24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikada mərkəzi icra hakimiyyəti orqanları üçün “Muzey günləri” tərtib olunub. “Muzey günləri”ndə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.
Avqustun 30-da Naxçıvan Muxtar Respublika­sı Ali Məclisi Aparatı­nın kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, 47 il bundan əvvəl fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi görkəmli ədiblərimizin həyat və yardıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir. Böyük yazıçı, mütəfəkkir, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda qeyd olunduğu günlərdə – 1967-ci il iyun ayının 12-də Naxçıvan şəhərində Ədəbiyyat Muzeyinin açılışı olmuş və muzeyə Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər materiallar mühafizə olunur. Ekspozisiyada Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələr vardır. Muzeyə gələnlər naxçıvanlı şair və yazıçıların yaradıcılıqları ilə də tanış ola bilərlər. Həmçinin muzeyin ekspozisiyasında Naxçıvan teatrının tarixinə aid sənədlər, görkəmli sənətkarların yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş olunur.
Qeyd olunmuşdur ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycan ədəbiyyatının tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinin iştirakı ilə muzeydə müxtəlif mövzularda açıq dərslər də keçilir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR