24 Dekabr 2024, Çərşənbə axşamı

Uzun illərdir, gəzib dоlaşırıq ulu türk yurdu Naxçıvanı, tarixən оna bağlı оlan bölgələri. Beləliklə, bu yurdun qədim yaşayış məskənləri, adəti, inamlar sistеmi, əhalinin məşğuliyyəti, ümumiyyətlə, maddi və mənəvi mədəniyyətinin müxtəlif sahələrinə aid zəngin matеrial tоplamışıq. Araşdırmaların əsas istiqaməti ailə məişəti, qədim inamlar sistеmi, еtnik kimlik məsələləri оlsa da, ara-sıra ənənəvi tərbiyə, milli uşaq оyunları, xalq pеdaqоgikasına aid məqalələr də nəşr еtdirdik.O dövrdə uşaqların fiziki və zеhni tərbiyəsi, milli uşaq оyunları ilə əlaqəli kеçirilən bir sıra ümumittifaq kоnfranslarda məruzələrlə çıxışlar еtmişdik.

Ardını oxu...

Xalq təqvimindəki boz ayın dörd çərşənbəsi müqəddəs sayılmış və təbiətin dəyişməsində dörd ünsür – su, od, yel və torpaq mühüm rol oynamışdır. Xalq yaradıcılığında bu ayın dörd çərşənbəsinin hər biri ilə bağlı müxtəlif ayin, etiqad, inanc və mərasimlər mövcuddur. Boz ayın ikinci çərşənbəsi xalq arasında “Xəbər çərşənbə”, “Külə çərşənbə” kimi də bilinən “Od çərşənbə”sidir. Buna xalq arasında bəzən “Üsgü çərşənbə”, “İkinci çərşənbə” və yaxud əzizləmə mənasında “Addı çərşənbə” də deyilmişdir. İkinci çərşənbədə havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir. Buna görədir ki, bu çərşənbə “Xəbər çərşənbə” də adlanır – yəni yazın xəbərçisi. Bu çərşənbədə havalar qızır, Günəş artıq yeri isitməyə başlayır. Naxçıvandan toplanmış etnoqrafik çöl materiallarına görə, bu çərşənbəyə həm də “Külə çərşənbə” deyilir. “Külə” sözü “tam olmayan, qısa” mənasını bildirir.

Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma, od kultu ilə əlaqəli yaranmışdır. Hələ çox-çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi odu təsəvvürlərində müqəddəsləşdirmişlər. Əski zamanlarda insanlarda belə bir inam yaranmışdır ki, onlar odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Topladığımız etnoqrafik çöl materiallarına görə, Qarabağlar kəndində və Ordubadın bəzi kəndlərində hər çərşənbədə od yandırardılar. Gal kəndində od çərşənbəsində yandırılan odun külünü üç yerə səpər, mal-qaranı, qoyun-quzunu külün üzərindən keçirərdilər. İnanca görə, od çərşənbəsində yanan odun külünü kom qoymazdılar. Bu hal evə uğur gətirməzdi. Həmin külü Payız kəndində yaşlıların verdiyi məlumata görə, axar suya axıdardılar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasında Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov məruzə ilə çıxış edib.
Bildirilib ki, “Muxtariyyət ili”ndə mədəniyyət müəssisələri Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş konsert proqramları və teatr tamaşaları hazır­layıblar. Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu, vokalistlər və musiqiçilərdən ibarət 12 nəfər üzvü, o cümlədən Şərur Xalq Yallı Ansamblı Naxçıvan nümayəndə heyətinin tərkibində Polşa Respublikasının Krakov şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş konsert proqramları ilə çıxışlar ediblər. Ötən ilin iyun ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikada fəaliyyət göstərən yallı kollektivlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 45 illiyi münasibətilə “Milli dəyərlərimiz – yallı” adlı festival keçirilib. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Orkestri, Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və xor kollektivi Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş konsert proqramları ilə çıxış ediblər.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və yeniyetmələrə vətənpərvərlik hislərinin aşılanması məqsədilə “Xocalı soyqırımı” adlı sənədli filmi nümayiş olunub.
Tədbirdə muxtar respublikanın ali və orta ixtisas müəssisələrinin tələbələri iştirak ediblər.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 23 ildönümünə həsr olunmuş muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı və şeir müsabiqələri keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Xocalı qurbanlarının xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi, vətəndaşlıq hislərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olub. Tədbirin açılışında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin nümayəndələri çıxış edərək Xocalı soyqırımı haqqında məlumat veriblər.
Sonra şagirdlərin ifasında Xocalı soyqırımı haqqında şeirlər səslənib. Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Şeir müsabiqəsində Naxçıvan şəhərindəki Qızlar Liseyinin şagirdi Gülay Novruzova birinci, Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinin şagirdi Aysu Pirməmmədli ikinci, Sədərək rayon Qaraağac kənd tam orta məktəbinin şagirdi Vəfa Əliyeva üçüncü yerlərə layiq görülüblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və tarixi həqiqətlərin gənclərə çatdırılması məqsədilə “Dolu” bədii filmi nümayiş olunub. Film Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilib. Film Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.
Qeyd edək ki, bu cür filmlərin nümayiş etdirilməsi qarşıdakı aylarda da nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Su Tanrının insana bəxş etdiyi ən böyük və əvəzsiz sərvətdir

Novruz xalqımızın milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürdə daşlaşmış bayramdır. Bu bayramın elmi-mifoloji şərhi ilə əlaqədar elmi düşüncədə müxtəlif mülahizələrin olmasına baxmayaraq, tədqiqatçılar Novruzun bahar bayramı olması fikrinə əsaslanır. Çünki bayramın semantikasında xalq-meydan tamaşalarından tutmuş ayrı-ayrı mövsümi atributlara qədər bu “mifoloji yol”un izləri özünü qoruyub saxlamışdır. 

Gecə ilə gündüzün bərabərləşməsini, xeyir qüvvələrin şər qüvvələr üzərində qələbə çalmasını, ildırımın çaxmasını, yağışın yağmasını, əkinçilik təsərrüfatı həyatının başlanğıcını özündə təcəssüm etdirən Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin (havanın), torpağın isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır.

Ardını oxu...

Tarixi çox da qədim olmayan Azərbaycan memuar ədəbiyyatı müxtəlif istiqamətləri əhatə edir. İndiyədək respublikamızda Birinci və İkinci Dünya müharibələrinin iştirakçıları, partizan hərəkatının nümayəndələri, ayrı-ayrı elm sahələri üzrə xüsusi xidmətləri olan məşhur şəxsiyyətlərə aid xatirələr toplanılıb çap edilərək oxuculara çatdırılmışdır. Memuar ədəbiyyatımızı zənginləşdirən bir istiqamət də məşhur şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərimiz haqqında yazılan xatirələrdir. Bu xatirələrin bir qismində müəlliflər öz ədəbi-mədəni və ictimai fəaliyyəti haqqında yazmışlar. İkinci qisim xatirələr isə başqa müəlliflərin müxtəlif şair, yazıçı, mədəniyyət və incəsənət xadimləri haqqında yazdıqlarıdır. Bu qrupa daxil olan xatirələrin olduqca az miqdarı gündəliklər və müxtəlif sənədlərə əsaslanmaqla yazılmışdır.

Ardını oxu...

Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi-pedaqoq, publisist, tənqidi rеalist ədəbi cərəyanın bayraqdarı, ilk mənzum allеqоrik dram əsərinin müəllifi, dramaturgiyanın nəhəng simalarından biri, yenitipli ictimai satiranın yaradıcısı, bütün dünyada məşhur olan yeni üslublu “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı, böyük ədib Cəlil Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Azərbaycanın qədim mədəniyyət və sivilizasiya beşiyi olan Naxçıvan şəhərində anadan olmuşdur. “Gözümü dünyaya birinci dəfə açanda dünyanı qaranlıq görmüşəm”, – deyən görkəmli ədib ictimai satiranın gücü ilə xalqının çəkdiyi əziyyətləri, elm və maarifdən uzaq tutulan insanların həyati faciələrini, bir sözlə, hər cür ictimai bəlalarla qaragünlü ömür yaşamağa vadar edilmiş xalqının yoluna işıq tutmuşdur.

Cəlil Məmmədquluzadə ilk təhsilini mollaxanada almışdır. Özü də bu barədə xatırlayacaqdı ki, əgər mollaxanada bu təhsili almasaydı, yəqin ki, bir cızma-qara sahibi olmayacaqdı.
Mirzə Cəlilin sonralar təhsilini üçsinifli Naxçıvan şəhər məktəbində davam etdirməsi onun gələcəyini, bir növ, müəyyənləşdirməyə böyük imkanlar yaratmışdı. O vaxt Qafqazın ən böyük “universiteti” hesab olunan Qori Müəllimlər Seminariyasına gedən yol məhz bu illərdən başlayırdı.

Ardını oxu...

“Mənim gerçək atam Filip deyil, Aristoteldir. Çünki birinci maddiliyimin – maddi quruluşumun, ikinci mənəviyyatımın – mənəvi quruluşumun meydana gəlməsinə səbəb olmuşdur”, – deyirdi Makedoniyalı İskəndər.
Bəli, mənəviyyat, mədəniyyət insanı necə yüksəldirsə, bir ölkəni də o cür yüksəldir, qoruyur, gələcək inkişafında əhəmiyyətli vasitəyə çevrilir.
Bu baxımdan mədəniyyətimizin inkişafı milli və mənəvi dəyərlərimizin inkişafından asılıdır. Bu dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, ədəbiyyatımıza, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mətbuatın yaranması ilə bərabər, XIX əsrdə kitab nəşri sahəsində meydana çıxan yeniliklər getdikcə təkmilləşərək inkişaf etdi.

Ardını oxu...

Xalq etimologiyasına görə, fevral ayı görüləcək işlərin, keçiriləcək bayram və mərasimlərin özünəməxsusluğu ilə seçilir. Bu ayla bağlı inanc sistemləri də olduqca çox maraqlıdır. Xalq təqviminə görə, bu ay kiçik çillə və boz ayın ilk iki çərşənbəsindən ibarətdir. Kiçik çillə yanvarın 31-dən fevralın 19-a qədərki dövrü əhatə edir. Bu dövrdə Naxçıvan bölgəsində bayram və mərasimlər qeyd edilərdi. Bunlardan birincisi, “Çoban bayramı” və ya “Sayagəzmə” adlanırdı ki, bu mərasim fevral ayının əvvəllərinə təsadüf edirdi. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, döl bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxartmaq idi. 

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və yeniyetmələrə vətənpərvərlik hislərinin aşılanması məqsədilə “Laçın dəhlizi” bədii filmi nümayiş olunub. Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri filmə baxıblar.
Qeyd edək ki, bu səpkidə filmlərin nümayiş etdirilməsi qarşıdakı aylarda da nəzərdə tutulub.

- Ceyhun MƏMMƏDOV

Fevralın 19-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımına həsr edilmiş “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisinin açılışı olub.
Sərgidə əksəriyyəti gənclərdən ibarət olan 27 rəssamın 50-dək əsəri nümayiş etdirilir.
Sərginin açılış mərasimində əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ardını oxu...

Həmkarlarımdan birinin qəzetimizdə unudulmaqda olan uşaq oyunları ilə bağlı yazısını oxuyarkən xəyalım məni də uşaqlıq illərinə apardı. Oynadığımız oyunları gözlərim önünə gətirdim. Elə sonrakı illərdə də, lap yaxın dövrlərə qədər də həyət-bacada, özlərinə meydança düzəltdikləri yerlərdə uşaqların oynadıqları oyunlar onlara dünyanın ən böyük sevincini bəxş edən məşğuliyyət idi. Həmkarımın yazısı məni düşündürən bəzi məqamlara toxunmağa vadar etdi. Bu məqamları oxucularla bölüşmək istədim.

Unudulan təkcə uşaq oyunlarıdırmı? Tam əminliklə deyim ki, bu gün hansı oxucumuza belə bir sualla – Son vaxtlar qohum-əqrəbanızda, yaxın tanışlarınızda hansı nənəninsə öz nəvələrinə nağıl danışmasını xatırlayırsanmı? – müraciət etsək, müsbət cavab almayacağıq. Şəxsən mən özüm nənələrin uşaqlara nağıl danışması kimi çox maraqlı, tərbiyəvi əhəmiyyət daşıyan prosesin mövcudluğunu yadımdan çıxarmışam.

Ardını oxu...

Müasir günümüzdə insanlar irqindən, harda və hansı ictimai quruluşda yaşamasından asılı olmayaraq, mənəvi dəyərlərə ehtiyac hiss edir və bu dəyərlərə həssaslıqla yanaşırlar. Elə bunun nəticəsidir ki, bu gün dünya xalqları arasında sevə-sevə oxunan kitablardan biri öz kamil şəxsiyyəti ilə heyrətlər yaratmış Türk dünyasının böyük şairi Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” kitabıdır.

“Məsnəvi” əsl mənəviyyat, ucalıq və zəngin insani dəyərlər kitabıdır. Bütün türk-islam əxlaqı və düşüncəsini özündə əks etdirən bu kitab bəşəriyyətə humanizm, sevgi, barış, qayğıkeşlik və mərhəmət, düzgünlük, həqiqətsevərlik kimi yüksək əxlaqi, mənəvi hiss və duyğular, keyfiyyət və xasiyyətlər aşılayır. Daşıdığı bu mənəvi-fəlsəfi əhəmiyyətdən irəli gəlir ki, neçə illərdir, böyük türk şairi və filosofu Mövlananın “Məsnəvi”si dildən-dilə tərcümə edilir. Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”si ölkə­mizdə Azərbaycan dilində üç cilddə çap edilib oxucuların ixtiyarına verilib. Milli mənəviyyat və dəyərləri göz bəbəyi kimi qorunan zəngin dəyərlər yurdu Naxçıvanda Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunmuş “Məsnəvi” üçcildliyi türkiyəli alim, professor Adnan Qaraismayıloğlunun orijinaldan tərcüməsi əsasında AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev tərəfindən Azərbaycan dilinə çevrilərək nəşr edilib.

Ardını oxu...

(Əvvəli qəzetimizin 30 yanvar tarixli sayında)
Orta Tunc dövrünə aid arxeoloji abidələrin tədqiqi bu dövrdə Naxçıvanın Urmiya hövzəsi daxil olmaqla Azərbaycanın cənubu və Şərqi Anadolu ilə vahid iqtisadi-mədəni rayona daxil olduğunu göstərir. Bu dövrdə Naxçıvan, boyalı qabları ilə fərqlənən Orta Tunc dövrü mədəniyyətinin mərkəzinə çevrilir. İqtisadiyyatın, xüsusilə sənətkarlıq və ticarətin inkişafı şəhərtipli yaşayış yerlərinin və şəhər dövlətlərin formalaşması ilə nəticələnir. Naxçıvan ərazisindəki arxeoloji abidələr Yaxın Şərqdə formalaşan Orta Tunc dövrü mədəniyyətinin bir sıra xarakterik cəhətlərini müəyyən etməyə imkan verir. Orta Tunc dövründə Yaxın Şərqdən fərqli olaraq, Naxçıvanda oturaq həyat fasiləyə uğramada davam edir və qalatipli yaşayış yerləri meydana çıxır. Bunlar arasında II Bəzəkli qalası, Göynük qalası, Qazançıqala, Qız qalası, Qurddağ qalası strateji cəhətdən əlverişli mövqedə yerləşmiş yaşayış yerləridir. Bu tip abidələr cəmiyyətin iqtisadiyyatında və ictimai quruluşunda meydana gələn dəyişiklikləri izləməyə imkan verir.

Ardını oxu...

Fevralın 12-də Heydər Əliyev adına tam orta məktəbdə görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açaraq bildirib ki, “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 26 yanvar 2015-ci il tarixli Sərəncamı muxtar respublikada bütün digər sahələrlə yanaşı, elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə göstərilən ardıcıl və möhtəşəm qayğının növbəti parlaq təzahürüdür.
Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Gülşən Fətullayeva, təhsil ocağının kitabxana müdiri Elsevər Həsənova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, maraqlı həyat yolu və zəngin yaradıcılığı ilə seçilən, çoxcəhətli fəaliyyəti ilə xalqa, ədəbiyyata xidmət edən istedadlı alim, əsl vətənpərvər ziyalı Əziz Şərif ötən əsr Azərbaycançılıq məfkurəsinin ən parlaq simalarından biri olub.

Ardını oxu...

Naxçıvan, bilindiyi kimi, bir çox dahi şəxsiyyətin doğulduğu torpaqdır ki, bu cür insanlar dünyaya az-az gəlirlər. Belə liderlər, elm xadimləri, ədəbi simalar, memarlar dünyada  nadir şəxsiyyətlər kimi tanınırlar.  

Naxçıvan diyarının yetirdiyi şəxsiyyətlərdən biri də Şərqdə adı hörmətlə anılan, həyatı və yaradıcı­lığı Türkiyədə bir çox elmi-tədqiqatın mövzusuna çevrilən Məhəmməd ibn Fəxrəddin Hinduşah Naxçıvanidir. XIV əsrin məşhur tarixçisi, dilçi alimi, filosof Məhəmməd Naxçıvani öz dövrünə görə gözəl təhsil alıb. Azərbaycan, fars və ərəb dillərini mükəmməl səviyyədə bilirdi. Yazdığı bir neçə əsər onu xalq arasında məşhurlaşdırıb. Bu səbəbdən onu Təbrizə, Elxanilərin sarayına dəvət edirlər.

Ardını oxu...

 Bunun müqabilində ədəbi proses, bədii yaradıcılıq işi daha da güclənməlidir

Qədim dövr ədəbiyyatımızdan üzü bəri söz sənətimiz, ədəbi nümunələrimiz bəşər övladına üç əsas keyfiyyət aşılayıb: cəngavərlik, aşiqlik, filosofluq. Bu keyfiyyətlər özlüyündə dərin mənalar daşıyıb və insanları bu mənaları duymağa səsləyib. Cəngavərlik özündə vətənpərvərlik, məğrurluq, dosta sədaqət, cəsarət, sözü və əqidəsi bütövlük ehtiva edib; aşiqlik keyfiyyəti ədəbi şəxsiyyətlərimizin yaradıcılığında iki istiqamətdə təzahür edib: İlahi sevgi və dünyəvi məhəbbət. 

Nəticədə, aşiqliyin hər iki forması insana nəcib duyğular aşılayıb, Vətən sevgisinin, ata-ana, dost-yar məhəbbətinin insanı uca tutduğunu tərənnüm edib. Və məlum olub ki, bütün bu sevginin fövqündə İlahi məhəbbət dayanıb. Bu məhəbbəti duyan Nizami, Füzuli, Nəsimi, Cavid kimi klassiklərimiz kamillik zirvəsinə ucalıblar. Sonuncu keyfiyyət filosofluqdur ki, sadalananları mənalandırıb, bu günümüzə gətirib çıxarıb. Bu mənada ədəbiyyat təsvir və tərənnüm olunan cəngavərlikdir, dahi Füzulinin dediyi kimi, aşiqlik istedadıdır və nəhayət, Cavid yaradıcılığında öz həllini tapan fəlsəfi idrakdır.

Ardını oxu...

İslam Səfərli

İslam Səfərli poetik duyumu ruhu oxşayan bir sənətkar, təmiz mənəviyyatı, saf duyğuları, ülviyyəti insanlara və insanlığa məlhəm bilən unudulmaz bir nəğməkardır. Bütün yaradıcılığı boyu ürəyinin səsinə qulaq asmış, başqalarını da bu səsin diktəsinə arxalanmağa çağırmışdır. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli öz yaradıcı­lığında ictimai lirikanı romantik pafosdan və tərənnümçülükdən xilas edərək ona səmimi, təbii duyğular bəxş etmişdir. Ədib öz əsərlərində sanki Azərbaycanın poetik xəritəsini çəkmiş, şeirlərində ölkəmizin əksər guşələrini vəsf etmişdir. O, Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq Naxçıvan silsiləsi yaratmış, bu mövzuda 30-dan artıq şeir yazmışdır. 

Bu gün İslam Səfərlinin anadan olmasının 92-ci ildönümüdür. O, 1923-cü il fevral ayının 12-də Naxçıvanın Şəkərabad kəndində anadan olmuşdur. İslam Səfərli ilk təhsilini həmin kənddə almış, sonra Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxumuşdur. Müharibə illərində 416-cı atıcı diviziyanın sıralarında şərəfli döyüş yolu keçən İslam Səfərli azərbaycanlıların alman faşizminə qarşı mübarizədə göstərdikləri şücaəti şair və publisist kimi vəsf etmişdir.

Ardını oxu...

“...Məndə qalan bircə bu dəftərdir ki, vaxtilə mən Cavidin atama yazdığı məktubların surətini oraya köçürmüşəm. Bu dəftər mənim üçün nə qədər qiymətli olsa da, onu unudulmaz dostum və böyük qardaşımın ev-muzeyinə göndərməyi mümkün bildim”.

Bu sətirlər görkəmli şərqşünas-alim Əziz Şərifin Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyinə göndərdiyi məktubdan götürülmüşdür.
Bu ev-muzeyini Cavidşünaslıq mərkəzi adlandırsaq, səhv etmərik. Çünki muzey təkcə Naxçıvan şəhəri və muxtar respublikamızda deyil, Azərbaycanda, hətta respublikamızın hüdudlarından çox-çox uzaqlarda yaşayan cavidsevərlərin ziyarət yerinə çevrilmişdir. Vaxtilə Cavidi görmüş, onunla tanış olmuş, birlikdə işləmiş, yazıb-yaratmış, həmçinin bu böyük sənətkardan sonra dünyaya gəlmiş ədəbiyyatsevərlər, tədqiqatçılar Cavidi daha dərindən duymaq, daha aydın qavramaq və öyrənmək məqsədilə tez-tez bu ünvana müraciət etmişlər. Maraqlı cəhət həm də burasındadır ki, muzeyə müraciət edənlərin çoxunda buradan nəsə öyrənib aparmaq meyli ilə yanaşı, ev-muzeyinə nəsə bağışlamaq həvəsi də olmuşdur. Kimdə ki H.Cavidlə bağlı hər hansı bir əşya, xatirə, kitab olubsa, onu bu ev-muzeyinə yadigar vermək istəmişdir.

Ardını oxu...

Əbülfəz Əzimli: Naxçıvanın müasir inkişafını, dünyaya nümunə olan sabitliyini əks etdirən sanballı əsərlər hələ yazılmayıb

Azərbaycan ədəbi mühitinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti ümumazərbaycan məkanında özünü təsdiq etdirib. Bu mühitin formalaşması prosesi uzun bir yol keçib. Azərbaycan ədəbiyyatına Mirzə Cəlil, Hüseyn Cavid, M.S.Ordubadi kimi görkəmli korifeylər bəxş edən Naxçıvan ədəbi mühiti bu gün hərtərəfli dövlət qayğısı əhatəsindədir. Tənqidçi-alim Əbülfəz Əzimli ilə söhbətimizdə bəzi suallara aydınlıq gətirməyə çalışdıq.

– Azərbaycan ədəbi mühitində Naxçıvan ədəbi mühitinin yeri… Konkret olaraq, Naxçıvanda bugünkü ədəbi mühiti necə dəyərləndirirsiniz?
– Ədəbiyyat, elm, sənət ciddi məsələdir – xalq, millət, Vətən, torpaq nə qədər ciddidirsə, söz sənəti, elm də o qədər ciddidir. Sizin bu sualınız da ciddi, konkret və kəsədir; çalışacağam, hər sualınıza yığcam cavab verəm. Ədəbi mühit anlayışı da çox ciddidir: ədəbi mühit yaşadığımız zamanın sözü deməkdir: həm indi, həm də gələcək üçün bizim ağlımızın, düşüncəmizin, zövqümüzün aynasıdır.

Ardını oxu...

Bu gün etiraf eləməyə çəkindiyimiz bir həqiqət var: çoxumuz kitab oxumuruq. Amma bu kitab oxumamağın səbəbləri haqqında düşünmək ağlımızın ucundan belə keçmir. Halbuki kitab oxumaq bizim həm nitq qabiliyyətimizi formalaşdırır, həm düşüncə tərzimizi müəyyənləşdirir, həm də dünyagörüşümüzün artmasına səbəb olur. Kitablardan əldə etdiyimiz biliklər, oxuduğumuz əsərlərdəki qəhrəmanların həyat təcrübələri istər-istəməz bizim də həyatımızda bəzi vacib məqamlarda hansı qərarları qəbul etməyimizə kömək edir. Amma, çox təəssüf ki, kitablardan uzaq düşmüşük.

Bəs kitaba əvvəlki marağı necə bərpa edə bilərik, insanları kitabxanalara yenidən necə qazandıra bilərik?! Bu suala aydınlıq gətirmək məqsədilə yolumuzu Kəngərli rayonundakı kitabxanalardan saldıq. İlk olaraq rayon mərkəzi kitabxanasına üz tutduq.
Kəngərli rayonunun Qarabağlar kənd mədəniyyət evində yerləşən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Gülşən Qurban­ova ilə həmsöhbət olduq. Bildirdi ki, kitabxana sistemində 51 işçi çalışır. Sistemin ümumi kitab fondu 69 min 635 ədəddir. Bunun 15 min 993 ədədi mərkəzi kitabxananın fondunda, 7714 ədədi isə 11 qəsəbə və kənd filiallarının fondlarında olan kitablardır. Rayon Uşaq kitabxanasının fondunda isə 1824 ədəd kitab var.

Ardını oxu...

 Özbəkistanın silkway.uz portalı bu il yanvarın 9-da oxuculara “Naxçıvan kəhrizləri Azərbaycanın milli sərvətidir” adlı məqalə təqdim edib. Azərbaycanın Özbəkistandakı Səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan məqaləni təqdim edirik.

Qədimdən Şərqdə su həyat mənbəyi olmuşdur. Azərbaycan da bu mənada istisna deyil.
Arid zonalarda sudan istifadə tarixi öz kökləri ilə əsrlərin dərinliyinə gedib çıxır. Azərbaycanın bir çox regionlarında su təchizatı və sudan istifadədə kəhrizlər əsrlərdən bəri mühüm rol oynayır. Arxeoloji məlumatlara görə, kəhrizlər hələ antik dövrdə də mövcud olmuşdur. Belə ki, 1938-ci ildə Gəncə ətrafında Şəmkir çayının vadisində alman tədqiqatçısı Y.Qummelin rəhbərliyi altında aparılmış arxeoloji qazıntılar nəticəsində yaşı bizim eradan əvvəl I əsrə gedib çıxan dağılmış kəhrizin qalıqları aşkar edilmişdir. Bu, müasir Azərbaycanın ərazisində mədəniyyətin səviyyəsinin nə qədər yüksək olduğunu sübut edir.

Ardını oxu...

2014-cü il oktyabr ayının əvvəllərində mən Naxçıvan Muxtar Respublikasına ilk səfərimi etdim. Naxçıvan şəhərində tikilmiş Möminə xatın türbəsi və Xan sarayını ziyarət etdim. Bu iki gözəl və böyük əhəmiyyət kəsb edən binalar çoxlu insanlar tərəfindən tanınır, Azərbaycan memarlığının böyük nailiyyətlərinə örnəkdir və dünya mədəniyyətinə böyük töhfələr vermişdir. Möminə xatın türbəsi möhtəşəm tarixi abidədir. Şərq memarlığının incisidir ki, bu da Azərbaycanın milli memarlığını digər ölkələrdən ayırır. Bu abidə 1186-cı ildə (Naxçıvan şəhərinin qərb hissəsində) Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatın üçün inşa etdirilmişdir. Bu abidə yerli əhali tərəfindən “Atabəy türbəsi” kimi də tanınır. Abidənin yuxarı hissəsində kufi əlifbası ilə yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar”. Abidənin hündürlüyü 34 metr olmuşdur. Lakin sonralar abidənin yuxarı hissəsinin 8 metri dağılmışdır. Bəzi tədqiqatçılara görə, bu mədəniyyət abidəsinin aşağı hissəsində Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn edilmişlər.

Ardını oxu...

Xalq yaradıcılığının ən qədim sahələrindən biri də şifahi poetik yaradıcılıq kimi dəyərləndirilən folklordur. Azərbaycan ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana gəlməsi dövrü ilə bağlıdır. Xalqımızın mifoloji-bədii dünyagörüşünün izləri indi də folklorda özünü büruzə verməkdədir. Müxtəlif ayin, mərasim və əmək proseslərinin nəticəsi olaraq meydana gələn Azərbaycan folkloru, ilk növbədə, janr baxımından rəngarəngliyi ilə diqqəti cəlb edir. Xalqımızın yaradıcı düşüncəsinin məhsulu olan miflər, əfsanələr, nağıl və rəvayətlər, zərb-məsəllər, tapmacalar, dastanlar, aşıq yaradıcılığı, meydan tamaşaları, xalq musiqi və rəqsləri nəsildən nəslə, əsrdən-əsrə Azərbaycan türklərinin ruhunu yaşadaraq zəmanəmizə qədər gətirib çıxartmışdır. Ənənəvi xalq bayramları, Novruz və Xıdır Nəbi mərasimləri Azərbaycan folklorunun zənginliyini nümayiş etdirir.

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli Sərəncamından

Öz milli kimliyini qorumaq və ona sahib çıxmaq hər kəsin vətəndaşlıq borcudur. Milli kimliyini qoruyub saxlamaq üçün gərək tarixini, milli dəyərlərini dərindən öyrənəsən. Bu sahədə folklor materiallarının toplanması mühüm əhəmiyyət daşıyır. Folklorşünaslıq elminin qarşısında duran əsas vəzifələrdən biri folklor materiallarının toplanmasını sistematik şəkildə həyata keçirməkdir. Bunun üçün dövlətin yaratdığı şəraitdən lazımınca istifadə etməliyik.

Ardını oxu...

Naxçıvanda xalq təqvimi ilə bağlı keçirilən mərasimlərdən biri də “Xıdır” və yaxud “Xıdır Nəbi” bayramıdır. Bu bayram “qışın oğlan çağında” – kiçik çillənin onuncu günü, yəni çillənin yarısında, Novruzdan altı həftə əvvəl qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan “Xıdır” bayramı fevralın 9-da, kiçik çillənin yarı olduğu gündə keçirilir. Yanvar ayının 31-də başlanan kiçik çillənin yarısı isə fevralın 9-na təsadüf edir.
Şərur rayonunun Aşağı Yaycı kəndindən topladığımız məlumata görə, burada “Xıdır” bayramı fevralın 5-i, qışın yarı olduğu gün keçirilir. Kəngərli rayonundakı Çalxanqala kəndində, Təzəkənddə isə “Xıdır Nəbi” bayramı fevralın 14-ü (15-i) – Xızır Peyğəmbərin anadan olduğu gün kimi qeyd edilir.

Ardını oxu...

Budəfəki yazımızda XIX-XX əsrin əvvəllərində Naxçıvan maarifçi-ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ilklərdən bəhs etməyə çalışacağıq. Əvvəla qeyd edək ki, Azərbaycan ədəbiyyatında mövcud üç növdən biri olan dramatik növün üç əsas janrı vardır: dram, komediya, faciə.

Dram əsəri dedikdə çox vaxt dramatik növdə yazılmış bütün əsərlər nəzərdə tutulsa da, ayrıca işlənən “dram” termini dramatik növün yalnız bir janrının adını bildirir. Dram komediya ilə faciə arasında orta mövqe tutur. Buna baxmayaraq, dram janrı dramatik növün digər iki janrından özünəməxsus xüsusiyyətləri ilə seçilir. Faciədə olduğu kimi, dramda da qəhrəmanla ətraf mühit arasında ciddi münaqişə və kəskin toqquşma baş verir. Amma faciədən fərqli olaraq, dramda qəhrəman bu münaqişə və toqquşma zamanı, bir qayda olaraq, həlak olmur, şər qüvvələrə mənəvi cəhətdən qalib gəlməklə bərabər, həm də sağ qalır. Faciədə isə kədərli, dəhşət doğurucu hadisələr ön plana keçir.

Ardını oxu...

“Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə?
– Adı gözəl, özü gözəl...”
Təəssüf ki, bu nöqtələrin yerinə bir ad tapıb yaza bilmədim. Çünki nə məhəllələrdə qaçıb oynayan uşaqları gördüm, nə onların şaqraq gülüşlərini eşitdim.
“– Ay bala, gəl evə, gizlənqaç oynamaqdan tər içində qalmısan, heç olmasa, gəl, əynini dəyişim, get, yenə oyna.
– Anacan, bircə oyunum qalıb, onu da oynayım, gələrəm.
– Onda qoy, heç olmasa, bir dürmək tutum, verim ye, ondan sonra oyna, acsan.
– Yox, ana, ac deyiləm, qonşudakı Xanım nənə gətirdi, hamımıza kökə verdi...”
Hə, əziz oxucular, yəqin ki, ana ilə bala arasındakı bu qısa dialoq çoxlarınızın uşaqlıq illərindən qalan xatirələri canlandırdı, məhəllələrin tozlu-torpaqlı küçələrində oynadığınız oyunları, uşaqlıq dostlarınızı, təsadüfi tanışlıqları yada saldı. Bəlkə də, kimsə yıxılıb dizinin, dirsəyinin sıyrılmasından yaranan ağrının xəfif sızıltısını qəlbində hiss etdi. Atdığınız topun qırdığı şüşənin cingiltisini eşitdiniz. Yadınıza düşdü ki, siz də həmişə bu yaşda olmamısınız, məhəllənizdən olan bir neçə uşaqla əl-ələ yapışıb bənd yaratmısınız. Qurduğunuz bəndin daha da möhkəm olması üçün yoldaşınızın əlindən bərk-bərk yapışmısınız. Qarşı bənddən birinin adını çəkib, meydan oxumusunuz və uşaq ağlı ilə dərk etmisiniz ki, nə qədər hər kəs bir-birindən möhkəm yapışıb, bu bəndi heç kim qırıb keçə bilməz. Deməli, güc birlikdədir. Və yaxud bəndi qırmaq üçün sürətlə qarşı tərəfin bağlı səddinə yaxınlaşmısınız.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu il repertuarına maraqlı əsərlərin səhnələşdirilməsini daxil edib. Hazırda teatrda görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun “Nadanlıq” pyesinin məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Çingiz Babayevdir.

Ardını oxu...

Azərbaycanın müdafiə qalaları içərisində özünəməxsus yeri olan Əlincəqala Culfa rayonunun Xanəgah kəndinin qərb tərəfində, Əlincəçayın sağ sahilində, strateji cəhətdən çox əlverişli bir mövqedə, vulkanik mənşəli yüksək (1811 m) sıldırım dağın üzərində yerləşir. Möhkəm divarlar və bürclərlə əhatə olunan qala uzunmüddətli müdafiə şəraitində qalaya sığınanları ərzaq və su ilə təmin etmək imkanına malik idi. Orada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi.

Qalanın yerləşdiyi dağın sıldırım olması və möhkəm divarları onu sarsılmaz müdafiə istehkamına çevirmişdi. Qalaya yalnız qərb və şərq tərəfdən qalxmaq mümkün idi. Bu yolların üstündə vaxtilə mühafizə məqsədilə tikilmiş qarovulxanalar, səngərlər və bürclər olmuşdur. Müdafiəçiləri su ilə təmin etmək məqsədilə qalanın müxtəlif yerlərində, qaya üzərində 15-ə yaxın su hovuzu qazılmış, dağın yuxarı hissəsində isə qaya üzərində xüsusi arxlar çapılmışdır. Dağın zirvəsindən axan yağış və qar suları həmin arxlarla daş hovuzlara toplanırdı.
Əlincəqala, əsasən, üç geniş sahədən ibarətdir: şərq, şimal-qərb, cənub-qərb. Birinci sahədən ikinci və üçüncü sahələrə qalxmaq üçün daş pillələr düzəldilmişdir. Qalanın kiçik bir şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binalar olmuşdur. Bu binalar təbii qüvvələrin təsirindən və müharibələr nəticəsində dəfələrlə dağılmış və yenidən bərpa edilmişdir.

Ardını oxu...

(Əvvəli qəzetin 30 yanvar tarixli sayında)

1930-cu illərə aid zəngin informasiya mənbələri sırasında rus şərqşünası K.N.Smirnоvun əsəri mühüm yer tutur. K.N.Smirnov 1936-cı ilin payızında 64 gün Naxçıvanda оlmuş, Zəngəzur və Naхçıvanın əksər kənd­lərini gəzmiş, ziyalılardan, muzеy və arхivlərdən zəngin matеriallar tоplamış, Naхçıvanın tariхi və еtnоqrafiyası ilə bağlı qiymətli bir əsər yazmışdır. Əsər Naхçıvanın tarixi, eyniadlı xanlığın idarə olunmasında Kəngərlilər nəslinin rolu, rus-İran müharibəsindən (1827-1828-ci illər) sonra və XX əsrin əvvəllərində Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti, əhalinin dini görüşləri və sair haqqında geniş məlumat verən çox gərəkli bir mənbədir.

Ardını oxu...

Qərinələrin, əsrlərin sınağından çıxmış ailə dəyərləri övladlarımızın milli ruhda tərbiyə olunması ilə yanaşı, həm də ailə üzvlərinin bir-birinə bağlılığını, səmimiyyətini, mehribançılığını yaradır. Belə dəyərlərdən biri də hər bir azərbaycanlı ailəsində gündə üç dəfə süfrə açılmasıdır. Süfrə həm də bir mədəniyyət nümunəsidir. Hər hansı bir ailədə sevginin, səmimiyyətin, qarşılıqlı hörmətin olub-olmadığını bilmək üçün o ailədə açılan süfrə başında bir dəfə oturmaq kifayətdir.

Ardını oxu...

Həmyerlimiz, şair-publisist Cavad Cavadov uşaqlar üçün bir sıra maraqlı şeir, poema, mənzum-nağıl və pyeslərin müəllifidir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında müəllifin uşaqlar üçün yazdığı “Tovuzquşunun nəğmələri” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub.
Tamaşada xeyirxahlıq, mərhəmət, ədalət hisləri təbliğ olunmaqla bərabər, zülmkarlıq, hiyləgərlik, xəyanət kimi mənfi keyfiyyətlər tənqid olunur. Müəllifin folklorumuzdan bəhrələnərək yazdığı bu əsərdə balaca tamaşaçılar Tovuzquşu, Maral, Şir, Tülkü, Canavar, Sağsağan, Qarğa kimi obrazlarla tanış olacaqlar. Tamaşanın məqsədi balaca tamaşaçılara nəcib duyğular aşılamaqdır. “Tovuzquşunun nəğmələri” tamaşasında şən mahnılar da uşaqların zövqünü oxşayacaq.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov, Xalq artistləri Kamran Quliyev, Yasəmən Ramazanova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, şair Zaur Vedili, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev çıxış edərək fikir və rəylərini bildiriblər. Əsərin müəllifi Cavad Cavad­ovun qızı Lalə Cavadlı isə çıxışında atasının uşaqlar üçün yazdığı pyesinin Naxçıvan Dövlət Kukla Teatrında tamaşaya qoyulmasına görə minnətdarlığını bildirib.
Qeyd edək ki, tamaşanın bəstəkarı Əli Məmmədovdur. Səhnə əsərinin quruluşçu rəssamı Murad Babayevin səhnə tərtibatı uğurludur. Tamaşanın quruluşçu rejissoru isə Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazan­ovadır. Tamaşada Kukla Teatrının aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, Ulduz Süleymanova, Süleyman Süleymanov, İlham Babayev, İlqar Babayev, Səriyyə İsmayılzadə, İbad Nəbiyev rol alıblar.

Əli RZAYEV

Qış fəsli nə dərəcədə sərt keçsə də, xalqımız onun gəlişini bayram kimi qarşılayıb, onun gəlməsi ilə bağlı müxtəlif mərasimlər icra edib. Ümumiyyətlə, qış həm də aşıq məclisləri, qadınların toxuculuq işləri ilə yaddaqalan fəsil kimi tanınıb. İnsanlar bütün yorğunluqlarını qış mövsümündə atıblar. Qış görüləcək işlərin az olması səbəbi ilə həm də bir dincəlmə və əyləncə mövsümüdür. 

Xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq, çillə adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav çillə (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı arasında deyilmiş bir söyləmə də vardır.

Ardını oxu...

Bəşər mədəniyyətinə zaman-zaman dəyərli töhfələr vermiş, məşhur dahilər bəxş etmiş ulu Naxçıvanın iyirminci əsrdə yetirdiyi ən böyük ziyalılardan biri filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Əziz Şərifdir. Onun adı Məmmədcəfər Cəfərov, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı kimi ustad alimlərlə bir sırada çəkilir.
Əziz Şərifin yaradıcılıq fəaliyyəti çoxcəhətli və zəngindir. “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 26 yanvar 2015-ci il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Maraqlı həyat və zəngin yaradıcılıq yolu keçən Əziz Şərif ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində səmərəli fəaliyyət göstərmiş, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının az tədqiq olunan ədəbi şəxsiyyətləri haqqında qiymətli əsərlər yazmışdır. Çoxlu məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və mono­qrafiyaların müəllifi olan Əziz Şərifin elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilmişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan Əziz Şərif bədii tərcümə və publisistika sahəsində də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan klassik yazıçı və mütəfəkkirlərinin əsərlərini rus dilinə tərcümə etmişdir”.

Ardını oxu...

Qədim Naxçıvan diyarının tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir.
Yanvarın 24-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurası və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar.
Məlumat verilib ki, muzeydə 4500-dən çox eksponat vardır. Fəaliyyət göstərdiyi dövrdə muzeyin 250 mindən çox ziyarətçisi olub. Vurğulanıb ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.

Ardını oxu...

Böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. Beləliklə, M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T.Sidqinin adı ilə bağlıdır.

Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. O, ilk təhsilini Molla Məhəmməd Tağı adlı bir axundun yanında almışdır. Sonra Şah Hüseyn Soltan mədrəsəsində oxuyan Sidqi bilik və məlumatlarını bir qədər də təkmilləşdirmişdir. Gənclik illərində qısa müddət Cənubi Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də məşğul olmuşdur. Təxminən, 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. 10 ilə yaxın bu şəhərdə yaşamış, maarifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. Onun ailəsini dolandırmaq üçün açdığı çayxana yerli ziyalıların əsas ictimai müzakirə meydanına çevrilmişdir. Oğlu, tanınmış publisist və tərcüməçi Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci ildə yazdığı “Tərcümeyi-halım” adlı avtobioqrafik xarakterli xatirəsində atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir: “O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur... Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetlər də alıb oxuyarmış...

Ardını oxu...

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycanın milli rəsm sənətinin tanınmış simalarından biri olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 123-cü ildönümü münasibətilə “Yurdunu sevən rəssam” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva Bəhruz Kəngərlinin həyat və yaradıcılığı barədə ətraflı söhbət açdı.
Bildirildi ki, Azərbaycanın rəssamlıq üzrə təhsil alan ilk fırça ustası Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda doğulub. Çox qısa ömür yaşamasına baxmayaraq, onun hər bir əsəri Azərbaycan incəsənət tarixində xüsusi yer tutub. Yurdunu sevən rəssam Bəhruz Kəngərli ömrünün sonunadək Naxçıvanda yaşayıb və incəsənətimizin inkişafı naminə yorulmadan çalışıb. Bəhruz Kəngərli 1922-ci ilin fevral ayında dünyasını dəyişib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vurğuladı ki, qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla həm də onu yeni ictimai məzmun, yeni janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmiş görkəmli sənətkar olub. Ulu öndər Heydər Əliyev Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək deyib: “Bəhruz Kəngərli nadir istedada malik olan bir insan idi.

Ardını oxu...

Yanvarın 20-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı yanvar” filminin nümayişi olub.
Naxçıvan Muxtar Respublikasının ictimaiyyət nümayəndələri, elm və mədəniyyət xadimləri, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin kursantları, kütləvi informasiya vasitələrinin nümayəndələri filmə baxıblar.
Film “Bakıfilm”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilib. Ekran əsərinin çəkilişlərinə dövlət tərəfindən də böyük dəstək verilib.
Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələri poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii publisistikamızda öz əksini tapsa da, hələ də bədii ekran həyatını yaşamamışdı. Odur ki, xalqımızın milli azadlıq istəyindən dönmədiyini, bu yolda hətta canından belə keçməyə hazır olduğunu təcəssüm etdirən belə bir bədii filmin ekranlaşdırılması olduqca təqdirəlayiq hadisədir.

Ardını oxu...

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olub. Xalqımız varlığını məğrurluğu, mətinliyi ilə bir daha sübut etdi. Yanvar faciəsinin 25-cü ildönümü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da silsilə tədbirlər həyata keçirilir. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikada fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət “Tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda rəsm sərgisi təşkil olunub.

Ardını oxu...

Bu dünyada hər insanın sürəcəyi bir ömür var,
Ömür var ki, qısa yoldu, ömür var ki, tarix yazar.

Tarix yazan ömürlərin imzasından yola çıxdım,
Bir insanı duymaq üçün bürc dolaşdım, qala çıxdım.

Hər gördüyüm mənzərədən Vətən eşqi boylanırdı,
Qara günlər inam adlı ağ rənglərə boyanırdı.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim edilib. Əsər müəllifin səhnəyə qoyulan ilk pyesidir.

Dilqəm adı, “Dilqəmi” saz havası çoxlarına məlum olsa da, əksəriyyət Yəhya bəy Dilqəm adlı aşığın həyat və yaradıcılığı haqqında geniş məlumata malik deyil. Bu baxımdan tamaşa maraq doğururdu.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasovanın Əməkdar elm xadimi,  akademik İsmayıl Hacıyevin elmi məsləhətçiliyi, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın elmi redaktorluğu ilə 2014-cü ildə “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik səviyyədə işıq üzü görmüş kitabı ən qədim dövrdən XIX əsrin sonu, XX əsrin əvvəllərinədək əsrlər boyu böyük tarixin səhifələrində adı qızıl hərflərlə həkk olunmuş görkəmli qadınlarımızın həyat və fəaliyyətlərinə həsr olunmuşdur. 

Bəri başdan qeyd edilməlidir ki, əsərin ilk səhifəsində və sonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi yüksək fikirlərin verilməsi kitabın sanbalını və kamilliyini xeyli artırmışdır.

Ardını oxu...

Azərbaycan arxeologiyasında ən aktual və maraqlı mövzulardan biri Naxçıvandakı arxeoloji abidələrin qədim Şərq mədəniyyəti ilə paralelliyi məsələsidir. Qeyd olunan mövzunun tədqiq olunmasında abidələrdən əldə olunmuş arxeoloji materialların müqayisəli şəkildə öyrənilməsi mühüm elmi əhəmiyyət daşıyır. 

Naxçıvandakı arxeoloji abidələrdən əldə olunmuş qədim maddi-mədəniyyət nümunələrimizi müqayisəli şəkildə öyrənərkən Neolit dövründən başlayaraq bütün tarixi dövrlərdə mədəniyyətlərarası paralelliyin olduğunu müşahidə etdik. Fikrimizi əsaslandırmaq üçün arxeoloji mənbələrə nəzər salsaq, görərik ki, I Kültəpə abidəsindən tapılmış bir qrup boyalı qablar, firuzə, nikel qarışığı olan biz və digər maddi-mədəniyyət nümunələri Ubeyd mədəniyyəti üçün xarakterik xüsusiyyətlərə malikdir. Qablardan ikisi çölməktipli bütöv qab, on üç ədəd keramika isə gil qabların hissələrindən ibarətdir. Çölməklərin hər ikisi özünəməxsus xarakterik xüsusiyyəti ilə fərqlənir.

Ardını oxu...

Muzeylər bəşəriyyətin çoxəsrlik tarixinə şahidlik etmiş qiymətli sərvətlər qalereyasıdır. Xalqın tarixi, elmi və mədəni abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində muzeylərin müstəsna əhəmiyyəti vardır.
Bəşər sivilizasiyasının ilk beşik­lərindən olan Naxçıvan torpağının qədim tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir.
Dekabrın 27-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Açıq Səma Altında Muzeydə olmuşlar. Məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamı əsasında yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş və 2014-cü ildə muxtar respublikanın ictimai həyatında fərqlənən gənclərin mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bu il də muxtar respublikamızda idman və gənclərlə iş sahələrində həyata keçirilən tədbirlərdən danışmış, əldə olunan nailiyyətlərdən bəhs etmişdir.

Qeyd olunmuşdur ki, 2014-cü il muxtar respublika gənclərinin və idmançılarının bir çox ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu çıxışları ilə yaddaqalan olmuşdur. Nazirin sözlərinə görə, 2014-cü ildə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət gənclər siyasəti, eləcə də idman sahəsində 167 tədbir keçirilmiş, bunlardan 85-i gənclərlə iş, 82-si isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə etmişdir.

Ardını oxu...

Bir neçə gündən sonra 2015-ci il yurdumuza qədəm qoyacaq. Bu münasibətlə mədəniyyət müəssisələrində Yeni il bayramı ilə əlaqədar müxtəlif tədbirlər hazırlanıb.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı dekabrın 29-dan teatrın binasında yeni il şənlikləri keçirəcəkdir. Teatr şənlikləri yeni ilin 1, 2, 3, 4 yanvarında da davam etdirəcəkdir. Yeni il şənliklərində kukla teatrının hazırladığı “Tovuz quşunun nəğmələri” və “Nəğməkar Bülbül” tamaşalarından da parçalar göstəriləcəkdir. Şənliklərdə şən nəğmələr səsləndiriləcək, Şaxta baba, Qar qız və kloun da (məzhəkəçi) uşaqların görüşünə gələcək. Tamaşalar gün ərzində saat 1100, 1300 və 1500-də başlanacaq.
Naxçıvan Dövlət Uşaq Teatrında da maraqlı yeni il şənlikləri keçiriləcəkdir. Balacalar və uşaqlar bu teatrda əvvəlcə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rza­yevin müəllifi olduğu, həm də onun quruluş və musiqi tərtibatı ilə hazırlanmış “Baş tutmayan kələk” tamaşa-kompozisiyasına baxa biləcəklər. Bu tamaşa-kompozisiyada uşaqlar yeni il şənliyinə tələsən Şaxta babanın başına gələn qəribə sərgüzəştlərin şahidi olacaqlar. Bundan sonra uşaqlar üçün şən yeni il mahnıları səsləndiriləcək. Dekabrın 30-dan yanvarın 4-nə kimi keçiriləcək şənliklərin başlama saatı 1000, 1200, 1400 və 1600-dır.

Ardını oxu...

Bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasından 90 il ötür. Qədim tarixə, zəngin mədəniyyətə, çox­əsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda şərəfli inkişaf və tərəqqi yolu keçmişdir. Ulu Naxçıvan torpağı həmişə özünün zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənəti və xalq yaradıcılığı nümunələri ilə Azərbaycan, ümumən, bəşər sivilizasiyası tarixində əhəmiyyətli rol oynamışdır.
1920-1924-cü illər Naxçıvanın çətin və mürəkkəb dövrü kimi tarixə düşmüşdür. Bu dövrdə xalqın maariflənməsində, ziyalıların təşkilatlanmasında Naxçıvan teatrı mühüm rol oynayırdı. Qədim diyarda mədəniyyətin, folklorun, mədəniyyət abidələrinin öyrənilməsində 1925-ci ilin mart ayında yaradılıb 1928-ci ilədək fəaliyyətini davam etdirmiş “Naxçıvanı Tədqiq və Tətəbbö” (araşdırma, öyrənmə) Cəmiyyətinin də rolu olmuşdur. Naxçıvan Muxtar Respublikasında mədəniyyət sisteminin dövlət tərəfindən tənzimlənməsinin təşkilatlanması uzun bir yol keçmişdir. Naxçıvan MSSR Ali Sovetinin 18 aprel 1953-cü il tarixdə keçirilən III çağırış 3-cü sessiyasında Naxçıvan MSSR Nazirlər Soveti yanında Mədəniyyət Müəssisələri Komitəsi, Radio Məlumat Komitəsi, İncəsənət İşləri İdarəsi və Kinolaşdırma İdarəsi birləşdirilərək Naxçıvan MSSR Mədəniyyət Nazirliyi yaradılmışdır.

Ardını oxu...

Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Yurdum mənim” adlı rəsm müsabiqəsinin yekun tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə muxtar respublikanın gənc rəssamları iştirak edirdilər.
Tədbirdə çıxış edən Naxçıvan Mux­tar Respublikası Rəs­samlar Birliyinin sədri Ülviyyə Həmzəyeva müsabiqə barədə iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı gənc rəssamların üzə çıxarılması, onların yaradıcılığının stimullaşdırılmasıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Canməmməd Canməmmədov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Məmmədəli Ələkbərov çıxış edərək gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayıblar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR