24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş və 2014-cü ildə muxtar respublikanın ictimai həyatında fərqlənən gənclərin mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bu il də muxtar respublikamızda idman və gənclərlə iş sahələrində həyata keçirilən tədbirlərdən danışmış, əldə olunan nailiyyətlərdən bəhs etmişdir.

Qeyd olunmuşdur ki, 2014-cü il muxtar respublika gənclərinin və idmançılarının bir çox ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu çıxışları ilə yaddaqalan olmuşdur. Nazirin sözlərinə görə, 2014-cü ildə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət gənclər siyasəti, eləcə də idman sahəsində 167 tədbir keçirilmiş, bunlardan 85-i gənclərlə iş, 82-si isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirildiyini bildirmiş, son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından və gənclərin bu sahələrdəki uğurlarından danışmışdır.
Sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin fəal üzvü Çilənay Qurbanlı çıxış edərək ölkə­mizdə, eləcə də muxtar respublikamızda gənclərə göstərilən diqqət və qayğıdan danışmış, gənclər adından minnətdarlıq etmişdir.
Daha sonra muxtar respublikanın ictimai həyatında fərqlənən gənc­lərin mükafatlandırılması mərasimi olmuşdur.
Bayram tədbiri konsert proqramı ilə davam etdirilmiş, ifa olunan musiqi nömrələri və mahnılar gənclərdə xoş ovqat yaratmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR