24 Dekabr 2024, Çərşənbə axşamı

Babək Rayon Xalq Teatrında görkəmli dramaturq N.B.Vəzir­ovun “Yağışdan çıxdıq, yağmura düşdük” dördpərdəli komediyası əsasında hazırlanmış tamaşaya baxış olub.
Tamaşada pullarının əlindən çıxacağı qorxusu ilə ağlını itirmək dərəcəsinə çatmış Hacı Qənbərin gülünc dolu həyəcanı və bir müddət sonra bu “təhlükədən” sıyrılan Hacı Qənbərin “eşq macərası” təqdim edilir. Aktyorların ifasında bu iki hadisə ictimai və psixoloji hal kimi uğurla nümayiş etdirilir.
Ticarət aləminin tipik bir nümayəndəsi olan Hacı Qənbər üçün həyatda ən birinci amal min cür saxta yollarla, yalanlarla pul yığmaqdır. Və bu pulların əldən çıxmaq qorxusu onu dəli edir. Onu heç nə sakitləşdirmir. Lakin bu “təhlükə” sovuşduqdan sonra Hacı Qənbər gənc və gözəl qız olan Yetərin kəbinini özünə kəsdirmək istəyir, beləliklə, “beşgünlük dünyanın” səfasını görəcəyini düşünür.
Lakin gözlənilmədən cavan kəndli Mahmudun Yetəri qaçırması Hacı Qənbəri daha gülünc vəziyyətə salır. Bu məqamda tamaşaçı Hacı Qənbərin mücrüyə yığdığı pulların əsl gözəlliyi fəth edə bilmədiyini dərk edir. Mənəvi dünyanın təzahür forması olan həqiqi və saf duyğular maddi gücə qalib gəlir.

Tamaşanın quruluşçu rejissoru Yusif Əliyevdir. Tamaşada Yusif Əliyev (Hacı Qənbər), Stella Babayeva (Dilbər xanım), Şölə Novruzbəyli (Cəvahir), Səbinə Corayeva (Yetər), Akif Əsədov (Hacı Salman), Firdovsi Səfərov (tıntın İmanqulu) və başqaları obrazları uğurla tamaşaçıya təqdim edə biliblər.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov və rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev uğurlu tamaşa münasibətilə yaradıcı kollektivi təbrik ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR