23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan: intibahın 20 ili” mövzusuna həsr olunmuş rəsm sərgisi keçirilib. 

Rəsm sərgisinin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva gənc istedadların üzə çıxarılmasında belə sərgilərin əhəmiyyətli rol oynadığını bildirib.
Ülviyyə Həmzəyeva deyib ki, sərginin keçirilməsi əlamətdar bir günə – 14 iyula təsadüf edir. 1969-cu ildə məhz bu gün müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndər Heydər Əliyev ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlib.
“Ümummilli lider Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının daim inkişaf etməsini arzulayırdı. Bu gün Onun arzuları həyata keçirilir, ölkəmiz sürətlə inkişaf edir”, – deyən Ülviyyə Həmzəyeva qeyd edib ki, Naxçıvan Muxtar Respublikası 1995-ci ildən sonra sürətli inkişaf yoluna qədəm qoyub. Son 20 ildə muxtar respublikada ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi bu qədim diyarı yeni inkişaf mərhələsinə yüksəldib. Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcı­lıq təşkilatlarını, o cümlədən muxtar respublikanın Rəssamlar Birliyini də əhatə edib.

Ardını oxu...

Hər bir xalqın tarixini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini, mədəni abidələrini öyrənmək üçün ən gözəl vasitələrdən biri muzeylərdir. Belə mədəniyyyət müəssisələri müxtəlif sahələri əhatə etməklə keçmişdən bu günə körpü rolunu oynayır. Muxtar respublikada “Muzey günləri”nin tərtib olunması bu cəhətdən böyük əhəmiyyət daşıyır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların kollektivləri Naxçıvan şəhərində, rayonlarda yaradılmış muzeylərə gedir, həmin muzeylərlə yaxından tanış olurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamında deyilir: “Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir”.
Günümüzdə xalq tətbiqi sənət növünün və əl işlərinin satışı onların təbliğ olunmasında stimulverici amildir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində əl işləri mağazasının fəaliyyətə başlaması da bu məqsədə xidmət edir.

Ardını oxu...

İsti yay günlərindən birində yolum Şahbuz rayonunun eyniadlı kəndindən düşür. Eşitdiyimə görə, ağac şivlərindən müxtəlif əşyalar hörən Həsən Sadiqov burada yaşayır.
Kənd sakinlərindən soraqlayıb onun evini axarlı-baxarlı evlər arasında tapıram. “Ay ev yiyəsi” deyə çağırdığımda evdən bəstəboy, gülərüz bir kişi çıxır, – xoş gəlmisiz, buyurun, həyətə keçin, – deyir. Əslində, bizi elə ilk təklifdə həyətə keçməyə ürəkləndirən Həsən dayı yox, onun həyətinin balaca, qonaqların üzünə səmimiyyətlə açılmış qapısı olur. Çünki bu qapı əsl kənd həyəti qapısıdır. Nə üzərində zirehi olan darvazaya bənzəyir, nə də indi şəhər yerlərində dəbdə olan, qonağa gəl yox, get deyən seyf qapıları adlanan darvazalara.
Həsən dayı ilə salamlaşıb içəri giririk. Çox keçmir ki, evin xanımı da bizə “xoş gəldin” edir, həyətdəki balaca masanın üzərinə çay stəkanları, qarağat mürəbbəsi qoyulur, elə söhbətimizə də bu süfrə arxasında davam edirik:
– Həsən dayı, ağac şivlərindən, kollardan müxtəlif əşyalar düzəltməyə maraq necə yaranıb? Nə vaxtdan bu işlə məşğul olursunuz?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin tədbirlər planına uyğun olaraq, Babək Rayon Uşaq yaradıcılıq mərkəzində rəssamlıq sənəti və rəsm çəkmək texnikasına dair praktik məşğələ keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən məşğələdə Babək rayonunun ümumtəhsil məktəblərində fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri iştirak ediblər.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək şagirdlərə birliyin fəaliyyəti, həmçinin Naxçıvanın istedadlı rəssamları barədə ətraflı məlumat verib. Təsviri sənətin bir növü olan qrafika barədə danışan Ülviyyə Həmzəyeva bildirib ki, qrafikaya müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Azərbaycan incəsənətinin məhsuldar sənət növləri arasında qrafika özünəməxsus yer tutur. Onun dəzgah, kitab, sənaye qrafikası və plakat kimi başlıca növləri, əsasən, 1920-ci ildən sonra təşəkkül tapmasına baxmayaraq, ötən illər ərzində maraqlı inkişaf yolu keçib.

Ardını oxu...

“Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, kollecin musiqi kollektivlərinin muxtar respublikanın şəhər və rayonlarında konsertlərinin keçirilməsi davam etdirilir. Dünən kollecin musiqi kollektivləri Culfa Rayon Mədəniyyət Evində konsert pro­qramı ilə çıxış ediblər.
Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov konsert başlamazdan əvvəl çıxış edərək “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın Naxçıvan musiqiçilərinin böyük sevincinə səbəb olduğunu bildirib. Qeyd olunub ki, hazır­da kollecdə 552 tələbə 11 ixtisas üzrə təhsil alır. Bu tələbələrin təlim-tərbiyəsi ilə 181 müəllim və konsertmeyster məşğul olur. 1975-ci ildən ötən dövr ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzu­nu olub. Kollecin məzunlarından 420-yə yaxını Culfa rayonundandır. Hazırda kollecdə Culfa rayonundan 43 tələbə təhsil alır.
Sonra konsert olub. Qədim alətlər və “Dilruba” muğam ansambllarının, estrada orkestrinin və “Naxçıvanqala” ritm qrupunun müşayiəti ilə səsləndirilən mahnılar və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi

(Əvvəli qəzetimizin 4 iyul 2015-ci il tarixli sayında)

“Şərq qapısı” qəzetinin müharibə dövründəki fəaliyyətindən bəhs edərkən qəzetə rəhbərlik etmiş redaktorların həmin illərdəki çətin və məsuliyyətli işindən söz açmamaq mümkün deyil. “Şərq qapısı” qəzetinin 50 illiyi münasibətilə çap olunmuş 1 yanvar 1972-ci il (№1) tarixli xüsusi buraxılışında müharibə dövründə qəzetə bir müddət rəhbərlik etmiş Məmmədəli Tarverdiyevin təbrik məktubunda 1941-1945-ci illərdə qəzetin keçdiyi ağır və məşəqqətli günlər xatırlanır, hətta ən çətin anlarda belə ruhdan düşmədiklərindən, “Hər şey Vətən üçün!” şüarını əsas tutaraq insanları Vətən uğrunda mübarizəyə səslədiklərindən bəhs olunur.

Məqalədən aydın olur ki, “Şərq qapısı” qəzetinin müharibə dövründə cəbhədə vuruşan və ad-san qazanan naxçıvanlı döyüşçülərdən bəhs edən xüsusi nömrəsi çapdan çıxmışdır. Həmin nömrədə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev, Abbas Quliyev, polkovnik Akim Abbasov, kapitan Həmzə İbrahimov, həkimlərdən Əbdüləli Tahirov, Surə Allahverdiyeva, tibb bacısı Firuş Məmmədəliyeva, sıravi əsgər Allahverdi Kərimov və başqalarının düşmənlə mübarizəsini əks etdirən məqalələr öz əksini tapmışdır. Yüksək səviyyədə hazır­lanan bu nömrə paytaxt qəzetlərinin də diqqətini cəlb etmiş və “Kommunist” qəzeti “Cəbhəni sevən, cəbhəçini sevdirən qəzet” başlığı altında həmin nömrəyə müsbət xülasə vermişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il iyunun 2-də “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında “Mətbuat: tarix və müasirlik” mövzusunda dəyirmi masa müzakirələrinin təşkil olunması da nəzərdə tutulmuşdur.
İyulun 8-də Şahbuz Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Oğuz səsi” qəzetinin redaksiyasında bu mövzuda dəyirmi masa keçirilmişdir. Tədbirdə Naxçıvan Mətbuat Şurasının üzvləri, şəhər və rayon qəzetlərinin redaktorları, “Oğuz səsi” qəzetinin əməkdaşları iştirak etmişlər.

Ardını oxu...

Nəqqaşlıq hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialların üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ-tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə, əsasən, məişət əşyalarının bəzək işlərində tətbiq olunur. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlərboyu yüksək qiymətləndirilib. Nəqqaşlıqla məşğul olan kəslərə nəqqaşlar deyilir. 

Nəqqaşlar ya əl ilə, ya da mexaniki üsulla işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən, nəqqaşlar həm də rəssam və xəttat olurlar. Dekorativ-tətbiqi sənətin ən zərif növlərindən biri sayılan nəqqaşlıq uzaq keçmişdə şöhrətli peşə sahəsi kimi tanınıb. İndi daha çox müasirləşib və nisbətən istiqamətini də genişləndirib. Qədim zamanlarda işlənmə xüsusiyyətləri xüsusi peşəkarlıq tələb etdiyi üçün uzun zaman bu sənətlə yalnız məharətli ustalar məşğul olublar. Bu əl işləri metal, daş, taxta, şüşə üzərinə cızılan təsvirlər və ya dekorativ bəzək işlərindən ibarət idi. Çox zaman nəqqaşlar rəssamlığı və xəttatlığı gözəl bilən şəxslər olurdu. Nəqqaşlıq sənəti ilk dəfə Çində yaranıb. Sonrakı mərhələlərdə nəqqaşlıq sənəti Yunanıstan və Orta Asiyada inkişaf etməyə başlayıb. Azərbaycanda da nəqqaşlığın inkişafında böyük rol oynayan sənətkarlar yaşayıb. Şah İsmayıl Xətainin dövründə Səfəvi sarayının yanında məşhur Təbriz sənət məktəbi təsis olunub. Tanınmış rəssam Behzad Heratdan bura qayıdıb və bu məktəbə başçılıq edib. Behzad bu dövrdə xüsusilə böyük Azərbaycan şairi Nizaminin əsərlərini bəzəməklə məşğul olub.

Ardını oxu...

İyulun 1-də Ordubad şəhərindəki Məmməd Səid Ordubadinin ev-muzeyində “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabının təqdimat mərasimi keçirilib.
Mərasimi Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında” 2012-ci il 10 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq, yazıçının əsərlərinin bir qismi yenidən çap olunub.

Ardını oxu...

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun “Palitraya sığmayan rənglər” miniatür kitab-kataloqunun təqdimat mərasimi olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında rəssamlara böyük diqqət və qayğı göstərilir. Rəssam Şamil Qazıyevin yaradıcılığı ilə bağlı hazırlanan kitab-kataloqun, Naxçıvanın füsunkar təbiətinin fotoetüdlərinin və muxtar respublikada yaşayıb-yaradan rəssamların əsərlərindən ibarət “Naxçıvan” kataloqunun, Azərbaycan Respublikasının Əməkdar rəssamı Mircəlil Seyidovun kitab-albomunun, Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloqun, “Naxçıvan – bəşəriyyətin beşiyi” rəsm festivallarının kataloqlarının nəşr olunması muxtar respublika rəhbərinin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən xalq teatrlarının festivalı başa çatıb. 

Festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şahbuz Rayon Xalq Teatrı böyük bəstəkar və dramaturqumuz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını göstərib.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış ikihissəli tamaşa ilə 132-ci teatr mövsümünü başa çatdırıb.
Tamaşadan əvvəl Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev çıxış edərək Naxçıvan teatrının keçdiyi şərəfli inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən, onların estetik zövqünün formalaşmasında, işıqlı və mütərəqqi ideyaların yayılmasında gördüyü işlərdən söhbət açıb. Qeyd olunub ki, ötən mövsümdə hazırlanmış “Yəhya bəy Dilqəm”, “Qurtuluş dastanı”, “Nadanlıq” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanan səhnə əsərləridir. Teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu ilə birlikdə muxtar respublikanın müxtəlif rayonlarında dövlətçilik, vətənpərvərlik mövzusunda qələmə alınmış “Koroğlunun Çənlibelə qayıdışı”, “Araz sahilində doğan Günəş”, “Qurtuluş dastanı” kimi tamaşaların gənclər qarşısında nümayişini təşkil edib. Bu tamaşalarda dövlətçilik ideyaları, Vətənin müstəqilliyə qovuşması əksini tapdığı üçün gənclər tərəfindən maraqla qarşılanıb.

Ardını oxu...

Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun anadan olmasının 60 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov açaraq Naxçıvan musiqi mədəniyyətinə dəyərli töhfələr vermiş Şəmsəddin Qasımovu təbrik edib və ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, Şəmsəddin Qasımov Naxçıvan şəhərindəki 1 nömrəli Uşaq musiqi məktəbini bitirdikdən sonra təhsilini Asəf Zeynallı adına Musiqi məktəbində davam etdirib, sonra isə Azərbaycan İncəsənət Universitetini bitirib. O, muxtar respublikanın bir sıra uşaq musiqi məktəblərində müəllim işləyib. Şəmsəddin Qasımov bəstəkarlıqla bərabər, bu gün də pedaqoji fəaliyyətini davam etdirir, Naxçıvan Dövlət Universitetində gənclərə musiqimizi tədris edir.
Qeyd olunub ki, Şəmsəddin Qasımov bəstəkarlığa tələbəlik illərində başlayıb, bu illərdə onlarla mahnı bəstələyib. Onun musiqi sahəsində xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, iki dəfə Prezident mükafatına, 2005-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, iyunun 20-də xalq teatrlarının festivalına start verilib. Dünən Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı C.Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında hazırlanmış “Yuxu” tamaşası ilə səhnəyə çıxıb.
Tamaşanın quruluşçu rejissoru və səhnə üçün işləyəni Nəsimi Məmmədzadədir. Nəsimi Məmmədzadə orijinal üsulla hazırladığı tamaşaya həm də maraqlı musiqi seçib. Tamaşada məşhur “Ölülər” əsərində İsgəndərin monoloqu üzərində dayanılaraq sanki keçmişdən bu günə nəzər salınır. Xurafatın, cahilliyin hökm sürdüyü mühitdə içkiyə qurşanan İsgəndərlə (aktyor Nemət İslamoğlu) kənd qəbiristanlığında qarşılaşırıq. Məşhur monoloqu ilə səhnədə görünən kefli İsgəndər bacısı Nazlını (aktrisa Nurbəniz Niftəliyeva) görür və onun halına, bacısı kimi cavan qızların yaşlı, qoca kişilərə ərə verilməsinə acıyır. Qəbiristanlıq səhnəsində Şeyx Nəsrullahın (aktyor Məhərrəm Əbilsoy) peyda olması hadisələrə bir az da dinamizm gətirir. Tamaşada kütləvi səhnələr də hadisələrin gərginliyini artırır.

Ardını oxu...

“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən, milli mətbuatın 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin plana uyğun olaraq, tədbirlər keçiriləcək, milli mətbuatın keçdiyi inkişaf yolu barədə yazılar hazırlanıb oxuculara təqdim ediləcək.
“Şərq qapısı” qəzeti ölkənin qocaman mətbuat orqanlarından biridir. Qəzet ötən dövr ərzində muxtar respublikanın ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynamış, dövrün, zamanın salnaməsinin yaradılmasında şərəfli bir yol keçmişdir. “Şərq qapısı”nda güclü jurnalistlər məktəbi yaranmış, mətbuat orqanında çalışanlar öz vəzifə borclarını ləyaqətlə yerinə yetirməyə səy göstərmiş, qəzetin regionun aynasına çevrilməsi üçün bacarıqlarını əsirgəməmiş və buna nail ola bilmişlər. Qəzetimizin bu nömrəsindən başlayaraq “Şərq qapısı”nın keçdiyi yol haqqında silsilə yazılar dərc olunacaq. “Şərq qapısı” qəzetinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyidin “Cavanlar həyatı”, “Füqəra səsi” qəzetləri “Şərq qapısı”nın sələfi kimi” adlı ilk yazısını oxuculara təqdim edirik.

Ardını oxu...

 Türkiyəli rəssamlar qədim diyarımızın tarixinə və bugünkü növrağına heyran qalıblar

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyə Gözəl Sənət Əsərləri Sahibləri Peşə Birliyinin (GESAM) 30 nəfər üzvünün rəsm sərgisi təşkil olunub. Rəsm əsərlərinin, fotoşəkillərin və heykəltəraşlıq nümunələrinin nümayiş etdirildiyi sərgidə 70 əsər sənətsevərlərə təqdim edilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonunda GESAM-ın idarə heyətinin üzvü və Türkiyə Respublikası Turizm Nazirliyinin əməkdaşı Nezih Demirtepe, həmin təşkilatın üzvü Erdal Bölükbaşı və Türkiyə Respublikasının Turizm Nazirliyinin nümayəndəsi və TRT-nin İdarə Heyətinin üzvü Orhan Kalkanla sərginin sonuncu günü görüşüb həmsöhbət olduq, Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.

Ardını oxu...

İyunun 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatı “Azərbaycan bəstəkarlığının inkişafında Vasif Adıgözəlovun rolu” mövzusunda birgə konfrans keçirmişlər. 

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, bu il görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 fevral 2015-ci il tarixdə “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 2015-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. “Azərbaycan bəstəkarlığının inkişafında Vasif Adıgözəlovun rolu” mövzusunda konfransın keçirilməsi də həmin Tədbirlər Planında nəzərdə tutulan tədbirlərdən biridir.
Nazir Vasif Adıgözəlovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolundan danışmış, bəstəkarın janr müxtəlifliyi, forma rəngarəngliyi ilə seçilən, ürəkləri riqqətə gətirən əsərlərindən söhbət açmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyə Gözəl Sənət Əsərləri Sahibləri Peşə Birliyinin (GESAM) 30 nəfər üzvünün rəsm sərgisi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən sərgidə yağlı, sulu boyalarla, qrafika üsulu ilə çəkilmiş, eyni zamanda fotoşəkillərdən və heykəltəraşlıq nümunələrindən ibarət 70 əsər sərgilənir.
Sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, bu gün Naxçıvanda bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahələrində də böyük nailiyyətlər əldə olunub. Son illərdə muxtar respublikada Azərbaycanın tanınmış rəssamı Bəhruz Kəngərlinin adını daşıyan muzeyin yaradılması, muxtar respublikanın Rəssamlar Birliyi üçün yeni binanın tikilərək istifadəyə verilməsi, Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxət, Naxçıvan Müəllimlər İnstitutunda isə Təsviri incəsənət müəllimliyi ixtisaslarının açılması da bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.

Ardını oxu...

Ötən şənbə günü Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Lira” musiqili-intellektual oyunu keçirilib.
Oyunda Naxçıvan şəhərinin və Ordubad rayonunun uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri iştirak ediblər. Muxtar respublikada ilk dəfə keçirilən “Lira” musiqili-intellektual oyununun məqsədi şagirdlərin musiqi haqqında dünyagörüşünü genişləndirmək, xalqımızın görkəmli bəstəkarlarının həyat və yaradıcılığını təbliğ etməkdir. Musiqili-intellektual oyunda iştirak edən məktəblərin komandaları müvafiq olaraq belə adlandırılmışdı: “Ballada” (Naxçıvan Şəhər 1 №-li Uşaq musiqi məktəbi), “Hicaz” (Naxçıvan Şəhər 2 №-li Uşaq musiqi məktəbi), “Simayi-şəms” (Naxçıvan Şəhər 3 №-li Uşaq musiqi məktəbi), “Buta” (Naxçıvan Şəhər 4 №-li Uşaq musiqi məktəbi), “Ariya” (Naxçıvan Şəhər Uşaq incəsənət məktəbi), “Cəngi” (Naxçıvan Şəhər Uşaq musiqi və bədii sənətkarlıq məktəbi), “Ruhani” (Qaraçuq Kənd Uşaq musiqi məktəbi), “Melodiya” (Ordubad Şəhər Uşaq musiqi məktəbi).
Oyun başlanmazdan əvvəl aparıcı iştirakçıları oyunun şərtləri ilə tanış etdi.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, xalq teatrlarının festivalına start verilib. Festivalın ilk günü Babək Rayon Xalq Teatrı görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını göstərib.
Tamaşanın nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov çıxış edərək teatrsevərləri festival münasibətilə təbrik etdi. Azərbaycan teatr sənətinin və xalq teatrının inkişafı tarixindən danışan nazir xalqımızın yaratdığı qədim xalq oyun və meydan tamaşalarından geniş söhbət açdı. Bildirdi ki, bu tamaşalar xalq yaradıcılığımızın, folklorumuzun qədim və zəngin ənənələrini yaşadır. Muxtar respublikamızda xalq yaradıcılığına göstərilən qayğı və diqqət öz bəhrəsini verməkdədir.

Ardını oxu...

10-15 iyun 2015-ci il tarixlərində İran İslam Respublikasının Mədəniyyət, Əl İşləri və Turizm Təşkilatının dəstəyi ilə İranın paytaxtı Tehran şəhərinin Beynəlxalq Sərgi Mərkəzində Dördüncü Beynəlxalq Əl İşləri Sərgisi keçirilib.
Sərgidə dünyanın müxtəlif yerlərindən gəlmiş 450-dən çox sənətkar öz əl işini nümayiş etdirib. Muxtar respublikadan isə taxta üzərində oyma sənəti üzrə Akif Həsənov və Afət Əhmədova sərgidə iştirak ediblər.
Sərgidə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən xalq yaradıcılığı emalatxanasının sənətkarlarının hazırladığı 25 adda taxta üzərində oyma sənətinə dair əl işləri nümayiş olunub. Muxtar respublika sənətkarlarının əl işləri sərgidə maraqla qarşılanıb, həmin işlər yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi tərəfindən Adil Babayevin “Kor­oğlunun Çənlibelə qayıdışı” tamaşası Babək rayonunun teatrsevərləri qarşısında nümayiş etdirilib.
Babək Rayon Mədəniyyət Evində nümayiş etdirilən tamaşada illər öncə baş verən hadisələr canlandırılır. Tarixilik, müasirlik və elmiliyin vəhdət təşkil etdiyi bu səhnə əsərində ölkəmizin təlatümlər, təhlükələr içərisində, daxili çəkişmələr, xarici təsirlər nəticəsində dağılmaq üzrə olduğu bir vaxtda xalqın və bir çox ovaxtkı dövlət rəhbərlərinin dəvəti, xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya, ikinci dəfə ali hakimiyyətə qayıdışı əks olunur.
Qeyd edək ki, tamaşa Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təqdim olunmuşdur.

 Səbuhi Hüseynov

15 İyun – Milli Qurtuluş Gününü muxtar respublikamız rəngarəng bayram libasında və yüksək ovqatda qeyd etdi. Elə həmin gün şəhər və rayonlarımızda rəngarəng konsert proqramları təşkil olundu. Konsertlərdə paytaxt Bakı şəhərindən dəvət olunmuş müğənnilərin ifa etdikləri mahnılar muxtar respublika sakinlərinin bayram sevincinə əlavə sevinc qatdı, onların könüllərini oxşadı. Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova da dəvət olunanlar içərisində idi. Sevincimizə sevinc qatmağa gələn sevimli müğənnimizi bayram münasibətilə təbrik etdik, həm də səfər təəssüratlarını öyrəndik. Müğənni Naxçıvan insanlarına, Naxçıvan torpağına vurğunluğunu belə ifadə etdi:

Ardını oxu...

Məktəblilərin yay tətili günlərinin səmərəli təşkili məqsədilə muxtar respublikada mövcud imkanlardan geniş istifadə edilir, müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlər məktəblilərin bilik və bacarıqlarının artırılmasına, onların vətənpərvərlik hislərinin gücləndirilməsinə, istedad və bacarıqlarının üzə çıxarılmasına istiqamətləndirilir.
Naxçıvan Dövlət Film Fondu da məktəblilərin yay tətili günlərində onların asudə vaxtının səmərəli keçməsi üçün maraqlı filmlərin nümayişini təşkil edir.
Fonddan aldığımız məlumata görə, iyun ayının 17-dən başlayaraq məktəblilər yenə də bu imkandan yararlana biləcəklər. Belə ki, həftənin çərşənbə, cümə axşamı və cümə günləri saat 1100-də filmlərin nümayişinə başlanılacaq. “Xoca”, “Fəryad”, “Ağ atlı oğlan”, “Sehrli xalat”, “Qaraca qız”, “Mən mahnı bəstələyirəm”, “Bir qalanın sirri” və başqa filmlər məktəblilərə təqdim olunacaq.

Xəbərlər şöbəsi

Bu günlərdə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən solo konsertdə 17 yaşlı gənc qızın fortepianoda müxtəlif bəstəkarların əsərlərini peşəkarlıqla səsləndirməsi və yüksək səhnə mədəniyyəti nümayiş etdirməsi tamaşaçıları heyran qoydu. 

Bu gənc qız sanki bir imtahan, sınaq qarşısında idi. Solo konsertlə gənc istedadımız zəhmət, məsuliyyət adlı körpüdən uğurla keçərək tamaşaçı ilə öz arasında canlı körpü yaratdı. Tamaşaçı alqışları onu daha ruhlandırdı, daha böyük uğurlar qazanmağa sövq etdi. Bu gənc istedadı oxucularımızla yaxından tanış etmək üçün onu redaksiyamıza dəvət etdik. Öyrəndik ki, həssas və gözəl musiqi duyumu və qavrayışı hələ onda uşaq yaşlarından özünü büruzə verib. Valideynləri onun musiqi həvəsinin keçici olduğunu zənn edirdilər. Ancaq Rövşanə İsmayılxanlı böyüdükcə musiqiyə olan həvəs də onunla bərabər böyüyürdü. Bu həvəs Rövşanəni 2007-ci ildə Naxçıvan şəhər 2 nömrəli Uşaq musiqi məktəbinə gətirib çıxarır. O, burada musiqi sənətinin ilkin sirlərinə yiyələnir.
Musiqi təhsili prosesinin yüksək səviyyəyə çatmasında müsabiqələrin və baxışların keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir; belə yarışlarda iştirak edənlərə rəqabət hissi aşılanır, əsl sənət mübarizəsi onların ifaçılıq səviyyəsinin yüksəlməsinə, daxilən zənginləşməsinə səbəb olur. Rövşanə də təhsil almaqla yanaşı, keçirilən müsabiqələrdə tez-tez çıxışlar edir.

Ardını oxu...

15 İyun – Milli Qurtuluş Günü münasibətilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin konsertləri davam etdirilir. İyun ayının 10-da Babək rayonunun Cəhri Kənd Uşaq musiqi məktəbinin şagirdləri Vayxır kənd mədəniyyət evində, Şərur rayonunun Şəhriyar Kənd Uşaq musiqi məktəbinin şagirdləri Kürkənd Mərkəzində, Kəngərli rayonunun Qıvraq Qəsəbə Uşaq musiqi məktəbinin şagirdləri Qabıllı Kənd Mərkəzində, iyun ayının 11-də Babək rayonunun Nehrəm Kənd Uşaq musiqi məktəbinin şagirdləri Güznüt kənd mədəniyyət evində, Şərur rayonunun Yuxarı Daşarx Kənd Uşaq musiqi məktəbinin şagirdləri Aşağı Yaycı Kənd Mərkəzində, Culfa rayonunun Bənəniyar Kənd Uşaq musiqi məktəbinin şagirdləri Xanəgah Kənd Mərkəzində bayram konsertləri vermişlər. Konsertlərdə Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ilə yanaşı, xarici ölkə bəstəkarlarının da əsərləri səsləndirilmişdir.
Konsertlərdən əvvəl bildirilmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyev həm Sovetlər Birliyi dönəmində, həm də müstəqilliyimiz illərində milli mədəniyyətin inkişafına xüsusi diqqət yetirmiş, məqsədyönlü tədbirlər həyata keçirmişdir. Dahi rəhbər yeniyetmə və gənclərin bacarıq və istedadlarının üzə çıxarılmasına, bu məqsədlə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin, eləcə də digər incəsənət təmayüllü tədris ocaqlarının yaradılmasına, onların fəaliyyətinin düzgün istiqamətləndirilməsinə ciddi önəm vermişdir.

Ardını oxu...

15 İyun – Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edirlər. İyunun 8-də Şərur Şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin Sərxanlı Kənd Mərkəzində keçirilən konsertindən əvvəl məktəbin direktoru Sədi İsmayılov çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinin bəhrələri yurdumuzun hər yerində olduğu kimi, Şərur rayonunda da öz möhtəşəmliyi ilə görünməkdədir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Şərurda iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, müstəqillik illərində ulu öndərin uzaqgörən siyasəti nəticəsində bu rayonun da həyatında yeni mərhələ – inkişaf və tərəqqi dövrü başlayıb.
Sonra məktəbin musiqi kollektivlərinin ifasında mahnılar səsləndirilib.
Həmin gün Babək Rayon Uşaq musiqi məktəbi şagirdlərinin Nehrəm kənd mədəniyyət evində, Culfa Şəhər Uşaq musiqi məktəbinin musiqi ansambllarının Yaycı Kənd Mərkəzində, iyunun 9-da isə Naxçıvan Şəhər Qaraçuq Kənd Uşaq musiqi məktəbi şagirdlərinin Şəkərabad Kənd Mərkəzində, Şahbuz Rayon Uşaq musiqi məktəbi şagirdlərinin Badamlı Qəsəbə Mərkəzində, Şərur Rayon Çərçiboğan Kənd Uşaq musiqi məktəbi şagirdlərinin Aşağı Daşarx Kənd Mərkəzində, Naxçıvan Şəhər 1 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin Qaraçuq kənd mədəniyyət evində rəngarəng repertuarla çıxışları olub.

Xəbərlər şöbəsi

İyunun 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bəhruz Kəngərli adına rəsm dərnəyinin üzvlərinə rəssamlıq sənətinə və rəsm çəkmək texnikasına aid təcrübi dərs keçilib.
Mərkəzdə keçilən dərs Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və muxtar respublikanın Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
30-dək dərnək üzvünün iştirak etdiyi təcrübi dərsdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov görkəmli Azərbaycan rəssamları barədə ətraflı məlumat verib. Ölkəmizdə realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli barədə ətraflı söhbət açan rəssam bildirib ki, Bəhruz Kəngərli təsviri incəsənət tariximizə adı qızıl hərflərlə yazılmağa layiq nadir istedad sahiblərindən biri olub. Görkəmli rəssamdan bizə yadigar qalan “Atabəy məqbərəsi”, “İmamzadə”, “Nuhun qəbri”, “İlanlıdağ”, “Qızlar bulağı”, “Qoca kişi” kimi əsərlər ifadəliliyi, bədii-estetik dəyəri ilə diqqət çəkir. Bəhruz Kəngərli bütün varlığı ilə doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alan və bunu yaradıcılığında öz mükəmməlliyi ilə əks etdirən böyük rəssam olub.
Sonra rənglərin qatılması, rəsm əsərinin quaş boyalarla rənglənməsi əyani olaraq izah edilib. Əli Səfərov uşaqlara nağıl qəhrəmanı göyçək Fatma obrazının təsvirinin çəkilmə qaydasını göstərib. O, uşaqların fantaziyasının inkişaf etdirilməsi üçün nağıllara müraciət etməsinin vacibliyini bildirib.
Sonda dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində növbəti fərdi rəsm sərgisinin açılışı olub. Universitetin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Turanə Hüseynovanın müxtəlif janrlarda yaratdığı 30 əsər sərgidə nümayiş etdirilir.
Fərdi yaradıcılıq sərgisində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov təhsil ocağında muxtar respublika rəhbərinin böyük qayğısı sayəsində güclü maddi-texniki bazanın yaradıldığını diqqətə çatdırıb. Bu, ali təhsil ocağında yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanmasına geniş imkanlar açır.
Rektor universitetdə dəfələrlə fərdi rəsm sərgilərinin təşkil olunduğunu bildirib, təhsil ocağında artıq peşəkar rəssamlıq məktəbinin formalaşdığını qeyd edib. O, fərdi üslubu ilə seçilən növbəti rəsm sərgisinin müəllifi Turanə Hüseynovaya bu yolda nailiyyətlər arzulayıb.

Ardını oxu...

İyunun 5-də AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 60 yaşı tamam olmuşdur. Bu münasibətlə AMEA Naxçıvan Bölməsində yubiley tədbiri keçirilmişdir.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Vəli Baxşəliyevin keçdiyi ömür yolundan, onun Azərbaycan arxeologiyasının inkişafındakı xidmətlərindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, Vəli Baxşəliyev 200-dən çox elmi əsərin, 30 monoqrafiyanın, 50-dən çox elmi-publisistik məqalənin müəllifidir. Alimin məhsuldar elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Vəli Baxşəliyevi Ali Məclisin Fəxri Fərmanı ilə təltif etmişdir.
Əli Həsənov alimi 60 illik yubileyi münasibətilə Ali Məclisin Sədri adından təbrik etmiş və ona Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını təqdim etmişdir.

Ardını oxu...

Bu mövzuda rəsm sərgisi açılıb

İyunun 2-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan: inkişafın 20 ili” adlı rəsm sərgisinin açılışı olub.
38 naxçıvanlı rəssamın 106 əsərinin yer aldığı rəsm sərgisinin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva muxtar respublikanın son 20 ildə intibah dövrünü yaşadığını bildirib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının intibahı məhz 1995-ci il dekabrın 16-dan başlayır. Son 20 ildə muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar qısa dövr ərzində iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən 20 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikanın yarandığı 1924-cü ildən 1991-ci ilədək – yəni 67 il ərzində əldə olunanları xeyli üstələyir.

Ardını oxu...

Mətbuat dövrün ensiklopediyasıdır. Gələcəkdə Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafı və sosial-iqtisadi həyatı ilə maraqlanmaq istəyənlər, ilk növbədə, arxivlərdə, kitabxanalarda saxlanılan, yerli həyatın salnaməsi olan qəzetlərin səhifələrini vərəqləyəcəklər; necə ki indi biz vərəqləyirik. Naxçıvan mühitində qələminin gücü ilə xalqına xidmət edən dahilərin yazıb-yaratdıqları nümunələr keçmişimizdən xəbər verib, gələcəyimizə güzgü tutub. Müxtəlif janrlarda yaradılan həmin qiymətli nümunələr mətbuatımızın bugünkü inkişafının nələr bahasına qazanıldığını göstərir.

XIX əsrdə Naxçıvanda genişlənən maarifçilik əlaqələrinin daha da inkişafı məhz o dövrün mətbu orqanları ilə bağlıdır. Müxtəlif ölkələrin mətbuat orqanları ilə tanış olan ziyalılarımız həm də bu orqanlarda geniş yaradıcılıq imkanlarını sərgiləyirdilər. Məhəmməd Tağı Sidqi, Məhəmmədağa Şahtaxtlı, Eynəlibəy Sultanov, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid belələrindən idi.

Ardını oxu...

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dahi bəstəkarımız, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatından qəzetimizə verilən məlumata görə, konfransda Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədovun həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib, onun Ü.Hacıbəyliyə ithaf etdiyi skripka və fortepiano üçün “Kapriççio” əsəri ifa olunub. Əsəri yüksək peşəkarlıqla beynəlxalq müsabiqələr laureatı, bəstəkar, skripkaçı Anastasiya Vedyakova ifa edib. Onu da qeyd edək ki, bu əsər dünya premyerasına vəsiqə qazanıb.
Konfransın ikinci mərhələsində bəstəkarın Ü.Hacı­bəyliyə həsr etdiyi “Aşıqsayağı” (dörd skripka və fortepiano üçün) əsəri ifa olunub.

Xəbərlər şöbəsi

28 May – Respublika Günü münasibətilə muxtar respublikada keçirilən silsilə tədbirlər sırasında regionun uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri kollektivlərinin ayrı-ayrı ünvanlarda konsertlərinin təşkili də diqqət çəkir. 

Dünən təşkil olunan muxtar respublikanın 4 uşaq musiqi məktəbi kollektivlərinin konsertləri də tamaşaçılarda xoş ovqat yaradıb. Ordubad Şəhər Uşaq musiqi məktəbinin musiqi kollektivlərinin Yuxarı Əylis Kənd Mərkəzində konserti olub. Məktəbin müəllim və şagirdlərdən ibarət nağaraçalanlar və qarmonçalanlar ansambllarının, xalq çalğı alətləri üçlüyünün, solo ifaçıların, saz müəllimi Məmməd Baxşı­yevin tamaşaçılara təqdim etdikləri musiqi nömrələri alqışlarla qarşılanıb.
Həmin gün Babək rayonunun Zeynəddin Kənd Uşaq musiqi məktəbinin Zeynəddin kənd mədəniyyət evində, Şərur rayonunun Çərçiboğan Kənd Uşaq musiqi məktəbinin Dərəkənd Mərkəzində, Şahbuz rayonunun Kolanı Kənd Uşaq musiqi məktəbinin Biçənək Kənd Mərkəzində konsertləri təşkil olunub. Konsertlərdə ölkə­mizə, müstəqilliyimizə həsr olunmuş mahnılar səsləndirilib. Rəqs kollektivlərinin ifasında milli rəqslərimiz oynanılıb.

Xəbərlər şöbəsi

Bu mövzuda keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb

Mayın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar “İntibahın şəfəqlərilə böyüyürük biz” mövzusunda məktəbəqədər təhsil müəssisələrinin uşaqları və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən rəsm, əl işləri və musiqi müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, eləcə də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil olunan müsabiqədə məktəbəqədər müəssisələrin uşaqları, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlar iştirak ediblər.
Əvvəlcə sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Naxçıvan Muxtar Respublikasında uşaqların hüquqlarının qorunması, təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə müəyyənləşdirilən tədbirlər, həmçinin bu kateqoriyadan olan uşaqların təhsilə cəlbi və onların hərtərəfli inkişafı üçün müxtəlif müsabiqələrin keçirilməsi bu uşaqları erkən yaşlarında cəmiyyətə qoşur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının solooxuma ixtisası üzrə təhsil alan tələbələrinin 28 May – Respublika Gününə həsr edilmiş konserti olub.
Əvvəlcə Musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov solooxuma ixtisası üzrə təhsil alan tələbələrin uğurlu fəaliyyətləri haqqında məlumat verib.
Konsertdə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Rauf Hacıyev, Ramiz Mirişli, Tofiq Quliyevin ölməz bəstələri səsləndirilib. Tələbələrdən Nurbəniz Niftəliyeva, Məhərrəm Quliyev, Vəli Nəsirov, Nigar İbrahimova, Bəhruz Quliyev, Rahim Əsgərzadə və başqalarının oxuduğu mahnılar tamaşaçı alqışları ilə müşayiət olunub. Tələbələrin ifa etdikləri musiqi nömrələri onların musiqi nəzəriyyəsinə, sənətkarlıq səriştəsinə yiyələnməkdə olduqlarını təsdiqləyib.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mübariz Əsgərov konsertlə bağlı fikirlərini bölüşüb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, tədbirin 28 May – Respublika Günü ərəfəsində keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu, tələbələrin ictimai-siyasi həyatda fəallığının ifadəsi kimi diqqət çəkir. Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Gülyanaq Fərzəliyevanın gərgin əməyinin nəticəsində ərsəyə gələn konsertdə tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılığını bildirən rektor bu cür konsertlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Mina Qasımova

Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq musiqi və bədii sənətkarlıq məktəbinin rəsm dərnəyi üzvlərinə “Naturadan rəsm” mövzusunda ustad dərsi keçilib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov tərəfindən keçilən ustad dərsində rəssam dərnək üzvlərini maraqlandıran suallara aydınlıq gətirərək bildirib ki, rəsm prosesində təsvir obyektini – əşyaları bir-birindən cizgilər ayırır. Bu cizgilər vasitəsilə əşyanın fəza hüdudu, forma və ölçüsü müəyyənləşdirilir və bunlar kagıza (materiala) köçürülür. Naturadan rəsm məqsədyönlü müşahidəyə, fikri fəallığa əsaslandığı üçün həmin janra maraq oyadır.
Ustad dərsində Səyyad Bayramov naturadan çəkilən əsərlərin spesifik xüsusiyyətlərindən də söz açıb.

Xəbərlər şöbəsi

Şərur şəhərindəki “Bahar” kino­teatrında rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Şərurun səsi” qəzetinin nəzdində fəaliyyət göstərən “Şərur” ədəbi birliyinin 45 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açıb.
Birliyin rəhbəri İbrahim Yusifoğlu birliyin yaranma tarixindən və fəaliyyətindən danışıb.
Bildirilib ki, ədəbi birlik 1970-ci ildə bir qrup yaradıcı ziyalının müraciətindən sonra təsis olunub və tanınmış pedaqoq Altay Tağızadə ədəbi birliyə rəhbər seçilib. Az vaxt ərzində birlik ədəbi yaradıcılığa maraq göstərən insanları öz ətrafında birləşdirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, Culfa Rayon Mədəniyyət Evində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında Həsənəli Eyvazlının “Araz sahilində doğan Günəş” tamaşası təqdim edilib.
Tamaşa başlamazdan əvvəl Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, asudə vaxtın səmərəli təşkilində bu cür mədəni tədbirlərin böyük rolu olduğu vurğulanıb.
Gənclər Fondunun əməkdaşı Qabil Vəliyev çıxış edərək muxtar respublikada gənclərlə iş sahəsində, gənclərin Vətənə məhəbbət ruhunda tərbiyəsi istiqamətində görülən tədbirlərdən danışıb.
Bildirilib ki, vətənpərvərlik Vətənə, millətə və dövlətə sevgi, ehtiram, bu dəyərlərə hörmətlə yanaşmaq, eləcə də bu dəyərlərin gələcək nəslə çatdırılmasıdır.
Sonra tamaşaya baxış olub. Tamaşanı 200-dən artıq gənc izləyib.
Qeyd edək ki, “Araz sahilində doğan Günəş” tamaşası Naxçıvan üçün çox önəmli tarixi hadisədən – Qars müqaviləsinin bağlanması və Naxçıvana muxtariyyət statusunun verilməsindən bəhs edir.

Xəbərlər şöbəsi

Babək Rayon Xalq Teatrında görkəmli dramaturq N.B.Vəzir­ovun “Yağışdan çıxdıq, yağmura düşdük” dördpərdəli komediyası əsasında hazırlanmış tamaşaya baxış olub.
Tamaşada pullarının əlindən çıxacağı qorxusu ilə ağlını itirmək dərəcəsinə çatmış Hacı Qənbərin gülünc dolu həyəcanı və bir müddət sonra bu “təhlükədən” sıyrılan Hacı Qənbərin “eşq macərası” təqdim edilir. Aktyorların ifasında bu iki hadisə ictimai və psixoloji hal kimi uğurla nümayiş etdirilir.
Ticarət aləminin tipik bir nümayəndəsi olan Hacı Qənbər üçün həyatda ən birinci amal min cür saxta yollarla, yalanlarla pul yığmaqdır. Və bu pulların əldən çıxmaq qorxusu onu dəli edir. Onu heç nə sakitləşdirmir. Lakin bu “təhlükə” sovuşduqdan sonra Hacı Qənbər gənc və gözəl qız olan Yetərin kəbinini özünə kəsdirmək istəyir, beləliklə, “beşgünlük dünyanın” səfasını görəcəyini düşünür.
Lakin gözlənilmədən cavan kəndli Mahmudun Yetəri qaçırması Hacı Qənbəri daha gülünc vəziyyətə salır. Bu məqamda tamaşaçı Hacı Qənbərin mücrüyə yığdığı pulların əsl gözəlliyi fəth edə bilmədiyini dərk edir. Mənəvi dünyanın təzahür forması olan həqiqi və saf duyğular maddi gücə qalib gəlir.

Ardını oxu...

Su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanan ebru sənətinin tarixi çox qədimdir. Bəzi tarixi mənbələrə əsasən, Mərkəzi Asiyadakı Şimali Türküstanda yaranan ebru sənəti XV-XVI əsrlərdə Azərbaycanda daha da geniş yayılmağa başlayıb.
Bu sözləri mayın 20-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində “Ebru sənəti” mövzusunda keçilən ustad dərsində sənətşünas Nizami Alıyev deyib.
Naxçıvan Dövlət Universitetinin “rəngkarlıq” və “təsviri incəsənət müəllimliyi” ixtisasları tələbələrinin iştirakı ilə keçilən ustad dərsində bildirilib ki, tamamilə təbii materiallar əsasında işlənən ebru sənətində rəsmlər qatılaşdırılmış su üzərində hazır formaya salınır. Torpaqdan hazırlanan boyalar mərmər üzərində 4-5 saatadək əzilir. Daha sonra onun içinə öküz ödü qatılır. Bu, boyanı həm incəldir, həm də onun suyun üzərində qalmasına imkan verir. Həmçinin boyalar su üzərində göyqurşağı kimi bir-birinə qarışmır və bu, boyanın həm də yapışqanlıq xüsusiyyətini təmin edir.

Ardını oxu...

Tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Faiq Sücəddinov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində may ayının 16-da Naxçıvan Dövlət Universitetində, Bəstəkarlar Təşkilatında və bir sıra mədəniyyət müəssisələrində olmuşdur.
Mayın 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tanınmış bəstəkarla görüş keçirildi. Əvvəlcə konsert pro­qramı oldu. Konsertdə Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin, filarmoniyanın solistləri Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Elçin Nağıyevin, müğənnilər Yaşar Qurbanovun, Qəribə Həsənovanın ifalarında Azərbaycan və Avropa bəstəkarlarının mahnı və musiqiləri, xalq mahnıları səsləndirildi.

Ardını oxu...

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova açaraq qeyd edib ki, bu günün keçirilməsində əsas məqsəd xalqlar arasında mədəniyyətlərarası əlaqələrin inkişafına dəstək olmaqdan ibarətdir.
Nazir müavini çıxışında bildirib ki, ölkəmizdə muzeyşünaslığın inkişafı, muzey şəbəkələrinin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızda muzeylərin, xüsusilə tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların fondlarının zənginləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Bu illərdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılıb. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkə­mizdə 111 müxtəlifprofilli muzey yaradılıb.

Ardını oxu...

Ötən həftə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlunun təqdimatında ustad dərsi keçilib. Dərsin əsas məqsədi bu sahəyə marağı olan gənclərin fotoqrafiya ilə daha peşəkar səviyyədə məşğul olmalarına şərait yaratmaq idi.
Gənc fotoqraflar Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Naxçıvan Muxtar Respublikasının tarixi və mədəni abidələrindən, təbiət mənzərələrindən çəkilmiş ən maraqlı fotoşəkillər əsasında müzakirələr aparıb, tanınmış fotoqrafların müxtəlif müsabiqələrdə qalib seçilən fotoşəkilləri ilə tanış olublar. Həmçinin dərsdə gənclərə fotoqrafiya sənətinin peşəkar formada öyrədilməsi üsullarından da bəhs edilib.
Ustad dərsin sonunda gənclərin fotoşəkillərin çəkilməsi texnikasına aid sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin aid təşkilatlarla birgə tədbirlər planına uyğun keçirilib.

Xəbərlər şöbəsi

YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının qərarına əsasən, 1978-ci ildən başlayaraq hər il mayın 18-i “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir.
Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikamızda yeni muzeylər yaradılmış, fəaliyyətdə olan muzeylər müasir tələblər əsasında qurulmuş və yeni eksponatlarla zənginləşdirilmişdir. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazır­da bu qədim diyarda 25 müxtəlif­profilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. 2012-ci ildə Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzeyi üçün bina istifadəyə verilmişdir.

Ardını oxu...

 (oçerk)

İstedadlı qələm dostum Elman Məmmədovun 65 yaşı ərəfəsində – bu qeydlərimi qələmə alanda muxtar respublikanın ucqar dağ kəndlərindən birində yaşayan bir ziyalı ilə söhbətim yadıma düşdü. Mətbuatı müntəzəm surətdə izləyən həmsöhbətimin mənə ilk sualı bu oldu:
– Elman müəllimi görürsünüzmü?
– Tez-tez görüşürük, – deyə cavab verdim.
– Yaxşı yoldaşdır, yaxşı da qələm sahibi...
Xatirələr məni bir qədər yaxın keçmişə apardı. Mətbuata gəldiyim ilk günlər yadıma düşdü. O günlərdə Səxavət Kəngərli, Elman Məmməd­ov, mərhum Nurəddin Babayev, Cəfər Əliyev, Maqsud Mahmudov kimi ölkə mətbuatında özlərini təsdiq etdirmiş, yüksək dövlət mükafatlarına layiq görülmüş jurnalistlər qarşıma çıxıblar. Çətin anlarda mənə kömək olublar. Sonralar yaxınlığımız, dostluğumuz başlayıb.
Yaxın günlərin birində Elmanla Səxavət Kəngərlini görməyə getmişdik. Xeyli söhbətləşdik, ötən günləri xatırladıq. Səxavət müəlim qəfildən Elmana bir sual ünvanladı:
– Elman, yəqin ki, altmışı keçmiş olarsan.
Elmanın üzünə təbəssüm qondu:
– 65-i tamamlayıram...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2015-ci il tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Naxçıvan Musiqi Kollecinin musiqi kollektivlərinin muxtar respublikanın şəhər və rayonlarında konsertlərinin keçirilməsi nəzərdə tutulub. İlk konsert Şərur Rayon Mədəniyyət Sarayında təşkil olunub.

Konsert başlamazdan əvvəl Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov çıxış edərək “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın Naxçıvan musiqiçilərinin böyük sevincinə səbəb olmaqla onların gələcək fəaliyyətinə böyük qayğının ifadəsi olduğunu qeyd edib.

Ardını oxu...

Azərbaycan milli teatr tarixinə parlaq səhifələr yazmış Naxçıvan teatrının yaranmasından 132  il ötür. Bu münasibətlə mayın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmişdir. 

Tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov açaraq bu sənət ocağının keçdiyi inkişaf yolundan danışmışdır. Bildirilmişdir ki, işıqlı amallar carçısı olan Naxçıvan teatrı Azərbaycan səhnə sənətinə qüdrətli sənətkarlar bəxş etmişdir. Milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində, mütərəqqi ideyaların yayılmasında, yeni tamaşaçı nəslinin formalaşmasında, maariflənməsində teatrımızın xidmətlərindən danışan nazir vurğulamışdır ki, buna görə teatrımızın inkişafında xidmətləri olan görkəmli sənət korifeylərimizi ehtiramla xatırlayır və onların Naxçıvan teatrında yaratdıqları ənənələri yaşadır və zəngin yaradıcılıq irslərindən bəhrələnirik.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə konsert proqramı təşkil edilib. Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov qeyd edib ki, bu gün təşkil olunan konsert proqramı ölkəmizdə, eləcə də muxtar respublikamızda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamıdır.
Sonra Naxçıvan Musiqi Kollecinin estrada orkestrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Konsert proqramında 400-ə yaxın gənc iştirak edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR