23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımına həsr edilmiş “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisi açılıb. Sərgidə əksəriyyəti gənc­lərdən ibarət olan 19 rəssamın 29 əsəri nümayiş etdirilir.
Açılış mərasimində əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş hərbi cinayətdir. Azərbaycan xalqı, bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq. Xocalıda törədilən soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. Bu faciənin bədii ədəbiyyat, kinofilmlər, musiqi və rəsm əsərlərində əks olunaraq gələcək nəsillərə, eyni zamanda dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparılır.
Tədbirdə sənətşünas Nizami Alıyevin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Eldar Zeynalovun da çıxışları olub.
Bildirilib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir və ermənilərin törətdikləri bu soyqırımı haqqında ictimaiyyətə obyektiv məlumatlar çatdırılır.
Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgi fevralın 27-dək davam edəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR