24 Dekabr 2024, Çərşənbə axşamı

Ötən şənbə günü Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Lira” musiqili-intellektual oyunu keçirilib.
Oyunda Naxçıvan şəhərinin və Ordubad rayonunun uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri iştirak ediblər. Muxtar respublikada ilk dəfə keçirilən “Lira” musiqili-intellektual oyununun məqsədi şagirdlərin musiqi haqqında dünyagörüşünü genişləndirmək, xalqımızın görkəmli bəstəkarlarının həyat və yaradıcılığını təbliğ etməkdir. Musiqili-intellektual oyunda iştirak edən məktəblərin komandaları müvafiq olaraq belə adlandırılmışdı: “Ballada” (Naxçıvan Şəhər 1 №-li Uşaq musiqi məktəbi), “Hicaz” (Naxçıvan Şəhər 2 №-li Uşaq musiqi məktəbi), “Simayi-şəms” (Naxçıvan Şəhər 3 №-li Uşaq musiqi məktəbi), “Buta” (Naxçıvan Şəhər 4 №-li Uşaq musiqi məktəbi), “Ariya” (Naxçıvan Şəhər Uşaq incəsənət məktəbi), “Cəngi” (Naxçıvan Şəhər Uşaq musiqi və bədii sənətkarlıq məktəbi), “Ruhani” (Qaraçuq Kənd Uşaq musiqi məktəbi), “Melodiya” (Ordubad Şəhər Uşaq musiqi məktəbi).
Oyun başlanmazdan əvvəl aparıcı iştirakçıları oyunun şərtləri ilə tanış etdi.

Gərgin və maraqlı keçən musiqili-intellektual oyun başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev musiqili-intellektual oyunun əhəmiyyətindən danışdılar. Sonda “Lira” musiqili-intellektual oyununda fərqlənənlərə diplomlar və fəxri fərmanlar təqdim edildi. “Simayi-şəms” komandası I, “Melodiya” komandası II, “Hicaz” komandası III dərəcəli diplomla təltif olundular.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR