23 Dekabr 2024, Bazar ertəsi

Zəngin tarixə və qədim mədəniyyətə malik olan Naxçıvan torpağından həm də tarixin müxtəlif dövrlərində görkəmli ziyalılar, mütəfəkkir və yazıçılar çıxmışdır. Xalqımızın maariflənməsi, ədəbiyyatımızın, mədəniyyətimizin, elmimizin inkişafında yorulmadan fəaliyyət göstərən bu görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi, bugünkü və gələcək nəsillərə çatdırılması vacib məsələdir. 

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Tariximizin qədim dövrlərini cəmiyyətə, dünyaya daha geniş çatdırmaq istəyərkən, birinci növbədə, mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yaradıcılığına istinad etməliyik”. Məhz bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultan­ovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir.
Görkəmli yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun çoxşaxəli fəaliyyəti Azərbaycan ictimai fikir tarixində mühüm mərhələ təşkil edir. 1866-cı il mayın 5-də Naxçıvan şəhərində anadan olan Eynəli bəy Sultanov ilk təhsilini Naxçıvan qəza məktəbində almışdır. 1880-1886-cı illərdə “İrəvan kişi gimnaziyası”nda təhsilini davam etdirən gənc Eynəli öz bilik səviyyəsini xeyli zənginləşdirmiş, Avropa ədəbiyyatını və Qərb maarifçiliyini dərindən mənimsəmişdir. 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxdıqdan sonra yüksək hazırlığı, mənəvi yetkinliyi, ədəbi istedadı nəzərə alınaraq Pedaqoji şuranın qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımına həsr edilmiş “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisi açılıb. Sərgidə əksəriyyəti gənc­lərdən ibarət olan 19 rəssamın 29 əsəri nümayiş etdirilir.
Açılış mərasimində əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardını oxu...

Anadan olmasının 147-ci ildönümü münasibətilə qüdrətli dramaturq, yazıçı və publisist Cəlil Məmmədquluzadənin ev-muzeyində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirmişdir ki, “Molla Nəsrəddin” məktəbinin banisi, ictimai xadim, böyük vətəndaş Cəlil Məmmədquluzadənin anadan olmasından 147 il ötür. Bu böyük şəxsiyyət Azərbaycanın milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində durmaqla bizim müasirimiz olmuş və bundan sonra da olacaqdır. Cəlil Məmmədquluzadənin əbədiyaşar zəngin irsi dünən, bu gün və gələcək nəsillər üçün müstəqillik, Azərbaycançılıq, millilik və vətəndaşlıq nümunəsidir.
Qeyd olunmuşdur ki, Bakıda 1994-cü il dekabrın 18-də Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində ev-muzeyi açılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev muzeyin açılışında iştirak etmiş və nitq söyləmişdir. Ulu öndərin 1998-ci il 19 iyun tarixli digər bir Sərəncamına əsasən, Naxçıvan şəhərində də Cəlil Məmmədquluzadənin ev-muzeyi yaradılmış, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olmuşdur. Böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə ədibin xatirə muzeyləri yaradılmış, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Musiqili Dram Teatrına Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilim zəngin xəzinəmdir” mövzusunda V muxtar respublika şeir müsabiqəsi keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Yurd­oğlu çıxış edərək bu günün qeyd edilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan dilinin inkişafı sahəsində atılan ən mühüm addım ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ildə ölkənin Əsas Qanununda Azərbaycan dilinin dövlət dili kimi təsbiti idi. Xalqımızın əsas milli dəyərlərindən biri olan ana dilinin sonrakı dövrlərdə də qorunması və inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, qanunvericilik bazası möhkəmləndirilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ardını oxu...

Xalq təqviminə görə, kiçik çillə fevral ayının 19-u öz ömrünü başa vurub yerini boz aya verir. Boz ay xalq arasında həm də “alaçalpov”, “çillə beçə”, “ağlar-gülər”, “cəmlələr” və sair adlarla tanınır. “Boz ay” kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-i) qədər olan dövrü əhatə edir. Ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır. 

Xalq arasında boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu, daha çox boz ayın sərtliyi və havaların bozarmasına işarədir. Kiçik çillə ilə Novruz arasındakı “boz ay” qışdan yaza keçid dövrünü əks etdirir. Xalq arasında boz aya “bayram ayı” da deyilir. Ordubad bölgəsində bu ay həm də “aftabovut” adlanır ki, mənası da Günəşin düşməsi, Günəş anlamına gəlir. Müxtəlif adlarla bilinən boz ayın dörd çərşənbəsi çillə çıxartmanı əhatə edir.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan kinosu günü”ndə “Cavad xan” filmi nümayiş etdirilib. Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında 2007-ci ildə çəkilən film 2009-cu ildə ekrana çıxıb.
Filmdəki hadisələr XIX əsrin əvvəllərində Gəncə xanlığında baş verir. Gəncə xanı Cavad xan öz oğulları ilə birlikdə Vətən uğrunda rus qoşunlarına başçılıq edən Sisianova qarşı mübarizə aparır. Tanınmış rejissor Rövşən Almuradlının çəkdiyi bu filmdə əsas rollarda Azərbaycan Respublikasının Xalq artistləri Nurəddin Mehdixanlı (Cavad xan), Ramiz Novruz (Sisianov) rol alıblar.
Film müstəqillik illərində çəkilmiş ilk tarixi bədii filmlərdən biri hesab olunur.

Əli RZAYEV

 Hər il fevral ayının 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 

Azərbaycan dili xalqımızın milli varlığının, Azərbaycançılıq məfkurəsinin əsasını təşkil edir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalmış, lakin öz varlığını qoruyub saxlamışdır. Türk dilləri ailəsinə aid olan Azərbaycan dilində bu gün 50 milyondan artıq insan danışır. Böyük rus şairi Mixail Yuryeviç Lermontov Azərbaycan dilinin incəliklərini, zənginliyini, şirinliyini və tutduğu ərazidəki mövqeyini nəzərə alaraq yazırdı: “Azərbaycan dilini öyrənməyə başlamışam. Fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada, ümumiyyətlə, Asiyada zəruridir”.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dili milli varlığımızın əsas göstəricisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri institutun tədris işləri üzrə prorektoru, professor Akif İmanlı açaraq bu günün qeyd edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan dilinin inkişafı sahəsində atılan ən mühüm addım ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ildə ölkənin Əsas Qanununda Azərbaycan dilinin dövlət dili kimi təsbiti idi. Xalqımızın əsas milli dəyərlərindən biri olan ana dilinin sonrakı dövrlərdə də qorunması və inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, qanunvericilik bazası möhkəmləndirilib.
Tədbirdə ali məktəbin tərbiyə işləri üzrə prorektoru, professor Sədaqət Həsənova “Dilimiz mənəvi kimliyimizdir” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycan dili türk dilləri ailəsində ən möhtəşəmidir. Dilimiz dünyanın ən musiqili dili adlandırılır. Bu isə təsadüfi deyil. Çünki bu dildə sait səslərin çoxluğu onun ahəngdarlığını daha da artırır. Azərbaycan dili həm də lüğət tərkibinə və sintaktik quruluşuna görə zəngin bir dildir. Ümumiyyətlə, Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, bütün təqiblərə, təzyiqlərə müqavimətli, dünya dilləri sırasında bərabərhüquqlu mövqeyə malik zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir.

Ardını oxu...

Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi məqsədilə rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilib.
Müsabiqədə 19 məktəbdən 20 şagird iştirak edib. Tədbirdə Təhsil Şöbəsinin metodisti Əyyar Səfərov çıxış edərək Beynəlxalq Ana Dili Günü haqqında müsabiqə iştirakçılarını məlumatlandırıb.
Sonra şeirlər dinlənilib, şeirlərin ifa tərzinə, mimikalara, jestlərə görə qaliblər müəyyənləşdirilib. Münsiflər heyətinin qərarına əsasən, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aysun Məmmədova, Vənənd kənd tam orta məktəbinin X sinif şagirdi Xanım Zeynalova, Kotam kənd tam orta məktəbinin IX sinif şagirdi Nuray Hətəmli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bəhruz Kəngərli adına Şərur Şəhər Uşaq İncəsənət Məktəbində tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirib. Şərur, Kəngərli və Sədərək rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açıb.

Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Mədəniyyət və Turizm Nazirliyinin qarşısında muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin fəaliyyətinin gücləndirilməsi, ixtisaslı kadrların seçilməsi və düzgün yerləşdirilməsinin təmin olunması, milli dəyərlərimizin təbliği, turizm sektorunun inkişafı istiqamətində səylərin artırılması kimi vəzifələr qoyulub.
Qeyd olunub ki, nazirliyin tabeliyində hazırda 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 6-sı Şərur, 2-si Kəngərli, 1-i isə Sədərək Rayon Mədəniyyət və Turizm şöbələrinin tabeliyindədir. Həmin məktəblər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. 2015-ci ildə Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün yeni binanın istifadəyə verilməsi bu qayğının ifadəsidir.

Ardını oxu...

 Tarixin müxtəlif dövrlərində “İmamzadə”lər sosial-siyasi və ideoloji 

mərkəzlər kimi fəaliyyət göstərib

Qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən “İmamzadə”lərin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.

Naxçıvandakı “İmamzadə” komplekslərinin yaranma tarixindən danışmazdan əvvəl “İmamzadə” anlayışı haqda qısa da olsa məlumat vermək istərdik. “İmam” kəlməsi ərəb dilindən tərcümədə rəhbər, başçı, öndə duran mənalarını ifadə edir. İslam dünyasında Məhəmməd Peyğəmbərdən sonra dini rəhbər funksiyalarını yerinə yetirən və məhz bu müqəddəs şəxsiy­yətin nəslindən olan şəxslər İmam adlandırılıblar. Tarixdən məlumdur ki, şiə imamları Abbasi xəlifələri tərəfindən daim təqib olunub, bu səbəbdən də onların övladları təqibdən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana pənah gətiriblər. Azərbaycanda Səfəvi dövlətini yaradan Qızılbaş şeyxləri və onların davamçıları şiəlik məzhəbini daha da yaymaq və bu məzhəbin nüfuz dairəsini genişləndirmək üçün şiə imamları ilə bağlı olan ziyarətgahlara diqqətlə yanaşaraq bu qəbirlər üzərində türbələr inşa etdiriblər. Təsadüfi deyildir ki, Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki “İmamzadə”lər Səfəvilər dövründə inşa edilib.

Ardını oxu...

Dünən Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Babək Rayon Mədəniyyət Evində böyük yazıçı və dramaturq Cəlil Məmməd­quluzadənin birpərdəli “Kamança” pyesini yeni quruluşda tamaşaçılara təqdim edib.
Tamaşadan əvvəl çıxış edən Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev bildirib ki, bu gün nümayiş etdiriləcək “Kamança” tamaşasındakı hadisələr yüz il bundan əvvəl Qarabağ torpağında baş versə də, bu günümüzlə səsləşir.
Sonra teatrsevərlər “Kamança” pyesi əsasında hazır­lanmış tamaşaya baxıblar. Tamaşanın əsas surətlərindən olan Qəhrəman yüzbaşı (Oruc Əliyev) ətrafına qorxmaz gəncləri toplayaraq öz həmvətənlərini ermənilərdən müdafiə edir. Oruc Əliyev Qəhrəman yüzbaşı surətini təbii, öz torpağına bağlı bir insan kimi təqdim edə bilir. Nadir Məhərrəmovun oynadığı erməni kamançaçalan Baxşı da tamaşanın dinamik və maraqlı tipi kimi yadda qalır. Cəlil Məmməd­quluzadənin xalqımızın dərin humanizmini göstərən və sənətkarlığı ilə seçilən bu kiçikhəcmli pyesində dövrün incə mətləblərini anlatmaq üslubu hər an hiss olunur.

Ardını oxu...

XIX əsrin sonları, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus çəkiyə malik olan simaların yetişməsi ilə yaddaqalan bir dövr olmuşdur. Cəlil Məmmədquluzadə, Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli və onlarla belə ədiblərin içərisində bir imza da var idi: Eynəli bəy Sultanov. O Eynəli bəy Sultanov ki Cəlil Məmmədquluzadə “Xatirələr”ində onun haqqında belə deyirdi: “O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan da məni maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Təbii ki, böyük sənətkarın təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət payı da olmamış deyil... May ayının 5-də Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə görkəmli yazıçının yubileyi muxtar respublikada geniş qeyd olunacaqdır.

Eynəli bəy Sultanovun yaradıcılığı ilk dəfə mərhum filologiya elmləri namizədi İzzət Maqsudov tərəfindən elmi tədqiqata cəlb edilmişdir. O, 1963-cü ildə öz namizədlik dissertasiyasını E.Sultanova həsr etmişdir. Həmin tədqiqatda göstərilir ki, Eynəli Çölü oğlu Sultanov 1862-ci il 7 yanvarda Naxçıvan şəhərində, yoxsullaşmış mülkədar ailəsində anadan olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlamışdır. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tətili günlərində məktəblilər üçün Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhərində və rayon mərkəzlərində 6 Azərbaycan filmi nümayiş etdirilmişdir. Bu dövrdə Naxçıvan Dövlət Kukla və Uşaq teatrlarında da bayram şənlikləri təşkil edilmiş, balacalar üçün xalq oyunları və maraqlı tamaşalar təqdim olunmuşdur. Yanvarın 28-də isə Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə “Rast dəstgahı” muğam məclisi keçirilmişdir. Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində tar, kamança, qarmon və qanun ixtisasları üzrə ustad dərslər keçilmiş, ustad dərslərə 35 müəllim və 40 şagird cəlb olunmuşdur.
Xalq teatrlarının uğurlu fəaliyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Ay ərzində Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrında Cəlil Məmmədquluzadənin “Kamança” əsəri, Babək Rayon Xalq Teatrında isə Hüseynbala Mirələmovun “Xəcalət” əsəri əsasında hazırlanmış eyniadlı tamaşalar teatrsevərlərə təqdim edilmişdir. Bu dövrdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında isə dramaturq Əli Əmirlinin “Varlı qadın” tamaşasına ictimai baxış olmuşdur.

Ardını oxu...

Dünən Culfa Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə “Rast dəstgahı” muğam məclisi olub.
Tədbirin aparıcısı bildirib ki, muğam sənəti musiqi mədəniyyətimizin tükənməz xəzinəsidir. Muğam hər bir azərbaycanlının mənəvi aləmini zənginləşdirir, estetik zövqümüzün formalaşmasında mühüm rol oynayır.
“Rast dəstgahı” muğam məclisində xanəndə və müğənnilərdən Azərbaycan Respublikasının Əməkdar artistləri Qurban Qasımov, Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, Zülfüqar Mahmudov, müğənnilərdən Qəribə Həsən­ova, Nərmin Hüseynova “Rast”ın şöbə və guşələrindən ibarət dəstgah ifa ediblər.
Muğam ifaçılarını Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev (tarda), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Aqib Seyidov (kamançada), Qasım Bağırov (balabanda), Məmmədəli Babayev (nağarada), həmçinin Sevinc Babayeva (qanunda), Sərxan Abdullayev (udda), Nihad Quliyev (balabanda) müşayiət ediblər.
“Rast dəstgahı” rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Əli RZAYEV

Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının aparıcı məsləhətçisi Leyla Əlimərdanova açaraq bildirib ki, keçilən ustad dərsləri zamanı istedadı və qabiliyyəti olan uşaq və gənclər üzə çıxarılır, onların yaradıcılığının inkişaf etdirilməsi üçün dəyərli məsləhətlər verilir. Ona görə də ustad dərslərinin əhəmiyyəti böyükdür.
Qeyd olunub ki, milli dəyərləri şagirdlərə aşılamaq, tarixi-mədəni irsimizi gənc nəslə çatdırmaq üçün də bu dərslərin rolundan istifadə etmək lazımdır. Təcrübəli rəssamlarımızın keçdikləri dərslərə gənc istedadlar böyük maraq göstərirlər.
Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli, qalereyanın bərpaçı-rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Cəlal Rzayev ustad dərsi keçiblər. Ustad dərsində rəssamlıqda rəng çalarlarının seçilməsi, kompozisiya qurulması, təsviri incəsənətin janrları və başqa məsələlər şagirdlərə geniş izah olunub və suallar cavablandırılıb.

Əli RZAYEV

Hələ 45-50 il bundan əvvəl evimizdə rəhmətlik nənəmin toxuduğu xalça indi də durur. Çeşniləri ilə gözoxşayan, keyfiyyətini zərrə qədər də itirməyən həmin xalça heç bir təhsil görməyən bir Azərbaycan qadınının təfəkkürünün məhsuludur. Və düşüncəmdə özümü haqlı sayıram ki, belə təfəkkür hər bir Azərbaycan qadınında olub. Xanım-xatın nənələrimiz, ana və bacılarımız öz istedad və bacarıqlarını bu milli sənətin inkişafında yüksək səviyyədə göstəriblər. Onların toxuduqları xalçalar tarixən dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib, xalqımıza böyük şöhrət gətirib. İstərdim ki, qədim diyarımızda xalçaçılığın tarixinə qısa səyahət edək. 

Aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib.
Naxçıvan şəhər, Babək və Şahbuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açıb.
Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Mədəniyyət və Turizm Nazirliyinin qarşısında muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin fəaliyyətinin gücləndirilməsi, ixtisaslı kadrların seçilməsi və düzgün yerləşdirilməsi, milli dəyərlərimizin təbliği, turizm sektorunun inkişafı istiqamətində səylərin artırılması kimi vəzifələr qoyulub. Bu gün həmin vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsi üçün hərtərəfli şərait yaradıldığını diqqətə çatdıran Natəvan Qədimova deyib ki, muxtar respublikada aparılan tikinti-quruculuq işləri məktəblərdən də yan keçməyib, uşaq musiqi məktəblərinin əksəriyyəti üçün yeni binalar tikilib, yaxud mövcud binalar yenidən qurulub. Həmin məktəblərdə 7200-dən çox şagird təhsil alır.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinematoqrafçılarının çəkdiyi “Nabat” filmi nümayiş­ etdirilmişdir.
Filmin nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxış edərək bildirmişdir ki, nazirliyin təşkilatçılığı ilə hər həftənin cümə günü “Azərbaycan kinosu günü” kimi Azərbaycan filmləri göstəriləcəkdir. Nazirliyin həyata keçirdiyi bu layihə əsasında kinosevərlər həm uzun illər bundan əvvəl, həm də son illərdə çəkilmiş filmlərlə tanış ola biləcəklər. Bu gün göstərilən “Nabat” filmi son illərdə çəkilmişdir. Film dünyanın onlarla ölkəsində nümayiş etdirilmiş, 22 festivalda göstərilmişdir.
“Nabat” filmi İtaliyanın mötəbər Venesiya festivalının (2014) mükafatını qazanmışdır.
Film xalqımızın ən ağrılı problemi olan Qarabağ mövzusundadır. Filmin yaradıcıları Elçin Musaoğlu, Əbdülrəhim Bəşərat, Elxan Nəbiyev və başqaları təsirli ekran əsəri yaratmağa nail olmuşlar.
Sonra “Nabat” filmi nümayiş ­etdirilmişdir.

Əli RZAYEV

Babək Rayon Xalq Teatrı yazıçı-dramaturq Hüseynbala Mirələm­ovun “Xəcalət” tamaşası ilə şərurluların qonağı olmuşdur. Şərur şəhərindəki Mədəniyyət Sarayında nümayiş etdirilən tamaşa rayon ictimaiyyəti tərəfindən alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılmışdır. Teatrın bu illərdə hazırladığı “Yollara iz düşür”, “Ezop”, “Solğun çiçəklər”, “Şeyx Rəhmətullah”, “Məhəbbət nişanəsi”, “Ana”, “İkinci səs”, “Yağışdan çıxdıq, yağmura düşdük” və başqa tamaşalar maraqla qarşılanmışdır. Teatr keçən il muxtar respublikamızda keçirilən xalq teatrlarının festivalında “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə festivalın qalibi olmuşdur.
Babək Rayon Xalq Teatrının hazır­ladığı son əsərlərdən olan “Xəcalət” tamaşası Qarabağ hadisələri ilə bağlı olduğu üçün bu günümüzlə səsləşir və maraq doğurur. Tamaşada uşaqlıqları bir yerdə keçmiş Murad və Vətənin Qarabağ müharibəsində iştirakından sonra tale yollarının ayrılmasından bəhs edilir. Atəşkəs müqaviləsi imzalandıqdan sonra onların düşüncə tərzi tamaşaçı üçün maraq doğurur. Vətən (İsmayıl Qurbanov) yenə də işğal olunmuş torpaqlarımızın həsrətini çəkir.

Ardını oxu...

“...İnsan arxayın olur ki, “informasiya əsrində” yaşayır, guya hər gün yeni bir şey öyrənir, əslində isə savadlı adamların sayı getdikcə azalır. Az vaxtda Vikipediyada qısa arayış əldə etmək bizi intellektual etmir. Və heç kim Facebookda 40 min saat vaxt keçirməklə başqa adam olmayacaq. Amma rus klassiklərinin 20 cildliyini və ya fransız ədəbiyyatının 20 cildliyini oxuyan adam dəyişəcək. Tamam başqa adam olacaq... Siz uşaq olanda nəsə bir şey oxumusunuz, amma sizin uşağınız heç nə oxumur. Sizin uşağınız sizdən savadsız olacaq, nəvəniz isə uşağınızdan da savadsız olacaq. Beləcə, bütöv xalqlar öz ərazilərini, hətta dillərini itirirlər... Dil təkcə on minlərlə söz ehtiyatı deyil, milli mifin, poeziyanın, mədəniyyətin məkanıdır.

Ardını oxu...

Ordubad Rayon Mədəniyyət Evində keçirilən tədbirin aparıcısı qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın tarixində çox mühüm və əhəmiyyətli hadisədir. Naxçıvan çox mürəkkəb, çətin və şərəfli tarixi inkişaf yolu keçmişdir. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında tarixi dekret qəbul etmişdir. Düzdür, 1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr getmişdir. Bu müzakirə və danışıqlar bölgənin statusunun müəyyənləşməsində əhəmiyyətli rol oynamış, böyük çətinliklər nəticəsində buna nail olunmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın muxtariyyəti məsələsinə öz münasibətini dəfələrlə bildirmiş və bu hadisənin əhəmiyyətini qeyd edərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Ardını oxu...

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət xəzinələri, təəssüf ki, YUNESKO daxil olmaqla digər mədəniyyət, elm və təhsil məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların diqqətindən kənarda qalmışdır.
Şərur rayonunda onilliklərdir aparılan tədqiqatlar nəticəsində aşkar olunan arxeoloji abidələr Naxçıvanı Daş və Tunc dövrlərinə aid tədqiqatların aparılmasına imkan verən mühüm bir əraziyə çevirmişdir. Bu ərazidə YUNESKO ekspertləri və digər tədqiqatçılar qədim keçmişimizlə bağlı cavabsız qalan suallara cavab tapa bilərlər.
Ağzirət piri – Şərur rayonunun Yuxarı Yaycı kəndinin şərqində təbii qayalığın içərisində olan oyuqda yerləşir. Bu ziyarətgah yerli alimlər tərəfindən geniş şəkildə tədqiq edilmişdir. Ziyarətçilər pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla gedə bilərlər. Bu abidə özündə bir çox qədim əfsanələri birləşdirdiyi üçün yerli əhali tərəfindən müqəddəs yer kimi qəbul edilir. “Naxçıvan Abidələri Ensiklopediyası”na əsasən, bura gələn ziyarətçilər mağaranın ətrafındakı balaca daşın üzərində şamı yandıraraq öz ibadətlərini yerinə yetirirlər.

Ardını oxu...

Hazırda türbədə son tamamlama işləri aparılır

Son illər muxtar respublika ərazisindəki dini-mədəni abidələr və ziyarətgahlar bərpa olunur, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Şərur rayonunun Xanlıqlar kəndi ərazisindəki qədim “İmamzadə” türbəsi də bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb. “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb.
Xatırladaq ki, qədim “İmamzadə” türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb. Tədqiqatçıların fikrincə, “İmamzadə” türbəsi XVI-XVII əsrlərə aiddir. Əvvəllər binanın daxilində bir məzar və daş kitabə olub. 1928-ci ildə tədqiqatçılar kompleksdə olarkən qəbrin üzərində ərəb əlifbası ilə “İbrahim ibn Musa” yazıldığını müəyyənləşdiriblər. 1988-ci ildə nəşr olunmuş “Xanlıqlar İmamzadəsi” adlı məlumat kitabçasında da bu məzarın yeddinci imam Museyi-Kazımın oğlu İbrahimə məxsus olduğu yazılıb. Naxçıvan şəhərində yaradılmış ilk Diyarşünaslıq Muzeyindəki əlyazmalarda və elmi-tarixi məqalələrdə, həmçinin Bakıda nəşr olunmuş “Azərbaycanı öyrənmə yolu” adlı məcmuədə, Hüseyn Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin “Şərur dairəsinə səyahət haqqında qeydlər” sərlövhəli məqaləsində də yuxarıdakı faktlar təsdiqlənir.

Xəbərlər şöbəsi

Rza Təhmasib adına Şərur Xalq Teatrında görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” birpərdəli vodevili əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim edilib.
Qeyd edək ki, 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayan Şərur Xalq Teatrı 1981-ci ildə xalq teatrı statusu alıb. Kollektiv müxtəlif illərdə “Solğun çiçəklər”, “Vaqif”, “Ölülər”, “Tamahkar”, “Rəhmə gəl, mələyim”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Qısqanc ər”, “Yuxu” və başqa səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Xalq teatrı 2008-ci ildə Bakı şəhərində keçirilən xalq teatrlarının respublika müsabiqəsində “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə II yerin diplomuna layiq görülüb.

Ardını oxu...

Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad dərslərinin keçilməsi davam etdirilir.
Dünən Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan Culfa Şəhər və Bənəniyar Kənd Uşaq Musiqi məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil olunub.
Ustad dərsləri başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının aparıcı məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək bildirib ki, belə dərslərin keçilməsində məqsəd bu sahədə tədrisin səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova (fortepiano ixtisası üzrə), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov (tar ixtisası üzrə), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev (kamança ixtisası üzrə) ustad dərsləri keçiblər. Ustad dərslərinin gedişində müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Filarmoniyasında “Rast dəstgahı” muğam məclisi olub. Tədbirin aparıcısı bildirib ki, muğam sənəti musiqi mədəniyyətimizin zəngin xəzinəsidir. Muğam hər bir azərbaycanlının mənəvi dünyasına əbədi daxil olmuşdur. Buna görə də muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin əbədiyaşar sənətidir.

Ardını oxu...

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Culfa şəhərində tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib. Ordubad və Culfa rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açıb.
Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qarşısında muxtar respublikadakı uşaq musiqi məktəblərinin fəaliyyətinin gücləndirilməsi, ixtisaslı kadrların seçilməsi və düzgün yerləşdirilməsinin təmin olunması, folklorumuzun, bütövlükdə, milli dəyərlərimizin təbliği, turizm sektorunun inkişafı istiqamətində səylərin artırılması kimi vəzifələr qoyulub.
Qeyd olunub ki, nazirliyin tabeliyində 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 1136 nəfər şagird bitirib. 2015-2016-cı tədris ilinə isə 16 ixtisas üzrə 1285 şagird qəbul edilib və hazırda bu məktəblərdə 7200-dən çox şagird təhsil alır.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyasının ilk tamaşası olmuşdur. Bu əsər müəllifin ikinci əsəridir ki, teatrımızın səhnəsində oynanılır.
Əli Əmirlinin bu komediyasında hadisələr ölkəmizin iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrdə – keçən əsrin 90-cı illərində bir ailənin timsalında cərəyan edir. Gündə­lik dolanışıq ucbatından elmi işini yarımçıq qoymağa məcbur olmuş Sarı Qarayevin güzəranı və onun axsaq arvadı Həvva Zərlinskayanın Almaniyada peyda olmuş yaxın qohumundan vərəsə kimi milyard dollar miras qalması tamaşanın fabulasında maraqlı hadisələrin baş verəcəyindən xəbər verir. Tamaşanın sonrakı hissəsində bu pullara sahib olmaq üçün qoyulan şərtlər gülüş situasiyaların yaranmasına səbəb olur. Hadisə ilə bağlı jurnalistlərin yaratdığı səs-küy tamaşanın dinamikasını bir qədər də artırır. Əsər komediya janrında yazılsa da, əslində, hadisələrin mərkəzində dayanan personaj və obrazlar sosial problemlərdən doğan mənəviyyatsızlığı təqdim etməklə gü­lüş yaradır və həm də tamaşaçını düşündürürlər.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Tarix Muzeyində “Maddi-mədəniyyət nümunələrinin qorunmasında muzeylərin rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva açaraq bildirmişdir ki, muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır.
Qeyd edilmişdir ki, ölkəmizdə muzey işinin təşəkkül tapması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan mədəniyyətinin böyük hamisi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, respublikamızın bütün bölgələrində yeni muzeylər yaradılmışdır.
Muxtar respublikamızda da muzeylər şəbəkəsinin genişləndirilməsinə, muzey işinin inkişafına böyük qayğı göstərilir. Hazırda regionumuzda 29 müxtəlif profilli muzey fəaliyyət göstərir ki, bu muzeylərdə də 112 minə yaxın maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır.
Bildirilmişdir ki, belə mədəniyyət müəssisələrinə göstərilən yüksək dövlət qayğısı həm də muzey işçilərinin məsuliyyət hissini artırır. Maddi-mədəniyyət nümunələrinin qorunması, onların bərpa edilməsi, geniş tamaşaçı kütləsinə tanıtdırılması muzey işçilərinin gündə­lik vəzifəsidir.

Ardını oxu...

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası dünya şöhrətli memar Əmirəddin Məsud Naxçıvaninin doğulduğu yerdir. Əmirəddin Məsud Naxçıvani Eldənizlər sarayında yaşamış XII əsrin nüfuzlu Azərbaycan memarlarındandır. Məsud Naxçıvani tərəfindən inşa edilən abidələr bir çox mədəniyyət və arxeoloji sahədə tədqiqat aparan beynəlxalq alimlərin istinad mənbəyi və araşdırma obyekti olmuşdur.
Şahbuz rayonunun Biçənək kəndinin şərqində, Batabat yaylağında Fərhad evi arxeoloji abidəsi yerləşir. Fərhad evi Zorbulaqdan təqribən 1 kilometr şərqdədir. Bu abidə liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Tavanlar tağ, döşəmələr oval formasındadır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmış, səki düzəldilmişdir. Birinci otağın sağ küncündə quyu və ocaq yeri vardır. “Naxçıvan Abidələri Ensiklopediyası” kitabında qeyd olunur ki, abidənin giriş qapısının hündürlüyü 2,2, eni isə 1,3 metrdir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda isə qadın rəsmi həkk olunmuşdur. Naxçıvan şəhərindən Fərhad evinə olan yol orta əsr ticarət marşrutunun əhəmiyyətli bir hissəsi olmuş, Avropanı Mərkəzi və Şərqi Asiya ilə birləşdirmişdir. Həmin dövrdə Batabat yaylağında mühüm tranzit keçid məntəqəsi tikilmiş və bu imkandan istifadə edərək çoxlu sayda beynəlxalq alimlər və qonaqlar Azərbaycan mədəniyyətinin mühüm aktivlərini və nadir arxeoloji abidələrini tədqiq etmək imkanına malik olmuşlar. Bu ərazi yerli əhali tərəfindən Şah Abbas karvansarası da adlandırılmışdır. Beynəlxalq ekspedisiyalar və yerli alimlər tərəfindən son dövrlərdə aparılan tədqiqatlar göstərir ki, Fərhad evi I minilliyin birinci yarısında inşa edilmişdir.

Ardını oxu...

Azərbaycan tədqiqatçıları Əlincəqalanı Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri hesab etmişlər. Son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid yeni faktlar aşkar edilmişdir. Bu faktların bir qismi Əlincəqaladan tapılan VII əsrə aid mis və gümüş sikkələrlə bağlıdırsa, digər faktlar Əlincəqalanın memarlıq üslubu ilə bağlıdır.

Hörmətli oxucular, Əlincəqaladan tapılan bir gümüş sikkə haqqında sizə məlumat vermişdik. Əlbəttə, bu sikkə Əlincəqalada deyil, Daşkənddə kəsilmişdi. Bununla belə, bu tapıntı Əlincəqalanın VII əsrdə Mərkəzi Asiya ölkələri ilə əlaqəsi olan qala-şəhər olduğunu təsdiq etməkdədir. Bu sikkə Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva tərəfindən oxunmuşdur. Tədqiqatçının fikrinə görə, həmin sikkənin üzərində soqd əlifbası ilə “Çaç” sözü və hökmdarın adı yazılmışdır. Təəssüf ki, hökmdarın adı hələlik mütəxəssislər tərəfindən müəyyən edilməmişdir. Çaç Daşkəndin qədim adı olmuşdur. Sikkənin VII əsrdə kəsilməsi, şübhəsiz ki, qalanın Sasanilər dövründə yerli hökmdarların əsas iqamətgahlarından biri olduğunu göstərir.

Ardını oxu...

Arxeoloji tədqiqatlar Naxçıvanda şəhərtipli yaşayış yerlərinin e.ə. III minillikdə, yəni beş min il bundan əvvəl formalaşdığını təsdiq etmişdir. Azərbaycanda şəhər mədəniyyətinin öyrənilməsi sahəsində ilk addımlar Vəli Əliyev tərəfindən atılmışdır. O, II Kültəpədə apardığı araşdırmalarla Azərbaycanda, o cümlədən Naxçıvanda şəhər mədəniyyətinin olduğunu təsdiq etmişdir.
Bu yаşаyış yеri Bаbək rаyоnunun Yuxаrı Uzunоbа kəndi yаxınlığındа Cəhriçаylа Nаxçıvаnçаyın birləşdiyi ərazidədir. Birbаşа Еrkən Tunc dövrü təbəqəsinin üzərində yеrləşən Оrtа Tunc dövrü təbəqəsi 4,5 metr qаlınlığındаdır. Аrаşdırmаlаr zаmаnı bu təbəqədə tikinti qаlıqlаrı ilə sеçilən dörd mərhələnin vаrlığı оrtаyа çıxаrılmışdır. II Kültəpə yаşаyış yеrini əhаtə еdən müdаfiə divаrı müəyyən məsаfədə yеrləşdirilən dördkünc fоrmаlı bürclərlə möhkəmləndirilmişdir. Müdаfiə divаrının möhkəmləndirilməsi, hаbеlə оnun mеmаrlıq xüsusiyyətlərinin еffеktini аrtırmаq üçün dördkünc fоrmаlı kоntrfоrslаrdаn dа istifаdə еdilmişdir. Divаrlаrın bəzi qismində çаy dаşlаrındаn çəkilmiş üzlüyün qаlıqlаrı sаxlаnmışdır. Fаktlаr göstərir ki, bu dövrdə divаrlаrın xаrici görünüşünün mükəmməl оlmаsınа xüsusi fikir vеrilmişdir.

Ardını oxu...

Oçerk

Məktəbin qapısına çatanda qarşısına çıxan şagirdlərinin salamı Yunis müəllimi düşüncələrdən ayırdı. Adəti üzrə onların əhvalını soruşdu. Cavablarından üzünə təbəssüm qondu. Özünün şagird olduğu illəri, oxuduğu məktəb binasını xatırladı, ucqar dağ kəndində o vaxt yaşamağın, oxumağın çətinliklərini gözləri qarşısına gətirməyə çalışdı. Yadına anasının bez parçasından tikdiyi məktəb çantası, təhsil aldığı məktəb binasının miskin görkəmi, yöndəmsiz darısqal sinif otaqları düşdü. Dəfələrlə bu barədə şagirdlərinə danışsa da, həmişə görmüşdü ki, onların buna inanmaqları gəlmir. Elə onda da düşünmüşdü ki, bugünkü uşaqlarda nə günah? Gözlərini açıb müasir məktəb görüblər. Görüblər ki, təhsil aldıqları məktəbdə elektron lövhələr var, kompüterlər var, böyük idman zalı, dünya şöhrətli klassik və müasir Azərbaycan ədəbiyyatının korifeyləri ilə yanaşı, xarici ölkə ədəbiyyatı nümayəndələrinin bir-birindən maraqlı əsərləri ilə zəngin olan kitabxana var. Dərslikləri şagirdlərə pulsuz verirlər. Hələ sinifdə oturub Naxçıvan şəhərindəki muzeylərlə əlaqə saxlamaq... Distant təhsilin tətbiqi... Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə kompüterlərin, Prezident təqaüdünün verilməsi... Vallah, adama nağıl kimi görünür. İllər öncə bunları yuxuda belə, görməzdin...

Ardını oxu...

Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvandakı Erkən Dəmir dövrünə aid arxeoloji abidələr İsa Məsihdən əvvəl və sonrakı dövrün tarixi inkişaf proseslərinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Naxçıvanın arxeoloji abidələri Avropa və Asiyanın arxeoloji abidələrini, qədim memarlıq incilərini tədqiq edən mütəxəssis və alimlərin diqqətindən kənarda qalmamalıdır. Belə ki, bu ərazidəki İlikliqaya, İrinçöy və İydəli piri unikal arxeoloji abidələrdəndir.
İlikliqaya nekropolu Ordubad rayonunun Tivi kəndinin cənub-şərqində yerləşir. Nekropol təsərrüfat işləri zamanı dağıdılmışdır. Yerli alimlər həmin ərazidən Son Tunc-Erkən Dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar etmişlər. Aşkar olunan keramika nümunələri İlikliqaya yaşayış yerində qədim ticarət və təsərrüfat sahələrinin inkişaf etdiyini sübuta yetirir. Ərazidən tapılan küpə, kasa, təsərrüfat alətləri, at karvanlarının qalıqları və vaza tipli qabların parçalarından ibarət boz rəngli keramika nümunələri yaxşı bişirilmişdir. Aşkar olunmuş arxeoloji materiallara əsasən yaşayış yerini eramızdan əvvəl II minilliyin sonu və I min­illiyin əvvəllərinə aid etmək olar.

Ardını oxu...

Naxçıvan şəhərindəki Atatürk küçəsində musiqi çağlayan bir ünvan var. O ünvan ki möhtəşəm görünüşü ilə seçilən 2 nömrəli Uşaq Musiqi Məktəbidir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il dekabr ayının 1-də Naxçıvana səfəri çərçivəsində məktəbin açılışında iştirak edib.    

Məktəbin yeni binadakı fəaliyyəti ilə oxucularımızı yaxından tanış etmək üçün həmin ünvana üz tutduq. Qeyd edim ki, köhnə binada yerləşdiyi vaxtlarda dəfələrlə bu musiqi ocağının fəaliyyəti haqqında qəzetimiz üçün yazılar hazırlamışıq. Hər dəfə də burada darısqallıqdan, şəraitsizlikdən həm müəllimlər, həm də valideynlər narazılıq edirdilər.
1987-ci ildə yaradılan bu məktəb üçün ötən il 4 mərtəbəli yaraşıqlı bina ucaldılıb. Burada 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnir. Qeyd edək ki, 4 şöbədə 7 ixtisas üzrə tədris aparılır. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqlarla təchiz edilib.

Ardını oxu...

Qoca Şərqin qapısı sayılan Naxçıvanın tarixi keçmişi və zəngin mədəniyyəti hər zaman diqqət mərkəzində olub. Bu qədim diyar ulu tarixin müxtəlif dövrlərinə şahidlik edib, bəzən isə bu tarixin iştirakçısına çevrilərək onu yenidən yazmağı öz üzərinə götürüb. Bu baxımdan Naxçıvanın dünəni ilə tanışlıq kimliyindən, peşəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs üçün maraq kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq “Muzey günləri”nin davam etdirilməsi məqsədilə muxtar respublikada müxtəlif dövlət orqanlarında çalışan kollektivlər yanvarın 30-da yenidən muzeylərimizi ziyarət etdilər. 

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Rast dəstgahı” muğam məclisi olub. Muğam məclisindən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir.

Qeyd olunub ki, Azərbaycan muğamının ən mükəmməl elmi əsasını XX əsrdə dahi bəstəkar Üzeyir Hacıbəyov qoyub. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vaqif Mustafazadə, Vasif Adıgözəlov və başqaları muğam sənətinə əsaslanaraq qiymətli sənət nümunələri yaradıblar.

Ardını oxu...

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yaxın günlərdə tanınmış dramaturq Əli Əmirlinin ikihissəli “Varlı qadın” komediyasını teatrsevərlərə təqdim edəcəkdir.
Qeyd edək ki, bu, Əli Əmirlinin Naxçıvan teatrında tamaşaya qoyulan ikinci səhnə əsəridir. Yeni tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərovdur. Qeyd edək ki, “Varlı qadın” komediyası ölkəmizin və xarici dövlətlərin bir neçə teatrında oynanılmışdır.
“Varlı qadın” komediyasında hadisələr keçən əsrin doxsanıncı illərində Azərbaycanda cərəyan edir. Varlanmaq həvəsi ilə yaşayan ailənin komik situasiyalara düşməsi tamaşaçını düşündürmək, nəticə çıxarmaq səviyyəsindədir.
Tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haqverdiyev (Sarı), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Günay Qurbanova (Həvva Zərlinskaya), Vüsal Rzayev (Dilənçi) rol almışlar.
Gənc aktyor və aktrisalardan Nurbəniz Niftəliyeva, Elnur Rzayev, Anar Eyvazov, Səyyad Məmmədov, Fidan Qasımova, Bünyat Səttarlı da tamaşada maraqlı personaj və obrazları canlandıracaqlar.

Əli RZAYEV

Çox qədim zamanlardan insanlar məskən saldıqları ayrı-ayrı obyektlərə – dağlara, qalalara, çaylara, göllərə, kənd və şəhərlərə və başqa bu kimi yerlərə müxtəlif adlar vermişlər. Dünyada elə bir coğrafi obyekt növü yoxdur ki, insanlar onu hansısa adla adlandırmamış olsun. Hər bir yerin müəyyən adı, hər bir adın özünəməxsus mənası, yaranma tarixi vardır.

Tarixən yaranmış adların mənşəyi və mənası məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsi, adların dildən-dilə, nəsildən-nəslə keçməsi ilə əlaqədar onların bir qismi təhrifə uğramış və nəticədə, müxtəlif cür izah edilmişdir. Belə coğrafi adlardan biri də “Kitabi-Dədə Qorqud” dastanlarında da adı çəkilən Əlincəqala (Alınca qalası) adıdır.
Tədqiqatçılar “Əlincə” sözünü müxtəlif cür izah etmişlər. Qalanın adı orta əsr yazılı məxəzlərində Əlincə, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançik, Yerənçaq və sair şəkillərdə işlədilmişdir. Bir sıra qaynaqlarda Əlincəqalaya Erınca şəklində rast gəlirik. Bəzi tarixçilərin yazdığına görə, guya Əlincəqala öz adını zəngin xəzinəsini gizlətmək məqsədilə həmin qalanı tikdirmiş “Erincak” adlı bir feodal qadının adından götürmüşdür.

Ardını oxu...

Naxçıvan Dövlət Film Fondu qış tətili günlərində məktəblilərin asudə vaxtlarının səmərəli və mənalı keçməsi məqsədilə rayonlarda cizgi filmlərinin nümayişinə başlayıb. Keçirilən seanslara ibtidai sinif şagirdləri, habelə sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı, şəhid ailələrinin uşaqları da cəlb olunur.
Dünən fondun əməkdaşları Kəngərli və Şərur rayonlarında uşaqlar üçün cizgi filmləri göstərib. Yanvarın 29-da Naxçıvan və Şahbuz şəhərlərində, yanvarın 30-da Babək və Ordubad rayonlarında cizgi filmləri nümayiş etdiriləcək. Balaca tamaşaçılar “Humayın yuxusu”, “Ayna”, “Kirpi balası və alma”, “Tıq-tıq xanım”, “Toplan və kölgəsi”, “Toral və Zəri”, “Ümid” və başqa Azərbaycan cizgi filmlərinə baxa biləcəklər.

Əli RZAYEV

Qış fəsli təsərrüfat işlərində mühüm rol oynamasa da, xalq etiqadlarında, adət və ənənələrində, inamlarda ona aid zəngin materiallara rast gəlirik. Qışın əsas atributlarından biri qardır. Qar ilin ruzi-bərəkəti, bolluğu deməkdir. Payız əkinlərinin qalın qar ilə örtülməsi onu şaxtadan qorumaq, yazda suyun bolluğu baxımından çox əhəmiyyətlidir. Bunu aşağıdakı folklor nümunəsində də görmək olar:
Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çillə,
Taxıllara yorğan ol,
Bağçalara bar, çillə.
“Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” kimi atalar sözlərində də qarın faydası əks olunmuşdur.
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq çillə adı ilə üç yerə bölmüşdür. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.
Qış girən günü, yəni dekabr ayının 20-si gecəsi “Çillə bayramı”, “Çillə gecəsi” adlı mərasim qeyd edilir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Əvvəla bunu deyək ki, fəslin bu cür bölgüsü və onların çillə adlandırılması əski təsəvvürlərlə bağlıdır. Çillə xalq arasında ağırlıq anlamında başa düşülür. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun girməsi dərdin, çətinliyin gəldiyinə işarədir. Mənbələrdə yazılır ki, adamlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, elə bu da “çillə kəsmək” adlanırdı.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi əməkdaşlarının apardığı araşdırmalar zamanı tarix və mədəniyyət abidələri arasında xeyli qalatipli yaşayış yerlərinin olduğu müəyyənləşdirilmişdir. Qalatipli yaşayış yerlərinin bir qismi yüksək dağ zirvəsində yerləşsə də, düzənlik sahədə, ovalıqlarda yerləşən qalalara da rast gəlinir. Araz ovalığında yerləşən bu tip qalalar başlıca olaraq ticarət və sənətkarlıq mərkəzi olmuş, ölkənin iqtisadi-siyasi həyatında mühüm rol oynamışdır.

Naxçıvanın daşduz və mineral xammal mənbələri ilə zəngin olması, habelə bu ərazinin Cənubi Qafqazı Yaxın Şərqlə birləşdirən ticarət yolunun qovuşuğunda yerləşməsi ticarətin və sənətkarlığın inkişafına əlverişli şərait yaratmışdır. Son illərin tədqiqatları e.ə. VI-IV minilliklərdə Cənubi Qafqazı Yaxın Şərqlə birləşdirən obsidian ticarətində Naxçıvanın mühüm yer tutduğunu göstərir. Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının Duzdağda apardığı araşdırmalar e.ə. V minillikdə mədənçiliyin Naxçıvan sakinlərinin həyatında mühüm yer tutduğunu, duzun yalnız şəxsi istehlak üçün deyil, həm də ticarət məqsədilə istehsal edildiyini sübuta yetirir. Araşdırmalar Naxçıvanın həmçinin erkən metallurgiya mərkəzlərindən biri olduğunu göstərir. İqtisadi-mədəni əlaqələrin, ticarətin və sənətkarlığın inkişafı şəhərtipli yaşayış yerlərinin formalaşmasına səbəb olmuşdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi muxtar respublikada milli mədəniyyətin, milli musiqi və teatr sənətinin inkişafında, ali təhsilli incəsənət adamlarının, sənətşünasların hazırlanmasında özünəməxsus rol oynayır. Yola saldığımız 2015-ci il fakültənin tarixində əhəmiyyətli sənət uğurları ilə yadda qalacaq. Belə uğurlardan biri də fakültənin Teatrşünaslıq və mədəniyyət kafedrasının müəllimi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının gənc və istedadlı aktyoru Elnur Rzayevin adı ilə bağlıdır. 

Universitetin məzunu, 2012-ci ildən isə burada pedaqoji fəaliyyətə başlayan Elnur Rzayev hələ tələbəlik illərində Tələbə Teatr Studiyasında özünü istedadlı aktyor kimi tanıdıb. O, İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə Tələbə Teatr Studiyasının hazırladığı Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasında Hacı Həsən ağa və Məşədi Oruc, Nazim Hikmətin “Qəribə adam” pyesində vəkil Əhməd, Adil Babayevin “Sarı gəlin” əsərində Ədalət müəllim obrazlarını ustalıqla ifa edib. Antik yunan dramaturgiyasının nadir nümunələrindən sayılan Esxilin “Zəncirlənmiş Prometey” əsərindəki Prometey obrazı isə unikal, peşəkar ifa etibarı ilə Elnurun yaradıcılığında sənət zirvəsi sayıla bilər. 2010-2011-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının nəzdində fəaliyyət göstərən “Təməl” Teatr Studiyasında sənət dərsləri alan Elnur Rzayev 2011-ci ildən dram teatrda aktyor kimi fəaliyyət göstərir. O, teatrın zəngin sənət təcrübəsinə malik peşəkar aktyorları ilə eyni səhnəni paylaşaraq M.F.Axund­ovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində Şahbaz bəy, İslam Səfərlinin “Göz həkimi” pyesində Rauf, akademik Şəfaət Mehdiyevin “Mirzə Fətəli Axundov” və Nəriman Nəriman­ovun “Nadanlıq” əsərlərində hər iki böyük mütəfəkkirin gənclik obrazlarını, habelə Nazim Hikmətin “Kəllə”, Henrix İbsenin “Kuklalar”, A.P.Çexovun “Russayağı evlənmə”, Ç.Aytmatovun “Gün var əsrə bərabər” kimi dünya dramaturgiyasına aid əsərlərdə də baş rolların ifaçısı kimi aktyorluq bacarığını göstərə bilib.

Ardını oxu...

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov çıxış edərək bildirmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına böyük qayğı göstərilir, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılır. 2000-ci ilin may ayından yeni tələb və tapşırıqlarla fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı artıq 15 ildir ki, müntəzəm olaraq muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir.

Ardını oxu...

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyində Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından biri olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir keçirildi. 

Əvvəlcə naxçıvanlı rəssamlar və sənətsevərlər Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Naxçıvan şəhərindəki binasından başlayaraq Bəhruz Kəngərlinin şəhərdəki məzarınadək yürüş etdilər, ilk realist fırça ustasının məzarüstü abidəsinin önünə gül dəstələri düzdülər.
Bəhruz Kəngərli Muzeyində davam etdirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirdi ki, qısa həyat yaşamasına baxmayaraq, rəssam yaradıcılığı boyu çox zəngin və rəngarəng bir irs qoyub. Onun istər portret, istər mənzərə, istərsə də natürmort janrlarında yaratdığı çoxsaylı əsərləri rəssamın son dərəcə həssas və dərin düşüncə tərzindən xəbər verir. Sənətkarın 2 mindən çox əsərinin mövcudluğu məlumdur.

Ardını oxu...

Yanvarın 20-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı Yanvar” filminin nümayişi olub.
Filmə Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri, gənc və yeniyetmələr baxıblar.
“Qanlı Yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya yeridilməsi və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.
Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.

Ardını oxu...

Yanvarın 19-da Babək Rayon Xalq Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələm­ovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası göstərilmişdir.
Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Əli Səfərov və musiqi tərtibatçısı Cabir­ Məmmədovdur.
Tamaşada teatrın aktyorları İsmayıl Qurbanov (Vətən), Stella Babayeva (Fərqanə), Akif Əsədov (Murad), Səbinə Corayeva (Gültac), Firdovsi Səfərov (Kürən), Kənan Feyzullayev (Kərim) iştirak etmişlər.
Səhnə əsərində uşaqlıqdan bir yerdə böyümüş Murad və Vətəndən bəhs olunur. Onlar Qarabağ savaşına da birgə getmiş, lakin sonradan həyat yolları ayrılmışdır. Atəşkəs haqqında müqavilə imzalandıqdan, təxminən, 10 il sonra dostlar yenidən görüşürlər. Bu müddətdə Vətən torpaq həsrəti ilə yanıb-yaxılır, Murad isə Qarabağ döyüşündən sonra əldə etdiyi sərmayə ilə var-dövlət qazanıb. İndi iki dost arasında yurda, torpağa münasibətdə fikir ayrılığı yaranıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikada fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət “Tariximizin qəhrəmanlıq salnaməsi” mövzusunda rəsm sərgisi təşkil olunub.

Ardını oxu...

Qədim və zəngin tarixə malik olan Naxçıvan şəhərində 13 muzey var. Onlardan biri digərlərindən fərqlənir. O muzey and yerimiz, həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız,  fəxrimiz, ölməzliyimiz, örnəyimiz sayılan Şəhidlər xiyabanının yanında yerləşir. Mənaca böyük əhəmiyyət daşıyır bu muzey. Bugünkü gəncliyə örnəkdir. Burada nümayiş etdirilən hər bir eksponat insanları düşünməyə vadar edir, tamaşaçıya vətənpərvərlik ruhu aşılayır. “Vətən sevgisi nədir?”, “Biz Vətən üçün nə etməliyik?”, “Vətəni necə qorumaq lazımdır?” kimi suallara ən dolğun cavabı burada öyrənmək olar. Bu düşüncələrlə muzeyi gəzirəm. 

Buradakı eksponatlar qəhrəman oğul və qızlarımızın keçdiyi yolları gözlərim önünə gətirir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitabların hər biri ən qiymətli eksponatlardır. Guşələrin birindən haqq səsimiz ucalır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR