23 Dekabr 2024, Bazar ertəsi

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyasının ilk tamaşası olmuşdur. Bu əsər müəllifin ikinci əsəridir ki, teatrımızın səhnəsində oynanılır.
Əli Əmirlinin bu komediyasında hadisələr ölkəmizin iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrdə – keçən əsrin 90-cı illərində bir ailənin timsalında cərəyan edir. Gündə­lik dolanışıq ucbatından elmi işini yarımçıq qoymağa məcbur olmuş Sarı Qarayevin güzəranı və onun axsaq arvadı Həvva Zərlinskayanın Almaniyada peyda olmuş yaxın qohumundan vərəsə kimi milyard dollar miras qalması tamaşanın fabulasında maraqlı hadisələrin baş verəcəyindən xəbər verir. Tamaşanın sonrakı hissəsində bu pullara sahib olmaq üçün qoyulan şərtlər gülüş situasiyaların yaranmasına səbəb olur. Hadisə ilə bağlı jurnalistlərin yaratdığı səs-küy tamaşanın dinamikasını bir qədər də artırır. Əsər komediya janrında yazılsa da, əslində, hadisələrin mərkəzində dayanan personaj və obrazlar sosial problemlərdən doğan mənəviyyatsızlığı təqdim etməklə gü­lüş yaradır və həm də tamaşaçını düşündürürlər.

Komediyada əsas rolların ifaçıları aktrisa Nurbəniz Niftəliyeva (Həvva Zərlinskaya), Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev (Sarı), aktyor Elnur Rzayev (Qara) bir ailənin simasında mənalı və şən gülüş yaradırlar.
Tamaşada başqa tiplər – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev (Dilənçi), gənc aktyorlar Anar Eyvazov (Vəkil), Səyyad Məmmədov (Əlvan), Nurlan Qafarov (Pəhləvan) bu hadisələrin gedişində daha çox öz xeyir və mənafelərini düşündükləri üçün gülüş hədəfinə çevrilirlər. Bu vəziyyətdən istifadə edib varlanmaq onların əsas məqsədidir.
Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayram­ov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərovdur.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR