23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Filarmoniyasında “Rast dəstgahı” muğam məclisi olub. Tədbirin aparıcısı bildirib ki, muğam sənəti musiqi mədəniyyətimizin zəngin xəzinəsidir. Muğam hər bir azərbaycanlının mənəvi dünyasına əbədi daxil olmuşdur. Buna görə də muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin əbədiyaşar sənətidir.

Bu gün Azərbaycanda muğam sənətinə dərin məhəbbət və ehtiram vardır. Muğamın qorunub saxlanılmasına və təbliğinə, bu sənəti yaşadanlara böyük qayğı göstərilir. 

“Rast dəstgahı” muğam məclisində xanəndə və müğənnilərdən Azərbaycan Respublikasının Əməkdar artistləri Qurban Qasımov, Vilayət İsmayıl­ov,­ Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, Zülfüqar Mahmudov, müğənnilərdən Qəribə Həsənova, Nərmin Hüseyn­ova “Rast”ın şöbə və guşələrindən ibarət dəstgah ifa etmişlər.
Muğam ifaçılarını Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev (tarda), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Aqib Seyidov (kamançada), Qasım Bağırov (balabanda), Məmmədəli Babayev (nağarada), həmçinin Sevinc Babayeva (qanunda) və Sərxan Abdullayev (udda) müşayiət etmişlər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR