24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, Culfa Rayon Mədəniyyət Evində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında Həsənəli Eyvazlının “Araz sahilində doğan Günəş” tamaşası təqdim edilib.
Tamaşa başlamazdan əvvəl Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, asudə vaxtın səmərəli təşkilində bu cür mədəni tədbirlərin böyük rolu olduğu vurğulanıb.
Gənclər Fondunun əməkdaşı Qabil Vəliyev çıxış edərək muxtar respublikada gənclərlə iş sahəsində, gənclərin Vətənə məhəbbət ruhunda tərbiyəsi istiqamətində görülən tədbirlərdən danışıb.
Bildirilib ki, vətənpərvərlik Vətənə, millətə və dövlətə sevgi, ehtiram, bu dəyərlərə hörmətlə yanaşmaq, eləcə də bu dəyərlərin gələcək nəslə çatdırılmasıdır.
Sonra tamaşaya baxış olub. Tamaşanı 200-dən artıq gənc izləyib.
Qeyd edək ki, “Araz sahilində doğan Günəş” tamaşası Naxçıvan üçün çox önəmli tarixi hadisədən – Qars müqaviləsinin bağlanması və Naxçıvana muxtariyyət statusunun verilməsindən bəhs edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR