24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 23 ildönümünə həsr olunmuş muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı və şeir müsabiqələri keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Xocalı qurbanlarının xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi, vətəndaşlıq hislərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olub. Tədbirin açılışında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin nümayəndələri çıxış edərək Xocalı soyqırımı haqqında məlumat veriblər.
Sonra şagirdlərin ifasında Xocalı soyqırımı haqqında şeirlər səslənib. Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Şeir müsabiqəsində Naxçıvan şəhərindəki Qızlar Liseyinin şagirdi Gülay Novruzova birinci, Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinin şagirdi Aysu Pirməmmədli ikinci, Sədərək rayon Qaraağac kənd tam orta məktəbinin şagirdi Vəfa Əliyeva üçüncü yerlərə layiq görülüblər.

İnşa-yazı müsabiqəsində isə Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin şagirdi Nigar Rüstəmova qalib adını qazanıb. Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi İnci Hüseynli ikinci, Ordubad rayon Dəstə kənd 2 nömrəli tam orta məktəbin şagirdi Anar İsmayılzadə isə üçüncü olublar.

*  *  *

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, tələbələrdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi və istedadlı gənc­lərin üzə çıxarılmasıdır. Müsabiqəyə start verilməmişdən öncə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı Nicat Babayev, “Naxçıvan” Universitetinin prorektoru Əli Yusifov çıxış edərək Xocalı soyqırımı haqqında məlumat veriblər.
Sonra münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Ali təhsil müəssisələrinin tələbələri arasında birinci yerə Naxçıvan Dövlət Universitetinin tələbəsi Nuranə Novruzova, ikinci və üçüncü yerlərə Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Raya Abbas­ova və Bahar Eyvazova layiq görülüblər. Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Tibb Kollecinin tələbəsi Eldar İbrahimov, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Könül Mərdanova və bu kollecin digər tələbəsi Axtər Sadiqova müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR