23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində görkəmli bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbir bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoslaydın nümayişi ilə başlanıb.
Sonra ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Qəmbər Hüseynlinin Azərbaycanın musiqi mədəniyyətindəki xidmətlərindən danışıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 noyabr 2015-ci ildə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələn vəzifələrin muxtar respublikada da həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2 dekabr 2015-ci il tarixli Sərəncamla “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq edib.
Sonra Musiqişünaslıq kafedrasının müdiri, dosent İnara Məhərrəmovanın “Qəmbər Hüseynlinin həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib.
Vurğulanıb ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayıb. 1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilib. 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər Hüseynli pedaqoji təhsilini Bakıda davam etdirib. İki il müddətində Bakı Musiqi Texnikumunda, tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alıb. Çox keçmir ki, o, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir və bu gözəl vokal əsəri ilə istedadlı bəstəkar olacağını təsdiqləyir. Gənc bəstəkar 1951-ci ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinə daxil olub və 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Görkəmli bəstəkarın yaradıcı­lığında mahnı və romans mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və sair əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil. Bəstəkarın 1948-ci ildə bəstələdiyi “Cücələrim” mahnısı bütün dünyada geniş yayılaraq əsl sənət incisinə çevrilib.
Tədbir görkəmli bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.

Nərmin Cabbarova

2016-cı ilin birinci rübündə muxtar respublikada mədəni-kütləvi tədbirlərin əhatə dairəsi genişlənmişdir. İlin əvvəlindən başlayaraq əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, tamaşa və filmlər nümayiş etdirilmiş, 40-dan çox kitab və foto sərgiləri təşkil olunmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Naxçıvan şəhərində və rayonlarda 7 konsert vermiş, “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi”nin seçim turu başa çatmışdır.
Muxtar respublikada təhsilin yeni texnologiyalar, müasir tələblər əsasında inkişafına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncamın icrası diqqətdə saxlanılmış, muzeylərlə 200-dən çox təhsil müəssisəsi arasında 8 distant dərs, o cümlədən muzeylərdə hərbi-vətənpərvərlik mövzusunda 123 açıq dərs keçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamının icrası məqsədilə tərtib olunmuş qrafik əsasında muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri muzeyləri ziyarət etmiş, ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikaya gələn qonaqların muzeylərlə tanışlığı təmin edilmişdir. Muzey bələdçilərinin bilik və peşəkar­lıq səviyyəsinin yüksəldilməsinə diqqət artırılmış, muzey işi ilə bağlı 2 dəyirmi masa keçirilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, YUNESKO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdir.

Nazir ümummilli lider Heydər Əliyevin Naxçıvanın tarixinin və qədim abidələrinin öyrənilməsi sahəsində həyata keçirdiyi tədbirlərdən və qəbul etdiyi qərarlardan danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu sahədə uğurlu nəticələr əldə edilib.

Ardını oxu...

Yeniyetmə və gənclərin tarixi abidələrlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının bir qrup idmançısının “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyası təşkil olunub.
Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi tədbirdə 30-dan çox idmançı iştirak edib. Muzeyin bələdçisi Şahnaz Əliyeva idmançılara muzey haqqında geniş məlumat verib. İdmançılar muzeyin eksponatları, sonra isə Nuh Peyğəmbərin məzarüstü abidəsi ilə tanış olublar.
İdmançıları maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılıb.

Xəbərlər şöbəsi

YUNESKO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.
Tаriх və mədəniyyət аbidələrinin qоrunmаsını bütün ölkə vətəndаşlаrının əsаs vəzifələrindən hesab edən ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq bu sahəyə böyük diqqət göstərmişdir. Müstəqillik dövründə isə ümummilli lidеrimiz bu sahədə kompleks tədbirlər həyata keçirmiş, tarixi-mədəni irsimiz elmi şəkildə öyrənilməyə başlanılmışdır. 1998-ci il аprеlin 10-dа “Tаriх və mədəniyyət аbidələrinin qоrunmаsı hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun qəbul оlunması bu sahədə qanunvericilik bazasının yaradılmasına, həyata keçirilən tədbirlərin daha geniş miqyas almasına və yüzlərlə tarixi abidəyə yenidən həyat verilməsinə səbəb olmuşdur.

Ardını oxu...

Aprelin 15-də Naxçıvan Dövlət Filarmoniyasında “Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” mövzusunda AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar Təşkilatının, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin təşkilatçılığı ilə görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Ardını oxu...

Ölkə Prezidenti cənab İlham Əliyev 25 noyabr 2015-ci ildə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 2 dekabr tarixli Sərəncamı ilə “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əla­qədar Tədbirlər Planı” nı təsdiq etmişdir. Tədbirlər planında muxtar respublikamızda Qəmbər Hüseynlinin 100 illik yubileyi ilə bağlı AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar Təşkilatı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Musiqi Kolleci və kütləvi informasiya vasitələri tərəfindən bir sıra tədbirlərin və işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

1916-cı il aprelin 16-da qədim Gəncədə dünyaya göz açan Qəmbər Hüseynli qısa həyat və yaradıcılıq yolu keçsə də, həyatın sərt sınaqları ilə qarşılaşsa da, milli musiqi sənətimizə təkrarsız və özünəməxsus çalarlar gətirmiş, öz əsərləri ilə qəlbləri fəth edə bilmişdir. Muğam və el havalarını, aşıq musiqisini, Azərbaycan poeziyasını dərindən mənimsəyən bəstəkar həm də fitri istedadı sayəsində gözəl mahnılar və romanslar müəllifi kimi tanınmışdır.

Ardını oxu...

  Naxçıvan Muxtar Respublikasının Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup tələbəsinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyası təşkil edilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən hazırlanmış Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı ilə bağlı tədbirlər planının müvafiq bəndinə əsasən, “Naxçıvanı tanıyaq” devizi altında keçirilən tədbirdə 50-yə yaxın tələbə iştirak edib.
Tədbirin əvvəlində Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Canməmməd Canməmmədov iştirakçılara ekskursiyanın mahiyyətindən bəhs edib, gəncləri keçirilən ekskursiyalarda Naxçıvanın tarixi abidələrini, görməli yerlərini, turizm məkanlarını öyrənməyə, fotoşəkillər, videoçarxlar və müxtəlif xarici dillərdə olan materiallar vasitəsilə sosial şəbəkələrdə tanıtmağa, muxtar respublikanın turizm potensialının düzgün təbliği və təşviqi istiqamətində aparılan işlərdə fəal olmağa çağırıb. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Elçin Əliyev muzeydə olan eksponatlar və Naxçıvanqalanın tarixi haqqında iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Tələbələr Nuh Peyğəmbərin məzarüstü türbəsinə də baxıblar.
Qeyd edək ki, ekskursiyalar mütəmadi olaraq davam etdiriləcəkdir.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında “Şərq qapısı” qəzetinin 9 aprel 2016-cı il tarixli nömrəsində dərc olunan “Muxtar respublikamızda uşaq musiqi məktəblərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Təəssüf ki, həmin məktəblərin bəziləri bu şərait­dən düzgün istifadə edə bilmir” adlı məqalə müzakirə edilmişdir. Məqalədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Naxçıvan şəhər, Babək, Şahbuz və Kəngərli rayonlarının uşaq musiqi məktəblərində yaradılan şərait­dən düzgün istifadə edilməməsindən, tədrisin həyata keçirilməsində mövcud olan nöqsanlardan, müəllimlərin öz işinə biganə yanaşmasından bəhs olunurdu.
Kollegiya iclasında qeyd edilmişdir ki, nazirlik tərəfindən yaradılmış reyd briqadası mütəmadi olaraq məktəblərdə olmuş, əmək və iş intizamı ilə bağlı yoxlamalar aparmış, yoxlamaların nəticəsi kollegiya iclaslarında müzakirə edilmişdir. Həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin vəziyyəti ilə bağlı zona müşavirələri keçirilmiş, nöqsan və çatışmazlıqlar müzakirə edilmiş, onların həlli yolları araşdırılmış və aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.
Bildirilmişdir ki, yaradılan bu şəraitə, nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü işlərə baxmayaraq, hələ də bəzi məktəb direktorları işlərində dönüş yaratmamışlar. “Şərq qapısı” qəzetində çap olunan məqalədə də göstərilir ki, bəzi rayon mədəniyyət və turizm şöbələrinin müdirləri, məktəb direktorları işlərinə məsuliyyətsiz yanaşırlar. Onlar məktəbdə əmək və iş intizamı, müəllimlərin və şagirdlərin dərsə davamiyyəti, tədrisin səviyyəsinin yüksəldilməsi ilə bağlı konkret tədbirlər görməmiş, uşaq və gənclərin yaradıcılıq fəaliyyətinin artmasına, onların bu sahədə inkişafına biganə yanaşmışlar.

Ardını oxu...

Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün qədim ixtiralardan biri olmaqla yanaşı, əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən sayılmışdır. Mənbələrdə qeyd edilir ki, Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Xalçalar haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar deyilmişdir. “Xalını xovuna sığallarlar”, “Xalça salan özü oturar”, “Xalçalı gəl, xalçalı get” kimi atalar sözləri bu sənət növünün dəyərindən soraq verir. Bu, bir daha sübut edir ki, xalçalar insan həyatında, sadəcə, bir aksesuar deyil. Necə ki şairlər, yazıçılar kitab yazırlar, orada öz fikirlərini şərh edib gələcək nəsillərə ərməğan edirlər, toxucular da belədir. Yəni toxucular da estetik zövqlərini xalçalarda əks etdirməklə bərabər, öz dövrlərinin ümumi mənzərəsini, o dövrün tarixini, bədii, siyasi tələblərini toxuduqları xalçalarda əks etdirirlər. Xalçaların üzərindəki naxışlarda bizə tarix ərməğan edilmişdir. Diqqətlə baxdıqda görərik ki, naxışlar bizimlə danışır, söhbət edir. Gəlin birlikdə bu əsrarəngiz tarixə səyahət edək. Bunun üçün, ilk olaraq, Naxçıvan xalçalarına baxaq. Məlumat üçün bildirək ki, X əsrə aid “Hüdud əl-aləm” (“Dünyanın sərhədləri”) əsərində naməlum müəllif Naxçıvanın zili toxunuşlu xalıları haqqında məlumat vermiş, bu xalıların şöhrətindən danışmışdır. 

Ardını oxu...

Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad dərslərinin keçilməsi davam etdirilir.
Dünən Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib.
Ustad dərsləri başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova muxtar respublikanın bütün uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçilən ustad dərslərinin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, məqsəd bu sahədə çalışan müəllimlərə və istedadlı şagirdlərə musiqinin incəliklərini öyrətməkdən, onların nəzəri və praktik təcrübəsinin artırılmasına köməklik göstərməkdən ibarətdir.

Ardını oxu...

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Molla Nəsrəddin” jurnalının 110 illiyi münasibətilə “Molla Nəsrəddin – ədalətin carçısı” adlı elmi-nəzəri konfrans keçirilib. Konfransda “Naxçıvan” Universitetinin tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq tədbirin əhəmiyyətindən, “Molla Nəsrəddin” jurnalının fəaliyyəti və şərəfli tarixindən danışıb.
Tədbirdə kitabxananın şöbə müdiri Tamella Əsgərova “Molla Nəsrəddin – 110” mövzusunda məruzə edib. Qeyd olunub ki, “Molla Nəsrəddin” müsəlman Şərqində ilk satirik jurnal kimi fəaliyyətə başlayıb. Jurnalın birinci sayı 1906-cı il aprel ayının 20-də Tiflisdə çapdan çıxıb. Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilən “Molla Nəsrəddin” jurnalının həyat səhnəsinə qədəm qoyması və onun başında Cəlil Məmmədquluzadə kimi açıqfikirli bir ziyalının durması azadlıq dostlarını ürəkdən sevindirib. “Molla Nəsrəddin”in tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu, vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərib.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərovun “Molla Nəsrəddin və dünya ədəbiyyatı”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovun “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” mövzularında çıxışları olub.

 Səbuhi Hüseynov

Məlum olduğu kimi, böyük demokrat yazıçı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) redaktorluğu ilə iyirmi beş il ərzində fəaliyyətini Tiflisdə, Təbrizdə və Bakıda davam etdirən məşhur “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda milli satirik mətbuatın və tənqidi-realist ədəbiyyatın əsası qoyulmuşdur. Geniş mənada türk-müsəlman dünyasının birinci satira jurnalı kimi “Molla Nəsrəddin” Şərq ölkələrində satirik mətbuatın və ədəbiyyatın, demokratik ictimai fikrin inkişafına ciddi təkan vermişdir. Şərq aləminə satira günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğmuşdur. Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” jurnalı ilə başlamışdır.

“Molla Nəsrəddin” jurnalı Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir. Bu mübariz jurnal istiqlal hərəkatına mütəşəkkil, nizamlı bir ordudan çox xidmət göstərmişdir. “Molla Nəsrəddin” jurnalı milli dirçəliş ideyalarından və mübarizlik ruhundan yoğrulmuş mənalı istiqlal kitabıdır. “Molla Nəsrəddin” jurnalı milli dövlətçilik uğrundakı istiqlal davasının əsas hərəkətverici qüvvələrindən biri və həmin mübariz yürüşün lokomotividir. Azərbaycana, türk-müsəlman dünyasına və Qafqaza istiqlal məfkurəsinin, demokratiya ab-havasının ən zəruri və şərəfli yükünü “Molla Nəsrəddin” qatarı çəkib gətirmişdir.
Türk-müsəlman dünyasında da demokratik mətbuatın bayraqdarı “Molla Nəsrəddin”dir. Vətən, millət, ana dili idealı, söz azadlığı, çoxpartiyalı sistem, cümhuriyyət anlayışı ilə bağlı böyük və ümummilli ideyaları mətbuata və ədəbiyyata da bu jurnal gətirmişdir. “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda yox, Şərqdə demokratik mətbuatın babasıdır.

Ardını oxu...

Təəssüf ki, həmin məktəblərin bəziləri bu şəraitdən düzgün istifadə edə bilmir

Musiqi mədəniyyətinin inkişafının tələb olunan səviyyədə təmin edilməsində  istedadlı kadrların yetişdirilməsi ən vacib məsələlərdən biridir. Musiqi sahəsində ilkin addımlar sonradan professional sənətin bünövrəsinə çevrilir. Bu cəhətdən muxtar respublikada uşaqlara ilkin musiqi təhsili verən uşaq musiqi məktəblərinin üzərinə mühüm vəzifələr düşür. Çünki uşağın sonradan musiqini özünə peşə seçməsi və professional musiqiçi kimi yetişməsi məhz ilk musiqi müəllimindən, geniş mənada isə musiqi məktəbində təhsilin səviyyəsindən, tədrisin ixtisas və nəzəri fənlər baxımından kompleks şəkildə  öyrədilməsindən  çox asılıdır. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda təkcə Naxçıvan şəhərində deyil, rayon mərkəzlərində və kəndlərdə də uşaq musiqi məktəbləri üçün yeni binalar tikilir və ya əsaslı təmir olunur, yüksək maddi-texniki baza yaradılır. Məqsəd isə ondan ibarətdir ki, yuxarıda deyildiyi kimi, muxtar respublikada musiqi mədəniyyəti inkişaf etsin, istedadlı gənclər aşkara çıxarılsın, müvafiq sahə üzrə kadr potensialı formalaşsın. 

Bəs bu məktəblərin kollektivləri necə, yaradılan şəraitdən düzgün istifadə edə bilirmi? Onlar qarşılarına qoyulan vəzifələrin öhdəsindən necə gəlirlər? Təəssüflər olsun ki, bəzi uşaq musiqi müəssisələrində bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ bilmirlər. Elə bu səbəbdən də gələcəyin ustad sənətkarlarının yetişdirilməsi işində vacib və ilkin mərhələ olan bəzi uşaq musiqi məktəblərinin fəaliyyətləri çox ciddi nöqsanlarla müşahidə edilir. Elə götürək Babək rayonunun Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbini. Müşahidələrimiz zamanı gördük ki, burada tədris çox aşağı səviyyədədir. Məktəbdə olduğumuz zaman cədvəl üzrə 30-a yaxın dərs olduğu halda, iki nəfər müəllimdən başqa heç bir müəllim dərs keçmirdi. Bu məktəb üçün 2008-ci ilin noyabr ayında yeni bina tikilib istifadəyə verilib, burada müasir şərait yaradılıb.

Ardını oxu...

Əlincəqalanın Əmir Teymur qoşunları tərəfindən 14 illik mühasirəsi zamanı qalanın müdafiəsinə bir-birinin ardınca bir neçə qala rəisi rəhbərlik etmişdir. Bu sərkərdələrdən birincisi mühasirənin başlandığı 1387-ci ildən 1390-cı ilin sonlarınadək müdafiəyə rəhbərlik edən Xacə Cövhərdir. Orta əsr qaynaqlarında bəzən Cövhər ağa, Cövhər xadim kimi xatırlanan Xacə Cövhər Əmir Teymur qoşunlarının Əlincəqalanı mühasirəyə aldığı vaxt qalanın kutvalı (rəisi) olmuşdur. O, özünün qəhrəmanlığı, şücaəti, xeyirxahlığı, səxavəti ilə seçilmiş və qala əhli arasında böyük hörmət qazanmışdır. Teymur qoşunlarının Əlincəqalanı mühasirəyə aldığı ilk vaxtlarda qala Xacə Cövhərin rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur.

Azərbaycanın feodal hakimləri Teymur qoşunlarının təhlükəsini düzgün qiymətləndirərək ona zərbə vurmaq və irəliləməsinə imkan vermə­mək məqsədilə Əlincəqalanın müdafiəsinə yaxından kömək edirdilər. Teymur qoşunları ilə qala müdafiəçiləri arasında 1388-1389-cu illərin qışında baş verən döyüşdə Teymur qoşunları qalanın aşağı səngərlərini ələ keçirsələr də, qala müdafiəçiləri Xacə Cövhərin rəhbərliyi ilə qalanın yuxarı hissəsinə çəkilərək müdafiəni davam etdirmişlər. Ancaq bu zaman qalada su ehtiyatı qurtardığı üçün Əmir Teymurla danışığa başlamağa məcbur olmuşlar. Əmir Teymur qalanın təslim olacağını yəqin edib qoşunu qalanın ətəklərinə endirmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası zamanı muxtar respublika ərazisində qeydə alınıb pasportlaşdırılan abidələrin tədqiqi bu il də davam etdirilməkdədir. Belə abidələrdən biri də Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Qız qalası abidəsidir.

Qızqala Oğlanqalanın şimalında, onunla üzbəüz yerləşir. Deyilənə görə, bir vaxtlar Arpaçayın bir qolu Oğlanqala ilə Qızqala arasından axırmış. Oğlanqalada yaşayan hökmdarın oğlu və Qızqalada yaşayan hökmdarın qızı bir-birinə vurulubmuş. Gecələr Oğlanqaladan Qızqalaya bir yol açılarmış, sevgililər bu yolla gəlib Arpaçayın üzərində, ay işığında görüşərmişlər. Onlar and içib əhdü-peyman edirlər. Kim əhdinə xilaf çıxsaymış, odda yanacaqmış. Bir gün oğlan yuxuya qalır, qızın görüşünə gedə bilmir. Ertəsi günü o biri tayda toy səsi eşidir. Öyrənir ki, bu, onun nişanlısının toyudur. Oğlan özünü günahkar hesab edərək bir tonqal yandırıb özünü tonqala atır. Ancaq onun günahı olmadığından odda yanmır, bir ağ daşa çevrilərək qalanın üzərinə düşür.

Ardını oxu...

Dünən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının şöbə müdiri Həsən Kərimov açaraq bildirib ki, uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Kristian Andersenin anadan olduğu gün – 2 aprel tarixi 1967-ci ildən etibarən YUNESKO-nun Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının təşəbbüsü və qərarı ilə bütün dünyada “Beynəlxalq Uşaq Kitabı Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, onlarda mütaliəyə sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Vurğulanıb ki, bu gün ölkəmizdə uşaq kitablarının nəşrinə böyük diqqət yetirilir, uşaqlar üçün nəfis kitablar nəşr edilir. Muxtar respublikamızda da son illərdə uşaq kitablarının nəşrinə diqqət artırılıb. Son bir neçə ildə Naxçıvan Yazıçılar Birliyi də uşaq kitablarının nəşri ilə bağlı müəyyən işlər görüb. “Uşaqlar və Günəş” kitabı işıq üzü görüb və ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bundan başqa, uşaq ədəbiyyatının nümunələrini əks etdirən bir neçə kitab hazırlanaraq nəşr edilib.
Tədbir başa çatdıqdan sonra uşaqlar arasında uşaq ədəbiyyatı əsasında hazırlanmış viktorina keçirilib və qaliblər hədiyyələrlə mükafatlandırılıblar. Bilik yarışından sonra isə balaca oxuculara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı “Nəğməkar bülbül” tamaşası göstərilib.
Sonda kitab sərgisinə baxış olub.

Əli RZAYEV

Tarixən diyarımızın yaşayış məntəqələrində qala qapıları, çeşmələr, meydanlar, məscidlər, bazarlar əhalinin sıx toplaşdığı məkanlar kimi yadda qalıb. Təsadüfi deyildir ki, bu gün şifahi xalq ədəbiyyatı nümunələrində “çeşmə başı”, “qala qapısı”, “bazar meydanı”, “məscid həyəti” və başqa bu kimi bir çox ifadəyə tez-tez rast gəlinir. Elə tarixin müxtəlif dönəmlərində tikilən hamamlar o yerin sakinləri üçün rahatlığın, təmizliyin, mənəvi istirahətin məkanları sayılmaqla bərabər, ünsiyyət qurmanın, maraqlı söhbətlərin, dünyanın gəldi-gedəri haqqında müzakirələrin də ünvanı olub. Müxtəlif xalqlarda olduğu  kimi, bizim də folklorumuzda hamamla bağlı deyimlərin, atalar sözlərinin, mahnıların, şeirlərin olması bizdə hamam mədəniyyətinin qədim tarixi olduğunu göstərir.

Azərbaycanlı alim və tədqiqatçıların apardığı araşdırmalardan da məlum olur ki, ilk hamamların yaranması türkdilli xalqların formalaşması prosesinə təsadüf edir. Tarixçilərin əksər araşdırmalarına görə, ilk fərdi və ictimai hamamlar Şərq ölkə­lərinə, eləcə də Azərbaycana aid olub. Bəzi tarixi mənbələrə görə, hamam mədəniyyəti türklərin qədim əcdadlarından başlayıb. Məsələn, tarixi qaynaqlardan birində şumer xaqanı Bilqamısın xüsusi bir yerdə su ilə yuyunmasına dair məlumatlar var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən rəsm sərgisi açılıb.
Sərgidə əksəriyyəti gənc­lərdən ibarət olan 12 rəssamın 20-dən çox əsəri nümayiş etdirilir.

Ardını oxu...

Babam zəhmətkeş bir insan idi. Çörəyini daşdan, torpaqdan çıxarardı. Savadı, yazı-pozusu dərin olmasa da, geniş dünyagörüşü var idi. O, İkinci Dünya müharibəsinin odundan-alovundan keçdiyindən polad kimi bərkimiş, mətinləşmişdi. Necə deyərlər, həyatda kirpiyi ilə od götürmüşdü. Ona görə də həyatın gediş-gəlişini yaxşı bilirdi. Bəlkə buna görə idi ki, qohum, dost-tanış çətinə düşəndə babamdan məsləhət alardılar. 

Yaxşı yadımdadır... İndiki Naxçıvan Dövlət Universitetində təhsil alırdım. Bir gün müəllimimiz bizə “Həyatda daimi yaşayan nədir?” mövzusunda yaradıcı yazı hazırlamağı tapşırmışdı. Bu mövzu tələbə yoldaşlarıma və mənə ilk baxışda nə qədər çətin görünsə də, dostlarım kimi həyəcan və təlaş içində deyildim. Çünki bilirdim ki, babam bu mövzunun yazılmasında mənə köməklik edəcəkdir.
Odur ki, dərsdən evə qayıdanda babamdan soruşdum:
– Baba, həyatda daimi yaşayan nədir?
– Vətən nəğməsidir, – dedi. Mənim təəccübləndiyimi görüb fikirlərini bir qədər açıq şəkildə söylədi:
– Oğul, tarix milyon-milyon insanın taleyini unutdurub. Ancaq ulularımızdan bizə miras qalan, yaşayan təkcə Vətən nəğməsidir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə bu ilin aprel-noyabr aylarında “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” keçirilir. 

Martın 10-da start verilən müsabiqənin ilk seçim turuna 100-dən çox iştirakçı qatılmış, bu turda 51 nəfər fərqlənərək müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdı.
Dünən Naxçıvan Dövlət Filarmoniyasının zalında ikinci seçim mərhələsi olmuşdur. İkinci seçimin ilk günündə Naxçıvan şəhəri üzrə 8, Babək rayonu üzrə 7, günün ikinci yarısında isə Culfa rayonundan 15 nəfər iştirak etmişdir. Seçim başlanmazdan əvvəl təşkilat komitəsinin üzvü, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev çıxış edərək müsabiqənin məqsəd və şərtləri haqqında bir daha məlumat vermiş və ilk seçimin nəticələrini elan etmişdir. Bildirilmişdir ki, ikinci seçimdən sonra növbəti mərhələdə 12 iştirakçının öz istedadını göstərməsi nəzərdə tutulur. O, müsabiqə iştirakçılarına bir daha uğurlar arzulamışdır.
Bu gün isə münsiflər heyəti ikinci seçim turunda Şahbuz rayonundan 8, Sədərək rayonundan 2, Ordubad rayonundan 4, Şərur rayonundan 3, Kəngərli rayonundan 4 nəfər iştirakçının ifalarını 10 ballıq sistem üzrə qiymətləndirəcəkdir.

Əli RZAYEV

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Bozbash Pictures” komandasının ərsəyə gətirdiyi yeni “Axırıncı yol” macəra komediyasının qala gecəsi olub.
Tədbirdə yaradıcı heyət adından çıxış edən aktyor İlkin Həsəni bütün tamaşaçıları salamlayıb və Naxçıvanda olmaqlarından məmnunluğunu bildirib.
İlkin Həsəni qeyd edib ki, “Axırıncı yol” filmi martın 1-dən etibarən Bakı şəhərindəki kinoteatrlarda 80 mindən artıq tamaşaçı tərəfindən izlənilib. “Bozbash Pictures” komandası ikinci dəfədir, Naxçıvana gəlir və burada onlara göstərilən isti münasibətin və qonaqpərvərliyin bir daha şahidi olurlar. O, “Axırıncı yol” filminin qalasının Naxçıvanda keçirilməsinə şərait yaradıldığına görə yaradıcı heyət adından minnətdarlığını bildirib.
Sonra filmə baxış olub. Film izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Axırıncı yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Filmdə əsas rollarda ak­tyorlar İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov və İlkin Misgərli çıxış edirlər. Filmin rejissoru Emil Abdullayevdir.

Xəbərlər şöbəsi

Novruz xalqımızın ən qədim və əziz bayramlarındandır. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu bayram geniş şəkildə qeyd edilir. Novruz atributları ilə bəzədilmiş Naxçıvan şəhərində bayram şənlikləri bu il rəngarəngliyi ilə seçilib. Bayram günlərində Türkiyə Respublikasından gəlmiş folklor qrupunun maraqlı çıxışları şəhər sakinlərinin və bura gələn qonaqların əsl sevincinə səbəb olub. 

Belə ki, martın 22-də Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agent­liyinin və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Türkiyə Respublikası azərbaycanlı qardaşlarının Novruz bayramını təbrik edir” şüarı altında Novruz festivalı keçirilib.
Musiqi proqramından əvvəl Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət müşaviri Murad Qaraçanta, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun müavini Fəxrəddin Uzun, Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım çıxış edərək naxçıvanlıları Novruz bayramı münasibətilə təbrik ediblər.
Sonra Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Tubil” dərnəyinin rəqs qrupunun üzvlərinin təqdimatında müxtəlif folklor rəqsləri təqdim olunub.

Ardını oxu...

YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında mart ayının 21-i “Beynəlxalq Poeziya Günü” elan edilmişdir. Azərbaycanda “Beynəlxalq Poeziya Günü” 2007-ci ildən qeyd olunur.

Poeziya ən qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilmiş, onun arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olmuşdur. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairlərinin yaratdıqları əsərlər Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatına güclü təsir göstərərək özünəməxsus poeziya məktəbi formalaşdırmışdır.
Azərbaycan dilinin axıcılığı, ahəngdarlığı imkan verir ki, bu dildə çox səlis, rəvan poetik nümunələr yaradılsın. Məhz elə ona görə də poeziyamızın ilk nümunələri xalq yaradıcılığında özünü aydın göstərə bilmişdir. Ağılar, bayatılar, holavarlar, sayaçı sözləri, əmək nəğmələri, digər mövsüm-mərasim nəğmələri Azərbaycan poeziya sənətinin ilk nümunələridir. Bu nümunələrdə xalqımızın adət-ənənələri, məişəti, düşüncəsi, ağrı-acısı, sevinci, mübarizə əzmi, vətənpərvərliyi poetik formada əks olunmuşdur. Müğləsi Marağayi, İsmayıl Yəsar, Musa Şəhəvat, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi ölməz korifeylərin yüksək sənətkarlıqla yazılmış əsərləri poeziya sənətimizi zənginləşdirməklə yanaşı, sonrakı dövrlərdə bir sıra qüdrətli şairlərimizin yaradıcılığının formalaşmasına da təsir göstərmişdir. İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi şairlərimiz anadilli poeziyamızın inkişafında müstəsna rol oynayan qüdrətli şairlər kimi dilimizin poetik imkanlarını üzə çıxarmışlar. XVII-XVIII əsrlərdə yazıb-yaradan şairlərimiz klassik üslubda, həm də xalq yaradıcılığı formasında ədəbiyyatımıza təzə nəfəs gətirmişlər. Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin yaradıcılığı yazılı ədəbiyyatımızda poetik düşüncəni geniş mənada xalqın yaddaşına yazmışdır. Aşıq Qurbaninin, Xəstə Qasımın, Sarı Aşığın, Abbas Tufarqanlının, Aşıq Alının, Aşıq Ələsgərin qoşma və gəraylıları, təcnisləri bir daha təsdiq edir ki, Azərbaycan poeziyası çox zəngin ənənələrə malik olan bir sənət çeşməsidir.

Ardını oxu...

Bəşəriyyətin təkamül prosesinin nəticəsi hesab edilən adət-ənənələr, milli-mənəvi dəyərlər, xüsusən bayramlar bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi qiymətləndirilib. Çünki bütün bunlar bir xalqın tarixi inkişaf yolunu, onun həyat tərzini, dünyagörüşünü ifadə edir. Elə buna görə də bəşər tarixinin müxtəlif dövrlərində bu məsələlər dünya alimlərinin diqqət mərkəzində olub. Platon, Demokrit, Epikur, Didro, Sokrat və başqaları öz əsərlərində adət və ənənələr haqqında maraqlı fikirlər qeyd ediblər.
Bir xalqın inkişaf etməsində və formalaşmasında adət-ənənələrin müstəsna rola malik olduğunu vurğulayan qədim yunan filosofları daim bu adətlərin təbliğ olunmasını vacib sayıblar. Bunun mahiyyəti ondan ibarətdir ki, milli adət-ənənələr insanların dünyagörüşünə və onların əxlaqına, mənəvi dünyasının zənginləşməsinə, Vətənə, torpağa, xalqa bağlılıq hisslərinin daha da güclənməsinə müsbət təsir göstərir.
Adət-ənənələr, mənəvi dəyərlərimiz bu gün daha çox ictimai rəyə əsaslanan yazılmamış, necə deyərlər, ünsiyyət qanunları kimi mövcuddur. Adət-ənənə ilə əxlaqi keyfiyyətlər arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli, estetik ruhunu, duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib.

Ardını oxu...

Neçə illərdir ki, müstəqil Azərbaycan dövlətinin rəsmi bayramları sırasına daxil olan, doğma xalqımızın ən qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan, milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrilən Novruz bayramı Azərbaycanın hər bir bölgəsində özünəməxsus şəkildə qeyd olunur. Bu baxımdan  Ordubad rayonunda  keçirilən Novruz bayramı bir sıra xüsusiyyətləri ilə diqqəti çəkir. 

Burada bayrama hazırlıq hələ fevral ayından, elə ilk çərşənbədən başlayır. Çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Axır çərşənbə olan od çərşənbəsi Novruzun ən yüksək məqamıdır. Bu gün o qədər şən keçməlidir ki, il insanlar üçün uğurlu və sevincli olsun. Həmin gün əhalinin çox hissəsi ən gözəl libaslarını geyinərək şəhərin mərkəzində yerləşən bazara üz tutur.
Ordubadda ilaxır çərşənbəsi “Yeddiləvin” adlanır. Bu gün də ordubadlılar şəhərin qonaqlarını mütləq təəccübləndirməyə çalışırlar. Əvvəllər meydanlardan birində zurnanın müşayiəti ilə şən oyunlar və rəqslər təşkil olunardı. Başqa meydanda dərviş nəğməsi səslənərdi. Çayxanada sazandalar saz çalar, aşıqlar oxuyardılar. Bəzən başqa rayonlardan gəlmiş kəndirbazlar da məharətlərini nümayiş etdirərdilər. Çıxışlar, adətən, gündüzlər təşkil olunurdu.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Universitetin həyətində tonqal alovlandırılıb, tələbələr tonqal ətrafında “Yallı” rəqsini ifa ediblər. “Kosa-kosa” oyunu, yumurta döyüşü nümayiş olunub.
Akt zalında davam etdirilən tədbirdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik edib. Vurğulanıb ki, Novruz bayramının tarixi kökləri çox qədimə dayanır və ölkəmizin bütün bölgələrində böyük təntənə ilə qeyd olunur. Novruz bayramının mənşəyi, astroloji mənası, bütün türk xalqlarının ümumi bayramı olması ilə bağlı ətraflı məlumat verən rektor diqqətə çatdırıb ki, Sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılıb, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Çoxəsrlik tarixə malik, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.
Bayram tədbirində Novruz adət-ənənələri, universitetin xarici tələbələrinin də qoşulduğu yallılar, həmçinin ifa olunan müxtəlif musiqi nömrələri tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edib.

Mina QASIMOVA

Şahbuz şəhərindəki “Araz” kinoteatrında 1945-ci ildə çəkilmiş və yenidən bərpa olunmuş “Arşın mal alan” filmi göstərilib.
Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov filmin nümayişindən əvvəl çıxış edərək bildirib ki, layihə əsasında kinosevərlər üçün hər həftə Azərbaycan filmləri göstərilir. Bayram ərəfəsində göstərilən “Arşın mal alan” filmi kinomuzu dünyada tanıdan ekran əsərlərindəndir.
Qeyd edilib ki, kinomuzun incilərindən sayılan bu film Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə yenidən bərpa edilib və rəngli ekran əsərinə çevrilib. Görkəmli rejissorumuz Rza Təhmasibin çəkdiyi bu ekran əsərində Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Fatma Mehrəliyeva kimi Azərbaycanın böyük sənətkarları rol alıblar.
Sonra “Arşın mal alan” filmi nümayiş etdirilib.

Əli RZAYEV

Mühit deyəndə, sözün geniş mənasında, təbii, ekoloji, iqtisadi, mədəni, mənəvi, siyasi, elmi, ədəbi atmosfer başa düşülür. Ədəbi mühit isə bütövlükdə bu atmosferin tərkib hissəsi olmaqla, cəmiyyət həyatının mənəvi dünyasının məcmusudur. Bu mənəvi dünyanın özünümüdafiəsi bədii və publisistik əsərlər, ədəbi yığıncaq, məclis, dərnək və sair kimi vasitələrlə həyata keçir. Məktəb və maarif sahəsində görülən işlər də ədəbi mühitlə müəyyən dərəcədə bağlıdır. Ədəbi mühit konkret zaman və məkan çərçivəsində xalqın milli-mədəni təfəkkür, düşüncə və dünyaya baxışının ictimai-bədii ifadəsini özündə əks etdirir. Naxçıvan ədəbi mühiti də qədim və zəngin ədəbi ənənələrə malikdir. Xalqının taleyini, gələcəyini özünün taleyi və gələcəyi hesab edən Mirzə Cəlil, dağına, daşına, Vətəninin əzəmətinə şeirlər qoşan Məmməd Araz, gur bulaqların zümzüməsinə zümzümə qatan İslam Səfərli yurdu Naxçıvan ədəbi mühiti bəs indi hansı səviyyədədir? Bu barədə həmsöhbətimiz Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigardır. 

– Asim müəllim, Naxçıvanın bugünkü ədəbi mühiti barədə nə deyə bilərsiniz?
– İlk növbədə qeyd edim ki, Naxçıvanda ədəbi mühit həmişə fəal olub, qaynar olub. Ayrı-ayrı dövrlərdə bir sıra görkəmli yazıçılar Naxçıvanda işləmiş, ədəbi mühitimizin formalaşmasına öz köməklərini göstərmişlər. Ötən əsrin əllinci illərində, daha dəqiq desək, 1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilmişdir. Həmin plenumun da məqsədi Naxçıvan ədəbi mühitinin canlandırılması idi. O vaxt bir sıra şair və yazıçılar yenidən Azərbaycan Yazıçılar Birliyinə (həmin dövrdə SSRİ Yazıçılar Birliyi adlanırdı) qəbul olundu. Onlardan Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Kəmalə Ağayevanın adını qeyd edə bilərik. Beləliklə, ədəbi mühitin formalaşması üçün bir növü zəmin yaradıldı.

Ardını oxu...

Dünən Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar üçün konserti olub.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə Amerikanın “The Ex­change” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində bu qrupun konsert pro­qramı təşkil edilib.
Konsertdən əvvəl çıxış edən ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Emi Peterson bildirib ki, “The Exchange” qrupu ABŞ Dövlət Departamentinin xaricdə Amerika musiqisi proqramının bir hissəsi olaraq konsertlər verir və yerli musiqiçilər üçün ustad məşğələləri keçir. Hara səfər etməklərindən asılı olmayaraq, qrup dərk edir ki, qlobal inkişafın əsas zamini təhsildir və musiqi uşaqları öyrənməyə həvəsləndirəcək ilk qığılcımdır. Bu konsert prqoramını təşkil etməkdə məqsəd həm də mədəniyyətlərarası dialoqu və əməkdaşlığı təbliğ etməkdir.
Qeyd edək ki, “The Exchange” qrupu vokal-pop oğlan qrupudur. Onlar musiqi alətlərindən istifadə etmirlər və kapellada oxuyurlar. 2014-cü ildə qrup ilk debüt səsyazmalarını buraxdırıb. Onların ən böyük uğurları isə “Backstreet Boys” qrupu ilə üçaylıq Avropa turuna çıxmaları və NBC kanalında Sing-Off musiqi yarışmasında finala kimi yüksəlmələridir.

Ceyhun Məmmədov

Hələ qədim dövrlərdən barama, ipək Azərbaycan torpağının sərvəti olub. Məlumdur ki, Böyük İpək Yolu vasitəsilə iki min il bundan əvvəl baramaqurdu Çin ölkəsindən Mərkəzi Asiyaya, oradan İrana, sonra da Azərbaycana gətirilib. Ərəblər Şərqdə Hindistan, Çin, Qərbdə İspaniya olmaqla geniş əraziyə hakimlik etdikləri dövrdə ipəkçilik təsərrüfatının sürətlə yayılmasında böyük rol oynayıblar. Bəzi ədəbiyyatlarda Cənubi Qafqazda, o cümlədən də Azərbaycanda ipəkçiliyin yayılması tarixi VI-VII əsrlər göstərilir. Lakin mənbələrin məlumatına görə, eramızın III-IV əsrlərində Azərbaycanda ipəkçiliklə məşğul olunub. 

Qeyd etmək lazımdır ki, orta əsrlər dövründə ipəyi qızıla bərabər tutublar. Məsələn, monqolların Azərbaycana gəlişi dövründə tərəzinin bir gözünə ipək, digərinə isə qızıl qoyulurmuş. Hətta tarixin yaddaşında belə bir fakt qalır ki, monqollar ilk dəfə Azərbaycana gələndə gəncəlilər onları başlarından etmək üçün çoxlu daş-qaş versələr də, əl çəkməyiblər, yalnız xeyli ipək alandan sonra çıxıb gediblər.

Ardını oxu...

Xalq təqvimindəki boz ayın dörd çərşənbəsi müqəddəs sayılmış və təbiətin dəyişməsində dörd ünsür – su, yel, torpaq və od mühüm rol oynamışdır. Xalq yaradıcılığında bu ayın dörd çərşənbəsinin hər biri ilə bağlı müxtəlif ayin, etiqad, inanc və mərasimlər mövcuddur. Boz ayın dördüncü çərşənbəsi od çərşənbəsidir. Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma, od kultu ilə əlaqəli yaranmışdır. Hələ çox-çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi odu təsəvvürlərində müqəddəsləşdirmişlər. Əski zamanlarda insanlarda belə bir inam yaranmışdır ki, onlar odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.  

Xalq arasında оlan inama görə, kiçik çillədən sоnrakı ilk çərşənbədən başlayaraq Nоvruz bayramına qədərki hər çərşənbədə təbiətdə müəyyən dəyişikliklər baş vеrir. Tоplanmış еtnоqrafik materiallara əsasən dеmək оlar ki, həmin dəyişikliklərə uyğun olaraq Naxçıvanda hər çərşənbənin xalq arasında ayrıca adı vardır. Həmin adlar bölgələr üzrə fərqlənsələr də, birinci çərşənbə əzəl, yalançı çərşənbə, ikinci xəbər, külə çərşənbə, üçüncü quyruqlu, qara çərşənbə, dördüncü axır (ilaxır) çərşənbə adlanır. Üç çərşənbədə Ordubadın bəzi kəndlərində axşamüstü оd yandırılır, axır çərşənbə isə çоx təntənəli qеyd еdilir. Sonuncu çərşənbə od çərşənbəsi olsa da, xalq arasında, əsasən, buna ilin axır çərşənbəsi, ilaxır, baca-baca, yeddiləvin deyilir.

Ardını oxu...

Naxçıvan zəngin tarixə və mədəniyyətə malik qədim oğuz yurdudur. Bu zənginliyə diyarımızın hər qarış torpağında rast gəlmək mümkündür. Qədim yaşayış yerləri, nekropollar, məscid və hamamlar, xanəgahlar, pir və ziyarətgahlar, qala və karvansaraylar Naxçıvanın uzaq keçmişindən günümüzədək köksündə yaşatdığı çoxsaylı tarixi abidələrdir. Belə abidələr içərisində diqqəti çəkən əhəmiyyətli tikililərdən biri də körpülərdir. Tarixdən məlumdur ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan ticarətin, elm və mədəniyyətin sürətlə inkişaf etdiyi mərkəzlərdən sayılıb.

Ardını oxu...

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi  qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını fevral ayında da diqqət mərkəzində saxlamışdır. Bu dövrdə Naxçıvan Dövlət Film Fondunda Gənclər Günü və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilmişdir. Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən mədəniyyət evlərində və kitabxanalarda, ümumilikdə, 33 tədbir, muzeylərdə 45 açıq dərs keçilmiş, sərgilər təşkil edilmiş, Naxçıvan Dövlət Film Fondu tərəfindən Kəngərli rayonunda, Naxçıvan Tibb Kollecində, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Heydər Əliyev adına Hərbi Liseydə “Sözün bitdiyi zaman”, “Xocalıda son gecə” sənədli filmlərinin nümayişi olmuşdur.

Fevral ayında Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində və Xatirə Muzeyində muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbinin iştirakı ilə 3 distant dərs keçilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və idarələrin kollektivləri muzeylərdə olmuşdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Novruz zəngin ənənə və dəyərlər sistemidir” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin müxtəlif fakültələrində təhsil alan fəal tələbələrin iştirakı ilə keçirilən dəyirmi masada ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, Novruz bayramı Azərbaycan xalqının milli ruhunu və yaddaşını bütün zənginliyi ilə özündə yaşadır. Yazın gəlişini, təbiətin oyanışını bayram əhval-ruhiyyəsi ilə qarşılayan xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlər sistemi formalaşdırıb. Tarixi yaddaşımızdan süzülüb gələn xalq mərasimləri bu bahar bayramında keçmişlə gələcəyi bir-birinə qovuşdurur. Bu səbəbdən Novruz bayramı həm də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə dərin ehtiramının ifadəsidir. Rektor bildirib ki, sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılıb, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunmağa başlanılıb.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə bu ilin aprel-noyabr aylarında “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi–2016” keçiriləcəkdir.
Müsabiqənin məqsədi milli mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin üzə çıxarılması və yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Qeyd edək ki, müsabiqə üçün yaş məhdudiyyəti yoxdur və peşəkar ifaçıların müsabiqədə iştirakına icazə verilmir.
Müsabiqənin əsas turu ayda bir dəfə olmaqla, 7 mərhələdə davam edəcəkdir. Yekun konserti noyabr ayında Naxçıvan şəhərində təşkil olunacaqdır. Qaliblər yekun konsertində mükafatlandırılacaqlar. Son məlumata görə, muxtar respublikanın bütün rayonları daxil olmaqla müsabiqəyə 100-dən çox iştirakçı qatılmışdır.
Dünən Naxçıvan Dövlət Filarmoniyasında ilk seçim turuna start verilmişdir. Məlumat üçün bildirək ki, seçim turunda fərqlənənlər müsabiqədə iştirak edəcəklər. İlk seçim turu Naxçıvan Dövlət Filarmoniyasının zalında iki gün davam edəcəkdir.

Xəbərlər şöbəsi

 

Martın 10-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda tanınmış teatr rəssamı Məmməd Qasımovun həyat və yaradıcılığına həsr olunmuş konfrans-sərgi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva rəssam Məmməd Qasımovun 90 illik yubileyinin Milli Teatr Günündə keçirilməsinin təsadüfi olmadığını bildirib. Kökü yüzilliklərə söykənən mədəniyyətimiz, daim inkişaf edən incəsənətimiz, müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edir və Azərbaycan incəsənəti, mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Məmməd Qasımov da bu zənginliyə böyük töhfə verən rəssamlarımızdan biri idi.
Ülviyyə Həmzəyeva qeyd edib ki, tanınmış teatr rəssamı 1952-ci ildən ömrünün son günlərinədək – tam 35 il fasiləsiz olaraq Naxçıvan teatrının baş rəssamı kimi məhsuldar və səmərəli fəaliyyət göstərib. Bu illər ərzində o, Naxçıvan teatrında 93, Gəncə Dövlət Dram Teatrında 1, İrəvan Dövlət Azərbaycan Dram Teatrında 3 tamaşanın quruluşçu rəssamı olub. 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunan Məmməd Qasımov yenicə yaradılan Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının ilk sədri seçilib. Bu təşkilatın qurulmasında və formalaşmasında onun böyük xidmətləri olub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.

Azərbaycanda teatr sənətinin tarixi çox qədimdir. Xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələridir. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Kosa-kosa”, “Maral oyunu”, “Kilimarası”, “Gəvsəc” və başqa mərasim və oyunlarda səhnə sənətimizin ilk elementlərini görürük. Min illər boyu xalqımız bu mərasimləri, oyunları açıq havada, şəhər meydanında, kənd içində, bazarda və başqa yerlərdə göstərmişdir. Hovuzüstü, həngə, nəzərgah, nümayişgah və başqa adlar daşıyan bu yerlərdə xalq oyunları, xalq mərasimləri nümayiş etdirilmişdir.
Azərbaycan peşəkar teatrı isə XIX əsrin sonlarında yaranmışdır. 1873-cü ilin mart ayında M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə əsası qoyulmuş Azərbaycan peşəkar teatrı çətin və şərəfli inkişaf yolu keçmişdir. 143 il bundan əvvəl Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin şərəfli səhifəsidir. Bu dövrdə Azərbaycan ziyalıları teatrımızın inkişafında böyük fədakarlıq göstərmiş, xüsusilə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun milli teatrımızın yaradılmasında xüsusi xidmətləri olmuşdur. Teatr sənətimiz yarandığı gündən böyük bəşəri və milli məsələləri səhnəyə gətirməklə işıqlı amallar carçısına çevrilmiş, xalqımızın mənəvi və estetik tərbiyəsində, milli dirçəlişin, milli şüurun formalaşmasında mühüm rol oynamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Rəssamların fırçasında qadın obrazı və güllər” adlı rəsm sərgisi keçirilib.

Açıq havada təşkil edilən sərgiyə baxışdan əvvəl Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onların sosial-siyasi həyatdakı rolundan danışıb.
Ülviyyə Həmzəyeva qeyd edib ki, Azərbaycan tarixinə nəzər salsaq, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınların kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etdiyinin şahidi olarıq. Bu, Manna, Atropatena, Atabəylər, Səfəvilər dövlətlərində də belə olub. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman Şərqində ilk dəfə olaraq ölkəmizdə qadına seçmək və seçilmək hüququ verilib.

Ardını oxu...

Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad dərslərinin keçilməsi davam etdirilir.
Dünən belə dərslər Şahbuz Şəhər Uşaq Musiqi Məktəbində keçilib. Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Leyla Əlimərdanova bildirib ki, muxtar respublikanın bütün uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad dərslərinin keçilməsi planlaşdırılıb. Məqsəd şagirdlərə musiqinin incəliklərini öyrətməkdən, müəllimlərin nəzəri və praktik təcrübəsinin artırılmasına metodik köməklik göstərməkdən ibarətdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Rəna Cəfərova (fortepiano ixtisası üzrə), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov (tar ixtisası üzrə), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev (kamança ixtisası üzrə), Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımov (xanəndəlik ixtisası üzrə) ustad dərsi keçiblər.

Əli RZAYEV

Şərur şəhərindəki “Bahar” kinoteatrında Naxçıvan Dövlət Film Fondu Azərbaycan kinematoqrafçılarının çəkdiyi “Nabat” filmini nümayiş etdirib.
Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov bildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə hər həftənin cümə günü “Azərbaycan kinosu günü” kimi ölkəmizdə istehsal olunmuş filmlər göstərilir. Bu gün göstərilən “Nabat” filmi son illərdə çəkilib və dünyanın onlarla ölkəsində festivallarda göstərilib. Qeyd olunub ki, “Nabat” filminin çəkilişləri İsmayıllı rayonunda aparılıb. Film xalqımızın ən ağrılı problemi olan Qarabağ mövzusundadır. Filmin yaradıcıları Elçin Musaoğlu, Əbdülrəhim Bəşərat, Elxan Nəbiyev və başqaları maraqlı ekran əsəri yaratmağa nail olublar.
Sonra “Nabat” filmi nümayiş etdirilib.

Əli RZAYEV

Xəbər verdiyimiz kimi, martın 3-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində görkəmli sərkərdə, tam süvari qoşunları generalı Hüseyn xan Naxçıvanski haqqında çəkilmiş tammetrajlı sənədli filmin təqdimatı olub. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” Sənədli Filmlər Studiyası və “Lennauçfilm” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanan “Hüseyn xan Naxçıvanski. Qayıdış” filminin təqdimat mərasimindən sonra  “Lennauçfilm” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anton Smirnov film haqqında fikirlərini, eləcə də Naxçıvan barədə təəssüratlarını bizimlə bölüşdü.

– Anton Vladimiroviç, sizi yenidən Naxçıvanda xoş gördük.
– Çox sağ olun.
– Günün sonuna doğru görüşməyimizin səbəbi o oldu ki, bizimlə bölüşmək üçün təəssüratlarınız geniş olsun.
– Əlbəttə ki, təəssüratlar çoxdur. Əvvəlcə film haqqında bir neçə söz demək istərdim. Bildiyiniz kimi, Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Hüseyn xan Naxçıvanski haqqında çəkilmiş film Azərbaycan və rus xalqları arasındakı mədəni və tarixi bağların keçmişi və bu günü baxımından çox əhəmiyyətlidir. Hüseyn xan Naxçıvanski kimi tarixi bir şəxsiyyət öz bacarığı, igidliyi, dəyanəti ilə həm də rus xalqının dostudur. Bu böyük şəxsiyyət Çar II Nikolaya olan sədaqəti, özünün yüksək hərbçilik məharəti ilə eyni zamanda rus hərb tarixinə adını qızıl hərflərlə yazdırmış generallardandır.

Ardını oxu...

 Əlincəqalanın və Gülüstan türbəsinin bərpası uğurla aparılır

Qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublikasının ərazisi min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələrlə zəngindir. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin dərin qatlarından xəbər verir. 

Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi qorunur, onların bərpası diqqət mərkəzində saxlanılır. Son illər Möminə xatın türbəsi, Qarabağlar Memarlıq Kompleksi konservasiya edilib, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyiroğlu və Nuh türbələri, “İmamzadə”, muxtar respublika ərazisindəki Buzxana abidələri, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı şəkildə bərpa olunub. Ümumiyyətlə, son 21 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib. Hazırda Əlincə qalasında və Gülüstan türbəsində bərpa işləri aparılır.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan bəşər sivilizasiyasının ilkin məskənlərindən biridir. Bu ulu məmləkət zaman-zaman yaradıcı ziyalılara tükənməz ilham vermiş, şairlər, rəssamlar, musiqiçilər bənzərsiz diyarımızı məhəbbətlə vəsf etmişlər. Bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunmuş “Xoş baharlı Naxçıvanım” adlı almanaxda toplanmış şeirlər və poemalar da məhz qədim və həmişəcavan yurdumuza poetik ehtiramın təcəssümü kimi diqqəti çəkir. Əlbəttə, Naxçıvana həsr edilmiş çoxsaylı bədii əsərlər vardır və bu gün də söz sənətkarları digər sahələrlə yanaşı, həmin mövzuda da uğurlu yaradıcılıq axtarışları aparırlar. 192 səhifəlik “Xoş baharlı Naxçıvanım” almanaxında muxtar respublikamıza həsr edilmiş şeir və poemalardan seçmə nümunələr verilmişdir. Daha dəqiqi, bu kitabda oxucular müxtəlif müəlliflərin qələminə məxsus qırx şeir və üç poema ilə tanışlıq imkanı qazanırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşının Naxçıvan Dövlət Universitetində müvafiq ixtisasların müəllim və tələbələri ilə görüşü keçirilib. Görüşü universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək Naxçıvanda mədəniyyətin inkişafına, mədəni irsimizin qorunmasına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, bu gün muxtar respublikada 3 dövlət, 5 xalq teatrı, 1 dövlət filarmoniyası, 1 dövlət uşaq filarmoniyası, 28 muzey və 1 rəsm qalereyası, 234 kitabxana, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 226 klub və mədəniyyət evi fəaliyyət göstərir. Çoxsaylı özfəaliyyət və folklor kollektivləri milli mədəniyyətin, incənətin təbliğinə, dünyada tanıdılmasına öz töhfələrini verməkdədir.
Nazir xalq yaradıcılığı günlərinin ənənəyə çevrilməsi, muxtar respublikada keçiriləcək muğam müsabiqəsinə hazırlıq işləri, kitabxana işinin müasir standartlara uyğun təşkili, muzey quruculuğu, tarixi-mədəni abidələrin qorunması və bərpası, teatr sahəsindəki uğurlar, yeni musiqi kollektivlərinin yaradılması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi muxtar respublikanın nüfuzunun, bu qədim diyara göstərilən etimadın ifadəsidir.

Ardını oxu...

Gəlin öyrənməkdən özümüzü məhrum etməyək

Kitabxanalar gənc nəslin estetik zövqünün formalaşmasında, nitq qabiliyyətinin zənginləşdirilməsində, onların dünyagörüşünün artmasında mühüm rol oynayan mədəniyyət müəssisələridir. Çünki bilik mənbəyi olan kitab qiymətli sərvət olaraq mütaliəsevərlərin həyata baxışlarının düzgün istiqamətləndirilməsinə müsbət təsir göstərir, onların söz ehtiyatını artırır. 

Oxuduğumuz hər kitab bir həyatdır, əslində. İlk səhifələrində fikrimizdə qaranlıq qalan məsələlər vərəqlər bir-birini əvəzlədikcə öz-özlüyündə aydınlığa çıxır. Hər kitabdan biz mütləq nəsə öyrənirik. Oxuduqlarımızı digərlərinin də oxuması üçün seçilən ədəbiyyat nümunələrindən ətrafımızdakılara da məsləhət görür, onları da kitab oxumağa həvəsləndirməyə çalışırıq. Muxtar respublikamızda fəaliyyət göstərən kitabxanalarda istənilən yaş təbəqəsindən olan insanların müxtəlif sahədə maariflənməsi üçün kifayət qədər kitablar vardır. Belə mədəniyyət müəssisələri oxuculara yüksək səviyyədə xidmət etməyə hazırdırlar. Təki insanlar maariflənməyi, nəsə öyrənməyi qarşılarına məqsəd qoyub, müəyyən qədər vaxt ayırıb buraya üz tutsunlar. Son zamanlar gənclərin kitabxanalara axını bir qədər sürətlənsə də, onlar, adətən, ədəbiyyat nümunələri üçün deyil, dərs materialları əldə etmək üçün buraya müraciət edirlər.

Ardını oxu...

Bu rubrikamızda orta əsrlər dövründən başlayaraq müasir dövrümüzədək Naxçıvan torpağının yetişdirdiyi dahilərdən, məşhur şəxsiyyətlərdən söhbət açırıq. Budəfəki yazımızı məşhur naxçıvanlı memarlar Əmirəddin Məsud Naxçıvani və Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaniyə  həsr etdik.  Bilirik ki, Azərbaycan memarlıq tarixinin önəmli bir dövrü Naxçıvan memarlıq məktəbinin adı ilə bağlıdır. Məlum olduğu kimi, Naxçıvan memarlıq məktəbinin banisi XI-XII əsrlərdə fəaliyyət göstərmiş, yaratdığı bir çox memarlıq əsərləri ilə dünya şöhrəti qazanmış Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. O, Azərbaycan intibahının çiçəklənmə dövrünün ən görkəmli şəxsiyyətlərindən biri hesab olunur.

Bildiyimiz kimi, Naxçıvan-Marağa memarlıq məktəbi dövrün ən mükəmməl inşaat quruluşlarının tətbiqi, tikililərin texniki quruluşu ilə onların bədii həllinin tektonikliyinə nail olunması baxımından ən yüksək səviyyəyə qalxmışdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında bu mövzuda dəyirmi masa keçirilib.
Muxtar respublikanın ali təhsil müəssisələrinin, müxtəlif qurumların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə nazirlik aparatının rəhbəri Gülbuta Babayeva açıb.
Qeyd olunub ki, kitab idrak mənbəyi, kamillik vasitəsidir və insan əsl təhsili mütaliə etməklə qazanır. Bu vasitə ilə insan öz ruhunu qidalandırır, daxilindəki mənəvi boşluğu doldurur. Kitab oxumaqla insan özünə və başqasına hörmət etməyi öyrənir, hadisələrdən baş çıxarmağı bacarır. Bütün dünyada şəxsiyyətin hərtərəfli inkişafı üçün mütaliənin böyük rolu vardır. Müasir inkişaf bugünkü biliyə arxayın olub yerində qala bilməz. Ona görə də qlobollaşan dünyada həllivacib olan məsələlərdən biri də insanlarda mütaliə mədəniyyətinin daim inkişaf etdirilməsi ilə bağlıdır. Ancaq nədənsə, mütaliə getdikcə dəyişikliyə məruz qalır. Dünyanın ən böyük nüfuzlu təşkilatlarından olan YUNESKO təsdiq edib ki, hazırda mütaliəyə laqeydlik halları bütün dünyada mövcuddur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR