23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov çıxış edərək bildirmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına böyük qayğı göstərilir, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılır. 2000-ci ilin may ayından yeni tələb və tapşırıqlarla fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı artıq 15 ildir ki, müntəzəm olaraq muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir.

Qeyd olunmuşdur ki, hesabat dövründə təşkilat üzvlərinin əsərləri ölkəmizdə keçirilən mötəbər tədbirlərdə səsləndirilmiş və böyük rəğbətlə qarşılanmışdır. Belə ki, 30 ok­tyabr – 5 noyabr 2014-cü ildə keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının musiqi festivalında Naxçıvan bəstəkarlarının əsərləri də səsləndirilmişdir.
İdarə Heyətinin yeni tərkibi seçildikdən sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvü Günay Məmməd­ova təşkilatın sədri vəzifəsinə tanınmış bəstəkar Yaşar Xəlilovun namizədliyini irəli sürmüşdür. Təklif yekdilliklə dəstəklənmişdir.
Naxçıvan Muxtar Respublikası Bəstəkar­lar Təşkilatının yeni sədri Yaşar Xəlilov ona göstərilən etimada görə təşkilat üzvlərinə minnətdarlığını bildirmiş, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd etmişdir.
Konfransın qərar layihəsi oxunmuş və yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək Bəstəkarlar Təşkilatının ötən müddət ərzində fəaliyyətində olan nöqsanlardan danışmışdır. Qeyd etmişdir ki, təşkilat gələcəkdə buraxılan nöqsanları aradan qaldırmalı, muxtar respublikada musiqi mədəniyyətinin inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirməlidir. Naxçıvanı vəsf edən yeni əsərlər yaradılmalı, istedadlı gənc­lərin üzə çıxarılması məqsədilə müsabiqələr təşkil edilməli, xalq rəqsləri və yallıların aşkar edilib nota köçürülməsi, hesabat konsertlərinin, tanınmış bəstəkar və musiqiçilərin xatirə gecələrinin, ustad dərslərinin keçirilməsi təmin olunmalıdır.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR