24 Dekabr 2024, Çərşənbə axşamı

Fevralın 12-də Heydər Əliyev adına tam orta məktəbdə görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açaraq bildirib ki, “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 26 yanvar 2015-ci il tarixli Sərəncamı muxtar respublikada bütün digər sahələrlə yanaşı, elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə göstərilən ardıcıl və möhtəşəm qayğının növbəti parlaq təzahürüdür.
Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Gülşən Fətullayeva, təhsil ocağının kitabxana müdiri Elsevər Həsənova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, maraqlı həyat yolu və zəngin yaradıcılığı ilə seçilən, çoxcəhətli fəaliyyəti ilə xalqa, ədəbiyyata xidmət edən istedadlı alim, əsl vətənpərvər ziyalı Əziz Şərif ötən əsr Azərbaycançılıq məfkurəsinin ən parlaq simalarından biri olub.

XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında böyük xidmətləri olan filologiya elmləri doktoru, professor Əziz Şərif ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas və publisist, eyni zamanda fədakar şəxsiyyət kimi şöhrət qazanıb. Çoxlu məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifi olan Əziz Şərif XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının az tədqiq olunan ədəbi şəxsiyyətləri haqqında qiymətli əsərlər yazıb. Bildirilib ki, onun elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilib.
Məktəbin şagirdləri Əziz Şərifin yaradıcılığından nümunələr səsləndiriblər.
Tədbirin sonunda görkəmli elm xadiminin həyat və yaradıcı­lığına həsr olunmuş sərgiyə baxış keçirilib.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR