24 Dekabr 2024, Çərşənbə axşamı

Su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanan ebru sənətinin tarixi çox qədimdir. Bəzi tarixi mənbələrə əsasən, Mərkəzi Asiyadakı Şimali Türküstanda yaranan ebru sənəti XV-XVI əsrlərdə Azərbaycanda daha da geniş yayılmağa başlayıb.
Bu sözləri mayın 20-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində “Ebru sənəti” mövzusunda keçilən ustad dərsində sənətşünas Nizami Alıyev deyib.
Naxçıvan Dövlət Universitetinin “rəngkarlıq” və “təsviri incəsənət müəllimliyi” ixtisasları tələbələrinin iştirakı ilə keçilən ustad dərsində bildirilib ki, tamamilə təbii materiallar əsasında işlənən ebru sənətində rəsmlər qatılaşdırılmış su üzərində hazır formaya salınır. Torpaqdan hazırlanan boyalar mərmər üzərində 4-5 saatadək əzilir. Daha sonra onun içinə öküz ödü qatılır. Bu, boyanı həm incəldir, həm də onun suyun üzərində qalmasına imkan verir. Həmçinin boyalar su üzərində göyqurşağı kimi bir-birinə qarışmır və bu, boyanın həm də yapışqanlıq xüsusiyyətini təmin edir.

“Qatılaşdırılmış su “gəvən ağacı” adlanan təbii tikan otunun köməyi ilə alınır. Azərbaycanda gəvən otu daha çox Naxçıvan və İsmayıllıda bitir. Gəvən otunun gövdəsindəki nişastaya bənzər maddə suyu qatılaşdırır və nəticədə, boyalar suyun üzərində dağılmır”, – deyən Nizami Alıyev qeyd edib ki, boyaları qatılaşdırılmış suyun üzərinə qızılgül kolunun ağacından hazırlanan fırça vasitəsilə səpirlər.
Qeyd olunub ki, ebru sənətinin bir neçə növü vardır. Bunlardan ən məşhuru sənətkarın adı ilə bağlı olan Battal üsuludur. Vaxtilə bu üsuldan, əsasən, xəttatlıqda yazıların fonunda, divarda asılan uluların, peyğəmbərlərin sözlərinin yazılışında istifadə olunurdu.
Tələbələr daha sonra sənətşünas Nizami Alıyevin köməyi ilə ebru sənətinə aid nümunə üzərində praktik iş aparıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR