boyu tamaşaçıları heyrətləndiriblər. Çünki səlis, məharətlə və ürəkdən ifa olunan hər bir mahnı, musiqi sanki ilk dəfə ifa olunurmuş kimi dinləyicilərdə xoş ovqat yaradıb.
Məlumat üçün bildirək ki, həmin gün Ordubad Şəhər Uşaq musiqi məktəbinin kollektivi rayonun Aşağı Əylis kəndində, Şərur rayonundakı Ələkli Kənd Uşaq musiqi məktəbinin şagirdləri Tumaslı kəndində, Babək rayonunun Zeynəddin Kənd Uşaq musiqi məktəbinin kollektivi Naxışnərgiz kəndində konsert proqramları ilə çıxışlar ediblər.
Qeyd edək ki, konsertlər kənd mərkəzlərində keçirilib. Müasir üslubda tikilmiş bu sosial obyektlərdə belə tədbirlərin təşkili ənənə halını alıb. Əvvəllər hər hansı bir tədbirin keçirilməsi üçün nümunəvi məkanın olmaması kənd sakinlərini də narazı salırdı. Lakin bu gün tez-tez eşitdiyimiz kəndlə şəhər arasındakı fərq aradan qaldırılıb ifadəsi belə tədbirlər zamanı bir daha öz təsdiqini tapır.

Xəbərlər şöbəsi

Sentyabrın 22-də Naxçıvan Dövlət Filarmoniyasının akt zalında “Naxçıvan-Şərur el yallıları” kitabının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini açıq elan edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Rəhman Məmmədov kitabın işıq üzü görməsi münasibətilə ziyalıları, musiqişünasları, muxtar respublika oxucularını təbrik etdi, kitabın müəlliflərinə minnətdarlığını bildirdi.

Ardını oxu...

Sentyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Vasif Adıgözəl­ovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Muxtar respublikamızın mədəniyyət müəssisələri kollektivlərinin, həmçinin ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova açdı. Bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 18 fevral tarixdə Sərəncam imzalamışdır. Təsdiq edilmiş Tədbirlər Planına əsasən, muxtar respublikada “Azərbaycan bəstəkarlığının inkişafında Vasif Adı­gözəlov­un rolu” mövzusunda konfrans keçirilmiş, görkəmli sənətkarın bəstəkar, pedaqoq və fəal ictimai xadim kimi hərtərəfli fəaliyyətinə həsr olunmuş tədbirlər təşkil edilmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR