24 Dekabr 2024, Çərşənbə axşamı

Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən, hər il dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin doğum günü Azərbaycanda “Milli Musiqi Günü” kimi təntənə ilə qeyd olunur. Həmin gün bölgələrimizdə də geniş konsert proqramları təşkil edilir. Çünki bu bayram təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Hazırda elə bir azərbaycanlı tapılmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, ölməz sənətinə hörmət olmasın. Belə təntənəli tədbirlərdən biri də bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilib.

2014-cü il Naxçıvan Muxtar Respublikası üçün çox əlamətdar və uğurlu ildir. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamış və bununla əlaqədar olaraq Tədbirlər Planı təsdiqlənmiş, Naxçıvanın 90 illik yubileyi geniş təntənə ilə qeyd edilmişdir. Elə yubiley tədbirlərinin davamı kimi, Naxçıvanda muxtar respublikanın Bəstəkarlar Təşkilatının hesabat konserti də məhz musiqi günündə qeyd olundu.
Azərbaycan Bəstəkarlar İttifaqının bölgələrdə yerləşən təşkilatlarından ən fəalı olan Naxçıvan Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Şəmsəddin Qasımov konserti giriş sözü ilə açarkən qeyd etdi ki, 90 il ərzində muxtar respublika mədəniyyət və incəsənət sahəsində böyük inkişaf yolu keçmişdir. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılan təşkilatlardandır. Naxçıvanın musiqi sənətinin inkişafının son 36 ili ümummilli liderin adı ilə bağlıdır.

Ardını oxu...

Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir. Bu bayram Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsidir.
“Qurban” sözü “yaxınlaşmaq” deməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır.
Qurban İslam aləmində ən dəyərli bayramlardan biridir. Bu bayram eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin də bir hissəsidir.
Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə Həcc ziyarəti dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılı­ğını nümayiş etdirir.

Ardını oxu...

Ordubad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev açıb. Sonra Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Esmira İsmayılova məruzə ilə çıxış edib. Qeyd olunub ki, M.T.Sidqi pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” adlandırıb. Görkəmli maarif xadiminin poetik öyüdnamələrində də elm ilə dünyanın abad olunmasının mümkünlüyündən, dünya dillərini öyrənməyin faydalarından, kamil insan olmaq qayəsindən geniş bəhs edilir. Digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin də fəaliyyəti, yaratdığı əsərlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onun ömür yolu və yaradıcı­lığı ətraflı öyrənilir. Qədim Naxçıvan torpağının yetirdiyi ziyalılar sırasında Məhəmməd Tağı Sidqinin xüsusi yeri vardır. Onun zəngin, çoxşaxəli yaradıcılığı, qaynar fəaliyyəti XIX əsrin ikinci yarısı və iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda maarifin, ədəbiyyatın, filoloji fikrin, mədəniyyətin inkişafında mühüm rol oynayıb. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan görkəmli maarif xadimi ədəbi yaradıcılıqla da məşğul olub. Onun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynayıb.
Sonda Ordubad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarından Xuraman Yəhyayevanın və Anar Rəcəblinin məruzə ətrafında çıxışları olub.

Xəbərlər şöbəsi

Tarixi uzun minilliklərə dayanan, özülü olan hər bir xalqın, hər bir millətin özünəməxsus milli dəyərləri vardır. Bu milli dəyərlər xalqları, millətləri, toplumları digər xalqlardan fərqləndirən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, bir sözlə, milli olan bütün keyfiyyətlərimiz məhz milli dəyərlər sisteminə daxildir. Bu mənada xalqımızın milli dəyərləri haqqında ətraflı danışmaq olar. Milli dəyərlərimizin tərkib hissələrindən biri də milli mətbəximizdir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək: “Azərbaycan qədim tarixə, mədəniyyətə, gözəl təbiətə, böyük iqtisadi potensiala və eyni zamanda rəngarəng, ecazkar mətbəxə malik ölkədir”.

Azərbaycan milli mətbəxinin tarixi də xalqımızın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə fərqlənir. Milli xörəklərimiz yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz. Azərbaycan xörəkləri dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Azərbaycan milli kulinariyası nəsildən nəslə keçərək təşəkkül tapmış və formalaşmışdır.

Ardını oxu...

Naxçıvanda bir ifadə var. Bir insanla rastlaşıb ayrılanda, adətən, “sözün-savın” ifadəsi işlədilir. Bu deyimin “söz” hissəsini bilsəm də, “sav” hissəsinin nə olduğunu tapmağa çalışırdım. Bu gün bir dəyərli əsər oxudum və aydın oldu ki, “sav” ifadəsi “Divani-lüğət it-türk”də “ata sözü”, “hikmətli fikir”, “məsləhət” kimi ifadə olunur. Dilimizdə heç nə elə-belə olmurmuş. Oxuduğum yeni tədqiqat əsəri bu günlərdə çapdan çıxan “Divani-lüğət it-türk”də atalar sözləri” adlanır. Kitabın müəllifi Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyevdir. Müəllifin özü tərəfindən “elmi iddiası olmayan kitab” kimi təqdim olunan əsər, əslində, dəyərli elmi tədqiqatın nəticəsidir.

Görkəmli türkoloqların “Divani-lüğət it-türk” əsəri haqqında fikirləri ilə başlayan kitabda müəllif Mahmud Kaşğarlı və onun əsəri haqqında ətraflı bəhs edir. Türk dünyasının ən dəyərli kitablarından biri sayılan “Divani-lüğət it-türk”ə etnopedaqoji cəhətdən yanaşılır. Professor İsmayıl Əliyev yazır ki, Mahmud Kaşğarlının XI əsrdə qələmə aldığı sözlər içərisində Azərbaycanın Naxçıvan diyarında indi də eynilə və ya azacıq dəyişikliklə işlədilən sözlər, ifadələr vardır. Kitabın “Atalar sözləri nədir?” adlanan hissəsində türk folklorunda, türklərin sosial-mənəvi, əxlaqi-estetik görüşlərində atalar sözlərinin yerindən bəhs olunur.

Ardını oxu...

“Poeziya! Ömrümün ən kövrək çağlarında ülvi duyğularımla məni görüşdürən ilahi qüvvə! Üzdə qayğılı, kədərli, düşüncəli, daxildə dağ çayı kimi üsyankar ömür dostum!
Şam kimi yanmışam bu ilahi qüvvəni qoruyub saxlamaq üçün. Səmasında dahi Nizami ulduzu yanan, Füzuli günəşi nur saçan, Məmməd Araz şeriyyəti səslənən bir dünyaya ucuz söz yığnağı gətirmək istəməmişəm...”
Poeziya haqqında nümunə gətirdiyimiz bu fikirlərin müəllifi qəlbi poetik hisslərlə, poetik duyğularla zəngin olan, 60 il əvvəl Şərur rayonunun Axura kəndində dünyaya göz açan, bu gün şair kimi tanınan, sevilən İbrahim Yusifoğludur.

Ardını oxu...

Oktyabrın 1-də Naxçıvan Dövlət Filarmoniyasında ustad tarzən, bəstəkar-pedaqoq, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Əkrəm Məmmədli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub. Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını yubilyara təqdim edib. Qeyd olunub ki, Əkrəm Məmmədli hələ 24 yaşında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Fəxri Fərmanına, 30 yaşında isə Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, 2006-cı ildə ona Prezident təqaüdü verilib.

Ardını oxu...

Bu günlərdə Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin foyesində təşkil olunan rəsm sərgisi diqqətimi çəkdi. Öyrəndim ki, sərgidəki rəsm əsərləri məktəbin şagirdi Ülviyyə Şirinovaya məxsusdur. Onun əl işlərinə baxdıqca bu rəsm həvəskarının sənət dünyası ilə daha da yaxından tanış olurdum. İlk baxışdan bu rəsmləri 12 yaşlı bir yeniyetmənin çəkdiyinə inanmaqda bir az çətinlik çəkirsən. Hər rəsm əsəri tamaşaçıya təlqin etdiyi fikir aydınlığı ilə seçilir. Onda kompozisiya qurmaq, boyalardan, rəng çalarlarından düzgün istifadə etmək bacarığı güclüdür və rənglərin seçimində çox dəqiqdir.

Ülviyyəni oxucularımızla yaxından tanış etmək üçün onunla həmsöhbət oldum. 2002-ci ildə Naxçıvan şəhərində anadan olan Ülviyyə VII sinif şagirdidir. İkinci sinifdən rəng­lərə mehr salıb. İlk personajları isə nağıl qəhrəmanları olub. Deyir ki, nağılları oxuduqdan sonra qəhrəmanların döyüş səhnələri, onların şər qüvvələrlə mübarizələrini gözümün önündə canlandırır və bunları kağız üzərinə köçürürdüm.

Ardını oxu...

Muxtar respublikada mədəniyyətin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Son illər şəhər və rayon mərkəzlərində, hətta ən ucqar kənd yaşayış məntəqələrində belə, mədəniyyət müəssisələri üçün müasir iş şəraiti yaradılmış, istifadəyə verilən yeni kənd mərkəzlərində mədəniyyət evləri, klub və kitabxanalar üçün otaqlar ayrılmışdır. Həmçinin lazımi avadanlıq və pulsuz kitablarla təminat, müasir zalların istifadəyə verilməsi istənilən mədəni-kütləvi tədbirin keçirilməsinə imkan verir. Bir sözlə, bu sahədə göstərilən xidmətin günün tələbləri səviyyəsində qurulması üçün muxtar respublikanın rayon mərkəzlərində və kəndlərdə hərtərəfli şərait mövcuddur.

Mədəniyyət müəssisələrində yaradılan şəraitdən düzgün istifadə olunması isə kollektivlər qarşısında duran əsas vəzifələrdir. “Şərq qapısı” qəzetinin əməkdaşları Şərur, Babək, Culfa, Kəngərli və Sədərək rayonlarının mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı jurnalist araşdırması aparmış və qəzetin 2014-cü il 25 sentyabr tarixli, 183 saylı nömrəsində bununla bağlı “Muxtar respublikada mədəniyyətin inkişafına qayğı yüksək səviyyədədir. Bəs bu sahədə çalışanların fəaliyyəti necə?” adlı məqalə dərc olunmuşdu. Məqalədə qeyd olunan nöqsanlar yerlərdə araşdırılmış, işinin öhdəsindən gəlməyən və intizamsızlığa yol verən işçilər barədə ciddi tədbirlər görülmüşdür.

Ardını oxu...

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Bahadur Fərəcov açaraq qeyd edib ki, Naxçıvanın böyük alim və mütəfəkkirləri öz yaradıcılıqları ilə elə zəngin bir irs qoyublar ki, bu gün də onların irsi elmimizin, ədəbiyyat və mədəniyyətimizin inkişafında mühüm əhəmiyyət kəsb etməkdədir. Məhəmməd Tağı Sidqi də maarifçi-realist ədəbiyyatımızın yaradıcılarından biri kimi tanınıb. Sidqi görkəmli bir ədəbiyyatşünas alim, mahir pedaqoq olaraq təlim və tərbiyəyə, dilimizə, ədəbiyyatımıza dair qiymətli əsərlər yazıb. Böyük pedaqoq, istedadlı şair, xalq müəllimi M.T.Sidqinin əsərləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qorumaqdadır.
Mərkəzin əməkdaşlarından Pərvanə Vəliyeva, Zöhrə Nəbiyeva, Vüsalə Qasım­ova Sidqinin həyat və yaradıcılığı, onun elmi, pedaqoji fəaliyyəti haqqında məruzələrlə çıxışlar ediblər.
Sonda mərkəzin dərnək üzvləri Məhəmməd Tağı Sidqinin şeirlərindən parçalar söyləyiblər.

 Sona MİRZƏYEVA

“VERA” Beynəlxalq Müasir İncəsənət Festivalı “Mədəniyyətə və Müasir İncəsənətin İnkişafına Dəstək Moskva İctimai Fondu” tərəfindən 2004-cü ildə təsis edilmişdir. Ötən 7 ildə festivalda 40 ölkədən 4500-dən çox rəssam və rəsm qalereyası iştirak etmişdir. Bu günə qədər 2 milyondan artıq tamaşaçının izlədiyi festivalda 200-dən çox rəssam müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışdır.
Bu il sentyabrın 16-dan 21-dək Portuqaliyanın paytaxtı Lissabon şəhərindəki Milli Dəniz Muzeyində VIII “VERA” Beynəlxalq İncəsənət Festivalı keçirilmişdir. Festivalda 16 ölkədən, ümumilikdə, 300-dən çox rəssam iştirak etmişdir. Azərbaycanı bu festivalda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, eləcə də rəssamlardan Sakit Məmmədov, Fərid Ələkbərov və Bakı şəhərində fəaliyyət göstərən “Şah Gallery” rəsm qalereyası təmsil etmişlər.
Festival çərçivəsində çoxsaylı mühazirələr, konfranslar, seminarlar, dəyirmi masalar və dünyanın məşhur rəssamları tərəfindən ustad dərslər keçilmişdir. Festivalın keçirildiyi müddətdə beynəlxalq münsiflər heyəti dəfələrlə sərgilərə baxmış, hər sahə üzrə ən yaxşı əsərləri dəyərləndirmişlər. Sonda rəsm, qrafika, heykəltəraşlıq, memarlıq layihəsi, muzey işi, qalereya işi və digər bu kimi 17 müxtəlif nominasiya üzrə təsis edilmiş mükafatlar qaliblərə təqdim edilmişdir. Mükafatlardan ikisi Azərbaycan rəssamlarına verilmişdir. Əməkdar rəssam Sakit Məmmədova “Forma və Məzmunda Estetika” nominasiyası, Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevaya isə “Unikal Milli Orijinallıq” nominasiyası üzrə birincilik mükafatı verilmişdir.
Qeyd edək ki, Ülviyyə Həmzəyeva festivalda “Alis möcüzələr ölkəsində”, “Böri”, “Möminə xatın”, “Şahmar”, “Mistik Misir”, “Nər”, “Xəzinə küpü”, “Arzular qayığı” əsərləri ilə iştirak etmişdir. Rəssamın əsərləri avropalı sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır.

“Şərq qapısı”

Oxu tar, oxu tar,
Səni kim unudar?

Görkəmli şairimiz Mikayıl Müşfiqin qələmindən süzülən bu sətirlər tar ifaçılığı ilə məşğul olanların dilinin əzbəridir. Bu qədim musiqi aləti insanın daxili aləminə güclü təsir imkanlarına malikdir. Bu səbəbdəndir ki, dünya mədəniyyətinin nadir incilərindən sayılan Azərbaycan muğamları tar kimi ecazkar musiqi aləti sayəsində sənət qələbəsi qazanıb, əbədi zirvə fəth edib. XIX əsrin ortalarında Sadıqcanın tarda yaratdıqlarını ölməz bəstəkarımız Üzeyir Hacıbəyov daha geniş areala çıxarıb, önündə yeni üfüqlər açıb. Bir vaxtlar sovet ideologiyasının qadağa qoyduğu tar onun qədrini bilən sənət vurğunlarımızın səylərilə “azadlığa çıxıb”, zaman-zaman Qurban Pirim­ov, Hacı Məmmədov, Əhsən Dadaşov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Kamil Əhmədov kimi görkəmli sənətkarlar bu alətin nəyə qadir olduğunu göstəriblər. Beləcə, tar yaşayıb, bu gün də yaşayır və sabah da yaşayacaq. Bu əvəz­olunmaz musiqi aləti ilə muxtar respublikamızda da öz sözünü deyən sənətkarlar az deyil. Onların fövqündə isə, sözsüz ki, muxtar respublikanın bütün musiqi ictimaiyyəti ilə yanaşı, həm də musiqisevərlərin yaxından tanıdığı, sənətinə yüksək qiymət verdiyi ustad tarzən Əkrəm Məmmədov dayanır. O Əkrəm Məmmədov ki, 7 səsin gücü ilə möcüzələr yaradıb. Həmin səsləri yeri gələndə sığallayıb, yeri gələndə o səslərə qəzəblənib də. Bununla sənətin ən yüksək zirvəsini fəth edib.

Ardını oxu...

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında görkəmli pedaqoq, maarifçi, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyinə həsr edilmiş oxucu konfransı keçirilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq qeyd etmişdir ki, görkəmli maarifçi, böyük mütəfəkkir Məhəmməd Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda mübarizə aparan ilk maarif fədailərindəndir.
Kitabxananın Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova M.T.Sidqinin həyat və yaradıcılığı barədə məruzə etmişdir.
Bildirilmişdir ki, 1854-cü ildə Ordubad şəhərində anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini buradakı mədrəsədə almış, klassik Şərq poeziyasını və fəlsəfəsini öyrənmişdir. Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb etmiş, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirmişdir.

Ardını oxu...

Rusiyanın Sankt-Peterburq Universitetinin “Elmi fikir” jurnalında naxçıvanlı elm adamlarının Naxçıvanın tarixindən bəhs edən iki məqaləsi dərc edilib.
Baş redaktoru akademik, Rusiya Təhsil Akademiyasının üzvü Vladimir Laptev olan jurnal əsas elmi-tədqiqat nəticələrinin və orijinal tədqiqat əsərlərinin nəşri üçün nəzərdə tutulub. Rusiya, Baltikyanı ölkələr və Azərbaycandan olan elm adamlarının 62 elmi məqaləsinin dərc edildiyi jurnalın növbəti sayında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadə­nin “XIV əsr müəllifi Həmdullah Qəzvininin əsərində xatırlanan dörd Naxçıvan qalası haqqında” və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Görkəmli sərkərdə Ehsan xan Kəngərli-Naxçıvanski hərbi rəssam akademik V.D.Maşkovun rəsm əsərində” adlı məqalələri də yer alıb. Birinci məqalədə XIV əsr tarixçisi Həmdullah Qəzvininin “Nüzhət əl-qülub” əsərində Naxçıvanla bağlı verilən məlumatlar, əsərdə Naxçıvan ərazisində yerləşdiyi qeyd olunan dörd qalanın (Əlincə, Sürməli, Faqnan və Tağmar qalaları) lokalizasiyası məsələlərindən bəhs olunur, həmçinin qalaların Naxçıvan ərazisində yerləşmə xəritəsi və fotoşəkillər təqdim edilir. İkinci məqalədə isə batalist rəssam Maşkovun 7 iyun 1827-ci ildə rus qoşunlarının Naxçıvandakı Abbas­abad qalasını təhvil alması səhnəsini təsvir edən rəsm əsərinə və o dövrün tarixi hadisələri ilə bağlı maraqlı məqamlara toxunulur. Məqalə müəllifi arxiv sənədləri və mənbələr əsasında rəsmdə Ehsan xan Naxçıvanskinin də təsvir edildiyinə dair əsaslı dəlillər ortaya qoymuşdur.

 Sona MİRZƏYEVA

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı böyük Norveç dramaturqu Henrik İbsenin (1828-1906) “Kuklalar evi” üçpərdəli psixoloji dramı ilə 132-ci teatr mövsümünü açmışdır. Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək yeni teatr mövsümünün açılışı münasibətilə teatrsevərləri təbrik etmişdir.

Qədim yurdun sənət ocağının keçdiyi inkişaf yolundan danışan nazir qeyd etmişdir ki, Azərbaycan dramaturgiyasının ən gözəl nümunələri məhz Naxçıvan teatrının səhnəsində tamaşaçı rəğbəti qazanmışdır.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Te­atrının direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək teatrın yaradıcılıq ənənələrindən və bu mövsüm səhnəyə qoyulacaq əsərlərdən danışmışdır.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının böyük Norveç dramaturqu Henrik İbsenin “Kuklalar evi” (1879) üçpərdəli psixoloji dramı əsasında hazırladığı tamaşa teatrsevərlərə təqdim edilmişdir. Avropada yeni dramaturgiyanın yaradıcısı, sosial-psixoloji dramın banisi kimi tanınan Henrik İbsenin “Kuklalar evi” əsərində insanın daxili aləmi, sosial ziddiyyətləri, ümumbəşəri problemləri real hadisələrin inkişafı fonunda ortaya qoyulur.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında Aşıq Nabatın (1914-1973) 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Əli Rzayev açaraq Azərbaycan aşıq poeziyasının qədim və zəngin tarixə malik olduğunu bildirmiş, aşıq sənətinin ulu Naxçıvan torpağında da özünəməxsus ənənələrlə inkişaf etdiyini vurğulamışdır.
Qeyd edilmişdir ki, 2009-cu ildə YUNESKO tərəfindən Azərbaycan aşıq sənətinin qeyri-maddi mədəni irs siyahısına salınması ölkəmizdə incəsənətin bütün sahələri ilə yanaşı, aşıq sənətinin də yaşadılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir.

Ardını oxu...

Görkəmli maarifçi, böyük mütəfəkkir Məhəmməd Tağı Sidqi tanınmış qələm sahibidir. Maarifçilik ideyalarının həm elmi, həm təcrübi sahədə inkişafına təməl olan Sidqi yaradıcılığı xalqın dünyagörüşünün formalaşmasına təsir edən əsərlər məcmusudur. Naxçıvan torpağının yetirməsi olan Məhəmməd Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda mübarizə aparan ilk maarif fədailərindəndir. O, vətənin ağır sınaqlara məruz qaldığı bir zamanda qorxmadan, çəkinmədən maarifçilik uğrunda mübarizə aparmışdır. Sidqi bu mübarizədə sözün gücündən ustalıqla istifadə edir, kitablar yazır, dərsliklər hazırlayırdı. “Əncümənü-şüəra” ədəbi məclisinin fəal üzvü olan M.T.Sidqi yaradıcılığında həm aşiqanə, həm də ictimai motivli nümunələrə rast gəlirik. Elmə rəğbət, məktəbə çağırış motivli əsərlərində yazıçı təcrübəli pedaqoq kimliyi ilə diqqət çəkir.
Bu mübarizədə əsas məqsəd isə gələcəyimiz olan uşaqlarımızı maarifləndirmək idi:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin 60-a yaxın tələbəsinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gəzintisi təşkil olunmuşdur.
Gənclərə muzeydəki eksponatlar haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında olan abidələr arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti vardır. Orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla nümayiş etdirilir. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliklərə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır.
Qeyd olunmuşdur ki, belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir.
Tələbələr Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənc­lərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov bildirmişdir ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrinin ayda iki dəfə olmaqla müxtəlif muzeylərə, tarixi abidələrə gəzintiləri təşkil olunacaqdır.

 Sara ƏZİMOVA

Bəs bu sahədə çalışanların fəaliyyəti necə?

Kitabxanalar hansı funksiyaları yerinə yetirir, daha doğrusu, yetirirmi?

Bu gün kitabxana, kitab və mütaliə barədə söhbət düşəndə çoxlarının gəldiyi qənaətlə şəxsən bir ziyalı, mütaliə həvəskarı kimi qətiyyən razılaşa bilmirəm. Qənaətsə bundan ibarətdir ki, XXI əsr internet əsridir və müasir dövrün ən böyük kəşfi olan internetlə hər şeyi öyrənmək mümkündür. İnternetlə nəyisə öyrənmək fikrilə razılaşmaq olar. Ancaq məsələnin digər tərəfi ondadır ki, mütaliə özü asudə vaxtın səmərəli təşkilində ən güclü vasitədir. Daha bir sual meydana çıxır: informasiya texnologiyalarının tətbiqinə bizdən əvvəl başlanmış ölkələrdə nə üçün mütaliə kölgədə qalmayıb?
Orta və yaşlı nəsil yaxşı xatırlayır ki, 25-30 il öncə kitabxana deyilən ünvanlar miskin, iş şəraiti minimum tələblərə cavab verən uyğunlaşdırılmış binalarda yerləşirdi. Buna baxmayaraq, həmin mədəniyyət müəssisələrində həmişə qələbəlik olurdu. Bu da kitabxana-oxucu əlaqələrinin sıx olduğunu göstərməklə yanaşı, həm də insanların mütaliəyə böyük marağının ifadəsi idi. Kitabxanalarda tez-tez oxucu konfranslarının, kitab müzakirələrinin, viktorinaların keçirilməsi, yazıçı və şairlərlə görüşlərin təşkili kitabxana işinin tərkib hissəsinə çevrilmişdi. Belə mədəniyyət müəssisələrinin qapılarının bağlı olduğunu görəndə əsəbiləşməyimiz də az olmayıb. Sözün həqiqi mənasında, bu ünvanlar əhalinin boş vaxtlarında daha çox üz tutduğu ünvanlar idi. Çünki kitabxanalar qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə çalışırdı. Başlıca vəzifə isə ondan ibarət idi ki, insanlar mütaliə vasitəsilə öz biliklərini artırsınlar. Zəngin mənəviyyata sahib olmaq üçün bu ən gözəl vasitə idi. Bəs bu gün? Bu suala bir qədər sonra cavab verməyə çalışacağıq.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə “Girdab” bədii filmi nümayiş olunub. Tədbirdə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər. Film başlanmazdan öncə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov çıxış edərək tədbirin mahiyyəti barədə məlumat verib. O bildirib ki, təşkilatçılar tərəfindən bu cür tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Qeyd edək ki, bu səpgidə filmlərin qarşıdakı aylarda da nümayiş etdirilməsi nəzərdə tutulub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühitinin Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi ilklərdən bəhs edən budəfəki yazımızda Azərbaycan memarlıq tarixində qoşa minarəli portal kompozisiya ərsəyə gətirmiş Əcəmi Əbubəkr oğlu Naxçıvani haqqında danışacağıq. Qoşa minarəli portal kompozisiya ilk dəfə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmişdir. 

Naxçıvan memarlıq məktəbi Azərbaycan və dünya memarlığı tarixində özünəməxsusluğu ilə səciyyələnir. Qədim və zəngin keçmişimizdən xəbər verən maddi və mənəvi sərvətlərimizin qorunmasında, yaşadılmasında Azərbaycan memarlığının böyük rolu vardır. Qədimdən bəri bu bölgədə yaşayan mahir sənətkarların ucaltdıqları sənət inciləri indiyə kimi öz gözəlliyini qoruyub saxlamaqdadır. Memarın işi çox çətindir. Memar yaxşı memar olmaq üçün, tikdiyi abidənin uğurlu olması üçün bir çox elm sahəsinə bələd olmalıdır: həndəsə, cəbr, incəsənət, astronomiya, coğrafiya və sair. Həndəsi biliklər memarlar üçün həm də zəngin simvollar sistemidir. “Qabusnamə”nin “Nücum və həndəsə elmi haqqında” bəhsində deyilir: “...Əgər mühəndis, ya yerölçən olsan, hesabı yaxşı öyrən, amandır, bir saat belə, hesabı təkrar etməmiş olma, çünki hesab elmi vəhşi elmdir. Əgər yer ölçsən, bucaqları təyin et, müxtəliftərəfli şəkillərə xor baxma və demə ki, bunu ölçərəm, qalanlarını təxminən yazaram; sahədə böyük fərqlər əmələ gələr. Bucaqları düzgün təyin etməkdə xüsusən səy göstər. Ayıq ol, sahə ölçərkən bucaqlara fikir verməyi unutma. Çoxüzlü cisimlərdə çox zaman qövs şəklində bucaq olar. Çox yerdə bunlar korbucağa oxşarlar. Belə halda isə sahədə böyük fərq əmələ gəlir. Sənin üçün sahəni hesablamaq çətin olan şəkil rast gəlsə, onu təxmini hesablama, yarısını üçbucaq və dördbucaqlara böl. Heç elə bir şəkil ola bilməz ki, belə etmək mümkün olmasın. Sonra hərəsini ayrı-ayrı hesabla, nəticə düz çıxar”.

Ardını oxu...

ABŞ-ın tanınmış “Meri Mak Brayd” musiqi qrupu naxçıvanlı musiqisevərlərin qonağı olub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yerləşdiyi meydanda keçirilən tədbirdə musiqi qrupu maraqlı konsert proqramı ilə çıxış edib.
Konsert proqramından əvvəl çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan konsertin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi əməkdaşının verdiyi məlumata görə, bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır, belə musiqi turları xalqlar arasında dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Merinin (“No One’s Gonna Love You like Me”) “Səni heç kəs mənim kimi sevməyəcək” adlı mahnısı akademiya mükafatına layiq görülüb, “Brokeback mountain-Qozbel dağ” filmində ifasına görə qalib elan olunub və Elton Con tərəfindən onun 35 illiyinə həsr edilmiş “GoodbyeYellow Brick Road” adlı konsertində ifa etmək üçün seçilib.
Azərbaycanda ikinci dəfə olan “Meri Mak Brayd” musiqi qrupu ən çox sevilən mahnılarını naxçıvanlılara təqdim edib.
Meri Mak Brayd və qrupun üzvlərinin ifa etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, sentyabrın 25-dək Azərbaycanda olacaq musiqi qrupu Naxçıvandan öncə Xaçmaz, Qusar, Quba, Bakı, Lənkəran və Salyan şəhərlərində konsert pro­qramları ilə çıxış edib.

Elnur KƏLBİZADƏ

Sentyabr ayının 16-dan 21-nə qədər Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən VIII “VERA” Beynəlxalq İncəsənət Festivalı Azərbaycan və xüsusilə Naxçıvan incəsənəti, rəssamlığı üçün böyük bir uğurla yaddaqalan olub. 16 ölkədən 75 rəssamın iştirak etdiyi festivalda azərbaycanlı rəssamlardan Tahir Salahov, Sakit Məmmədov, Ülviyyə Həmzəyeva və Fərid Ələkbərovun əsərləri nümayiş etdirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevanın rəsm əsəri “Unikal Milli Orijinallıq” nominasiyası üzrə ən yüksək mükafata (qran-pri) layiq görülüb.
Məlumat üçün deyək ki, rəsm, heykəltəraşlıq, tətbiqi sənət, muzey işi, qalereya işi və sair olmaqla, festivalda, ümumilikdə, 17 nominasiya üzrə qran-pri mükafatı təqdim olunub. Qran-pri mükafatı naxçıvanlı rəssama festivalın sonunda təşkil edilən qala gecəsində təqdim edilib.
Qeyd edək ki, “VERA” Beynəlxalq İncəsənət Festivalı Portuqaliyada keçirilən ən genişmiqyaslı incəsənət festivalıdır. Ənənəvi olaraq keçirilən bu festivallarda rəsm əsərləri ilə yanaşı, qrafik, arxitektur, foto işlər də nümayiş etdirilir. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İsrail, Fransa, Almaniya, Rusiya, Rumıniya, İran, Braziliya, Ukrayna və bir sıra digər ölkələrin təmsilçilərinin əsərləri nümayiş etdirilib.
Biz də qalibi təbrik etmək və bu qələbə ilə bağlı təəssüratlarını öyrənmək üçün hazırda Lissabonda olan rəssamımızla əlaqə saxladıq. Onun dediklərindən: “Mən bu mükafatı doğma yurdum Naxçıvana, muxtariyyətin 90 illik yubileyinə həsr edirəm. Bu, Naxçıvanda incəsənətin, rəssamlığın inkişafına xüsusi diqqət göstərən insanların qələbəsidir, bu, Naxçıvan rəssamlığının, Azərbaycan incəsənətinin qələbəsidir. Təbii ki, dünya səviyyəli belə bir festivalda iştirak etmək və qran-pri mükafatına layiq görülmək qürurvericidir. İşimi bununla bitmiş hesab etmirəm. Burda olduğum müddətdə Naxçıvanımızın, Azərbaycanımızın incəsənət sahəsində tanıdılması, festival iştirakçılarının məlumatlandırılması üçün əlimdən gələni edəcəyəm”.

Elnur KƏLBİZADƏ

Sentyabrın 20-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Beynəlxalq Sülh Günü qeyd olunub. “Sülh dünyanın səadət və firavanlıq rəmzidir!” mövzusunda keçirilən IV muxtar respublika şeir, inşa-yazı və rəsm müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək Beynəlxalq Sülh Gününün tarixi haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh mədəniyyətini təbliğ etmək zəruridir. Vurğulanıb ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan ölkəmiz üçün də xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov çıxış edərək şeir, inşa-yazı və rəsm müsabiqəsinin əhəmiyyətindən danışıb, muxtar respublikanın təhsil və məktəbdənkənar müəssisələrində yaradılmış şəraitdən bəhs edib.

Ardını oxu...

Yəqin ki, bu misra oxucularımızın əksəriyyətinə məlumdur. Əlli milyondan çox insanın fəxri vətəndaşı olan Şəxsiyyətə yazılan bu şerin müəllifinin, bizə görə, Naxçıvanda təqdimata ehtiyacı yoxdur. Bu gün Naxçıvan ədəbi mühitinin önündə gedən Asim Yadigarın, ya da biz gənclərin dili ilə desək, Asim müəllimin şeirləri müasir Naxçıvan ədəbi mühitinin ən parlaq nümunələridir. Çapdan çıxan yeni “Bir nurlu heykəl yarat” kitabını açıb artıq Naxçıvanda dillər əzbəri olmuş şeri bir daha oxuyuram və bu şeirdə üç memar görürəm: söz memarı daş memarından Vətən MEMARInın nurlu bir heykəlinin yaradılmasını istəyir:
Necə yaradacaqsan, bilmirəm o heykəli,
Gəz, dolan qarış-qarış bütün ərzi-cahanı.
Bax, gör bir heykəltəraş, bax gör bir
memar kimi
O necə yaradıbdır anam Azərbaycanı!

O, heykəllər yaradıb, əzəmətli, möhtəşəm,
O, binalar ucaldıb, başı göylərə dəyir.
Bu yurdda ən möhtəşəm sarayları, evləri
Xalqım: “Heydər ucaldıb,
Heydər qurub”, – söyləyir.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr olunmuş “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Texniki Kollecinin direktor əvəzi Asəf Ruşanov açaraq qeyd edib ki, Məhəmməd Tağı Sidqinin yaradıcılığında maarifçi şeirlərin xüsusi yeri vardır. Pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” sayan görkəmli maarif xadiminin poetik öyüdnamələrində də elm ilə dünyanın abad olunmasının mümkünlüyündən, dünya dillərini öyrənməyin faydalarından, kamil insan olmaq qayəsindən geniş bəhs olunur. Vurğulanıb ki, digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin də yaratdığı əsərlər, elm təhsil etməklə nurlanan fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı öyrənilir.

Ardını oxu...

Dünən Naxçıvan Musiqi Kollecində ustad dərsi keçilib. Tədbiri giriş sözü ilə kollecin direktoru Həsən Seyidov açaraq bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu qayğı son 18 ildə daha dinamik xarakter alıb, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib. Filarmoniyanın xarici ölkələrə qastrol səfərləri təşkil edilib, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurlu konsert proqramları ilə çıxış ediblər.
“Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib”, – deyən kollecin direktoru əlavə edib ki, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatına layiq görülüblər.
Tədbirdə iştirak edən Azərbaycan Bəstəkarlar İtti­faqının üzvlərindən Zenfira Qafarova, Həcər Babayeva və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov, təşkilatın üzvü Yeganə Əsədova kollecin müəllim heyətinə ustad dərsi keçiblər.
Qeyd edək ki, Milli Musiqi Günü ilə əlaqədar ustad dərsləri Naxçıvanda fəaliyyət göstərən di­gər musiqi ocaqlarında da keçilib.

 Sona MİRZƏYEVA

Sentyabrın 18-də, Milli Musiqi Günündə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının beşinci hesabat konserti olmuşdur.

Konsert proqramından əvvəl Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun böyük qayğısı sayəsində 1978-ci ilin sentyabr ayında Naxçıvanda Azərbaycan Bəs­təkarlar İttifaqının səyyar plenumu keçirilmiş və ilk dəfə olaraq burada Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı yaradılmışdır.­
Bu gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına böyük qayğı göstərilir, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılır. 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yaradıcı ziyalılarla görüşündən sonra Azərbaycan Bəstəkarlar İtti­faqı Naxçıvan Təşkilatının fəaliyyətində də ciddi dönüş olmuşdur. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir, musiqi mədəniyyətimizin zənginləşməsi yolunda səyini əsirgəmir.

Ardını oxu...

“Cənazənin qabağınca “Məktəbi-tərbiyə”nin şagirdləri 120-dən ziyadə barmaq boyda balalar əllərində siparə, nəhayət, xunavər və məlaləngiz sövt ilə Kəlami-Şərif oxuyaraq novhə edəndə məktəb balaları və camaat səs-səsə verib şövqlə ağlayıb məscidə bir şur, qülqülə saldılar ki, imdiyədək bir kəsin vəfatı əhaliyə təsir etməmişdi...” (Əsəd ağa Kəngərlinin “Şərqi-Rus” qəzetinə məktubundan)
Onun 160 illik yubileyini qeyd etdiyimiz bu günlərdə yolumu Sidqinin məzarının yanından salıram. Nə qəribədir, Sidqi 1892-ci ildə Ordubadda “Əxtər” adlı yeni üsullu məktəbi açarkən, 1894-cü ildə Naxçıvanda “Məktəbi-tərbiyə”ni yaradarkən, ümumilikdə, bütün ömrü boyunca köhnəliyin, xürafatın qarşısında tək dayanmış və millətinin maariflənməsi, təfəkkürünün işıqlanması yolunda ömrünü şam kimi əritmişdi. Bu gün Sidqinin məzarı da bir yolun kənarında tənha dayanır. Bəzən yanından keçən məktəbliləri, tələbələri görərkən ruhu gülümsəyir Sidqinin... Bəzən isə ötüb keçənlərin bu məzarın fərqində belə olmamalarının təəssüfü ilə qaşlarını çatır Sidqi... Müəllimlər müəllimi Məhəmməd Tağı Sidqi indi məzarının olduğu yerdə dəfn olunarkən orada “Ağa-bəy məzarlığı” yerləşirdi. Sonralar sovetlərin məqsədli siyasəti nəticəsində oradakı məzarlıqlar dağıdılanda Sidqi tənha qaldı. Bir yol kənarında tənha qalmış o məzarı unutdurmaq millət olaraq bizə ziyalılarımızı və ziyalılığımızı unutdurmaq planının kiçik bir parçası idi... Axı bizə təlqin olunan o idi ki, Azərbaycana, onun ucqarlarına millət balaları üçün məktəbi, maarifi bolşevizm gətirmişdi. Bizə təlqin olunan o idi ki, sovetlərə qədər biz cəhalət girdabında sürünmüşdük və bu girdabla hamımız birmənalı razılaşmışdıq.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Universitetində Milli Musiqi Günü qeyd olunub. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu günün tarixindən danışaraq qeyd edib ki, dahi Üzeyir Hacı­bəylinin doğum günü 1995-ci ildən “Milli Musiqi Günü” kimi qeyd olunur.
Musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov “Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti” adlı məruzəsində vurğulayıb ki, dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası ilə milli opera sənətinin əsası qoyulub. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, ümumən, bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyli isə musiqi tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olub. Kafedra müdirinin sözlərinə görə, Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, professional kollektivlərin yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
Tədbirin bədii hissəsində musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin “Arazbarı” muğamı, İncəsənət fakültəsinin tələbəsi Bəsti Qasımovanın ifasında “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Musiqi təlimi kafedrasının müəllimi Əli Davudinin ifasında “Koroğlu” operasından Həsən xanın ariyası və digər əsərlər səsləndirilib.

Mina Qasımova

Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixinin və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Mədəniyyətimizin, elmimizin, tariximizin, ədəbiyyat və incəsənətimizin öyrənilməsi və yayılması işində muzeylərin rolu əvəzsizdir. Çünki muzeylər insanların dünyagörüşünün formalaşmasında və inkişafında, onların mədəni, mənəvi, bədii tərbiyəsində əhəmiyyətli işlər görürlər. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir. 

Naxçıvan Muxtar Respublikasında muzey və muzeyşünaslıq işinə çox əhəmiyyətli, lazımlı bir iş kimi yanaşılmış, muzey quruculuğu işinin təşkili geniş vüsət almışdır. Hazırda Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində çox qiymətli və zəngin eksponatlara malik 25 muzey fəaliyyət göstərir. Bu muzeylərdən biri də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, həmçinin müasir şair və yazıçılarımızın həyatını, yaradıcılığını öyrənmək və öyrətmək, geniş təbliğ etmək, ədəbi-mədəni irsimizi toplamaq, qoruyub saxlamaq məqsədilə yaradılan və Naxçıvan şəhərində fəaliyyət göstərən Ədəbiyyat Muzeyidir.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən hər il sen­tyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Böyük bəstəkar və ictimai xadim Üzeyir Hacıbəyov Azərbaycan musiqi sənətinə əvəzsiz töhfələr vermiş, Şərq və Qərb musiqi mədəniyyətləri arasında körpü yaratmış, çoxəsrlik musiqi ənənələrini inkişaf etdirərək yeni mərhələyə yüksəltmişdir. Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısı olan Üzeyir Hacıbəyov Şərqdə operanın və operettanın əsasını qoymuş, dövlət xoru, simfonik orkestr yaratmış, dünya musiqi xəzinəsini öz əsərləri ilə zənginləşdirmişdir.
Dahi bəstəkarın yaradıcılığı doğma Azərbaycanımızın hüdudlarını aşaraq ona dünya şöhrəti qazandırmışdır. Bu sənət milli və coğrafi sərhədlər tanımır, onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyov təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur. Ümummilli liderimiz Heydər Əliyev bəstəkarın şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verərək deyirdi: “Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar – gənclər, vətəndaşlarımız məhz Üzeyir Hacıbəyovun əsərlərindən ruhlanaraq Vətənimizi sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır”.

Ardını oxu...

Nurbəniz Niftəliyeva 1984-cü ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Bir neçə ildir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa kimi fəaliyyət göstərir. Sənətinə olan hədsiz sevgisinin nəticəsidir ki, gənc olsa da, teatrda işlədiyi qısa müddət ərzində bir sıra uğurlara imza atıb, yaddaqalan obrazlarla tamaşaçılarda özünəməhəbbət hissi yaradıb. Bu yaxınlarda gənc istedadı oxucularımızla daha yaxından tanış etmək üçün redaksiyamıza dəvət etdik və onunla həmsöhbət olduq. İlk sualımız da teatr sənətinə gəlişi ilə bağlı oldu:

– Bu sənətin qığılcımlarını lap uşaqlıqdan ürəyimdə hiss etmişdim. Məktəbdə keçirilən bütün mədəni tədbirlərdə iştirak edirdim. Şeir müsabiqələrində həmişə uğur qazanırdım. Tamaşaçı alqışına alışmışdım. İncəsənət sahəsi məni özünə yaman cəlb etmişdi. Ancaq ailəm müəllim olmağımı istəyirdi. Bakı şəhərində qəbul imtahanlarına hazırlaşdığım ərəfədə bibim istedadıma bələd olduğu üçün onun istəyi ilə sənədlərimi Bakı Mədəni-Maarif Texnikumuna verdim. Və bədii yaradıcılıq ixtisasına qəbul olundum. Təhsilimi başa vurduqdan sonra 2007-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi işləməyə başladım. Elə ilk rol aldığım tamaşada mənə əsas obrazlardan biri həvalə edildi. Yoldaşlarımın dediyinə görə, rolun öhdəsindən layiqincə gəldim. Gənc olmağıma baxmayaraq, teatrın əsas aktrisalarından birinə çevrildim. Ən böyük arzularımdan biri Naxçıvan teatrında çalışmaq idi. Əvvəlcə Şərur Xalq Teatrında fəaliyyət göstərdim. Sonra fəaliyyətimi böyük səhnədə – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirməyə başladım. Qürur duyuram ki, bu sənət məbədinin aktrisasıyam.

Ardını oxu...

Bu günlərdə Əcəmi Nəşriyyat-Poli­qrafiya Birliyində şeirlərdən, hekayələrdən və dram əsərlərindən ibarət “Dünyaya pəncərə” adlı 3 kitab nəşr edilmişdir. Kitablar Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 2012-ci ildə keçirilmiş konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq yaradılan Yazıçılar Birliyinin Bədii Tərcümə Mərkəzi tərəfindən hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin konfransdakı çıxışında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin qarşısında bir sıra problemlərin həll olunması məsələsini qoymuşdu. Bu problemlərdən biri də bədii tərcümə ilə bağlı idi. Konfransda Ali Məclisin Sədri demişdir: “Ciddi problemlərdən biri də bədii tərcümə ilə bağlıdır. Bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikamızda elmi və publisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində Bədii Tərcümə Mərkəzi yaratmaq mümkündür”.

Ardını oxu...

“Mənim fikrimcə, Vətən təfəkkürdən başlanır. Çünki hara baxırsansa, gözlərin onu görür, ürəyin onu düşünür, qəlbin onu sevir. Ona görə hər kəsi, hər kəsə görə onu sevirsən. Məncə, əsl sevgi budur – Vətən sevgisi”. Bu günlərdə çapdan çıxan “Xanəgahım, Naxçıvanım, Vətənim” adlı kitabında belə yazır bir şair.
Doğrusunu desəm, sadəcə, dostlarımızdan eşitmişdim onun haqqında. Bildiyim o idi ki, o, Xanəgah kənd tam orta məktəbinin direktorudur. Kamal Xanəgahlı ilə (Gülmalıyev) isti bir yay günündə tələbələrimizlə birlikdə Əlincəqalaya və Xanəgah Abidə Kompleksinə səfərimiz zamanı tanış olduq. Daha doğrusu, zəng edib kəndə gəlişimizin məqsədini deyəndə və bizə bələdçilik etməsini istəyəndə məmnuniyyətlə razılaşdı və demək olar ki, bütün gün ərzində kəndi və qalanı birlikdə qarış-qarış gəzdik. Xanəgah Abidə Kompleksində olarkən bizə bir kitab da hədiyyə etdi: “Ustadım Nəimidir”. Kitabla tanış olduqdan sonra əmin oldum ki, bu torpaqlar üzərində hələ də Nəiminin və Nəsiminin ruhu yaşayır, onların fəlsəfəsini yaşadan, bu yolla addımlayan insanlar var. Bu yaxınlarda isə yeni kitabının çapdan çıxdığını eşidib ondan “Xanəgahım, Naxçıvanım, Vətənim” kitabını istədim və əldə etdim. Vətənin adi torpaq olmadığını, onun insanın yaranış səbəbi, insana nə üçün yarandığını düşündürən anlayış olduğunu yazan müəllif yazır: “Şəhidliyin, alimliyin, şairliyin, ümumiyyətlə, insanlığın mahiyyəti “Onun” nə olduğunu biləndən sonra başlanır, məncə. Ona qısaca olaraq belə də deyirlər – Vətən”.
Kitabı vərəqlədikcə müəllifin Vətənimizin bir parçası olan Naxçıvanın hər daşını, hər qayasını necə sevdiyinin şahidi olursan. Yazdığı sözləri qəlbinin işığı ilə alovlandıran müəllif qələmin işığı ilə Naxçıvanın bu gününü işıqlandırmağı arzulayır və yazır:

Ardını oxu...

Qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı arxeoloji abidələrlə zəngindir. Onlar həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Abidələrimizin tədqiqi zamanı əldə olunmuş elmi nəticələr nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasının öyrənilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir. Naxçıvan Muxtar Respublikasının ərazisindəki Qazma, Kilid, Daşqala mağaraları və digər Daş dövrünün abidələri Naxçıvanın ilk insan məskənlərindən biri olduğunu sübut edir. Bu abidələrdən tapılan fauna və flora qalıqları, müxtəlif formalı əmək alətləri və digər arxeoloji materiallar Naxçıvanda Daş dövrünün bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri haqqında da məlumatlar verir. Qazma mağa­rasından tapılan sümük qalıqlarının əksəriyyətinin iri heyvanlara məxsus olması göstərir ki, Mustye mədəniyyəti dövründə (eramızdan 120-100-40-35 min il bundan əvvəl) bu abidədə məskunlaşmış insanların həyatında ovçuluq xüsusi yer tutmuşdur. Oradan əldə olunmuş işlənmiş daş və sümük materiallar Naxçıvanda daşişləmə və sümükişləmə sənətkarlıq sahələrinin tarixinin qədim olduğunu da sübut edir. 

Ardını oxu...

XIX əsrin sonu, XX əsrin əvvəllərində ümumazərbaycan naminə intişar tapan mütərəqqi ideyaların daşıyıcılarından biri də Naxçıvan mədəni mühiti idi. Bu mühit ölkədə başladılan maarifçi hərəkatı yeni əlamət və keyfiyyətlərlə zənginləşdirmiş, Azərbaycan elminə, mədəniyyətinə dəyərli simalar bəxş etmişdir. O dövrdə qədim diyarda dünyəvi təhsil verən milli məktəblərin yaradılmasında əhəmiyyətli addımlar atılmış, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi Ordubadda “Əxtər” (1892), Naxçıvan şəhərində “Tərbiyə” (1894) məktəblərini açmışdır.

M.T.Sidqinin pedaqoji fəaliyyəti kimi, yaradıcılığı da yeniliklər məcmusudur. Onun yaradıcılığında İslam dini, Vətən və millət anlayışları xüsusi yer tutmuşdur. M.T.Sidqi çalışırdı ki, insanlar İslam dininin mahiyyətini səthi deyil, daha ağıllı şəkildə dərk etsinlər. Bu isə yalnız elm öyrənməklə mümkündür. Əgər müsəlmanlar İslamı dərindən öyrənsələr, görərlər ki, burada elm və mərifət sahibi olmaq insanoğlunun ən vacib əməlləri sırasındadır; məgər İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”in ilk əmri bu deyilmi: “Oxu, səni yaradan rəbbinin adı ilə oxu”. Görkəmli pedaqoq bir də ona görə İslamın olduğu kimi əxz edilməsinə çalışırdı ki, insanlar bir həqiqəti də bilsinlər: zamanın mütərəqqi ideyalarının tələblərinə uyğunlaşmağı dinimiz nəinki pisləyir, əksinə təqdir edir. Sidqinin fikrincə, bu da ondan irəli gəlir ki, İslam daha çox insanı, hər bir fərdi düşünür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamında deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”.

İncəsənətin ən geniş yayılmış növlərindən biri olan rəqs sənətinin tarixi zərb musiqi alətlərinin yaranma tarixindən xeyli qədimdir. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs etmişlər. Bu cəhətdən muxtar respublikamızın Ordubad rayonu ərazisində yerləşən Gəmiqayadakı qaya təsvirləri xüsusilə səciyyəvidir. Qayanın mərkəzi hissəsində od və Günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insanın təsviri fikrimizi təsdiq edən tutarlı faktlardandır. Naxçıvan şəhərindən 18 kilometr cənubda yerləşən və eradan əvvəl II-I minilliyə aid yaşayış yeri olan Qızılburunda aşkar edilmiş polixrom boyalı küpə üzərindəki rəqs-ifaçılıq təsviri yurdumuzda yallının çox qədim tarixə malik olduğundan xəbər verir. Bu təsvirlər həm də yallıların qədim dünyanın ən nadir sənət nümunələrindən biri olduğunu göstərir. Xalqımızın mədəniyyət incisi olan rəqs sənəti insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, gözəllik və incəliyin, həyatsevərlik və sevincin, mərdlik və mübarizliyin, vətənpərvərlik və insanpərvərliyin təzahürü olmaqla xalq ruhunu oxşayan digər çalarlarla zənginləşmişdir.

Ardını oxu...

“Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə etməklə öz dünyagörüşünü, biliyini, həyat təcrübəsini, mənəvi zənginliyini, nitq qabiliyyətini daha da artırmış olur. Bu mənada uşaqlara mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib məsələdir. Təcrübə göstərir ki, çox mütaliə edən uşaqların intellekti daha yüksək olur. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əsas məqsədi uşaqlarımızın gələcək həyatına yeni dəyərlər bəxş etmək, tez-tez dəyişən, inkişaf edən müasir dünyamızda uşaqlarımızın mütaliə qabiliyyətini və dünyagörüşünü artırmaq, onların daha savadlı, daha zəkalı böyümələrinə töhfə verməkdir”.
Bu fikirləri Naxçıvan şəhərinin “Təbriz” küçəsindəki birinci və ikinci yaşayış binalarının həyətində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “kitabxana günü” münasibətilə keçirilən növbəti “Oxu məni” adlı kitab sərgisində kitabxananın direktoru Kamal Axundov səsləndirib. Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən kitablardan 250-si xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş kitablar, digərləri isə Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılıq nümunələrindən ibarət əsərlərdir.
Sərgidə şəhər sakinləri və məktəblilər iştirak ediblər.

 Sona MİRZƏYEVA

Bu gün muxtar respublikamızın hərtərəfli inkişafı onun mədəni həyatını da əhatə edir. Regionun qədim tarixi, mədəni zənginliyi hər bir bölgənin simasında daha aydın görünür. Məhz bu tarixi və mədəni zənginliyi özündə birləşdirən rayonlarımızdan biri də bu il yaradılmasının on  illiyini qeyd etdiyimiz Kəngərli rayonudur. Ötən dövr ərzində həyata keçirilən böyük quruculuq tədbirləri rayonun mədəni həyatına da ciddi təsir göstərmiş, yeni mədəniyyət müəssisələri yaradılmış, mövcud mədəniyyət obyektlərinin əksəriyyəti əsaslı şəkildə yenidən qurulmuşdur. Bütün bunlar adıçəkilən sahənin inkişafına əsaslı stimul olmuşdur. Elə bu yaxınlarda Kəngərli rayonuna növbəti səfərimiz zamanı bunun bir daha şahidi olduq. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyovla da söhbətimizin əsas mövzusu rayonun mədəni həyatı haqqında oldu.

Şöbə müdiri bildirdi ki, rayonda 1 mərkəzləşdirilmiş kitabxana və onun 11 filialı, Tarix-Diyarşünaslıq Muzeyi və Şahtaxtinskilər Muzeyi, 2 Uşaq Musiqi Məktəbi, Mədəniyyət Evi fəaliyyət göstərir. Bundan əlavə, 5 kənd mədəniyyət evi, 5 kənd klubu Kəngərli rayon sakinlərinin xidmətindədir. Rayonun Şahtaxtı, Qarabağlar, Çalxanqala, Yeni Kərki, Qabıllı, Böyükdüz, Təzəkənd və Xıncab kəndlərindəki mədəniyyət müəssisələri müasir binalarda yerləşdirilmişdir. 2012-ci il may ayının 30-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rayon mərkəzi Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Kəngərli Rayon Mədəniyyət Evinin açılışı rayon sakinlərinin uzun müddət yaddaşında yaşayacaq. Bu ünvanlarda yaradılmış hərtərəfli şəraiti onlar insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün göstərilən böyük qayğı kimi dəyərləndirirlər.

Ardını oxu...

Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən Məhəmməd Tağı Sidqi (1854-1903) pedaqoji fikir tariximizdə özünəməxsus yer tutur. Onun yaradıcılığında vətən, millət və dil anlayışları xüsusi əhəmiyyət kəsb edir. Qüdrətli pedaqoq, şair və publisist Naxçıvan maarifində elə bir xidmət göstərmişdir ki, yaratdığı xariqələrin əks-sədası hələ sağlığında bütün Qafqaza yayılmışdı. Maarif və mədəniyyət meydanına Ordubadda təşkil olunmuş “Əncüməni-şüəra” adlı şairlər məclisində atılan bu işıqlı Azərbaycan ziyalısı Naxçıvan şəhərində təşkil etdiyi “Məktəbi-tərbiyə”də fəaliyyətini davam etdirmiş, yazıb-yaratmışdır. Ustad sənətkar Cəlil Məmmədquluzadənin təkidli xahişi ilə Naxçıvan şəhər mühitinə daxil olan Sidqi burada teatr həyatının inkişafında da müstəsna xidmətlər göstərmişdir.

Ardını oxu...

Dağlıq rayon olan Şahbuzda insan yaşayışının neçə minillik tarixə malik olmasını “Kükü”, “Sarıdərə”, “Kolanı”, “Ağbulaq”, “Qarnıyarıq”, “Govurqala”, “Şamlar” adlı qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntılar zamanı tapılan eksponatlar sübut edir. Qazıntılar zamanı adları çəkilən qədim yaşayış məskənlərində eramızdan əvvəl III-II minilliklərə aid edilən bir çox maddi-mədəniyyət nümunələri tapılıb. Həmin nümunələrin bir çoxunun mütəxəssislər tərəfindən boyalı qablar mədəniyyəti dövrünə məxsus olduğu müəyyənləşdirilib. Arxeoloqların fikrincə, bu yerlərdə insanlar Eneolit, Tunc və Dəmir dövrlərində məskunlaşıblar. Bu gün rayon Tarix-Diyarşünaslıq Muzeyində Kükü nekropolundan tapılmış iri boyalı küpə, boz rəngli qablar, tunc nizə ucluqları və sancaqlar qədim və orta əsrlərə aid bölmədə nümayiş etdirilir.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Naxçıvançayın ətrafında Neolit və Eneolit dövrlərinə aid 20-dən çox yaşayış yeri aşkar ediblər.
AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, alimlər Naxçıvanın Babək rayonu ərazisindəki Kültəpə yaşayış yeri və onun ətrafında aparılan qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrinin eramızdan əvvəl V minilliyə aid olduğunu bildiriblər.
Azərbaycan-Fransa birgə tədqiqat qrupunun işlədiyi ərazidə fransalı arxeoloqları, əsasən, qədim yaşayış yerlərinin quruluşu maraqlandırır. Məqsəd Neolit dövrü Naxçıvanı haqqında daha ətraflı məlumat əldə etməkdir.
Qeyd edək ki, qazıntı sahəsindən götürülən nümunələr analizlərdən keçirilmək üçün Fransa və İtaliyaya göndəriləcək.

Elnur KƏLBİZADƏ

Muxtar respublikada mərkəzi icra hakimiyyəti orqanları üçün “Muzey günləri” tərtib olunub. “Muzey günləri”ndə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.
Avqustun 30-da Naxçıvan Muxtar Respublika­sı Ali Məclisi Aparatı­nın kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, 47 il bundan əvvəl fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi görkəmli ədiblərimizin həyat və yardıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir. Böyük yazıçı, mütəfəkkir, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda qeyd olunduğu günlərdə – 1967-ci il iyun ayının 12-də Naxçıvan şəhərində Ədəbiyyat Muzeyinin açılışı olmuş və muzeyə Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Ardını oxu...

İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli dəyərlər onun ən qiymətli sərvətidir. Zəngin mədəniyyətə sahib hər bir xalq milli dəyərlər sisteminə malikdir. Bu sistemə Ana dili, adət-ənənələr, milli mentalitet, mədəniyyət, ədəbiyyat və incəsənət ənənələri daxildir.
Milli dəyərlər həm də insanı cəmiyyətdə formalaşdıran, onun mənəvi inkişafına stimul olan davranış qaydalarının məcmusudur. Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya xalqları içərisində qədim mədəniyyətə malik xalq kimi tanınmaqdadır. Azərbaycan xalqının milli mənlik şüurunun oyanışında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev həmişə maddi və mənəvi mədəniyyətimizin inkişafına xüsusi qayğı göstərmişdir. Ümummilli lider xalqın qədim milli-mənəvi dəyərlərini müasirliklə əlaqələndirərək deyirdi: “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.

Ardını oxu...

Ulu Naxçıvanımızın yetirdiyi məşhur ziyalılar sırasında Məhəmməd Tağı Sidqinin xüsusi mövqeyi vardır. Onun zəngin, çoxşaxəli yaradıcılığı, qaynar fəaliyyəti on doqquzuncu əsrin ikinci yarısı və iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda maarifin, ədəbiyyatın, filoloji fikrin, mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Mütəfəkkir şəxsiyyətin fəaliyyət dairəsində ədəbiyyat da geniş yer tutur. “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 avqust 2014-cü il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan Məhəmməd Tağı Sidqi ədəbi yaradıcılıqla da məşğul olmuş, Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında mühüm xidmətlər göstərmiş, maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə öz yerini tutmuşdur. Görkəmli pedaqoqun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynamışdır”.

Ardını oxu...

“Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır. Bu baxımdan muxtar respublikamızda kitabxana işini tənzimləmək, onların fəaliyyətini müasir tələblər səviyyəsinə çatdırmaq, kitabların geniş təbliğini və bu sahədə xidməti işi genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirilib”.
Bu fikirləri Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “kitabxana günü” münasibətilə keçirilən növbəti “Oxu məni” adlı kitab sərgisində kitabxananın direktoru Kamal Axundov səsləndirib. Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən kitablardan 200-ü xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş kitablardan, digərləri isə Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcı­lığından bəhs edən əsərlərdən ibarətdir.
Sərgidə şəhər sakinləri və məktəblilər iştirak ediblər.

Xəbərlər şöbəsi

Saatsaz saatların qüsurlu hissələrini nəzərdən keçirən, nasazlıqları aşkar edib təmir edən və sazlayan şəxsdir. Bu peşənin nə zamandan yaranması haqqında dəqiq məlumat olmasa da, hər halda, saatların yaranması ilə eyni vaxta təsadüf etdiyini söyləmək olar. Əvvəllər saatsaz dükanları çox olardı. Xüsusilə bazarlarda belə köşklərə çox rast gəlmək mümkün idi. Ancaq son zamanlar sanki saatsaz qıtlığı yaranıb.

Bir zamanlar Naxçıvan şəhərinin mərkəzi küçələrində, bazarda və digər məişət avadanlıqları satılan ərazilərdə fəaliyyət göstərən bu cür təmir yerləri indi, demək olar ki, çox azdır. Hər halda bu, bazarın tələbindən irəli gəlir. Lakin bizim üçün əsas məsələ müasir dövrdə bu peşənin qarşılaşdığı çətinliklər, saatsazlığın maraqlı tərəfləri və nəhayət, bu sənətin necə yaşadılması haqqında məlumatlar əldə etməkdir. Elə buna görə də qərara gəldik ki, Naxçıvan şəhərində bu peşə ilə məşğul olan sənətkarlarla həmsöhbət olaq. Əslində, onların sayı indi elə də çox deyil; barmaqla sayılacaq qədərdir. Bizimsə həmsöhbətimiz ömrünün 40 ilini bu sənətə həsr etmiş, öz peşəsinə könüldən bağlanmış, həm də işinə elə saat kimi dəqiq yanaşan İlyas usta oldu. İlyas usta indi müştərilərini Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən balaca saat dükanında qarşılayır. Biz də onunla burada görüşürük. İçəriyə diqqət yetirdikdə saatsaz dükanına xas mənzərə diqqətdən yayınmır: masa üzərindəki qutularda sıra ilə düzülmüş ehtiyat hissələri, lampa, saat hissələrinin sökülüb-yığılmasında istifadə olunan müxtəlifölçülü alətlər, sıra ilə düzülmüş divar saatları və buranı heç zaman tərk etməyən saat səsləri. Söhbət zamanı onu da müşahidə edirik ki, İlyas usta həm də maraqlı həmsöhbətdir.

Ardını oxu...

1924-cü ildən başlayaraq tariximizin öyrənilməsi  və təbliğinə başlayan Naxçıvan Dövlət Tarix Muzeyinin uğurlu fəaliyyəti 1969-cu ildən sonrakı dövrə təsadüf edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlayır, onların əlaqələri genişləndirilir. Həmin dövrdən etibarən Naxçıvan Dövlət Tarix Muzeyinin də fəaliyyətində bir çox yaddaqalan hadisələr və əlamətdar günlər baş verir. Bunlardan biri 1969-cu ilin oktyabr ayında Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tariximizin elmi əsaslarla yenidən öyrənilməsi və tədqiq edilməsi ilə bağlı Naxçıvana ezam olunmuş elmi ekspedisiyanın Naxçıvan Dövlət Tarix Muzeyində keçirdiyi elmi-nəzəri konfransdır. Həmin konfransda Naxçıvanın tarixi ilə bağlı maraqlı elmi məruzələr dinlənilmiş və müzakirələr keçirilmişdir.  

Ardını oxu...

Muğam Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə qədər gəlmiş nadir sənət nümunəsidir. Azərbaycan musiqisinin və muğamının tarixi çox qədimdir. Qobustan və Gəmiqaya rəsmləri musiqimizin tarixi haqqında çox qiymətli məlumatlar verir. Muğamın yaranması haqqında dünyada müxtəlif fikirlər və fərziyyələr mövcuddur. Amma bu da faktdır ki, çağdaş dövrdə muğam ən çox Azərbaycanda inkişaf etmişdir. Ən əsası isə odur ki, muğamı indi bütün dünyaya tanıdan da məhz Azərbaycan xalqıdır.
Azərbaycan muğamı xalqımızın tarixini, coğrafiyasını, mədəni həyatını, etnik köklərini özündə ehtiva edir. Muğam sənətimizdə xalqımızın müdrikliyini, gələcəyə inamını, məhəbbətini, düşüncə və təfəkkürünü, mübarizə və döyüş ruhunu görmək mümkündür. Başqa sözlə, muğam hər bir azərbaycanlının mənəviyyatının genetik kodu, ensiklopediyasıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR