Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və tarixi həqiqətlərin gənclərə çatdırılması məqsədilə “Dolu” bədii filmi nümayiş olunub. Film Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilib. Film Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.
Qeyd edək ki, bu cür filmlərin nümayiş etdirilməsi qarşıdakı aylarda da nəzərdə tutulub.
Xəbərlər şöbəsi