24 Dekabr 2024, Çərşənbə axşamı

15 İyun – Milli Qurtuluş Günü münasibətilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin konsertləri davam etdirilir. İyun ayının 10-da Babək rayonunun Cəhri Kənd Uşaq musiqi məktəbinin şagirdləri Vayxır kənd mədəniyyət evində, Şərur rayonunun Şəhriyar Kənd Uşaq musiqi məktəbinin şagirdləri Kürkənd Mərkəzində, Kəngərli rayonunun Qıvraq Qəsəbə Uşaq musiqi məktəbinin şagirdləri Qabıllı Kənd Mərkəzində, iyun ayının 11-də Babək rayonunun Nehrəm Kənd Uşaq musiqi məktəbinin şagirdləri Güznüt kənd mədəniyyət evində, Şərur rayonunun Yuxarı Daşarx Kənd Uşaq musiqi məktəbinin şagirdləri Aşağı Yaycı Kənd Mərkəzində, Culfa rayonunun Bənəniyar Kənd Uşaq musiqi məktəbinin şagirdləri Xanəgah Kənd Mərkəzində bayram konsertləri vermişlər. Konsertlərdə Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ilə yanaşı, xarici ölkə bəstəkarlarının da əsərləri səsləndirilmişdir.
Konsertlərdən əvvəl bildirilmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyev həm Sovetlər Birliyi dönəmində, həm də müstəqilliyimiz illərində milli mədəniyyətin inkişafına xüsusi diqqət yetirmiş, məqsədyönlü tədbirlər həyata keçirmişdir. Dahi rəhbər yeniyetmə və gənclərin bacarıq və istedadlarının üzə çıxarılmasına, bu məqsədlə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin, eləcə də digər incəsənət təmayüllü tədris ocaqlarının yaradılmasına, onların fəaliyyətinin düzgün istiqamətləndirilməsinə ciddi önəm vermişdir.

Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi siyasət muxtar respublikamızda da uğurla həyata keçirilir. Regionun ayrı-ayrı rayon mərkəzlərində, iri kənd yaşayış məntəqələrində musiqi məktəbləri üçün yeni binalar inşa olunur. Həmin tədris ocaqlarının maddi-texniki bazası gücləndirilir. İstedadlı gənc musiqiçilərin müsabiqələrinin təşkil olunması da diqqət mərkəzində saxlanılır.

Xəbərlər şöbəsi

*  *  *

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin xalq çalğı alətləri orkestrinin konserti olub. 400-dən çox gəncin iştirakı ilə keçirilən tədbiri muxtar respublika Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmməd­ov açıb.
Sonra orkestrin ifasında musiqi nömrələri səsləndirilib. Konsert tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, konsert pro­qramını Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi birgə təşkil etmişdi.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR