24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin tədbirlər planına uyğun olaraq, Babək Rayon Uşaq yaradıcılıq mərkəzində rəssamlıq sənəti və rəsm çəkmək texnikasına dair praktik məşğələ keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən məşğələdə Babək rayonunun ümumtəhsil məktəblərində fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri iştirak ediblər.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək şagirdlərə birliyin fəaliyyəti, həmçinin Naxçıvanın istedadlı rəssamları barədə ətraflı məlumat verib. Təsviri sənətin bir növü olan qrafika barədə danışan Ülviyyə Həmzəyeva bildirib ki, qrafikaya müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Azərbaycan incəsənətinin məhsuldar sənət növləri arasında qrafika özünəməxsus yer tutur. Onun dəzgah, kitab, sənaye qrafikası və plakat kimi başlıca növləri, əsasən, 1920-ci ildən sonra təşəkkül tapmasına baxmayaraq, ötən illər ərzində maraqlı inkişaf yolu keçib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Əlövsət Allahverdiyev plakat janrı barədə şagirdləri məlumatlandıraraq deyib ki, dünyada populyar olan bu janr təsviri incəsənətin geniş yayılmış növlərindən biridir. Onun vasitəsilə bütün sahələrdə ideoloji təbliğat və maarifləndirmə işi aparmaq mümkündür. Belə ki, rəssam plakat vasitəsilə insanların görə bilmədiklərini diqqətə çatdırmaq imkanı qazanır. Bu janr ilə cəmiyyətdə həm maarifçilik, həm də mənəvi dəyərlərin qorunması üçün önəmli işlər görmək mümkündür.
Daha sonra plakat janrında rəsmlərin çəkilməsi əyani izah olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR